Məhkəmə qərarları › İş №1(102)-486/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-486/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-486/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 34.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.Musayev, hakimlər X.Nuriyev və O.Cəlilovdan ibarət tərkibdə) xx xxxxxxxx 1977-ci ildə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, əməlində cinayətlərin təhlükəli residivi olan, Ünvan1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü ma ddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.Əliyev, hakimlər E.Camalov və K.Bəşirovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il t arixli hökmü ilə Məhkum təqsirli bilinib, məhkum edilmişdir, ona görə ki, o, müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədilə qanunsuz olaraq təmiz çəkisi 15,831 qram olmaqla külli miqdar təşkil edən psixotrop maddə olan metamfetamin (bundan sonra - metamfetamin) və təmiz çəkisi 7,082 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə olan qurudulmuş marixuananı (bundan sonra - marixuana) əldə etmiş, üzərində daşıyaraq ünvan 1 ünvanında yerləşən yaşadığı evə gətirmiş, bükümlərə böldükdən sonra həmin metamfetaminin bir ədəd bükümdə təmiz çəkisi 15,503 qram hissəsini həmin evin eyvanında stolun üzərindəki güldanda, bir ədəd bükümdə təmiz çəkisi 0,328 qram hissəsini ə ynindəki şalvarın sol yan cibində, ayrı-ayrılıqda təmiz çəkiləri 2,734 qram, 3,422 qram və 0,926 qram olan marixuananı isə qablaşdırdığı üç kibrit qutusunda olmaqla, iki ədədini eyvandakı dolabın siyirməsində və bir ədədini eyvandakı yazı masasının altında saxlamışdır. Həmin metamfetamin və marixuana xx xxxxxxx 2019-cu il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (bundan sonra Lənkəran ŞRPŞ) əməkdaşları tərəfindən Məhkumun üzərinə və yaşadığı evə baxış keçirilərkən göstərilmiş saxlanıldığı yerlərdən, həmçinin bir ədəd elektron tərəzi yaşadığı evin eyvanındakı servantdan aşkar edilib qablaşdırılaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Ap ellyasiya Məhkəməsinin qərarı birinci instansiya məhkəməsinin hökmü kimi qanunsuz və əsassızdır. Belə ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır, apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar sübuta yetirilməmişdir. Məhkum vermiş olduğu ifadələrində özünü ona ittiham edilmiş CM-nin 234.4.3-cü maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, marixuanadan istifadə etmiş, digər narkotik vasitələr və metamfetamindən isə istifadə etməmişdir. xx xxxxxxx 2029-cu il tarixdə tibbi müayinə olunması üçün cəza çəkdiyi 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən buraxılmış, saat 22 radələrində Lənkəran rayonu Liman şəhəri ərazisində özünəməxsus avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq, Lənkəran ŞRPŞ-nə gətirilmişdir. Orada şübhəli şəxs qismində tutulduqdan sonra, həmçinin müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən əynindəki şalvarın sol yan cibində saxladığı bir ədəd bükümdə ümumi çəkisi 0,30 qram olmuş, əvvəllər narkotik tərkibli dərman olduğunu, ekspetr rəyi ilə tanış olduqdan sonra isə metamfetamin olduğunu bildiyi kristal formada olan maddəni polis əməkdaşına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evə baxış keçirərkən eyvandakı dolabın siyirməsindən iki ədəd kibrit qutusunda və yazı masasının altından bir ədəd kibrit qutusunda olan ümumi çəkisi 11,21 qram olmuş qurudulmuş marixuana, eyvand a stolun üzərindəki güldandan ümumi çəkisi 17,87 qram olmuş əvvəllər limon duzu olduğunu, ekspert rəyi ilə tanış olduqdan sonra isə metamfetamin olduğu bildiyi maddəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Əvvəllər limon duzu olduğunu bildiyi kristal formada olan maddəni yaşadığı evdə gələcəkdə yemək və digər şirniyyat məhsulları bişirilərkən limon duzu kimi istifadə etmək məqsədilə əldə etmiş, saxlamışdır. Baxış zamanı göstərdiyi maddələr və polis əməkdaşlarının yaşadığı evin eyvanındakı servantdan aşkar etdikləri bir ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Həmin tərəzidən əvvəllər qızıl alver edərkən istifadə etmişdir. Göstərdikləri barədə də tərtib edilmiş protokollara imza etmişdir. Üzərində və yaşadığı evdən aşkar edilmiş marixuana və metamfetaminləri iş üzrə tutulmamışdan bir şəxsdən ayrı-ayrılıqda bir ədəd bükümdə xatırlamadığı məbləğdə pulla almışdır. Marixuananın şəxsi istifadəsi, yaşadığı evdən aşkar edilmiş metamfetaminləri limon duzu bilib mətbəxdə istifadə edilməsi, üzərindən aşkar edilmiş metamfetamin isə narkotik tərkibli dərman bilib diş ağrısına qarşı istifadə etmək məqsədilə saxlamışdır. Odur ki, Məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşiman olmasını, iki uşağının olmasını nəzərə alaraq barəsində müvafiq cəza təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instans iyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansi yası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilmiş, həmçinin məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndiri lən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Qeyd edilən normalar baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə i lə razılaşmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasi tələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, məhkumun üzərindən və evindən xırda bükümlərdə qablaşdırılmış narkotik vasitələrin, elektron tərəzinin aşkar olunması və işin digər halları ilə bir daha sübut olunur ki, kassasiya şikayətinin məhkumun narkotik vasitəni şəxsi istehlak üçün əldə etməsi, narkotik vasitə olan metamfetamini limon duzu hesab etməsi barədə dəlilləri özünümüdafiə xarakterli olub, məhkumun cəzasının yüngülləşdiirlməsi məqsədilə irəli sürülmüş də lillərdir. Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum və onun müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna ə sas vermir. Cəza məsələsini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya y üngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkumun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı Məhkumun müdafi əçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar