Məhkəmə qərarları › İş №1(102)-485/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-485/2020

30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-485/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Günay Hüseynxan qızı Məmmədlinin, məhkum x1iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ilə Az ərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi:E.İ.Rüstəmov, hakimlər D.H.İmanov və S.Ə.Əzizovdan ibarət tərkibdə) x1- xxxx 1983-cü ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ü1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 08 (səkk iz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2015-ci il tarixindən hesablanmışdır. Həmin hökmlə x2, x3, x4, x5 və x6 da təqsirli bilinib məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə tanışları x2, x4, x3 və x5 ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşərək xx xxxxxxx 2015-ci il tarixdə gecə saat 01:30 radələrində sərxoş vəziyyətdə Gədəbəy rayonunun Slavyanka kəndində yaşayan X7 evinin həyətinə gələrək əvvəlcədən özləri üçün qara rəngli sintetik corablardan düzəltdikləri maskanı üzlərinə keçirib, əllərinə əlcək geyinərək həyətə daxil olmaq istəyərkən darvazanın iç tərəfindən asılmış qıfılın bağlı olmadığını görüb x3 qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən ümumi uzunluğu 210 mm, tiyəsinin uzunluğu 92 mm, dəstəyinin uzunluğu 118 mm olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağının tiyəsinin uc hissəsi ilə qıfılı yuxarı qaldırıb qapını açmağa cəhd etmiş, lakin o bunu bacarmadıqda x2 həyətə çəkilmiş dəmir tordan qırdığı məftil ilə qıfılı yuxarı qaldırmaqla qapını açdıqdan sonra həyətə daxil olmuşlar, kiminsə gələcəyi təqdirdə onlara xəbər verməsi üçün x5 x2un tapşırığı ilə həyətdə otağın qarşısında dayanmış, o, x2, x3 və x4 X7 yetkinlik yaşına çatmayan nəvəsi x8 olduğu otağa qanunsuz daxil olaraq x3 əlin dəki bıçağı nümayiş etdirməklə silah qismində istifadə etmiş, x2 isə “qorxma sənə heç nə etməyəcəyik, bircə pulun yerini bizə de” deyərək hücuma məruz qalan x8 həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək onu təpiklə vurub qarnının sol yan səthinin qançırı ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmış, zərbənin təsiri nəticəsində x8 yerə yıxıldıqda x2: “pul hardadır, evdə səndən başqa kimlər var, evin digər sakinləri hardadır?” deyə soruşarkən x8 babası X7 və anası x9 yan otaqda yatdıqlarını bildirdikdə o, x4la birlikdə x8 qollarını bilək nahiyyəsindən yapışqanlı lentlə bağlamış və x2 ona x8 yanında qalıb onun qışqırmasına, qaçmasına imkan verməməsini tapşıraraq, x2 özü, x3 və x4la birlikdə X7 və onun gəlini x9 yatdıqla rı otağa daxil olarkən yuxulu vəziyyətdə əvvəlcə nəvəsinin gəldiyini zənn edən X7 dəhlizdən bir, otaqdan isə iki maskalı yad şəxslərdən birinin əlində bıçaq ona tərəf gəldiklərini görüb “ayə kimsiniz?” deyə soruşduqda x2 rus dilində “molçi, padles” deyərək hücuma məruz qalan X7 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək onun kürəyinin üstünə çıxıb yumruqla boynunun arxasına, x3 isə dizi ilə böyrək nahiyəsinə bir neçə zərbə endirərək ona üst dodağın qayma hissəsinin qançırlı sıyrığı, sağ yanağın, sağ kürəyin və sağ böyrək nahiyyəsinin qançırları ilə müşayiət olunan, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmış, sonra isə x3 x2la köməkləşib onu üzü üstə çarpayıda uzadaraq x4un ona verdiyi kəmərlə qollarını bağladıqdan sonra X7u əl ləri və ağzı yapışqanlı lentlə bağlanmış vəziyyətdə həmin otağa gətirib ona: “qorxma, bura pul üçün gəlmişik, bizə pulun və qızılın yerini de” deyərkən X7 həmin otağın dəhlizində olan termonu göstərib pulların və qızılların onun siyirməsində olduğunu bildirmiş, o, x3lə birlikdə X7 qolundan tutub həmin termonun yanına apararaq siyirmənin içindəki əşyaları yerə tökərək 1 ədəd 140 manat dəyərində, 1 ədəd 154 manat dəyərində və 1 ədəd 350 manat dəyərində qızıl üzükləri və zərfin içərisində olan 4300 manat və 314 manat 19 qəpik ekvivalentində olan 300 ABŞ dolları pulu, cəmi 4614 manat 19 qəpik pulu götürərək yenidən X7 qolundan tutub birlikdə otağa qayıtmışlar. x3 bıçağı x8 boğazına dirəyərək X7a “pulun yerini deyin, yoxsa nəvənizi öldürəcəyəm” deyə onu hədələmiş, sonuncu: “bircə uşağa heç nə e tməyin, evdə nə varsa hamısının yerini deyəcəm, halalınız olsun, götürün gedin” demişdir. Bu vaxt səs-küyə oyanan x9 qışqırmaması üçün x2 əli ilə onun ağzını tutmuş, x3 və x2 X7 üstünə qışqırıb evdə başqa harada pul və qızıl olduğunu soruşarkən X7 evin ikinci mərtəbəsində də qızılların olduğunu bildirdiyinə görə o, həyətdən evə daxil olan x5lə onu özləri ilə ikinci mərtəbədəki otağa aparmış, x3 həyətdə saxlanılan X7a məxsus “VAZ-2121” markalı 20DF-xxx dövlət qeydiyyat nişanlı avtomobili görüb orada da pul və digər qiymətli bir əşyanın olacağını zənn edərək avtomobilin açarını X7 pencəyinin cibindən götürərək maşının salonunu axtarmış, x2 x4la X7 və onun gəlini x9 yanında qalaraq ondan pulların və qızılların yerini deməsini, əks təqdirdə oğlunu öldürəcəyini deyib hədələdikdə x9: “bircə oğlu ma heç nə etməyin, evdə nə qızıl və pul varsa, hamısının yerini deyəcəyik, götürün evdən gedin” demişdir. Bundan sonra x4 x2un X7 yanında durub ona nəzarət etməsini ona tapşırmasına görə orada qalmış, x2 isə x9 qoluna girib onu evin ikinci mərtəbəsinə aparmışdır. x3 Z.Rüstəmova məxsus avtomobilin salonunu axtarsa da heç bir şey tapmamış, o, x5lə birlikdə pilləkənlə üzbəüz otaqdakı bağlı seyf olduğunu x3ə demiş, seyfin açarının X7 otaqda asılqandan asılmış pencəyinin cibində olduğunu x3 öyrənib açarı götürərək saxlanc yeri olan seyfi açıb parçadan tikilmiş kiçik torbanın içindən götürdüyü 896 manat dəyərində 16 ədəd qızıldan olan protez dişləri və 196 manat dəyərində olan 1 ədəd qızıl üzüyü götürmüş, o, əvvəlcədən otağın siyirməsindən götürdüyü 1 ədəd 224 manat dəyərində qızıl üzüyü götür müş, x5 əvvəlcədən otağın siyirməsindən götürdüyü 1 ədəd 124 manat dəyərində qızıl boyunbağını, 460 manat dəyərində qızıl sırğa-üzük dəstini x3ə vermiş, 420 manat dəyərində qızıldan olan kişi qol saatını özündə saxlamaqla X7a məxsus xeyli miqdarda, yəni cəmi 7396 manat 19 qəpik məbləğdə əmlakını tamah niyyətilə ələ keçirərək quldurluq etmiş, bundan sonra yenidən x8 və x9 qolundan tutub birlikdə ikinci mərtəbədən aşağı düşüb X7 olduğu otağa qayıtmış, x2 x3lə birlikdə həmin maşının salonunu yenidən axtarmış, onların verdikləri tapşırığa əsasən o, x4la X7 qollarını əvvəl bağlamış olduqları bel kəməri ilə və x8 və x9 qollarını isə yapışqanlı lentlə yenidən möhkəm bağlamış, həmçinin X7 ayaqlarını x8 şalvarının bel kəməri ilə, x8 və x9 ayaqlarını və ağzını yapışqanlı lentlə möhkəm bağladıqdan so nra hadisə yerini tərk etmişlər. Hökmdən məhkum x1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və F.Ə.Mehtiyevdən ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından x1 kassasiya şikayəti verərək qərarın dəyişdirilərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: x1 kassasiya şikayəti verərək, himayəsində iki azyaşlı uşağın olmasını, 75 yaşlı anasını və xəstə qardaşını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində, CMnin 60-cı maddəsinə əsasən da ha yüngül və ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas v erərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində himayəsində iki azyaşlı uşağın olmasını, 75 yaşlı anasını v ə xəstə qardaşını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində, CM- nin 60-cı maddəsinə əsasən daha yüngül və ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə təqsirləndirilən şəxs x1 cəza təyin edərkən zərər çəkmiş şəxslərin ona qarşı hər-hansı şikayət və ya tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Zərərçəkmiş şəxslərin x1 qarşı şikayətlərinin və tələblərinin olmamasını nəzərə alaraq məhkum, barəsində Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tətbiq edilərək cəza təyin edilməsini xahiş et mişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxslərin x1 qarşı şikayətlərinin və tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qəbul edilsə də, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş qaydalar əsasında təyin edilməli olan cəza həddindən də aşağı həddədir. Belə ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 181.2.1, 181,2.3, 181.2.4 və 181.2.5-ci maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, son vaxtlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərdə göstyərilən maddənin sanksiyasında cəzanın növü və həddi baxımından yüngülləşdirilməsi istiqamətində dəyişikliklər edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində göstərilən qayda tətbiq edilərək, CM-nin 181.2.1, 181,2.3, 181.2.4 və 181.2.5-ci maddəsinin sanksiyasında daha ciddi cəza növünün son həddinin dörddə üç ü (12:4x3=9) doqquz ildən çox ola bilməz. Hazırkı cinayət işi üzrə x1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181,2.3, 181.2.4 və 181.2.5-ci maddələrinin sanksiyasının ən aşağı həddində 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzanın yüngülləşdirilməsi üçün başqa qanuni əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxl anmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: x1kassasiya şikayəti təmin edilməsin. x1Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı x1kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar