Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-486/2022 17.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qərarın dan Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları
1. Məhkum xx xxxxxxx 1994-cü ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Salyan şəhəri, Gilan yaşayış massivi, 47 saylı evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.
2. Salyan Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 1(057)37/2021 saylı hökmü ilə (hakim: A.H.Səmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM” 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirli bilinmiş və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 24 fevral 24 fevral 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir
3. Salyan Rayon Məhkəməsininin Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 1(057)37/2021 saylı hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilərək, Məhkum CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirli bilinərək məhkum edilməsinə dair Salyan Rayon Məhkəməsininin Məhkəməsinin 24 fevral 2021-ci il tarixli hökmünün onun barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiqinə dair azadlığın məhdudlaşdırılması cəzası və ya şərti ilə əvəz edilməsini xahiş edilmişdir
4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən R.M.Cəfərov, hakimlər E.İ.Əliyev və M.Ə.Bağırovdan ibarət məhkəmə tərkibi) məhkumunun müdaf iəçisi Fərəcov Salman Böyükağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 1(057)37/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.
5. Hazırda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İİ. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
6. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cəza təyin edilməsi zamanı ona münasibətdə əməlini səmimi etiraf etməsi, məhkumluğunun olmaması, özünü müdafiə üçün dəlillər gətirməməsi, xəstəliyinin olması,iş üzrə ağırlaşdıran halların müəyyən edilməməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsinə dair cəzanı yüng ülləşdirən çoxsaylı hallar məhkəmələr tərəfindən sadalansa da, həmin hallar kifayət qədər nəzərə alınmamışdır.Bununla da ona təyin edilmiş cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində olsa da, ədalətli deyildir. Ona təyin edilmiş cəza, cəzanı yüngülləşdirən hallar nəzərə almamaqla yanaşı eyni zamanda təyin edilən cəzanın onun həyat şəraitinə təsiri nəzərə alınmadan təyin edilmişdir. Hesab edir ki, barəsində Azərbaycan Respublikası CM-nin 62 və ya 70-ci maddəsi tətbiq edilərək, cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin 1(105)-454/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərarının dəyişdirilərək, Məhkum oğlu barəsində Azərbaycan Respublikası CM-nin 62 və ya 70-ci maddəsi tətbiq edilməklə, cəzanın şərti olaraq tətbiq edilm əsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Kassasiya müraciətinə baxılmasında iştirak etmiş şəxslərin çıxışları
8. Məhkəmə kollegiyası vaxtında lazımınca məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş şəxslərin iştirakları olmadan kassasiya şikayətinə baxılmasını mümkün saymışdır.
9. Dövlət ittihamçısı Əliyeva Yaqut Bəşir qızı çıxışında bildirdi ki, kassasiya şikayəti əsassızdır, apellyasiya instansiyası məhkəməsi məhkum barəsində qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir. Buna görə, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2021-ci iltarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. İV. İşə aid qa nunvericilik
10. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri aşağıdakıları müəyyən edir: Maddə
8. Ədalət prinsipi “8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır....” Maddə
41. Cəzanın anlayışı və məqsədi “41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpa sı, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Maddə
58. Cəzanın təyin edilməsinin ümumi əsasları “... 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Maddə
70. Şərti məhkum etmə “70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqı nda qərar çıxara bilər. 70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır....”
11. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) müvafiq maddələri aşağıdakıları müəyyən edir: Maddə
416. Məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar “416.1. Kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir:... 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə;...” Maddə
419. Kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması “419.1. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.... 419.10. Cinayət prosesi tərəflərinin çıxışından sonra kassasiya instansiyası məhkəməsinin hakimləri yerində müşavirə apararaq və ya məhkəmənin müşavirə otağında aşağıdakı qərarlardan birini çıxarırlar:... 419.10.1. müvafiq ol araq birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq;...” V. Hüquqi məsələlər 12.Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır (bax, paraqraf 9). 13.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qəra rın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 14.Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 15.Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv ed ilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır (bax, paraqraf 9). 16.Məhkum tərəfindən verilmiş kassasiya şikayətində cəzanın ağır olması mübahisə edilir və məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62 və ya 70-ci maddəsini tətbiq etməklə onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi barədə qərar qəbul edilmə xahiş olunur. Məhkum təyin edilən cəzanın ədalətli olmadığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, Azərbaycan Respubli kası CM-nin 62 və ya 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. 17.Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 18.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli tö rədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətl ərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməs inə dair” 02 aprel 2012-ci il tarixli qərarları). 19.Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən cinayət qanununun 70.1ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir (bax, paraqraf 8). 20.Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (bax, paraqraf 8). 21.Məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqa yisə etməklə yoxlandıqda, Məhkum ona ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. 22.Məhkum еdilmiş şəхs Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Apellyasiya məhkəməsi cəza təyin edərkən məhkumun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi və sonuncunun ondan şikayət və tələbinin olmamasını, xəstəliyini, cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə almış, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin et miş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. 23.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.1 və 41.2-ci maddələrinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (bax, paraqraf 8). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Eyni zamanda, cinayət qanunun mənasına görə, şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Hazırki cinayət işində belə halların mövcud olması aşkar edilmədiyinə görə, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddəsinin tətbiq olunması qeyri-mümkündür. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Məhkum barəsində təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmuşdur. 24.Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni m übahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 25.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2021-ci iltarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 26.Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın.