Məhkəmə qərarları › İş №1(102)-485/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-485/2019

17.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-485/2019 17.04.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) –485/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "17" aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – fərdi fəaliyyət göstərən vəkil fəaliyyət göstərən vəkil Hə sənov Əkrəm Şirvan oğlu, Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs X4 nümayəndəsi Nümayəndə2 Teyyub oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Həsənov Əkrəm Şirvan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Məmmədova Şəkər Bayram qızı və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə) xx xxxx 1978-ci ildə Rusiya Fede rasiyası, Mordov MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 5 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə əri X7 Pirallahı rayonu, 28-ci məhəllədə qanuni əsaslarla fəaliyyət göstərən lombard işlətməsini bildirib tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib q eyd olunan lombardın depozitinə 01 il müddətinə aylıq 3% dərəcəsi ilə əmanət yatızdıraraq gəlir əldə edəcəyini yalandan vəd edib aldatmaqla Zərərçəkmiş şəxs3 2015-ci ilin yanvar ayında 5.000 manat, 2015-ci ilin fevral ayında 5.000 manat və 2015-ci ilin aprel ayında 6.500 manat pulu ünvan 1 ünvanında vahid niyyətlə cəmi 16.500 manat pulu alıb qeyd olunan lombardın depozitinə qoymayaraq 7.085 manat pulu qaytarmaqla Zərərçəkmiş şəxs3 xeyli miqdarda, yəni 9.415 manat məbləğində maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə əri X7 Pirallahı rayonu, 28-ci məhəllədə qanuni əsaslarla fəaliyyət göstərən lombard işlətməsini bildirib Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib qeyd olunan lombardın depozitinə 1 il müddətinə aylıq 5% də rəcəsi ilə əmanət yatızdıraraq gəlir əldə edəcəyini yalandan vəd edib aldatmaqla Zərərçəkmiş şəxs4 2015-cı ilin yanvar ayından 06 dekabr 2016-ci il tarixədək olan müddət ərzində ünvan 2 ünvanında hissəhissə olmaqla ümumilikdə vahid niyyətlə 27.000 manat pulu alıb qeyd olunan lombardın depozitinə qoymayaraq 150 manat pulu qaytarmaqla Zərərçəkmiş şəxs4 külli miqdarda, yəni 26.850 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə əri X7 Pirallahı rayonu, 28-ci məhəllədə qanuni əsaslarla fəaliyyət göstərən lombard işlətməsini bildirib tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib qeyd olunan lombardın depozitinə 01 il müddətinə aylıq 3% dərəcəsi ilə əmanət yatızdıraraq gəlir əldə edəcəyini yalandan vəd edib alda tmaqla Zərərçəkmiş şəxs2 2015-ci ilin iyul ayında 5.000 manat və 2015-ci ilin sentyabr ayında 3.000 manat pulu ünvan 3 ünvanında vahid niyyətlə cəmi 8.000 manat pulu alaraq lombardın depozitinə qoymayaraq 930 manat pulu qaytarıb Zərərçəkmiş şəxs2naya xeyli miqdarda, yəni 7.070 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrar özgənin əmlakını ələ keçirmə məqsədi ilə əri X7 Pirallahı rayonu, 28ci məhəllədə qanuni əsaslarla fəaliyyət göstərən lombard işlətməsini bildirib Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib qeyd olunan lombardın depozitinə 01 il müddətinə aylıq 3% dərəcəsi ilə əmanət yatızdıraraq gəlir əldə edəcəyini yalandan vəd edib aldatmaqla Zərərçəkmiş şəxs1 13 iyun 2015-ci il tarixdə 3.000 manat pulunu ünvan 4 ünvanın qarşısında, 10 sentyabr 2 015-ci il tarixdə 5.000 manat pulunu Bakı şəhəri, Pirallahı rayonu, K. Rzayev küçəsində yerləşən Beynəlxalq Bankın filialının qarşısında və 05 sentyabr 2016-ci il tarixdə 5.000 manat pulunu, 01 noyabr 2016-cı il tarixdə 10.000 manat pulunu, 10 noyabr 2016-cı il tarixdə 10.000 manat pulunu, 14 noyabr 2016-cı il tarixdə 8.000 manat pulunu, 07 dekabr 2016-ci il tarixdə 13.000 manat pulunu, 16 dekabr 2016-ci il tarixdə 14.000 manat pulunu, 28 dekabr 2016-cı il tarixdə 5.000 manat pulunu, 12 yanvar 2017-ci il tarixdə 6.000 manat pulunu ünvan 4 ünvanın qarşısında vahid niyyətlə alıb, ümumilikdə onun 79.000 manat pulunu lombardın depozitinə qoymayaraq ələ keçirib, həmin puldan 5.670 manatını qaytarmış, nəticədə Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni 73.330 manat məbləğində maddi ziyan vurmaqla də ləduzluq etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Abbasov Mirzəli Əbdüləli oğlu, hakimlər Babayev Qədim Xalid oğlu və Murquzov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 17 avqust 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Həsənov Əkrəm Şirvan oğlu kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi Həsənov Əkrəm Şirva n oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm və qərar qanunsuz, əsassız və ədalətsizdir, Təqsirləndirilən şəxs dörd nəfər zərərçəkmiş şəxsə qarşı dələduzluq edib onlara maddi ziyan vurmaqda ittiham edildiyini, guya, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pul vəsaitini alıb ərinin lombardında faizli əmanət kimi yerləşdirəcəyini yalandan vəd edib bunu etməyərək, zərərçəkmiş şəxsləri aldadaraq, pullarını qismən geri qaytardığını, hökmdə Təqsirləndirilən şəxs tərəfindən bu əməlin törədilməsinin iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq olunmasının vurğulandığını, halbuki, sözügedən əməlin törədilməsinin sırf zərərçəkmiş şəxslərin ifadələrinə əsaslandığını, zərərçəkmiş şəxslərin ifadələrinin etimad doğurmadığını, ən azından zərərçəkmiş şəxslərin ifadələrinin ziddiyyətli olduğunu, habelə onların öz əməllərində ən azı qanunsuz sahibkarlıq fəaliyyəti və vergidən yayınma əməllərinin olduğunu, sözügedən əməlin törədilməsinin hər hansı şahid ifadəsi ilə təsdiq olunmadığını, hökmdə yalnız şahid X2 ifadəsinə istinad olunduğunu, hökmdə də həmin şahidin ifadəsini sırf zərərçəkmiş şəxslərdən birinin məlumatı əsasında verməsinin və hadisənin bilavasitə şahidi olmadığının qeyd olunduğun, cinayət-prosessual qanunvericiliyə əsasən, şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatların sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, sözügedən əməlin törədilməsinin hər hansı sübutlarla da təsdiq olunmadığını, ümumiyyətlə, Təqsirləndir ilən şəxsnın sözügedən əməldə təqsirləndirilməsinin tam cəfəngiyat olduğunu, sırf adi borc münasibətlərinə dələduzluq donu geyindirilməsinə xidmət etdiyini, lombardda əmanətin (depozitin) ümumiyyətlə, olmadığını, olursa belə, zərərçəkmiş şəxslərin nə səbəbdən özlərinin birbaşa lombarla müqavilə bağlamadığını, iş materiallarına əsasən, Təqsirləndirilən şəxs ilə iki zərərçəkmiş şəxs arasında əvəzli borc münasibətlərinin mövcud olduğunu, digər iki zərərçəkmiş şəxslərdən ümumiyyətlə, pul alınmadığını və bu faktın sırf zərərçəkmiş şəxslərin ifadələrinə əsaslandığını, buna baxmayaraq, hökmdə zərərçəkmiş şəxslərə faiz kimi ödənilən məbləğlərin borcun qaytarılması kimi göstərildiyini, yəni, birinci instansiya məhkəməsinin zərərçəkmiş şəxslərin faiz gəliri əldə etmələrini malalamağa çalışdığını, Zə rərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1un ifadələrinin iş üzrə digər sübut sayılan təqsirləndirilən şəxsin ifadəsi ilə ziddiyyət təşkil etdiyindən və başqa heç bir sübutla təsdiq edilmədiyindən mötəbər sübut hesab edilməsinin qeyri-mümkünlüyünü, bundan başqa, Zərərçəkmiş şəxs1un özünün sübut qismində təqdim etdiyi borc müqavilələrinin Təqsirləndirilən şəxsnın ifadəsini, yəni Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında adi borc münasibətlərinin mövcudluğunu və həmin münasibətlərdə hər hansı dələduzluq əlamətlərinin olmadığını təsdiq etdiyini, şahid X13 ifadəsinin məhkəmə tərəfindən Təqsirləndirilən şəxsnı tam ifşa edən ifadə kimi qiymətləndirilsə də, əslində X13 tərəfindən zərərçəkmiş şəxslərdən pul vəsaitlərinin lombarda əmanət kimi saxlanılması şər tiylə alınmasına dair heç bir fikir səsləndirilmədiyini, X13 tərəfindən həmin hərəkətlərə şahidlik edilmədiyini, yalnız məhkəmə qaydasına həmin borc müqavilələrinin əslində əmanət qoyulması ilə əlaqədar münasibətləri tənzimləmək məqsədi ilə bağlanmış olduğu, yəni yalan əqd olduğu və buna görə də etibarsız olduğu təsdiq edilsəydi, həmin müqavilələrin Təqsirləndirilən şəxsnın deyil, Zərərçəkmiş şəxs1un ifadəsini təsdiq edə bildiyini, hazırki hal üçün həmin şərtin təmin olunmadığını, həmin müqavilələrin məhz borc müqaviləsi olması ilə bağlı tərəflərin niyyətinin digər faktlarla da təsdiq olunduğunu, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 arasında kredit münasibətlərinin mövcud olduğunu, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3dan isə Təqsirləndirilən şəxsnın ümumiyyətl ə borc götürmədiyini, götürsəydi belə, bu məsələnin yenə də mülki icraat qaydasında sübut edilməli olduğunu bildirib kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 17 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə1, zərərçəkmiş şəxs X4 nümayəndəsi Nümayəndə2 və dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmaya raq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işdə olan sübutları, işin digər materiallarını və fakti ki hallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, məhkəmələr istintaq orqanının təqdim etdiyi sübutları yoxlayıb qiymətləndirərkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə tam riayət etməmiş, işin düzgün həlli üçün, o cümlədən əməlin tövsifi ilə bağlı nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, gəldikləri nəticəni faktiki olaraq əsaslandırmamışlar. İş materiallarıdan görünür ki, birinci instansiya məhkəməsi sübutları kifayət qədər ətraflı tədqiq, təhlil etməmiş, onları yoxlayarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə tam riayət etməmiş, özünün gəldiyi nəticənin düzgünlüyü və işin, ümumiyyətlə, düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra halları araşdırmamış, ittihamın sübut edilməsində ya ranan şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməmiş, müdafiə tərəfinin irəli sürdüyü dəlillərin araşdırılmasına səthi yanaşmışdır. Kassasiya şikayətində, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, ümumiyyətlə, pul almadığı, bu hissədə ittihamın yalnız sonuncuların ifadələrinə əsaslandığı iddia olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs bütün ifadələrində qeyd olunan şəxslərdən pul almadığını, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1la qeyri - rəsmi olaraq ər-arvad münasibətdə olduğunu, bir yerdə yaşadıqlarını, birgə uşaqlarının olduğunu, Zərərçəkmiş şəxs2 isə Zərərçəkmiş şəxs3 yaxın rəfiqəsi olduğunu göstərmiş və sonuncuların ona qarşı ifadələri Zərərçəkmiş şəxs1un təhriki ilə verdiklərini, ona şər atdıqlarını göstərmişdir. Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1la bir yerdə yaşamaları və birgə uşaqlarının olduğunu, bütün qəsəbə sakinlərinin bunu bildiyini şahid X1 da göstərmişdir. Birinci instansiya məhkəməsi isə müdafiə tərəfinin irəli sürdüyü bu dəlilləri faktiki olaraq heç cür araşdırmamış, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1a onların bir yerdə yaşayıbyaşamamaları barədə sual verməmiş, bu barədə Zərərçəkmiş şəxs3 rəfiqəsi olan Zərərçəkmiş şəxs2 da soruşmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə bu halların dəqiq müəyyən edilməsi iş üçün ona görə mühüm əhəmiyyət kəsb edir ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul verməsi onların ifadələrindən başqa hər hansı bir sübutla təsdiq edilmir (şahid X11 Zərərçəkmiş şəxs2 anası olmaqla sonuncunun sözlərindən ifadə vermiş və həmin if adə Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə görə sübut kimi istifadə oluna bilməz) və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pulu müvafiq müqavilələrə imzalamaqla verdiyi halda, onunla birgə yaşayan və birgə uşaqları olan Zərərçəkmiş şəxs3 (belə münasibətlər təsdiq olunarsa), onun rəfiqəsi Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pulu müqavilə bağlamadan verməsi inandırıcı görünmür, ittihamın həmin hissədə sübuta yetirilməsində yaranmış şübhə kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi isə bu halların araşdırılması, müdafiə tərəfinin həmin dəlillərinin yoxlanılması, işdə olan sübutlara həmin dəlillər baxımından da qiymət verilməsi məsələsinə səthi yanaşmış, müdafiə tərəfinin irəli sürdüyü həmin dəlillərə əhəmiyyət verməmiş, onlara hökmdə münasibət də bildirməmişdir. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1un birgə yaşamaları və övladlarının olduğu təsdiq edildiyi təqdirdə, bu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul verməsinə dair ittihamın sübut edilməsində həm də ona görə şübhə yaranmasını şərtləndirən amil kimi qiymətləndirilməlidir ki, Zərərçəkmiş şəxs1 01 noyabr 2016-cı ildən 12 yanvar 2017-ci ilədək Təqsirləndirilən şəxs 7 dəfə pul vermiş (ittihamın məzmunundan göründüyü kimi) və o, həmin pulları verərkən artıq 01 ildən çox müddət idi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, sonuncuların ifadələrindən göründüyü kimi, faizləri ödəməyi artıq dayandırmışdı. Birinci instansiya məhkəməsi bununla bağlı məsələləri də araşdırmamış, Təqsirləndirilən şəxs 01 ildən çox vaxt ərzində borclar üzrə ödəmə etmədiy i halda, ona yenidən pul verməsinin (Zərərçəkmiş şəxs1 tərəfindən) səbəblərini araşdırmamış, bu istiqamətdə zərərçəkmiş şəxslərə müvafiq sual verməmiş, çarpaz dindirmə aparmamışdır (məhkəmə kollegiyası bunlara istinad edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1dan pul aldığı şübhə doğurmur, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul vermisənin sübuta yetirilməsi məsələsinin yoxlanılmalı olduğunu vurğulayır). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 pul aldığını etiraf etsə də, ittihamın qeyd olunan zərərçəkmiş şəxslərə aid hissəsinin də sübut edilməsində şübhələr yaranmış və birinci instansiya məhkəməsi həmin şübhələrin aradan qaldırılması üçün heç bir tədbir görməmiş, onlara əhəmiyyət belə verməmişdir. Zərərçə kmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1a ziyan vurulması ilə əlaqədar ittihamda göstərilmişdir ki, “... Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə əri X7 Pirallahı rayonu, 28-ci məhəllədə qanuni əsaslarla fəaliyyət göstərən lombard işlətməsini bildirib Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib qeyd olunan lombardın depozitinə 1 il müddətinə aylıq dərəcəsi ilə əmanət yatızdıraraq gəlir əldə edəcəyini yalandan vəd edib aldatmaqla Zərərçəkmiş şəxs4 2015-cı ilin yanvar ayından 06 dekabr 2016-ci il tarixədək olan müddət ərzində ünvan 2 ünvanında hissə-hissə olmaqla ümumilikdə vahid niyyətlə 27.000 manat pulu alıb qeyd olunan lombardın depozitinə qoymayaraq 150 manat pulu qaytarmaqla Zərərçəkmiş şəxs4 külli miqdarda, yəni 26.850 manat məbləğində m addi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o təkrar özgənin əmlakını ələ keçirmə məqsədi ilə əri X7 Pirallahı rayonu, 28-ci məhəllədə qanuni əsaslarla fəaliyyət göstərən lombard işlətməsini bildirib Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib qeyd olunan lombardın depozitinə 1 il müddətinə aylıq 3% dərəcəsi ilə əmanət yatızdıraraq gəlir əldə edəcəyini yalandan vəd edib aldatmaqla Zərərçəkmiş şəxs1 13 iyun 2015-ci il tarixdə 3.000 manat pulunu ünvan 4 ünvanın qarşısında, 10 sentyabr 2015-ci il tarixdə 5.000 manat pulunu Bakı şəhəri, Pirallahı rayonu, K.Rzayev küçəsində yerləşən Beynəlxalq Bankın filialının qarşısında və 05 sentyabr 2016-ci il tarixdə 5.000 manat pulunu, 01 noyabr 2016-cı il tarixdə 10.000 manat pulunu, 10 noyabr 2016-cı il tarixdə 10.000 manat pulunu, 14 no yabr 2016-cı il tarixdə 8.000 manat pulunu, 07 dekabr 2016-ci il tarixdə 13.000 manat pulunu, 16 dekabr 2016-ci il tarixdə 14.000 manat pulunu, 28 dekabr 2016-cı il tarixdə 5.000 manat pulunu, 12 yanvar 2017cijl tarixdə 6.000 manat pulunu ünvan 4 ünvanın qarşısında vahid niyyətlə alıb, ümumilikdə onun 79.000 manat pulunu lombardın depozitinə qoymayaraq ələ keçirib, həmin puldan 5.670 manatını qaytarmış, nəticədə Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni 73.330 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir...”. Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs4la əlaqədar bildirmişdir ki, sonuncudan 30 qr-dan yuxarı qızıl əşyaları girov qoymaqla 8% dərəcəsi ilə 25.000 manat pul götürmüş, borcun xeyli hissəsini qaytarmış, 4.000 manat borcu qalmış, girov qoyduğu qızıllar hazırda da Z ərərçəkmiş şəxs4dır. Məhkəmədə Zərərçəkmiş şəxs4 özü pulları Təqsirləndirilən şəxs faizlə verdiyini və bunun təminatı kimi sonuncudan qızıl əşyalarını aldığını inkar etməmiş, qızılları sonradan qaytardığını bildirmişdir. Məhkəmə iclas protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 suallara cavab olaraq faizə pul verdiyini göstərmiş və verdiyi pulun “lombarda” qoyulacağının ona deyildiyi barədə fikir söyləməmişdir. Birinci instansiya məhkəməsi bu zərərçəkmiş şəxsin sərbəst ifadələri və suallara cavabları arasında belə fərqin, kəskin ziddiyyətlərin səbəblərini araşdırmamış, pulları məhz lombarda qoyması üçün verilib-verilmədiyini, ona olan borcun ödənilmədiyi halda, nə səbəbdən borcun təminatı kimi götürdüyü qızılları qaytardığını aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi həmin epizod ü zrə digər sübutları da əldə edib araşdırmamış, müvafiq prosessual sənədlərə əhəmiyyət verməmiş, münasibət bildirməmişdir. İş materiallarında olan, Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən çıxarılmış, Təqsirləndirilən şəxs müraciəti ilə bağlı HK-1-22 №-li material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 yanvar 2017-ci il tarixli qərarında göstərilmişdir ki, Zərərçəkmiş şəxs4 izahat verməklə aşağıdakıları bildirmişdir: “...2016-cı il tarixdə Pirallahı rayonunda yerləşən evinin qarşısında olan zaman, vətəndaş Təqsirləndirilən şəxs ona yaxanlışaraq, müvəqqəti olaraq borca pul istədi. Mən də Təqsirləndirilən şəxs borc pul verdim. Təxminən bir həftədən sonra vətəndaş Təqsirləndirilən şəxs aldığı borcu geri qaytarmışdır. Bununla da, vətəndaş Təqsirləndirilən şə xs bir neçə dəfə təkrarən pul istəmiş, o da pul vermişdir. Sonradan vətəndaş Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onun həyat yoldaşı X3 adlı şəxsin işlədiyi Lambard firması ilə bağlı bir neçə şəxslərə pul borcu var. Bununla da, vətəndaş Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, mən onları bu vəziyyətdən çıxılmasına köməklik edim. O da Təqsirləndirilən şəxsnın bu kimi xahişini nəzərə alaraq onlara köməklik etmək qərarına gəlmiş, yəni mən vətəndaş Təqsirləndirilən şəxs bildirmişdim ki, Sizə köməklik edəcəm, lakin bunun müqabilində sizdə hər hansı bir əşyanı girov verməlisiniz. Vətəndaş Təqsirləndirilən şəxs bildirdi ki, firmaya məxsus qızıl zinət əşyası var və həmin qızıl zinət əşyalarını girov qoya bilərəm. Təqsirləndirilən şəxs bu kimi sözləri dedikdən sonra, ona sual vermişdir ki, həmin firmaya məxsus qızıl zinət əşyalarını girov qoymaq istəyrisiniz, lakin həmin qızıl zinət əşyaları sizə məxsus deyil ki, firmaya məxsusdur. Vətəndaş Təqsirləndirilən şəxs bildirdi ki, siz narahat olmayın siz bizə borca pul verin, bizdə əvəzinə girov qızıl zinət əşyası qoyaraq, həmin borcu yaxın günlərdə qaytaracayıq, səndə bizdən aldığın zinət əşyasını qaytarasan. Bu istiqamətdə vətəndaş Təqsirləndirilən şəxs ümumilikdə 54.000 manat pul aldı və əvəzinə ona bəlli olmayan dəyəri ilə bağlı qızıl zinət əşyasını girov almışdır. Təxminən bir müddət keçdikdən sonra, Təqsirləndirilən şəxs ilə mütəmadi olaraq əlaqə saxlayaraq pulunu istədikdə, lakin Təqsirləndirilən şəxs bildirdi ki, yaxın zamanda pul qaytaracaq. Sonradan Təqsirləndirilən şəxs onunla görüşərək xahiş etdi ki, həmin qızıllar ın qismən hissəsini digər qızıllarla dəyişdirsin. O da Təqsirləndirilən şəxsya bildirmişdir ki, məqsədiniz nədir?. Təqsirləndirilən şəxs isə ona bildirib ki, firmaya məxsus qızılların sahibləri borclarını ödəmişdir və həmin qızılların rahibi öz qızıllarını bizdən tələb edir. Vətəndaş Zərərçəkmiş şəxs4 da, razılaşaraq həmin qızılları dəyişdirdiyini bildirmişdir. Araşdırma zamanı vətəndaş Zərərçəkmiş şəxs4 sualacavab verərək bildirmişdir ki, bunlar hamısı yalan və iftiralardır. Vətəndaş Təqsirləndirilən şəxs mənim barəmdə yazmış olduğu ərizəsi şər və böhtan xarakterlidir. Çünki, mən ona verdiyim borcumu tələb edirdim və ona görə də, məni yalandan şərləyirlər. Vətəndaş Zərərçəkmiş şəxs4 izahatının sonunda bildirmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs ondan hissə-hisə təxminən 54.000 manat borc pul alaraq əvəzinə qızıl zinət əşyasını girov qoymuşdur. Və qeyd etmişdir ki, hazırda faizlə pul vermək məşğuliyyəti ilə məşğul deyil...”. Birinci instansiya məhkəməsi isə bu prosessual sənədə (həmin sənəddə Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs pulu məhz borc şəkilində verdiyini və bunun təminatı üçün girov şəkilində qızıl əşyaları götürməsini izahatında bildirməsinə) heç bir əhəmiyyət verməmiş, qeyd olunan materialı müvafiq qaydada tələb edib ona baxış keçirməmiş, həmin materialda olan məlumatları və Zərərçəkmiş şəxs4 ifadələrini bu məlumatlar baxımından tədqiq, təhlil edib qiymətləndirməmiş, həmin izahatda göstərilən məlumatlarla Zərərçəkmiş şəxs4 hazırkı iş üzrə verdiyi ifadələr arasında olan ziddiyyətlərin (pulun lombarda qoyulması üçün verilməsi ilə bağlı) səbəblərini araşdır mamışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1a aid epizod üzrə də işin hazırkı həlli üçün (o cümlədən birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyü üçün) mühüm əhəmiyyət kəsb edən, Təqsirləndirilən şəxs hərəkətlərin hüquqi qiymət verilməsi məsələsi üzrə mövqeyin dəqiq müəyyənləşdirilməsi üçün vacib olan bir sıra hallar araşdırılmamış, sübutların tədqiqi və qiymətləndirilmsində nöqsanlara, çatışmamazlıqlara yol verilmişdir. Təqsirləndirilən şəxs həmin epizod üzrə göstərmişdir ki, Zərərçəkmiş şəxs1dan 2016-cı ildə faizlə borc pul almış və elə həmin ildə borcu qaytarmışdır. Zərərçəkmiş şəxs1 isə pulu faizlə borc kimi vermədiyini, pulu lombardın depozitinə 3%-lə qoyduğunu (Təqsirləndirilən şəxs verməklə) göstərmişdir. Birinci instansiya məhkəməsi isə Zərərçəkmiş şəxs1un həmin ifa dələrini faktiki olaraq yoxlamadan onlara əsaslanmış, digər sübutlara nisbətdə üstünlük vermişdir. Halbuki, iş materiallarından göründüyü kimi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1un ifadələrində digər bir sıra sübutlara, işin hallarına uyğun olmayan məlumatlar əks etdirilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, lombardı Təqsirləndirilən şəxs əri X5 işlətmiş, bunu zərərçəkmiş şəxslərin özləri, o cümlədən Zərərçəkmiş şəxs1 da bildirmişlər. İş materiallarından aydın deyildir ki, zərərçəkmiş şəxslər nə səbəbdən pulu bilavasitə özləri lombarda təhvil verməmiş, lombardın özündə depozitə qoymamış, bunu məhz depozit müqaviləsi ilə rəsmiləşdirməmişlər. Birinci instansiya məhkəməsi də bunları aydınlaşdırmamış, zərərçəkmiş şəxslərə, o cümlədən Zərərçəkmiş şəxs1a bu istiqamətdə müvafiq sual lar verməmişdir. Məhkəmə kollegiyası bunu da qeyd edir ki, bank işçisi olmuş Zərərçəkmiş şəxs1un borc (kredit) və əmanət (depozit) əməliyyatları, bu əməliyyatların rəsmiləşdirilməsi qaydasını, borc müqaviləsi ilə depozit müqaviləsi arasında fərqi, bunların mahiyyətini bilməməsi inandırıcı görünmür. İş materiallarından isə görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pulu özü imzaladığı borc müqaviləsinə əsasən vermiş və həmin müqavilələrin şərtlərinə görə müqavilədə qarşı tərəf kimi lombard deyil, Təqsirləndirilən şəxs özü çıxış etmiş, borc aylıq 3% dərəcəsi ilə verilmişdir. Müqavilələrdə həm də borcun qaytarılması tarixi göstərilmiş, verilmiş pulun bu tarixdən əvvəl geri alın bilmədiyi qeyd olunmuş, Təqsirləndirilən şəxs göstərilən müddət ərzində pulu qaytarmadığı təqdirdə, Zərərçə kmiş şəxs1un müqavilə üzrə məhkəməyə müraciət etmə hüququnun olduğu da nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisəsizdir ki, 10 ayrı-ayrı vaxtlarda bağlanılmış müqavilələrdə tərəflər arasında şərtlərin kifayət qədər aydın və hərtərəfli razılaşdırıldığı Zərərçəkmiş şəxs1un aldadıldığına və onun etibardan sui-istifadə edildiyinə, verdiyi pulların lombarda depozitə qoyulacağının ona vəd edildiyinə dair ittihamın sübut edilməsində əsaslı şübhələrin yaranmasını şərtləndirir. Birinci instansiya məhkəməsi isə bunlara heç bir əhəmiyyət verməmiş, belə müqavilələrin mövcudluğuna, o cümlədən həmin müqavilələrdən göründüyü kimi, borcun müəyyən faiz dərəcəsi ilə verildiyinə, yəni müvafiq lisenziya olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna (Zərərçəkmiş şəxs1 tərəfindən) münasibət bildirməmiş, ittihamın sübut edilməsində yaranmış şübhələrin aradan qaldırılması üçün tədbir görməmiş, müdafiə tərəfinin bunlarla əlaqədar dəlillərini yoxlamamış, onlara müvafiq qiymət verməmişdir. İş üzrə sübutların qanunla nəzərdə tutulmuş qaydada təhlili göstərir ki, ittihamın sübut edilməsində digər şübhələr də mövcuddur. Bütün zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs aldığı pul üzrə müəyyən məbləğdə faiz ödənişləri etdiyini göstərmiş, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs hətta əsas borcdan ona 5.000 manat pulu birdəfəyə qaytardığı, Zərərçəkmiş şəxs4 isə Təqsirləndirilən şəxs aldığı pulun təminatı kimi qızıl əşyalarını onda girov qoyması barədə ifadələr vermişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la danışığın audio yazısının açıqlamasından da görünür ki, həmin dan ışıq zamanı lombardın depozitinə qoyulması barədə fikir söylənilməmiş, borcun qaytarılması yolları müzakirə edilmişdir. Birinci instansiya məhkəməsi isə bunlara və yuxarıda göstərilən digər sübutlarda olan bütün məlumatlara “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarını baxımından münasibət bildirməmiş, onlara müvafiq qiymət verməmişdir. Həmin Plenum qərarının 5-ci bəndində izah olunmuşdur ki, “... şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmas ına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir...”. Qeyd olunan qərarın 8-ci bəndində izah edilmişdir ki, “...məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlsin...”. Həmin Plenum qərarının 27-ci bəndində də izah edimişdir ki, “...“Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Pro tokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz... Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər...”. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi də yuxarıda göstərilən çatışmazlıqları, şübhələri aradan qaldırmamış, sübutları qeyd olunan Plenum qərarının izahla rı baxımından araşdırmamış, qiymətləndirməmiş, ittihamın sübuta yetirilib-yetirilmədiyi məsələsinə səthi yanaşmış, bu məsələdə yaranmış şübhələri aradan qaldırmaq üçün müvafiq tədbirləri görməmişdir. Apellyasiya məhkəməsinin qərarında ittihamın sübuta yetirilib-yetirilmədiyi məsələsi, bu məsələdə birinci instansiya məhkəməsinin mövqeyinin düzgünlüyü barədə yalnız aşağıdakılar göstərilmişdir: “... Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili odur ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri əsassızdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun törətdiy i cinayət əməli zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə təsdiq olunaraq, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nın 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız olduğunda n təmin olunmamalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən bir sıra ziddiyyətli, işin hallarına uyğun olmayan fikirlər və məlumatlar əks etdirən və bir biri ilə kəskin ziddiyyət təşkil edən sübutlar (yuxarıda şərh olunmuşdur) təhlil olunmamış, həmin ziddiyyətlərə münasibət bildirilməmiş, bu məlumatlarla əlaqədar yaranmış şübhələrə əhəmiyyət verilməmiş, onların və ziddiyyətlərin aradan qaldırılması üçün tədbirlər görülməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü və, ümumiyyətlə, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, nəticəsindən asılı olaraq onlara qiymət verilməmiş, apellyasiya şikayətinin yuxarıda göstərilən məsələlərlə (ziddiyyətlərin və şübhələrin mövcudluğu ilə) bağlı dəlilləri qanunla nəzərdə tutulmuş qaydad a cavablandırılmamış, qeyd olunanlarla bağlı nəticə bu baxımdan faktiki olaraq əsaslandırılmamışdır. Mübahisəsidir ki, bu cür çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 33.2, 145.3, 146.1 və 392.3-cü maddələrinin tələblərini və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyr inə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər, məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetirməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torixa İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edil məsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilm əli, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar