Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-486/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Məhkum Siyəzən Rayon Məhkəməsinin (hakim B.R.Ələkbərov) 11 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Siyəzən Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilib, üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsind ə çəkməklə, cəza çəkmə müddətinin əvvəli 15 oktyabr 2017-ci il tarixdən hesablanmışdır. Məhkum 15 avqust 2018-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək məhkəmənin 02 oktyabr 2018-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən buraxdığını bildirməklə, apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin (hakim B.R.Ələkbərov) 02 oktyabr 2018-ci il tarixli qərarı ilə vəsatət təmin olunmamış, apellyasiya şikayəti vermə müddəti bərpa edilməmişdir. Həmin qərardan Məhkum apellyasiya şikayəti verərək qərarın ləğv edilib, hökmdən apellyasiya şikayəti vermə müddətinin buraxılmasını üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqay ıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər F.G.Zeynallı (sədrlik edən və məruzəçi), N.R.Mövsümov və M.Ə.Rzayevdən ibarət tərkibdə) 20 noyabr 2018-ci il tarixli qərarı ilə Siyəzən Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, qərar ləğv edilsin və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, ona təyin olunmuş cəza ağırdır. Təyin olunmuş cəzasının yüngülləşdirilməsini və ya alternativ cəza təyin edilməsini xahiş edir. Məhkəm ə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının kassasiya şikayətinin təmin olunmadan saxlanılması barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətinə verilir. Eyni zamanda həmin Məcəllənin 384.3-cü maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. İşin materiallarından görünür ki, Məhkum və onun müdafiəçisi X5 birinci instansiya məhkəməsində işə baxılarkən işin məhkəmə baxışı və hökmün elan olunması zamanı məhkəmə prosesində iştirak etmişlər. Hökm 11 yanvar 2018-ci il tarixdə elan edilmiş və onun surəti həmin gün yəni, 11 yanvar 2018-ci il tarixdə tərəflərə təhvil verilmişdir. Həmçinin Məhkum qəbzə imza etməklə, birinci instansiya məhkəməsinin hökmünün 11 yanvar 2018-ci il tarixdə aldığını təsdiq etmişdir. Məhkum kassasiya şika yətində birinci instansiya məhkəməsinin hökmünün vaxtında alınmamasını mübahisələndirmir. Məhkum Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən hökmü aldığı 20 gün müddətində, yəni 31 yanvar 2018-ci il tarixədək apellyasiya şikayəti verməli idi. Lakin iş materiallarından görünür ki, o, hökmü aldığı gündən səkkiz aya yaxın müddət keçəndən sonra apellyasiya şikayəti vermiş və bununla da müddəti ötürmüşdür. Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razı omamasının səbəblərini göstərməmişdir. Onun apellyasiya instansiyası məhkəməsinə verdiyi vəsatətindən isə görünür ki, o, hökmdən apellyasiya şikayətinin verilməsi üçün müddətin hüquqi cəhətdən savadsız olması ilə əlaqədar ötürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əs asən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatəti təmin etməməklə cinayət prosessual qanunun tələblərini pozmamışdır. Eyni zamanda apellyasiya instansiyas ı məhkəməsinin birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə gəldiyi nəticə əsaslıdır, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən cinayət prosessual qanunun normalarına riayət etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlillərini əsassız, apellyasiya instansiyası məhkəməsinin qərarını isə əsaslı və qanuni sayır. Həmin səbəblərdən də kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 20 noyabr 2018-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-486/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-486/2019
09.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver