Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-485/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nural Əliyev (sədrlik edən), Faiq Mahmudov və Dadaş İmanov) 25 yanvar 2022-ci il tarixli 1(100)-100/2022 saylı hökmü ilə xx xxxxxx 1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 7,460 qram və 8,731 qram, ümumi təmiz çəkisi 16,191 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”i əldə edib üzərində və yaşadığı evin əl damında saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri “Dəmiryoluvağzalı” yaxınlığında yerləşən Zülfi Hacıyev küçəsində saxlanılaraq Gəncə şəhəri H.Əliyev prospekti-265 ünvanında yerləşən Kəpəz RPİ-yə gətirilmiş, Məhkum üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynində olan boz rəngli şalvarın sağ y an cibindən 1 ədəd sellofan bükümün içərisində olan külli miqdarda- yəni, təmiz çəkisi 7,460 qram və yaşadığı ünvan 4 ünvanında yerləşən evindən isə 1 ədəd sellofan bükümün içərisində olan külli miqdarda-yəni, təmiz çəkisi 8,731 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi hakim), Elçin Xasməmmədov və Çingiz Məmmədov) 11 aprel 2022-ci il tarixli 1(104)-215/2022 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 1(100)-100/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Məhkum kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 11 aprel 2022-ci il tarixli, 1(104)-215/2022 nömrəli qərarının ləğv edilməsini və əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında daxilində cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi onun barəsində işə baxarkən prosessual pozuntulara yol verilmiş, düzgün işin halları araşdırılmamışdır. Onun üzərində aşkar olunmuş narkotik vasitə şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləy ib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin hallarını tam araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanuns uz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “satış məqsədi” və “külli miqdar” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq ed ilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni Məhkum özünün qismən etiraf edici ifadələri ilə yanaşı, şahidlərin ifadələrini, “şəxsi axtarış və götürmə haqqında”, “Baxış və götürmə haqqında” protokolları, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələ rin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Kəpəz Rayon İdarəsinin 10 iyul 2021-ci il tarixli, 120-20923-1221 nömrəli məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Məhkum narkotik vasitə olan heroini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Məhkum istifadəsində ***-***-**-**, ***-***-**-**, 055447- 93-28 saylı mobil telefon nömrələri olmuşdur. Bundan başqa Məhkum üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə olan heroin satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində, Məhkum üzərində və yaşadığı evdə aşkar edilmiş narkotik vasitə olan heroini haradan, kimdən, nə vaxt əldə etməsi müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Məhkum üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bakcell MMCdən daxil olan CD diskə “baxış keçirilməsi haqqında” 11 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin diskdə “SMS tarixçəsi” adlı faylın içərisinə daxil olduqda Məhkum istifadəsində olan mobil nömrələrlə digər şəxslərə məxsus olan mobil nömrələr arasında müxtəlif məzmunlu yazışmalar müəyyən edilmişdir. Həmin yazışmalar zamanı Məhkum istifadəsində olan +**********95 saylı mobil nömrədən +**********81 saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 17:01:55-də “AY QAQA BAWNA DONEREM VERMİR BİDENENİ 45 MANAT DEYİR” məzmunlu sms mətni, xx.xx.2021-ci il tarixdə saat 17:04:32-də “Qaqa 5 qiram kola var 200 manata goturmek isdeyisen temiz ceki temiz mal di” məzmunlu sms mətni, xx.xx.2021-ci il tarixdə saat 20:06:37-də “1 qiram 45 di qaqa qiramda yoxdu yaridi oda 30 manadi beyax demedim yez gel deyisen 230 goturub gele gelisen borcunu getirsen bele weyler olmaz mede kimn” məzmunli sms mətni, xx.xx.2021-ci il tarixdə saat 09:27:54-də “Dune gunortada sen gedib 230manat guya pulu getiridin gedin gece geldin yanki o menim eynimdedi gotresi delsen camada qoy sozumu deyim narazliqim olmasin” məzmunlu sms mətni, xx.xx.2021-ci il tarixdə saat 03:34:24-də “Yox qaqa 35 di gunuz olsaydi nese elemey olardi cetin vermiyece” məzmunlu sms mətni, xx.xx.2021-ci il tarixdə saat 09:24:42-də “Borcunu deyen kimi sesin cixmadi ne fikirlewisen yadinan cixmiwdi qaqaw nebilim gedib 60manat verib 0 8 mal alisiz yaxwiliq elem alib verem isdiyirem sesiniz cixmir nese ay ruslan alisan vermeyinide fikirlew yaxwi” məzmunlu sms mətni, xx.xx.2021-ci il tarixdə 10:14:53-də “Qaqa sa ne lazimdi ne qeder pulun var” məzmunlu sms mətni, +**********00 saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 08:47:43-də “Brat pulnan kokos kotura bilarik” məzmunlu sms mətni, +**********30 saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 02:27:22-də “Ata men dediyimkimi emele yelir qadanam kolani goturerdiy sabah tezdende azad patpres verejeydi ma verejem sa ata enele geler?” məzmunlu sms mətni, +**********46 saylı mobil nömrə arasında 19.06. 2021-ci il tarixdə saat 03:50:12-də “Ayqa 3 4 manat pulda tapmaq olar i tezdende dobru patpres verejiy qadanam hemin adama de gor razidi aqriyiram guno rta elediyimdi” məzmunlu sms mətniləri müəyyən edilmişdir. İşə baxan məhkəmələr tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, o cümlədən Məhkum üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroinin külli miqdarda üzərində daşımasının hansı zərurətdən irəli gəldiyini “ağlabatan” şəkildə izah edə bilməməsini, onun istifadəsində olan mobil telefonunda narkotik maddələrinin alqı-satqı ilə bağlı daxil olmuş və göndərilmiş SMS-in mətnlərinin olmasını onun narkotik vasitənin satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edən hal kimi qiymətləndirmiş və buna əsasən nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində və yaşadığı evdə aşkar edilmiş narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zaman ı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum əməlinin tövsifinə dair gəldiyi nəticə sübutların məcmusuna və iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir, məhkəmələrin məhkumun əməllərinin tövsifinə dar gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrin in tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-485/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-485/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver