Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-485/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, məhkum X6 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan A pelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı X11 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin (hakim Muradağa Qasımov) 1(057)33/2019 nömrəli, 08 iyul 2019-cu il tarixli hökmü ilə xx xxxxx 1984-cü il tarixdə Masallı rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, savadsız, evli, üç azyaşlı uşağı olan, birinci qrup əlil, məhkum olunmamış, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə c əzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisədə qeydiyyata alındığı gündən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, 15 dekabr 2018-ci il tarixdə, saat 22 radələrində, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “Opel Astra minik” markalı, **CD-*** dövlət qeydiyyat nişanlı avtomobili Ələt-Astara-İran sərhəddi yolu ilə Astara istiqamətində 70 km/saat sürətlə hərəkət etdirərkən, həmin yolun Salyan rayonu ərazisindən keçən 17-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sü rücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştrakçıları üçün maneə yaratmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və onunla eyni istiqamətdə hərəkətdə olan X7 idarə etdiyi “Hyundaı H-1 minik” markalı, AH1972İİ dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Məhkum hərəkət təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundaı H-1 minik” markalı, AH1972 İİ dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X12 başın alın-təpə nahiyəsində geniş sahəli yara həmin səviyyədə beyinin alın-təpə paylarının əzilib didilməsi və qansızmalı olması, sağ əlin arxa səthində sıyrıqlar ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölmüş, sonuncuya məxsus “Hyundaı H-1 minik” markalı, AH1972İİ dövlət nömrə nişanlı avtomaşının zədələnməsi nəticəsində 6.269 manat məbləğində ziyan dəymişdir. Şirvan Apelyasiya Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 04 mart 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq, Şirvan Apelyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş, cinayət işi apelyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına tə yin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Rafiq Cəfərov (sədrlik edən və məruzəçi) İsmayıl Əhmədov və Müşfiq Həsənov) 1(106)-09/2021 saylı 24 sentyabr 2021-ci il tarixli hökmü ilə Salyan Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyinə görə, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə bəraət verilmiş, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı Samir İsmayılov kassasiya protesti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmi şdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Samir İsmayılov kassasiya protestini onunla əsaslandırır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən təqsirləndirilən şəxs Məhkum əməlinin sübuta yetirilməməsinə görə bəraət verilməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin qərarı əsassızdır. Belə ki, göstərilənlər belə nəticəyə gəlməyə əsas vermişdir ki, məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 15.02.2019-cu il tarixli, 1654 saylı rəyində istinad olunan, müstəntiqin ekspertiza təyin edilməsi haqqında 17 yanvar 2019-cu il tarixli qərarında təqdim edilən göstəricilər işin faktiki hallarına uyğun olmamaqla, iş materialları ilə təsdiq olunmur. Yəni hadisənin mexanizmi müstənt iqin qərarında göstərilən kimi olmamışdır. Şahid qismində dindirilmiş, ibtidai istintaqı aparan müstəntiq X5 Ervin Sabit oğlunun şahid qismində 16 dekabr 2018-ci il tarixli 09512 nömrəli dindirilmə protokolundakı texniki səhvlərlə bağlı məhkəmə istintaqı zamanı verdiyi izahı ilə yanaşı, hadisənin törədilməsi ilə Məhkum hərəkətləri arasında səbəbli əlaqənin və əməlində cinayət tərkibinin bütün əlamətlərinin mövcud olması cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokol, şahid ifadələri və ekspertiza rəyləri ilə və sair iş materialları ilə də öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizаsının 49 sаylı, 20 dekаbr 2018-ci il tаriхli rəyindən məlum оlmuşdur ki, Rəhimоv Yаlçın Zərbi оğlunun meyitinin müаyinəsi zаmаnı bаşı n аlın-təpə nаhiyəsində geniş sаhəli yаrа həmin səviyyədə beyinin аlın-təpə pаylаrının əzilib didilməsi və qаnsızmаlı оlmаsı, sаğ əlin аrха səthində sıyrıqlаr müəyyən edilmişdir. Həmin хəsаrət həyаtı оlub оnun ölümündən аz əvvəl küt əşyа təsirindən törənmişlər. Əmələ gəlmə müddəti 15.12.2018-ci il tаriхə uyğundur. Həmin хəsаrət bаş vermiş YNH-i zаmаnı əmələ gələ bilərdi. Dərəcəsinə görə müəyyən edilmiş хəsаrətlər həyаt üçün təhlükəli оlduğundаn sаğlаmlığа аğır zərər vurmаyа аiddir. Y.Rəhimоvun meyitində müəyyən edilmiş хəsаrətlər eyni istiqаmətdə hərəkətdə оlаn “Оpel Аstrа” minik mаrkаlı аvtоmаşının “Hyundаı H-1” mаrkаlı аvtоmаşınlа tоqquşmаsı nəticəsində, eləcə də Оpel Аstrа minik mаrkаlı аvtоmаşının üstündə оlаn tахtа və metаl bоrulаrın təsirindən törənə bilərdi. Y.Rəhimоvun ölümünə səbə b аlın-təpə nаhiyəsində beyin tохumаsının əzilib-didilməsi və beyinə qаnsızmаlаr оlmuşdur. (cild İ, i.v. 41-44) İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-yоl nəqliyyаt hаdisələri ekspertizаsının 15.02.2019-cu il tаriхli, 1654 №li rəyindən görünür ki, “Оpel Аstrа” minik mаrkаlı, **-CD*** dövlət qeydiyаt nişаnlı аvtоmоbilin sürücüsü Hidаyətоv Ervin Sаbit оğlunun hərəkətlərində «Yоl hərəkəti hаqqındа» Аzərbаycаn Respublikаsının Qаnununun 42-ci mаddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq оlmuş və həmin mаddənin tələblərə riаyət etməklə оnun hаdisənin qаrşısını аlmаğа teхniki imkаnı оlmuşdur.(cild İ, i.v. 78-81) Qeyd olunan ekspertiza ilə razılaşmayan məhkəmə kollegiyasını hadisənin mexanizmini - 15 dekabr 2018-ci il tarixdə saat 22 radələrində Məhkum idarə etdiyi texniki cəhətdən saz v əziyyətdə olan, üstünə 5-6 metr uzunluğunda taxtalar və metal borular yığılmış “Opel Astra” markalı **-CD-*** nömrə nişanlı avtomobili Ələt-Astara-İran sərhədi yolu ilə Astara istiqamətində yolun sağı ilə 70 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun 17-ci kilometrliyində ondan arxada sağ zolaqda təxminən 100-110 km/saat sürətlə hərəkətdə olan X8 idarə etdiyi “Hyundai H-1” markalı, AH 1972 İİ nömrə nişanlı avtomobilin qabaq hissəsi ilə “Opel Astra” markalı avtomobilin arxa tərəfi hərəkət hissəsinin sağ kənarından 0,5 metrlik məsafədə toqquşmuşdur. “Opel Astra” markalı avtomobilin üstünə yığılmış taxtalar və metal boruların bir hissəsi “Hyundai H-1” markalı avtomobilin qabaq şüşəsindən salona daxil olmuşdur. “Hyundai H-1” markalı avtomobildə sərnişin və yük olmamışdır. Hər iki avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə baş verdiyi yerdə maksimum hərəkət sürəti 110 km/saat olmuş kimi qeyd etməklə “Yol-nəqliyyat hadisələrinə dair” təkrar məhkəmə ekspertizası təyin edilməsi haqqında qərar qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsinin təkrar (əlavə) məhkəmə ekspertizasının 16 may 2021-ci il tarixli 8/868 nömrəli rəyində göstərilmişdir ki, “hadisənin məhkəmə tərəfindən müəyyən edildiyi kimi baş verməsi şəraitində “Hyundai H-1” markalı AH1972İİ dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisənin məhkəmə tərəf indən müəyyən edildiyi kimi baş verməsi şəraitində “Opel Astra” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir (yəni onun tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır). Ekspert təşəbbüsü ilə göstərilir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə avtomobillər arasında toqquşma istintaq tərəfindən müəyyən edilmiş hadisə mexanizmi üzrə baş verməyə daha uyğundur. Yol-nəqliyyat hadisəsinin təkrar (əlavə) məhkəmə ekspertizasının 16 may 2021-ci il tarixli 8/868 nömrəli rəyi ilə bağlı yaranmış suallara aydınlıq gətirilməsi məqsədilə həmin rəyi vermiş ekspert İbişov Hikmət Əvəz oğlu apelyasiya məhkəməsində şahid qismi ndə dindirilmişdir. Ekspert İbişov Hikmət Əvəz oğlu ifadəsində göstərdi ki, yol-nəqliyyat hadisəsinin təkrar (əlavə) məhkəmə ekspertizasının 16 may 2021-ci il tarixli 8/868 nömrəli rəyini o tərtib etmişdir. Hadisənin məhkəmə tərəfindən müəyyən edildiyi kimi baş verməsi şəraitində “Hyundai H-1” markalı avtomobilin sürücüsü Y.Rəhimovun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur, “Opel Astra” markalı sürücüsü Məhkum hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən yük qabaq və ya arxa tər əfdən nəqliyyat vasitəsinin qabaritindən-qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda “iriqabaritli yük” tanınma nişanı ilə işarələnməlidir, sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə, həm də, qabaq tərəfdən ağ işıq fənəri və ya işıqqaytarıcı ilə, arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı ilə işarə olunmalıdır. Toqquşma yerinin avtomobillərin hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 0,5 metr məsafədə yerləşməsi hadisədən əvvəl “Opel Astra” markalı avtomobilin həmin zolaqla hərəkətdə olmasını izah etmir. Yəni “Opel Astra” markalı avtomobilin sol zolaqdan sağ zolağa yerdəyişmə etməsi zamanı avtomobillər arasında toqquşmanın həmin yerdə baş verməsi mümkündür. Avtomobillər arasında toqqu şma bucaq altında baş vermiş və “Opel Astra” markalı avtomobilin arxa sağ hissəsi, “Hyundai H-1” markalı avtomobilin isə qabaq sol hissəsi güclü deformasiyaya məruz qalmışdır. Qeyd olunanlar “Opel Astra” markalı avtomobilin soldan sağa doğru yerdəyişmə aparması toqquşmanın baş verməsinə daha uyğundur. H.İbişov verilmiş suallara cavab olaraq bildirdi ki, avtomobillərin eyni zolaqda hərəkət etməsi zamanı arxadan gələn “Hyundai H-1” markalı avtomobilin toqquşmadan bilavasitə əvvəl sağa manevr etməsi nəticəsində həmin deformasiyaların – “Opel Astra” markalı avtomobilin arxa sağ hissəsinin, “Hyundai H-1” markalı avtomobilin isə qabaq sol hissəsinin güclü deformasiyasının əmələ gəlməsi və toqquşmanın həmin yerdə baş verməsini istisna etmək olmaz. Həmin anda “Hyundai H-1” markalı avtomobilin sağ təkərləri yolun kənarında və ya yolun kənarına lap yaxın yerdə olmalı idilər. Lakin bu hal nə istintaq tərəfindən, nə də məhkəmə tərəfindən müəyyən edilməmişdir. “Opel Astra” markalı avtomobilin sol zolaqdan sağ zolağa yerdəyişmə etməsi, “Hyundai” markalı avtomobilin sürücüsü Y.Rəhimovun hərəkəti üçün təhlükənin yarandığı – “Opel Astra” markalı avtomaşın sağa istiqamətləndiyi anda avtomobillər arasında 25-30 metr məsafənin olmasına dair məlumatlar müstəntiqin ekspertiza təyin edilməsi haqqında 17 yanvar 2019-cu il tarixli qərarında təqdim edilən məlumatlardır. Bundan başqa ekspertiza rəylərində və ekspert Hikmət İbişovun ifadəsində avtomobillər arasında toqquşmanın bucaq altında baş verməsi iş materialların əlavə edilmiş hadisə yerinin fotoşəkilləri ilə də öz təsdiqini tapmışdır ki, bu da ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş hadisənin mexanizminin daha real olmasının göstəricisidir. Hazırkı cinayət işi üzrə bəraət hökmü çıxaran məhkəmə kollegiyası yuxarıda sadalanan sübutları nəzərə almamış, təqsirləndirilən şəxsin müdafiə yönümlü fikirlərini digər sübutlarla müqayisə etməyərək həqiqət kimi qəbul etmişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, hökm çıxararkən məhkəmə kollegiyası yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmiş, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olunmuş sübutları müqayisəli şəkildə təhlil edib onları nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə kollegiyası qərar qəbul edərkən qanunvericiliyin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avro pa Konvensiyasının tələblərinə uyğun olaraq işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarın qanuniliyi və əsaslılığını təmin etməli olduğu halda bunu etməmiş, işin düzgün həll edilməsi və işin nəticələri üçün əhəmiyyətli olan sübutlarla bağlı mövqeyini hökmdə düzgün əks etdirməmiş, məhkəmənin müdafiə tərəfinin təqdim etdiyi “sübutlara” qabaqcadan müəyyən edilmiş üstünlük verməsi və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməsi Məhkum qarşı irəli sürülmüş ittiham üzrə əsassız olaraq ona bəraət verilməsinə səbəb olmuşdur. Sadalananlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməllərinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edi lməmiş, onlar tərəfindən törədilən konkret cinayət əməlinin cəhətləri ilə verilmiş ittihamın tərkib əlamətləri arasında tam uyğunluq olmasını nəzərə almamış, nəticə etibarilə Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiq inin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərar ına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayət tərkibi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda yaranır. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı Məhkum əməlində Azərbaycan Respubl ikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olması barədə nəticəyə cinayət işi üzrə keçirilmiş yol-nəqliyyat hadisələrin məhkəmə ekspertizasının 15 fevral 2019-cu il tarixli 1654 №-li rəyinə əsasən gəlmişdir. Belə ki, həmin rəydə qeyd edilmişdir ki, “Opel Astra” markalı avtomaşının sürücüsü ondan arxada eyni hərəkətdə olan “Hyundai H-1” avtomaşına yol vermədən onun hərəkət zolağına yerdəyişmə etdiyindən sürücünün hərəkətlərinə Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən hərəkətə başlama, yerdəyişmə, dönmə, ötmə və dayanma zamanı manevr təhlükəsizlik olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Apelyasiya məhkəməsində dindirilər kən bəraət almış şəxs Məhkum göstərmişdir ki, istintaq orqanı tərəfindən yol-nəqliyyat hadisəsinin mexanizmi düzgün müəyyən edilməmiş, nəticədə o əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə ki, hadisədən bilavasitə əvvəl o, idarə etdiyi avtomaşınla Ələt-Astara yolunun solu ilə hərəkət etməmiş, yolun sağı ilə hərəkət etməmişdir. Arxada eyni istiqamətdə avtomaşının sürətlə gəldiyini görüb avtomaşını sağa yolun ehtiyat hissəsinə çəkmək istəmiş, bu vaxt arxadan gələn “Hyundai H-1” avtomaşın onun avtomaşını arxadan vurmuşdur. Həmçinin Məhkum bildirmişdir ki, o, heç vaxt avtomaşının yolun solu ilə sürməsi barədə ifadə verməmişdir. Cinayət işinin materiallarından görünür ki, müstəntiq tərəfindən cinayət işi üzrə yolnəqliyyat hadisələrin məhkəmə ekspertizasının təyin edilməsi barədə 17 yanvar 2019-cu il tarixli qərarında ekspert tədqiqatı üçün məlumatlar verərək göstərmişdir ki, Məhkum idarə etdiyi “Opel Astra” markalı avtomaşın yolun solu ilə saatda 70 km\saatda sürətlə hərəkət etmiş, yolun 17-ci kilometrində “Opel Astra” markalı avtomaşın sağa manevr edib yolun sağ hərəkət zolağına keçmiş, həmin vaxt sağ hərəkət zolağı ilə eyni istiqamətdə arxadan 100-110 km/saat sürətlə hərəkət edən “Hyundai H-1” avtomaşının onun avtomaşını arxadan vurmuşdur. “Hyundai H-1” avtomaşın üçün təhlükə “Opel Astra” markalı avtomaşın sağa istiqamətləndiyi andan yaranmış, həmin anda avtomaşınların arasında 25-30 metr məsafə olmuşdur. Cinayət işinin materiallarından görünür ki, müstəntiq tərəfindən cinayət işi üzrə yolnəqliyyat hadisələrin məhkəmə ekspertizasının təyin edilməsi barədə 17 ya nvar 2019-cu il tarixli qərarda göstərilmiş yol-nəqliyyat hadisəsinin mexanizmi Məhkum 16 dekabr 2019cu il tarixdə verdiyi ifadəyə və yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əsasən göstərilmişdir. Belə ki, qərar çıxarıldığı vaxt yol-nəqliyyat hadisəsinin mexanizmi barədə hər hansı bir məlumatı olan digər sənədlər və sübutlar cinayət işinə əlavə edilməmişdir. Apelyasiya instansiyası məhkəməsində sübutlar tədqiq edərkən müəyyən edilmişdir ki, Məhkum dindirilməsi barədə 16 dekabr 2019-cu il tarixli protokolda yol-nəqliyyat hadisəsinin mexanizmi müəyyən edən məlumatlar haqqında ifadələrə sonradan düzəliş və əlavələr edilmişdir. Həmin düzəliş və əlavələr haqqında protokolda hər hansı bir qeyd edilməmişdir. Məhkum dindirmə protokolunun ilkin məzmununun dəyişdirilib-dəy işdirilməməsi faktı müəyyən olunması üçün apelyasiya məhkəməsi tərəfindən sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Sənədlərin məhkəmə-texniki ekspertizasının 08 oktyabr 2020-ci il tarixli 5/631, 5/632/A nömrəli rəyinə əsasən Məhkum şahid qismində 16 dekabr 2018-ci il tarixli 09512 nömrəli dindirilmə protokolunun birinci vərəqinin arxa tərəfindəki əlyazma mətninin 15-ci sətrinin birinci sözü “sağı” olub, sonradan əlavə cizgilər artırılmaqla, “solu” sözünə dəyişdirilmişdir. Protokolun ikinci vərəqinin üz tərəfinin sonuncu sətrindəki “,ondan” sözü, ikinci vərəqin arxa tərəfindəki əlyazma mətninin 1,2,3-cü sətirlərindəki “qabaq yolun solu ilə hərəkət etdirirdim Hyundayın sürətli gəldiyini görüb sağa çəkdim Hundayın surəti 100110 km/saat olar..” əlyazmaları, 15-ci sətirdəki “ və Hundaydan nə qədər arxada olardı?” əlyazıları, 18-19-cu sətirlərdəki “Mənim maşınım sağa istiqamətlənəndə maşınlar arasında” əlyazmalar sonradan əlavə edilib. Protokolda olan əlyazıları və imzalar eyni kimyəvi tərkibli rəngləyici maddəyə malik diyircəkli qələmlə icra olunmuşdur. Qeyd olunan xüsusatların araşdırılması məqsədilə cinayət işinin istintaqını aparmış X1 şahid qismində dindirilmişdir. X1 ifadəsində göstərmişdir ki, işin ibtidai istintaqını aparmışdır. Sözügedən yol qəzası ilə əlaqədar hadisə yerinə gələndə “Opel Astra” markalı maşınla Ələt-Astara-İran sərhədi yolu ilə Astara istiqamətində “Hyundai H-1” markalı maşının toqquşması, yol-nəqliyyat hadisəsinin baş verdiyini müəyyən etmişdir. Hadisə yerinin sxemini çəkmiş, ölçüb-biçmiş, foto çəkiliş edilmiş, protokol tərtib olunmuşd ur. İşi yol-nəqliyyat hadisələri ekspertizasına göndərmiş, rəy verildikdən sonra Hidayətovu təqsirləndirilən şəxs qismində cəlb etmiş və işi məhkəməyə göndərmişdir. Məhkum şahid qismində 16 dekabr 2018-ci il tarixli dindirilmə protokolu özü yazmış, protokola edilmiş əlavələr və düzəliş onun tərəfindən yazılıb icra olunmuşdur. Hidayətovun ifadəsində, ola bilər ki, sağı sol yazıb düzəltmişdir, mexaniki səhvdir. Yəqin ki, protokolda yer olmadığına görə vərəqin başlanğıcına və ortasına tərəfindən əlavələr edilmiş, yer olmadığına görə bəzi yerlərdə yazılar kiçik hərflərlə yazılmışdır. Yaranmış təhlükə anında avtomobillər arasında 25-30 metr məsafə olmasını Məhkum ifadə verəndə deyib, lakin dindirmə protokola yazılmayıb, bu, mexaniki səhvdir. Göründüyü kimi məhkəmə-yol nəqliyyat hadisəsi ekspert izasının 15 fevral 2019-cu il tarixli, 1654 saylı rəyində istinad olunan, müstəntiqin ekspertiza təyin edilməsi haqqında 17 yanvar 2019-cu il tarixli qərarında təqdim edilən göstəricilər Məhkum şahid qismində 16 dekabr 2018-ci il tarixli dindirilmə protokoluna sonradan edilmiş düzəlişlər və əlavələrə əsasən müəyyən olunur. Cinayət işi üzrə ibtidai istintaq zamanı 02 mart 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum idarə etdiyi avtomaşınla yolun sol hərəkət zolağı ilə hərəkət etməsini və hadisədən əvvəl yolun sol zolağından sağ zolağına keçməsini göstərməmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində də Məhkum yolun sol zolağından yolun sağ zolağına manevr barədə ifadə verməmişdir. Azərbaycan Respublikası CPM-in 51.3-cü maddəsinə əsasən cinayət təqibi üzr ə aparılan prosessual hərəkətlərin protokolu əllə tərtib edilə, çap oluna, protokollaşdırılması üçün digər texniki vasitələrdən, o cümlədən elektron texnikasından istifadə edilə bilər. Protokolda doldurulmamış sətirlər və səhifələr pozulmalı, ona əlavələr, pozmalar və düzəlişlər xüsusi qeyd olunmalıdır. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.7-ci maddəsinin tələblərinə görə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Yuxarıda qe yd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhkum şahid qismində 16 dekabr 2018-ci il tarixli dindirilmə protokoluna sonradan edilmiş düzəliş və əlavələrə əsasən müəyyən edilmiş məlumatlar və hallar şübhə doğurur və mötəbər sübut kimi qəbul edilə bilməz. Göstərilənlər belə nəticəyə gəlməyə əsas vermişdir ki, məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 15 fevral 2019-cu il tarixli, 1654 saylı rəyində istinad olunan, müstəntiqin ekspertiza təyin edilməsi haqqında 17 yanvar 2019-cu il tarixli qərarında təqdim edilən göstəricilər cinayət işinin sübutları ilə təsdiq olunmur. Azərbaycan Respublikası CPM-in 267.2-ci ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı s übutlar etibarsız (qeyrimötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Odur ki, apelyasiya məhkəməsi tərəfindən cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 15 fevral 2019-cu il tarixli, 1654 saylı rəyinin mötəbər sübut kimi qəbul edilməməsi və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş yeni hallar üzrə təkrar məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının təyin edilməsi əsaslı və qanuna uyğun olmuşdur. Yol-nəqliyyat hadisəsinin təkrar (əlavə) məhkəmə ekspertizasının 16 may 2021-ci il tarixli 8/868 nömrəli rəyində göstərilmişdir ki, hadisənin məhkəmə tərəfindən müəyyən edildiyi kimi baş verməsi şəraitində “Hyundai H-1” markalı AH1972İİ dövlət qe ydiyyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisənin məhkəmə tərəfindən müəyyən edildiyi kimi baş verməsi şəraitində “Opel Astra” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir (yəni onun tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır). Yol-nəqliyyat hadisəsinin təkrar (əlavə) məhkəmə ekspertizasının 16 may 2021-ci il tarixli 8/868 nömrəli rəyinin təsviri hissəsində ekspert qeyd etmişdir ki, toqquşma yerinin avtomobillərin hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 0,5 metr məsafədə yerləşməsi hadisədən əvvəl “Opel Astra” markalı avtomobilin həmin zolaqla hərəkətdə olmasını izah etmir. Yəni “Opel Astra” markalı avtomobilin sol zolaqdan sağ zolağa yerdəyişmə etməsi zamanı avtomobillər arasında toqquşmanın həmin yerdə baş verməsi mümkündür. Avtomobillərin fotoşəkillərindən belə məlum olur ki, avtomobillər arasında toqquşma bucaq altında baş vermiş və “Opel Astra” markalı avtomobilin arxa sağ hissəsi güclü deformasiyaya məruz qalmışdır. Qeyd olunanlar “Opel Astra” markalı avtomobilin soldan sağa doğru yerdəyişmə aparması toqquşmanın baş verməsinə daha uyğundur. Yəni avtomobillər arasında toqquşma istintaq tərəfindən müəyyən edilmiş hadisə mex anizmi üzrə baş verməyə daha uyğundur. Yol-nəqliyyat hadisəsinin təkrar (əlavə) məhkəmə ekspertizasının 16 may 2021-ci il tarixli 8/868 nömrəli rəyində olan - yuxarıda göstərilən ziddiyyətlərin aradan qaldırılması məqsədilə həmin rəyi vermiş ekspert İbişov Hikmət Əvəz oğlu apelyasiya məhkəməsində dindirilmişdir. Apelyasiya məhkəməsində dindirilmiş İbişov Hikmət Əvəz oğlu ifadəsində göstərmişdir ki, yol-nəqliyyat hadisəsinin təkrar (əlavə) məhkəmə ekspertizasının 16 may 2021-ci il tarixli 8/868 nömrəli rəyini o tərtib etmişdir. Hadisənin məhkəmə tərəfindən müəyyən edildiyi kimi baş verməsi şəraitində “Hyundai H-1” markalı avtomobilin sürücüsü Y.Rəhimovun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğuns uzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur, “Opel Astra” markalı sürücüsü Məhkum hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Toqquşma yerinin avtomobillərin hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 0,5 metr məsafədə yerləşməsi hadisədən əvvəl “Opel Astra” markalı avtomobilin həmin zolaqla hərəkətdə olmasını izah etmir. Yəni “Opel Astra” markalı avtomobilin sol zolaqdan sağ zolağa yerdəyişmə etməsi zamanı avtomobillər arasında toqquşmanın həmin yerdə baş verməsi mümkündür. Avtomobillər arasında toqquşma bucaq altında baş vermiş və “Opel Astra” markalı avtomobilin arxa sağ hissəsi, “Hyundai H-1” markalı avtomobilin isə qabaq sol hissəsi gücl ü deformasiyaya məruz qalmışdır. Qeyd olunanlar “Opel Astra” markalı avtomobilin soldan sağa doğru yerdəyişmə aparması toqquşmanın baş verməsinə daha uyğundur. Həmçinin ekspert H.İbişov verilmiş suallara cavab olaraq bildirdi ki, avtomobillərin eyni zolaqda hərəkət etməsi zamanı arxadan gələn “Hyundai H-1” markalı avtomobilin toqquşmadan bilavasitə əvvəl sağa manevr etməsi nəticəsində həmin deformasiyaların – “Opel Astra” markalı avtomobilin arxa sağ hissəsinin, “Hyundai H-1” markalı avtomobilin isə qabaq sol hissəsinin güclü deformasiyasının əmələ gəlməsi və toqquşmanın həmin yerdə baş verməsini istisna etmək olmaz. Həmin anda “Hyundai H-1” markalı avtomobilin sağ təkərləri yolun kənarında və ya yolun kənarına lap yaxın yerdə olmalı idilər. Lakin bu hal nə istintaq tərəfindən, nə də məh kəmə tərəfindən müəyyən edilməmişdir. “Opel Astra” markalı avtomobilin sol zolaqdan sağ zolağa yerdəyişmə etməsi, “Hyundai” markalı avtomobilin sürücüsü Y.Rəhimovun hərəkəti üçün təhlükənin yarandığı – “Opel Astra” markalı avtomaşın sağa istiqamətləndiyi anda avtomobillər arasında 25-30 metr məsafənin olmasına dair məlumatlar müstəntiqin ekspertiza təyin edilməsi haqqında 17 yanvar 2019-cu il tarixli qərarında təqdim edilən məlumatlardır. Bununla əlaqədar məhkəmə kollegiyası təkrarən qeyd edir ki, hadisədən bilavasitə əvvəl “Opel Astra” markalı avtomaşının yolun sol hərəkət zolağından sağ hərəkət zolağına keçməsi və bu manevr başlayarkən onunla arxadan eyni istiqamətdə sağ hərəkət zolağı ilə daha yüksək sürətlə hərəkət edən “Hyundai” markalı avtomaşının arasında məsafənin 25-30 metr olması cinayət işinin materialları və sübutlarla müəyyən edilmir və ekspert tərəfindən sübutlar əsasında müəyyən olunmayan mexanizmə əsasən rəy verilməsi və hər hansı bir nəticəyə gəlməsi əhəmiyyətsizdir. Bundan başqa, ekspert H.İbişov öz ifadəsində məhkəmə tərəfindən müəyyən edilmiş hallarda da toqquşmanın baş verməsi və qəza nəticəsində avtomaşınlara yetirilmiş zədələrin əmələ gəlməsini istisna etməmişdir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmə diyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının fikrincə apelyasiya instansiyası məhkəməsi, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, yuxarıda sadalanan qanun normalarının tələbləri və apelyasiya məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən olunmuş faktiki hallar baxımından baş vermiş yol-nəqliyyat hadisəsində Məhkum təqsirliliyi təsdiq olunmur. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət təqibi üzrə toplanmış sübutların məcmusunun ittihamın həlli üçün onların kifayət etməsi baxımında qiymət verərək hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki bəraət hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəs ini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış Apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2021-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası A li Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-485/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-485/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver