Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-486/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Zərərçəkmiş şəxs iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qəra rından Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin (hakim Nofəl Mustafayev) 19 may 2021-ci il tarixli 1(062)-1/2021 nömrəli hökmü ilə 25 iyun 1990-cu ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Tovuz rayonu Abulbəyli yaşayış ərazisində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin X3 da təqsirli bilinərək, məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsin in hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 21 oktyabr 2019-cu il tarixində saat 17 radələrində Tovuz şəhəri Abulbəyli yaşayış ərazisində, yəni yaşadığı dalanda anası X3 ilə birlikdə bir qrup şəxs halında, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı vətəndaşların dincliyini pozaraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, ictimai yer hesab olunan dalanda-küçədə olan şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkət lər edib, əli və ayağı ilə Zərərçəkmiş şəxs vuraraq sonuncunun sağ ayaq pəncəsinin hərəkət məhdudluğu ilə müşayiət edilən qançır-şişkinliyi və alın nahiyəsinin qançır-şişkinliyi (hematomaları), hər iki bud nahiyələrinin və döş qəfəsinin qançırları, sağ əlin İİ barmağının uc falanqasının və sol əlin İİİ barmağının orta falanqasının sıyrıqları ilə müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri alması ilə nəticələnən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və elçin Xasməmmədov) 19 avqust 2021-ci il tarixli, 1(104)-405/2022 nömrəli qərarı ilə Tovuz Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(062)-1/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əziz Seyidov (sədrlik edən və məruzəçi), Tahir Kazımov və Ələsgər Novruzov) Teyyub Muxtarov və Elçin Xasməmmədov) 04 may 2022-ci il tarixli, 1(102)-575/2022 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2021-ci il tarixli, 1(104)-405/2022 nömrəli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmış, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Süleyman Əliyev tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının (hakimlər Çingiz Məmmədov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Ədil Məmmədov) 23 sentyabr 2022-ci il tarixli, 1(104)-448/2022 nömrəli qərarı ilə Tovuz Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(062)-1/2021 saylı hökmü Məhkum təyin edilmiş cəza hissəsində dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası artırılaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası həddində müəyyən edilmiş, Məhkum ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını 6 (altı) ay müddətini tam çəkdiyindən həmin müddət təyin olunmuş qəti cəza müddətindən çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılma sı cəzası saxlanılmış, məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci maddəsinə əsasən Məhkum barəsində amnistiya tətbiq edilərək ona təyin edilmiş cəza 1 (bir) il endirilmiş və üzərində 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi2 birgə kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2022-ci il tar ixli qərarı ləğv edilməsi və Məhkum barəsində 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, sonuncu apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsizdir. Belə ki, Məhkum əməlindəki tərkib ilk əvvəldən daha ağır cinayət tərkibi kimi tövsif edilməli olduğu və ağır cəza tətbiq edilməli halda, bu sahədə onların şikayət və vəsatətləri təmin edilməmişdir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkum 21 oktyabr 2019-cu il tarixdə anası ilə b irlikdə qrup halında Tovuzun Abulbəyli kəndində küçənin ortasında onun dincliyini pozmuş və ona xəsarətlər yetirmişdir. Açıq surətdə belə bir təhlükəni yaradan məhkuma apellyasiya instansiyasının ötəri cəza təyin etməsi yolverilməzdir. Belə cəza məhkumum islah olunmasına yox, daha da güclənib sabah üstümə başqa cürə hücum etməsinə şərait yaradır. Hakimlərin isə buna göz yumması cəmiyyətə və qanunlara sayğı deyil. Kassator hesab edir ki, məhkuma verilən cəza azadlığı məhdudlaşdırılması yox, azadlıqdan məhrum etmə növündə olmalıdır. Bu hala münasibətdə maddi əsası da var. İş üzrə Ali Məhkəmənin iş üzrə qərarı var. X7 Apellyasiya Məhkəməsi belə qərarla narahat təcrübə formalaşdırır. Yuxarı məhkəmənin mövqeyi aşağı məhkəmə üçün məcburidir, prinsipi kobud şəkildə pozulmuşdur. Bu hallar yol veri lməzdir. Belə ki zərərçəkmiş şəxs şəhid anasıdır, hazırda münaqişə davam etməkdədir, təqsirli şəxslərin barışığa cəhdi yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndiril məsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməl yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilmə-mişdir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 kassasiya şikayəti Məhkum Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə daha ağır cəza təyin edilməsi barədə verilmişdir. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin ağırlığına, işin hallarına və onun şəxsiyyətinə öz yüngüllüyünə görə uyğun gəlmir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Resp ublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmu ş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cin ayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ict imai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi müvafiq ol araq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanı dəyişdirmiş və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-in 221.2-ci maddənin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Apellyasiya instansiyası məhkəməsi Məhkum hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırlması cəzasının sanksıya həddində 3 (üç) ilə artırmışdır. Bu cür cəzanı heç də yüngül cəza kimi qiymətlən dirmək mümkün deyildir. Məhkəmə kollegiyasının fikrincə Məhkum təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Həmin cəza məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Ona görə də kassasiya şikayətinin cəzanın yüngüllüyü barədə dəlilləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdir ilməsinə əsas vermir. Belə ki, cinayət işin materiallarında Məhkum cəzasının ağırlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarının zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsinin birgə verdikləri kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə ve rilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-486/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-486/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver