Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-485/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ) 07 may 2024-cü il ta rixli 1(103)-387/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 21 dekabr 2023-cü il tarixli 1(005)-288/2023 nömrəli qərarı ilə xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmü ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinib ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhr um etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(101)-773/2022 saylı hökmü ilə ona təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, birinci hökm üzrə Məhkum həbsdə saxlanıldığı 3 (üç) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla onun üzərində qəti olaraq 9 (doqquz) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 09 iyul 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əs asən Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid7 cinayət yolu ilə ələ keçirdiyi 42000 manat dəyərində bir ədəd “Candella Gentlelase Mini” markalı lazer aparatını Zərərçəkmiş şəxs1, guya özünə məxsus, heç bir problemi olmayan və istismara yararlı əmlakı kimi təqdim edib, ehtiyacı olduğu üçün dəyərindən aşağı qiymətə satmasını bildirib onu özünə inandıraraq 10 oktyabr 2020-ci il tarixdə saat təxminən 12:45 radələrində ünvan 2 ünvanda yerləşən “Zenni Studio” gözəllik salonunda sonuncunun sözləri ilə həmin tibbi avadanlığı atası Şahid2 satıb Zərərçəkmiş şəxs1 məxsus 30.000 manat məbləğində, yəni xeyli miqdarda pulunu ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdi r. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid7 cinayət yolu ilə ələ keçirdiyi 9800 manat dəyərində bir ədəd “BDEM 3in1” markalı lazer aparatını Zərərçəkmiş şəxs2, guya özünə məxsus, heç bir problemi olmayan, istismara yararlı əmlakı kimi təqdim edib 17 oktyabr 2020-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov adına parkın yaxınlığında onun sözləri ilə Şahid3 satıb ona məxsus həmin dövrün məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları pulunu ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs2 3400 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (ha kimlər Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Emin Əliyev) 07 may 2024-cü il tarixli 1(103)-387/2024 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 1(005)-288/2023 nömrəli hökmü dəyişdirilmiş, ona CM-in 178.2.2ci maddəsi ilə təqsirləndirilməsinə dair müddəa ittihamdan və hökmdən xaric edilmiş, CMin 178.2.4-cü maddəsi ilə 3 (üç) il 1(bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 1(101)-773/2022 nömrəli hökmü ilə Məhkum təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmış və ona 9 (doqquz) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası t əyin edilmiş, birinci hökm üzrə Məhkum həbsdə saxlanıldığı 3 (üç) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla onun üzərində qəti olaraq 9 (doqquz) il 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə2 birgə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2024-cü il tarixli, 1(103)-387/2024 nömrəli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasını xahiş etmişdir. Müdafiə tərəfi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2024cü il tarixli, 1(103)-387/2024 nömrəli qərarını mübahisələdirməmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və ədalətsizdir. Belə ki, apellyasiya şikayəti tam, hərtərəfli, obyektiv araşdırılmamış apellyasiya instansiya məhkəməsi Şahid3 məhkəmə iclasına çağırıb dindirməmiş, həmçinin Şahid3 tərəfindən yazılmış “Zərərçəkmiş şəxs1 dəymiş 30.000 manat maddi ziyanı 30 aprel 2021ci il tarixədək qaytaracağına dair “ öhdəlik götürməsi barədə 13 aprel 2021-ci il tarixli iltizamın sübut növü kimi qiymətləndirilməsinin səbəbləri barədə araşdırmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2024-cü il tarixli 1(103)-387/2024 nömrəli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsini n qərarının qanunsuz və ədalətsiz olmasıdır. Belə ki, apellyasiya şikayəti tam, hərtərəfli və obyektiv araşdırılmamış, Şahid3 apellyasiya məhkəməsinin məhkəmə iclasında dindirilməmiş, onun cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş 30.000 manat maddi ziyanı qaytaracağı barədə öhdəlik götürülməsi barədə iltizam sübut kimi qiymətləndirilməməsinin səbəbləri araşdırılmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət yolu ilə əldə etdiyi «Candella Gentlelase Mini» markalı lazer aparatının guya ona məxsus olması barədə yalan məlumat verərək, Şahid3 vasitəçiliyi ilə Zərərçəkmiş şəxs1 30.000 (otuz min) manata satmışdır. İstintaq orqanı bu epizod üzrə C.R. Ağayevin hərəkətlərinə hüq uqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, o, aldatma yolu ilə Ş.Ə.Qəniyevaya məxsus 30.000 manat məbləğində pulu ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Eyni zamanda, istintaq orqanı müəyyən etmişdir ki, Məhkum Şahid3la dələduzluq əməllərində əlbirliyi olmamış, o, bu cinayət əməlini təkbaşına törətmiş və Şahid3 lazer aparatının başqa şəxsə məxsus olması, habelə onun C.R. Ağayev tərəfindən cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmamışdır. Ona görə, istintaq orqanı Məhkum həmin epizodla bağlı Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ittiham irəli sürmüş, sübutların qiymətləndirilməsi barədə 13 aprel 2021-ci il tarixli qərarı ilə Şahid3 əməlində cinayət tərkibinin olmadığı üçün barəsində cinayət işinin başlanılm ası rədd edilmişdir. Birinci instansiya məhkəməsi istintaq orqanının mövqeyi ilə razılaşaraq, 21 dekabr 2023-cü il tarixli qərarı ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən təqsirləndirilən Məhkum Ş.A. Qəniyevaya qarşı törətdiyi dələduzluq cinayətində Şahid3la əlbir olması əsası ilə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən verilmiş vəsatəti təmin etməmişdir. Qərarda məhkəmə, həmçinin Şahid3 tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsi barədə verilmiş iltizamı da nəzərə alaraq, öz mövqeyini əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi isə zərərçəkmiş şəxsin apellyasiya şikayəti əsasında işə baxaraq, cinayət işi üzrə toplanmış sübutlar əsasında Şahid3 cinayətdə iştirakının müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab etmiş, zərərçəkmiş şəxsin bu hissədə irəli sürdüyü dəlillərlə razılaşmamış və apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə kollegiyası istintaq orqanının və məhkəmələrin Şahid3 Məhkumlə cinayət əməlinin törədilməsi zamanı əlbir olmaması barədə gəldikləri nəticəni, cinayət işi üzrə toplanmış sübutlara və işin faktiki hallarına uyğun olduğundan əsaslı hesab edir. Belə ki, C.R. Ağayevin, Z.B. Kərimovun, V.A. Kərimovanın, B.A. Kərimovun və A.Z. Məmmədovanın ifadələrindən görünür ki, Z.B. Kərimov «Candella Gentlelase Mini» marka lı lazer aparatını C.R. Ağayevdən şəxsi istifadəsi üçün almaq istəmiş və beh olaraq ona 350 manat verməklə lazer aparatını özünə məxsus gözəllik salonuna aparmışdır. Lakin bankdan kredit ala bilmədiyindən Z.B. Kərimov həmin aparatı əldə edə bilməmiş, daha sonra tanışlar vasitəsilə Ş.A. Qəniyevanın bu aparatı almaq istədiyini öyrənərək bu barədə C.R. Ağayevə məlumat vermişdir. C.R. Ağayevin razılığından sonra Z.B. Kərimov Ş.A. Qəniyeva və C.R. Ağayevi öz salonuna dəvət etmişdir. Gözəllik salonunda Ş.A. Qəniyevanın atası A.Ə. Qəniyev C.R. Ağayevə 30.000 manat məbləğində pul vermiş və qızı ilə birlikdə lazer aparatını aparmışlar. Toplanmış sübutlarla müəyyən edilmişdir ki, Z.B. Kərimovun lazer aparatının başqa şəxsə məxsus olması və onun C.R. Ağayev tərəfindən cinayət yolu ilə əldə edilməsi b arədə məlumatı olmamışdır. Həmçinin cinayət işinin materiallarından görünür ki, «Candella Gentlelase Mini» markalı lazer aparatını satdıqdan sonra da Məhkum analoji hərəkətləri Şahid3 və onun anası Zərərçəkmiş şəxs2 qarşı törətmişdir. Belə ki, Məhkum Zərərçəkmiş şəxs1 qarşı dələduzluq epizodundan 10 gün sonra Şahid3 və onun anası Zərərçəkmiş şəxs2 aldadaraq cinayət yolu ilə əldə edilmiş “BDEM 3in1” lazer aparatının ona məxsus olması barədə yalan məlumatı verib həmin aparatı onlara 2000 ABŞ dollara satıb pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 3400 manat məbləğində ziyan vurmuşdur. Ona görə də məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri əsaslı hesab etmir. Apellyasiya məhkəməsinin qərarının qanunsuz olması barədə kassasiya şikayətinin dəlilinə münasibət bildirərək mə hkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. İstintaq orqanı Məhkum Zərərçəkmiş şəxs2 qarşı törətdiyi əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə tövsif edərək ona hər iki epizod üzrə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan etmiş və cinayət işini baxılması üçün məhkəməyə göndərmişdir. Birinci instansiya məhkəməsi Məhkum hər iki epizod üzrə təqsirli bilərək, onun barəsində Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham hökmü çıxarmış və hər iki maddə üzrə cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxs Ş.F. Qəniyevanın və təqsirləndirilən şəxs C.R. Ağayevin apellyasiya şikayətləri əsasında işə baxmış, zərərçəkmiş şəxsin şikayətini yuxarıda göstərilən əsaslara görə təmin etməmiş, təqsirləndirilən şəxsin apellyasiya şikayətini isə qismən əsaslı hesab edərək birinci instansiya məhkəməsinin hökmünü həmin şikayətə münasibətdə dəyişdirmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli qərarında təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətin ə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanması izahına istinad edərək nəticəyə gəlmişdir ki, ittihamın ikinci, yəni Zərərçəkmiş şəxs2 qarşı törədilmiş epizod üzrə əməlin törədilməsindən CM-in 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi həmin epizodu və CM-in 178.2.2-ci maddəsini Məhkum ittihamından xaric etmiş və Məhkum yalnız CM-in 178.2.4cü maddəsi ilə cəza təyin edərək birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum ittihamından CM-in 178.2.2-ci maddəsi xaric edərkən cinayət və cinayət-prosessual normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin qeydində göst ərilmişdir ki:
1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azər baycan Respublikası CM-in 75-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, az ağır cinayətin törədildiyi gündən isə yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-in 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.3-cü maddəsinin tələblərinə görə əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş ci nayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum ilk olaraq 10 oktyabr 2021-ci il tarixdə Ş.F.Qəniyevaya qarşı dələduzluq əməli törətmiş və həmin cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə 30.000 manat, yəni xeyli ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin bu əməli düzgün olaraq CM-in 178.2.4-cü maddəsi ilə tövsif etmişdir. İkinci dəfə Məhkum dələduzluq əməli Zərərçəkmiş şəxs2 qarşı 17 oktyabr 2021-ci il tarixdə törətmiş, həmin əməl nəticəsində zərərçəkmiş şəxsə 3.400 manat məbləğində zərər vurulmuşdur. Azərbaycan Respublikası CM-in 16.1-ci maddəsinin tələblərinə uyğun olaraq həm istintaq orqanı, həm birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Məhkum ikinci epizod üz rə əməli təkrar törədilmiş kimi Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 5 ildir. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsində göstərilir ki, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhru m etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət qanununun yuxarıda qeyd edilən normalarından görünür ki, Məhkum törətdiyi hər iki əməl az ağır cinayətlərə aiddir. Həmin cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti 7 ildir. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-in 44.1-ci madd əsinin tələblərinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Lakin apellyasiya instansiyası məhkəməsi Məhkum zərərçəkmiş şəxs Ş.F.Qəniyevaya qarşı dələduzluq əməlini Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif etsə də, onun Zərərçəkmiş şəxs2 qarşı təkrar törətdiyi dələduzluq əməlini, yalnız həmin əməl nəticəsində vurulmuş maddi ziyanın miqdara görə CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət kimi qiymətləndirmiş və apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edildiyi tarixədək həmin əməlin törədilməsindən CM-in 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş 2 il müddətin keçməsini nəzərə alıb bu epizodu və CM-in 178.2.2-ci maddəni onun ittihamından xaric etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı cinayət və cinayət prosessual qanunlarının normalarına uyğun qəbul etmədiyindındən gəlinən nəticə qanuni hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinin qismən əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2024-cü il tarixli, 1(10 3)-387/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.14, 416.1.15 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2024-cü il tarixli, 1(103)-387/2024 nömrəli qərarı zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.