Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-486/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2018-ci il tarixli hökmü ilə (hakimlər: N.A.Kərimov (sədrlik edən və məruzəçi), R.A.AllAhverdiyeva və A.İ.Paşayevdən ibarət tərkibdə) Məhkum- xx xxxxxx 1987-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, təhsili olmayan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Qaradağlı kəndində qeydiyyatda olub həmin ünvanda da yaşamış, xx xxxxxxxx 2017-ci il tarixdə hazırki iş üzrə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxxx 2017-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, çəkilməsinin əvvəlinin xx xxxxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxxxx 2017-ci il tarixdə Samux rayonunda məlum olmayan başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda, yəni 3.650,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş m arixuananı əldə edib saxlamış və daşıyaraq, Bakı şəhərinə gətirmiş, xx xxxxxxxx 2017-ci il tarixdə, saat 06:00 radələrində ünvan 2 ünvanının qarşısında həmin narkotik vasitəni satmaq niyyəti ilə daşıyarkən, Nərimanov rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Nərimanov rayon Polis İdarəsinə gətirilmiş və orada onun əlində olan çantanın içərisindən üç ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1.145,0 qram, 1.520,0 qram və 985,0 qram, ümumilikdə çəkisi isə 3.650,0 qram olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək, götürülmüşdür. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hak imlər: R.K.Səfərov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və Ə.İ.Qasımovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etməmiş, hökmü isə dəyişdirmişdir. Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrindən, CM-nin 234.1-ci maddəsinə tövsif edilərək ona həmin maddə ilə 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı kassasiya protesti verərək, hökmün ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində cinayətin qa baqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarına əlavə edilmiş xx xxxx 2018-ci il tarixli qərardan görünür ki, Məhkum aşkar edilib götürülmüş narkotik vasitənin əldə olunma mənbəyi və onun qabaqcadan əlbir olduğu şəxslər barəsində cinayət işinin materiallarından CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Kassasiya protestində Məhkum ifadələrinə istinadən göstərilmişdir ki, o ibtidai istintaqın son mərhələsində və birinci instansiya məhkəməsi iclasında törətmiş olduğu cinayətə görə məsuliyyətdən yayınmaq üçün ondan aşkar edilmiş narkotik vasitə ilə bağlı işin obyektiv hallarına uyğun olmayan məlumatlar vermişdir. Hesab etmişdir ki, Məhkum və şahidlərin ifadələrini işin faktiki halları ilə müqayisəli tədqiq edən birinci instansiya məhkəməsi haqlı olaraq onun məhkəməyədək icraatın ilkin mərhələsindəki ifadələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, saxlayaraq daşımasına dəlalət edən sübut kimi qəbul etmişdir. Cnayət işi üzrə sübutların məcmusundan göründüyü kimi Məhkum məhz polis əməkdaşlarının sayıqlığı nəticəsində ifşa olunmuş və ona qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni satmağa görə deyil, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayıb, daşımağa görə ittiham elan edilmişdir. Məhkum külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyətində olması onun mütləq əvvəlcədən kiminləsə sövdələşməsiilə şərtləndirilə bilməz. Ona görə də hesab e tmişdir ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.54.3-cü maddələri ilə düzgün təqsirli bilib məhkum etdiyi halda, apellyasiya instansiyası məhkəməsi onun əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif etməkdə haqlı olmamışdır. Ona görə də kassasiya protestinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələ lər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və c inayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya protestində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə cinayət əməlləri sübut edilərək məhkum edildiyi halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işl əri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndinfə izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı i lə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 11-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şə xs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə ə sasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədil məsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkum elan edilmiş ittihamda göstərilmişdir ki, digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməlini törətmişdir. Lakin, göstərilən digər şəxslər müəyyən edilmədiyi halda Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməlini törətməsi ittihamının verilməsi yuxarıda göstərilən Ali Məhkəmənin Plenumunun qərarının izahlarına və Azərbaycan Respublikası CM-nin 34-cü maddəsinin tələbinə uyğun deyildir. Bundan başqaq cinayət işinin materialların dan görünür ki, Məhkum ifadələrində onu öz şəxsi avtomobilində Samux, Gəncə şəhərlərindən Bakı şəhərinə gətirən və şahid X6 da bu halları təsdiq etdiyi və tanıdığı X5 və X3 ittiham verilməsi üçün kifayət qədər sübutlar olmadığından onların əməllərinə bu cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrılacaq cinayət işində hüquqi qiymət veriləcəyi göstərilmiş sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2018-ci il tarixli qərarı əlavə edilmişdir. Beləliklə Məhkum qabaqcadan əlbir olaraq bir qrup halında cinayət əməli törətdiyi digər şəxslər müəyyən edilməmişdir, onların müəyyən edilməsi ayrılacaq cinayət işi üzrə araşdırmada nəzərdə tutulmuşdur. Məhkum “digər şəxslərlə” aralarında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edilmədiyindən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməsi əsassızdır. Məhkum aşkar edilərək götürülmüş narkotik vasitə olan 3650 qram qurudulmuş marixuana qanunla müəyyən edilmiş külli miqdar həddindən 7 dəfədən çoxdur. Lakin yuxarıda istinad edilən ali Məhkəmənuin plenum qərarının izahlarında narkotik vasitələrin satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarında narkotik vasitənin çəkisindən başqa göstərilən hallardan hər ha nsı biri müəyyən edilməmişdir. Bundan başqa Məhkum ifadəsində göstərilənlərə əsasən öz iradəsindən asılı olmayaraq cəmi ikinci dəfə Bakı şəhərinə gəlməsi, ifadələrindən və davranışından narkotik vasitələri satmaq niyyətinin mövcudluğuna dəlalət edən heç bir başqa halın müəyyən edilməməsi kimi hallar da onun həmin narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini şübhə altında qoyur. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunların ın tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən cinayət işinin faktiki hallarına uyğun olmayan nəticəyə gəldiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası onun cinayət əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də, kassasiya protesti təmin edilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx x 2019-cu il tarixli qərarı Dövlət ittihamçısı kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-486/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-486/2020
23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver