Məhkəmə qərarları › İş №1(102)-486/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-486/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-486/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 8 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 8 may 2023-cü tarixli hökmü ilə (hakimlər Mahmudov Faiq Nüsrət oğlu (sədrlik edən və məruzəçi) İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə) Məhkum, 6 dekabr 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Ağdam Rayon Məhkəməsinin 7 iyul 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə, CM-in 69.3-cu maddəsinə əsasən isə qəti olaraq 1 (bir) il 2 (iki) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 11 (on bir) ay müddətə, CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən isə Ağdam Rayon Məhkəməsinin 7 iyul 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 2 (iki) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının müddəti həmin məhkəmənin 15 dekabr 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə 1 (bir) il azaldılmış və çəkilməmiş qalan 2 (iki) ay 8 (səkkiz) gün müddətə hissəsi 1 (bir) ay 4 (dörd) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla və hazırki hökmlə qismən birləşdirilməklə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onları n külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahılarına əsasən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 13,27 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 5,118 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində saxlamış, 14 iyun 2022-ci il tarixdə, saat 01:05 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Məhkum Bərdə şəhəri Bakı küçəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi olmadan saxladığı 2 (iki) sellofan bükümlərdəki ayrı-ayrılıqda təmiz çəkilər i 5,632 qram və 7,638 qram ümumi təmiz çəkisi 13,27 qram külli miqdarda kustar üsulla hazırlanmış heroin və 1 (bir) ədəd şəffaf bükümdəki digər 1(bir) ədəd yaşıl rəngli sellofan bükümdə təmiz çəkisi 5,118 qram olan maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 8 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Qasımov Zaur Zabil oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 17 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən sax lanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ saylı Siyahıya, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılması ilə mübarizəyə dair" 2007-2012, 2013-2018, 2019-2024-cü illər üzrə Dövlət Proqramlarına və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında’’ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına, habelə ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama istinad edən dövlət ittihamçısı Q.A.Rizvanov həmin protestini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,632 qram və 7,638 qram ümumi təmiz çəkisi 13,27 qram külli miqdarda kustar üsulla hazırlanmış heroini və 1 bükümdə təmiz çəkisi 5,118 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz əldə etməklə üzərində saxlamış və daşımış və 14 iyun 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb polis şöbəsinə aparıldıqdan sonra orada aparılmış şəxsi axtarış zamanı üzərindən həmin narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmələr aşkar edilmiş heroinin və metamfetaminin Məhkum aid olmaqla şəxsi axtarış zamanı üzərindən aşkar edilib götürülməsi hissəsində ibtidai araşdırma orqanının gəldiyi qənaəti düzgün hesab etsələr də, bu əməli məhz satış məqsədilə törətməsi hissəsində həmin orqanın gəldiyi nəticəni mübahisələndirmiş və belə qənaətə gəlmişlər ki, Məhkum narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması nə ibtidai, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Dövlət ittihamçısının mövqeyinə görə isə, məhkəmələrin gəldikləri qənaət işin hallarına, araşdırılmış sübutlara uyğun olmamış və məhkumun ondan aşkar edilərək götürülmüş külli miqdarlarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edərək saxlaması və daşıması şahidlərin ifadələri ilə, ilkin araşdırma zamanı tərtib edilmiş bir sıra sübut əhəmiyyətli sənədlərlə və digər sübutlarla tam təsdiq edilmişdir. Məhkəmələr isə bu sübutlara düzgün qiymət verməmiş və nəticədə onun əməlinin hüquqi tövsifində səhvə yol vermişlər. Bu zaman məhkəmələr nəzərə almamışlar ki, Məhkum üzərindən ittihamda göstərilən narkotik vasitə və psixotrop maddə ilə yanaşı həmçinin elektron tərəzi də aşkar edilib götürülmüş, lakin sonuncunun həmin tərəzini hansı məqsədlə əldə edib üzərində saxlaması məhkəmələr tərəfindən araşdırılmamışdır. Bundan başqa, məhkəmələr diqqət yetirməmişlər ki, Məhkum aşkar edilmiş 2 bükümdə olan 13,27 qram çəkidə heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 88 dəfə, külli miqdarından isə təxminən 7 dəfə, 5,118 qram metamfetaminin miqdarı şəxsi istehlak miqdarından təxminən 34 dəfə, külli miqdardan isə təxminən 2,5 dəfə çox olmuş, sonuncu heç bir yerdə işləmədiyi halda bu miqdarlarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş və elektron tərəzi ilə birlikdə üzərində saxlamış və daşımış, əvvə llər də narkotik vasitənin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş, cəzasını çəkmədən yenidən eyni xarakterli cinayət törətmiş, yalnız heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi halda ondan həmçinin psixotrop maddə olan metamfetamini də əldə edib üzərində saxlamış və daşımışdır. Bütün bu obyektiv hallar da ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinin əsaslı olmasını bir daha təsdiq edir. Odur ki, qeyd olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı Q.A.Rizvanov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum edilmiş şəxs Məhkum məhkəmə iclasında iş tirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçı sı Q.A.Rizvanovun kassasiya protestinin məzmunundan göründüyü kimi, o, həmin protestində birinci instansiya məhkəməsi ilə yanaşı apellyasiya instansiyası məhkəməsinin də ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara düzgün qiymət vermədiyini, bunun nəticəsi olaraq Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhv nəticəyə gəlməsini iddia edir və bununla bağlı dəlillərə əsaslanaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahi yyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinə görə, kassasiya insta nsiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddəd ə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Hazırki iş üzrə Gən cə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Q.A.Rizvanov tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqan larının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilm əsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədil ə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədal ətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir (məsələn, əlavə şahidlərin dindirilməsi, müvafiq ekspertizaların təyin edilərək keçirilməsi, sübut əhəmiyyətin malik olan sənədlərin əldə edilərək tədqiq edilməsi və sair). Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkib inin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi, cinayət əl amətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olun muşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının d igər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəs i yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlər inin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göst ərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli h əlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin t örədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsas lı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təq siri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət müh akimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirin in sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və dü zgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenid ən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olu nmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsi rləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yeti rilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə ə saslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestində irəli sürdüyü apellyasiya instansiyası qərarının qanunsuz sayılması və həmin qərarın ləğv edilməsi barədə tələbinin əsaslılığını yoxlayarkən hazırki cinayət işinin materiallarına və məhkəmələrin gəldikləri nəticəyə diqqət yetirərək müəyyən etmişdir ki, Məhkum törətdiyi əməlin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsi barədə bu nəticə heç də araşdırılmış sübutlarla tam uzlaşmır. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir qisminə müraciət etməyi və bu sübutlara əsasən müəyyən edilmiş hallara əsasən özünün hüquqi mövqeyini a şağıdakı qaydada əsaslandırmağı zəruri bilir. Əvvəla, kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda “Narkotk vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahılarına əsasən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 13, 27 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 5,118 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində saxlamış, 14 iyun 2022-ci il tarixdə, saat 01:05 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Məhkum Bərdə şəhəri Bakı küçəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi ilə saxladığı 2 (iki) sellofan bükümlərdəki ayrı-ayrılıqda təmiz çəkiləri 5,632 qram və 7,638 qram ümumi təmiz çəkisi 13,27 qram külli miqdarda kustar üsulla hazırlanmış heroin və 1 (bir) ədəd şəffaf bükümdəki digər 1(bir) ədəd yaşıl rəngli sellofan bükümdə təmiz çəkisi 5,118 qram olan maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu ittihamın əsasını isə Məhkum ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici ifadələri, şahidlər Şahid1, Şahid2 ifadələri, ilkin araşdırma zamanı tərtib edilmiş sübut əhəmiyyətli sənədlər, o, cümlədən Məhkum üzərində şəxsi axtarışın və götürmənin aparılması haqqında 14 iyun 2022-ci il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının 14 iyun 2022-ci il tarixli 16/671 saylı, məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 202ci il tarixli 1417 saylı rəyləri, maddi sübutlar və başqa sübutlar, o cümlədən ibtidai araşdırma orqanının əməliyyat tapşırığına verilmiş cavab təşkil etmişdir. İş materiallarından göründüyü kimi, bu sübut lar birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, onların hər birisi apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı 8 may 2023-cü il tarixli hökmdə ətraflı təsvir edilmiş və buna görə məhkəmə kollegiyası həmin sübutların hamısının hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür, lakin onların bir hissəsinə müraciət etməli lazım bilir. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrindən görünür ki, o, uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. 13 iyun 2022-ci il tarixdə saat 23 radələrində o, yaşadığı Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən evdə olarkən polis əməkdaşları onu tutub Bərdə rayon polis şöbəsinə gətirmişlər. Sonra üzərində axtarış aparılmış, lakin bunun nəticəsində qanunsuz dövriyyəsi qada ğan edilmiş və ya məhdudlaşdırılmış heç bir əşya aşkar olunmamışdır. Həmin istintaq hərəkətinin aparılması zamanı onun üzərindən yalnız 1 ədəd telefon, 616 manat pul, 1 ədəd gümüşü bilərzik, 1 ədəd gümüşü boyunbağı, 1 ədəd qol saatı və əlavə olaraq 150 manat pul aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşları onun narkotik vasitə istifadə etdiyini bildiklərini deyərək narkotik vasitəni haradan və kimlərdən aldığını soruşmuş, o isə həmin vasitəni tanımadığı şəxslərdən alıb qəbul etdiyini bildirmişdir. Buna görə polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Bundan sonra Azər adlı və digər polis əməkdaşları narkotik vasitə aldığı şəxslərin adlarını demədiyinə görə ona zor tətbiq edərək hədə-qorxu gəlmiş və üzərinə narkotik vasitə qoyacaqlarını və onu Cinayət Məcəlləsinin 234.1-ci mad dəsi ilə məsuliyyətə cəlb edəcəklərini, bunu etiraf etmədiyi halda isə ona şəxsiyyətini alçaldılacaq formada təzyiq olunacağını və qardaşının üzərinə və evlərinə narkotik vasitə qoyulacağını bildirmişlər. Buna görə o, polis əməkdaşlarının dedikləri ilə razı olmuş, bundan sonra onun üzərinə, şalvarının ciblərinə narkotik vasitə və elektron tərəzi yerləşdirilmiş və polis əməkdaşları elektron tərəzini narkotik vasitə aldığı şəxslər onu aldatmasın deyə həmin vasitəni alarkən öz tərəzisi ilə cəkisini dəqiqləşdirməsi barədə izahat verməsini tələb etmişlər. Bundan sonra dəvət olunmuş müdafiəçinin və iki nəfər polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılarkən o, polis əməkdaşlarının təklifi ilə onların cibinə yerləşdirdikləri narkotik vasitəni və psixotrop mad dəni cəmisi üç bükümdə qablaşdırılmış şəkildə və elektron tərəzini təqdim etmişdir. Daha sonra, 1 ədəd yaşıl rəngli sellofan bükümlə birlikdə metamfetaminə bənzər kütlə 2 bükümdə heroinə bənzər kütlə tərəzidə cəkilmiş, onların çəkiləri yadında qalmamış və həmin bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Bu istintaq hərəkətinin aparılması ilə bağlı müvafiq sənədlər tərtib olunmuş və o, həmin sənədləri oxumadan imzalamışdır. İbtidai araşdırma zamanı ilk olaraq onun barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlansa da sonradan həmin ittiham ağırlaşdırılaraq ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Halbuki, o, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, saxlanılarkən də onun üzərində belə vasitə və maddə, habelə elektron tə rəzi olmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi, işə mahiyyəti üzrə baxan məhkəmələr Məhkum bu ifadələrini inandırıcı hesab etməyərək həmin ifadələri sonuncu tərəfindən məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmiş və qəbul etdikləri yekun məhkəmə aktlarının əsasında sonuncunun ibtidai araşdırma zamanı verdiyi ifadələrini əsas sübutlardan biri kimi qəbul etmişlər. İbtidai araşdırma zamanı isə Məhkum müdafiəçisinin iştirakı ilə heç bir təsir və təzyiq göstərilmədən dindirilərkən göstərmişdir ki, 14 iyun 2022-ci il tarixdə saat 00 radələrində o, yaşadığı Bərdə şəhəri, Koroğlu küçəsi ilə evə gedən zaman yolun kənarında bükülü vəziyyətdə ağ sellofan torba görmüşdür. O, həmin sellofan torbanı yerdən götürüb içərisinə baxdıqda orada 2 ədədi yaşıl rəngli, 1 ədədi ağ rəngli bükümlər yerləşdirildiyini, həmin bükümlərdən ikisinin içərisində heroin, bir bükümdə isə metamfetamin olmasını müəyyən etmiş və onları kimsə görməsin deyə əynindəki şalvarın sol yan cibinə qoymuşdur. Bundan sonra o, Bərdə şəhəri, Bakı küçəsi ilə yoluna davam edən zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitələrin saxlanılmasında, daşınmasında şübhəli olduqlarını bildirib, onu Bərdə rayon polis şöbəsinə aparmışlar. Bərdə rayon polis şöbəsində onun üzərinə müdafiəçinin və iki nəfər polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman ona üzərində qanunsuz dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, o, da bu təklifə əsasən tapdığı narkotik vasitəni və psixotrop maddəni cibində olan elektron tərəzi və digər əşyalarla və pulla birlikdə təhqiqatçıya təqdim etmişdir. Əhəmiyyət kəsb etməyən əşyalar ona qaytarılmış, narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin onların yerləşdiridiyi bükümlərdə tərəzidə çəkilərək elektron tərəzi ilə birlikdə zərfə qablaşdırılmış, həmin zərf və şəxsi axtarışın aparılması haqqında protokol isə iştirakçılar, o cümlədən onun tərəfindən imzalanmışdır. Həmin ifadələrində Məhkum həmçinin qeyd etmişdir ki, tapdığı narkotik vasitənin və psixotrop maddənin hər hansı hissəsini o, heç kimə satmamış və ya hədiyyə verməmişdir və onları satmaq niyyətində olmayaraq yalnız özünün istifadəsi üçün əldə edərək üzərində saxlayıb daşımışdır. Eyni zamanda məhkəm ə kollegiyası qeyd edir ki, Məhkum 14 iyun 2022-ci il tarixdə saat 01:05-də saxlanılması, onun Bərdə rayon polis şöbəsinə aparılması, orada şübhəli şəxs qismində tutulması, sonradan isə müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarışın keçirilməsi və bu istintaq hərəkəti nəticəsində üzərindən məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilən çəkilərdə külli miqdarda narkotik vasitənin, külli miqdarda psixotrop maddənin və elektron tərəzinin aşkar edilərək götürülməsi barədə ifadələrinə uyğun ifadələri həmçinin əməliyyat-axtarış tədbirlərini həyata keçirən polis əməkdaşları Şahid1 və Şahid2 də vermiş və əlavə olaraq qeyd etmişlər ki, Məhkum barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitələri saxlaması və gəzdirməsi ilə yanaşı həm də belə vasitəl ərin satışı ilə məşğul olması da göstərilmişdir. Bu hal, yəni Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması həmçinin Şahid1 14 iyun 2022-ci il tarixli raportunda, Bərdə Rayon Məhkəməsinin hakiminin 14 iyun 2022-ci il tarixli qərarı ilə qanuni hesab edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında eyni tarixli qərarla və ilkin araşdırma zamanı tərtib edilmiş digər prosessual sənədlərdə də əksini tapmış, lakin məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında mötəbər sübut kimi qiymətləndirdikləri bu sənədlərin bir hissəsinə əsaslansalar da həmin hala inandırıcı şəkildə qiymət verməmiş, əməliyyat məlumatının daxil olması ilə bağlı əməliyyat işinin açılıb-açılmamasını aydınlaşdırmamış, belə əməliyyat işi açılmışdırsa, onun qapalı məhkəmə iclasında tədqiq edilməsini təmin etməmişlər. Məhkum olunmuş şəxs Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrinə isə diqqət yetirməklə onları toplanmış və araşdırılmış digər obyektiv sübutlarla müqayisəli şəkildə təhlil edərək, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmələr onun törətdiyi əmələ münasibətdə maddi hüquq normasını tətbiq edərkən nəzərə almamışlar ki, iş üzrə keçirilmiş 20 sentyabr 2022-ci il tarixli 1417 nömrəli rəyinə əsasən, Məhkum üç aydır ki, narkotik vasitə olan heroindən çəkmə yolu ilə istifadə edir, bunun nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, bu xəstəlikdən məcburi müalicəyə ehtiyacı var və onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Bu rəyin və məhkumun verdiyi ifadələrin fövqündə məhkəmə kollegiyası vurğulayır ki, məhkəmələr Məhkum polis əm əkdaşları tərəfindən saxlanılarkən və üzərində heroinlə yanaşı onun tərəfindən istifadə edilməsi müəyyən olunmamış külli miqdarda psixotrop maddə olan metamfetaminin də aşkar edilib götürülməsinə, heroinin istifadəsi üçün isə lazım olan avadanlığın olmamasına qiymət verməmiş, məhkumun özünün deməsinə görə, onun heroini çəkmək yolu ilə qəbul edərkən hansı əşyalardan istifadə etməsi araşdırılmamış, əgər belə əşyalar olmuşdursa, onları üzərində və ya başqa yerdə saxlaması, habelə psixotrop maddələrdən də istifadə etmişdirsə bunu hansı yolla istifadə etməsi aydınlaşdırılmamışdır. Halbuki, məhkəmə kollegiyasının qənaətinə görə, bu xüsusatların dəqiq müəyyən edilməsi onun əməlinin düzgün tövsif edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, ibtidai araşdırma zamanı əməliyyat-axtarış təd birlərini həyata keçirmək səlahiyyətlərinə malik olan orqana ünvanlanan sorğulara verilmiş və cinayət işinin materiallarına əlavə edilmiş cavablardan görünür ki, keçirilmiş belə tədbirlər nəticəsində Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmiş, lakin onun bu vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu istiqamətdə, yəni hansı və kimlər tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi də məhkəmələr tərəfindən aydınlaşdırılmamış, ibtidai araşdırma orqanına verilmiş cavablar üzrə heç bir araşdırma aparılmamış, sorğularla bağlı əməliyyat-axtarış işinin açılıb-açılmaması, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə həm 14 iyun 2022-ci il tarixli raportda, həm də qeyd edilən ca vablarda göstərilən halların mənbəyi dəqiqləşdirilməmiş, göstərilən raporta və əməliyyat tapşırığına cavablara isə məhkəmələr yekun məhkəmə aktlarında yalnız istinad edərək onları sübut növü kimi qəbul etməkdən imtina etmişlər. Hərçənd, həmin sənədlərdə göstərildiyi kimi, Məhkum həqiqətən narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının, yəni Konstitusiyanın 125-ci maddəsini Vİİ hissəsinə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən iş üzrə həqiqətin müəyyən edilməsi də onun üzərindən aşkar edilərək götürülmüş külli miqdarlarda narkotik vasitəni və psixotrop maddəni əldə edərkən və üzərində saxlayaraq daşıyarkən həmin vasitə və maddəni satmaq niyyətində olub-olmaması, nəticə etibarı ilə isə - əməlinin düzgün tövsif edilməsi üçün zəruri olmuşdur. İş materialarının və q əbul edilmiş yekun məhkəmə aktlarının təhlili göstərir ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticə ona əsaslanmışdır, şəxsi axtarış zamanı narkotik vasitə və psixotrop maddə ilə yanaşı sonuncunun üzərindən elektron tərəzinin də götürülməsi haqqında müddəalar ona qarşı irəli sürülmüş ittihamda əksini tapmamış, həmin tərəzi maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunmamış, iş üzrə dindirilmiş şahidər Şahid1 və Şahid2 isə məhkəmə iclasında verdikləri ifadələrində, hər birisi ayrı-ayrılıqda göstərmişlər ki, şəxsi axtarış zamanı verilmiş suallara cavab olaraq Məhkum üzərindən götürülmüş elektron tərəzini narkotik vasitə alarkən onu aldatmasınlar deyə özü çəkisini yoxlaması üçün sax ladığını bildirmiş, polis şöbəsinə daxil olmuş məlumatda isə sonuncunun narkotik vasitələri saxlaması və gəzdirməsi ilə yanaşı bunu satış məqsədi ilə etməsi göstərilsə də, keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitələri satması və ya satış məqsədi ilə əldə edib saxlaması təsdiq olunmamışdır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Məhkum üzərində şəxsi axtarış aparılarkən ondan narkotik vasitə və psixotrop maddə ilə yanaşı həmçinin elektron tərəzinin də götürülməsi, bunun əldə olunmuş sübutlarla, xüsusən də şəxsi axtarış və götürmə haqqında 14 iyun 2022-ci il tarixli protokolla təsdiq olunması, həmin tərəzi üzrə də ekspertiza təhqiqatının aparılması, lakin məhkəmə-kimyəvi ekspertizasının 14 iyun 2022-ci il tarixli 16/671 saylı rəyinə əsasən tərəzinin üzərində narkotik vasitələrin və ya psixotrop maddələrin izlərinin aşkar edilməməsi ibtidai araşdırma orqanı kimi, məhkəmələrdə də şübhə doğurmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu hallara əsasən həmin tərəzinin cinayət işinin materiallarına maddi sübut kimi əlavə olunmamasının, eyni zamanda göstərilən əşyanın aşkar edilib götürülməsi ilə bağlı xüsusatın Məhkum qarşı irəli sürülmüş ittihama daxil edilməməsinin səbəbləri məhkəmələr tərəfindən iş üzrə ilkin və ibtidai araşdırma aparan şəxslərin dindirilmələri yolu ilə aydınlaşdırıla bilərdi ki, bunu da istər sübutları araşdırmış birinci instansiya məhkəməsi, istərsə də apellyasiya protestinə baxan apellyasiya instansiyası məhkəməsi etməmişlər. Daha sonra məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin istinad etdiyi şahidlər Şahid1 və Şahid2 həm Məhkum üzərindən aşkar edilərək götürülmüş elektron tərəzisinin üzərində gəzdirməsinin səbəbi barədə onların verdikləri suala məhkum olunmuş şəxsin verdiyi cavaba, həm də daxil olmuş əməliyyat məlumatında Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasının təsdiq edilməməsinə dair ifadələri ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, əvvəla cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, Məhkum üzərində şəxsi axtarış aparılarkən götürülmüş tərəzinin onun hansı məqsədlə üzərində gəzdirməsinin səbəbi barədə nə təhqiqatçı, nə də ki, həmin istintaq hərəkətinin keçirilməsində iştirak etmiş adları göstərilən əməliyyatçılar və müdafiəçi X.Y.İsayeva ona heç bir sual verməmiş və Məhkum də göstərilən xüsusatla bağlı həm ilkin, həm də ibtidai araşdırma zamanı heç bir izah verm əmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu hala dair hər hansı araşdırmanın aparılmasını zəruri hesab etməyərək nəzərindən qaçırmışdır ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahidlərin belə məzmunda ifadələr vermələri həm məhkəmə iclas protokolunda, həm də hökmdə əks etdirilsə də, həmin iclasda dövlət ittihamını müdafiə etmiş prokuror Z.Z.Qasımov məhkəmə iclas protokoluna verdiyi yazılı qeydlərində bu halları mübahisələndirərək protokolda və hökmdə adları göstərilən şahidlərin ifadələrinin təhrif olunmasını iddia etmişdir (bu haqda dəlil həmçinin dövlət ittihamçısının Gəncə Ağır Cinayətlər Məhkəməsinin 8 may 2023-cü il tarixli hökmündən verdiyi apellyasiya protestində də əksini tapmışdır). Lakin, birinci instansiya məhkəməsinin hakiminin 30 may 2023-cü il tarixli qər arı ilə dövlət ittihamçısı Z.Z.Qasımovun məhkəmə iclas protokoluna dair verdiyi yazılı qeydləri qəbul edilməmiş və həmin qeydlərin və göstərilən qərarın əsaslı olub-olmamasını yoxlamaq mümkün olmamışdır ona görə ki, məhkəmə iclasında sədrlik edən hakim tərəfindən CPM-in 51.6-1-ci maddəsinin tələbləri pozularaq məhkəmə iclasının fasiləsiz audioyazının aparılması təmin olunmamış və belə audioyazı əks olunmuş elektron daşıyıcı məhkəmə iclas protokoluna əlavə edilməmiş, məhkəmə iclasında audioyazınının aparılmamasının səbəbləri isə həm göstərilən qərarda, həm də cinayət işinin digər materiallarında göstərilməmişdir. Halbuki, CPM-in 51.6-1-ci maddəsinə əsasən, məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir, cinayət prosesinin tərəflərini və cinayət pr osesində iştirak edən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir. Məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir və audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. Məhkəmə iclasının protokolu və audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə iclasının audioyazısına üstünlük verilir. Qanunvericiliyin göstərilən normasının tələblərinə əsaslanan məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya protestinin dəlillərinə cavab verilməsi üçün yuxarıda təsvir edilmiş halların araşdırılması, onlara qanuna müvafiq qaydada qiymət verilməsi ilə yanaşı həmçinin məhkəmə iclasında audioyazının aparılmaması şahidlər Şahid1 və Şahid2 həmin iclasda verdikləri ifadələr inin təhrif edilib-edilməməsinin yoxlanılması üçün onların apelyasiya icraatı zamanı bir daha təkrarən dindirilmələrini zəruri etmiş, lakin, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi bu məsələni də aydınlaşdırmaqdan imtina etmişdir. Ən əsası isə məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarından verilmiş kassasiya protestinin məzmununa uyğun eyni dəlillər həm də birinci instansiya məhkəməsinin 8 may 2023-cü il tarixli hökmündən verilmiş apellyasiya protestində də irəli sürülmüş, lakin həmin protestə baxan apellyasiya instansiyası məhkəməsi bu dəlillərin heç birinə əsaslandırılmış və inandırıcı şəkildə heç bir cavab verməmiş, qəbul etdiyi qərarında isə məhkum olunmuş şəxsin i btidai araşdırma zamanı verdiyi ifadələrini və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrin cüzi bir hissəsini təsvir etməklə kifayətlənib Məhkum törətdiyi cinayət əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığını qeyd etmiş, digər tərəfdən isə Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin külli miqdarlarda olmasına, onların ayrı-ayrılıqda sellofan bükümlərə qablaşdırılmasına, bunlarla yanaşı Məhkum, istintaq və məhkəmə təcrübəsinə əsasən, adətən göstərilən əşyaların satışı zamanı istifadə olunan elektron tərəzini də üzərində gəzdirməsinə qiymət verilməmişdir. Hərçəndə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə ed ilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların natamam şəkildə araşdırılması və onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymət verilməməsi, digər tərəfdən isə apellyasiya şikayətinin dəlillərinə faktiki olaraq cavab verilməməsi ilə bağlı qeyd edir ki, həm Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunvericilik aktlarının, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələr ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm və digər yekun qərarla yanaşı həmçinin apellyasiya və kassasiya müraciətlərinə baxan yuxarı instansiya məhkəmələrinin də yekun məhkəmə aktları müvafiq sübutlar vasitəsilə və maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalı, həmin aktlarda məhkəmələrə ünvanlanmış belə müraciətlərin bütün dəlillərinə inandırıcı cavablar verilməli, bunun üçün zərurət yarandıqda apellyasiya instansiyası məhkəməsi sübutların təkrarən tam və ya qismən tədqiqindən və qanuna müvafiq qaydada qiymətləndirməsindən imtina etməməli, qəbul olunmuş aktlar üzrə məhkəmələrin gəldikləri nəticələr isə heç bir şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yalnız belə olduqda ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsi olan yekun məhkəmə aktı bu tələblərə, hüquqi mövqeyə və izah və tövsiyələrə uyğun olan və həmin hüququ təmin edən akt kimi səciyyələndirilə bilər. Hazırki iş üzrə apellyasiya icraatına aid materiallardan və apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi yekun qərardan apellyasiya instansiyası məhkəməsinin yuxarıda təsvir edilmiş tələblərə, hüquqi mövqeyə və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına yönəlmiş izah və tövsiyələrə uyğun olması görünmür. Məhkəmə kollegiyası daha bir məqama diqqət yet irməyi lazım bilir ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı 8 may 2023-cü il tarixli hökmün 7-ci vərəqində birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Məhkum aşkar olunmuş külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddəni əldə edib saxlaması nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır.” Lakin bundan sonra məhkəmə özünün gəldiyi bu nəticəyə zidd olaraq Məhkum CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və cəzalandırılması barədə başqa nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə bu əhəmiyyətli ziddiyyətə heç bir münasibət bildirməmişdir. Bütün təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik və onun əməlinin hüquqi tövsif məsələlərini həll edərkən sübutetməyə və sübutların qiymətləndirilməsinə dair qanunvericiliyin tələblərinə əməl etməmiş, onun cinayət əməlinin tövsifi ilə razılaşarkən isə bununla bağlı gəldiyi nəticəni kifayət qədər əsaslandırmamış, hökmdən verilmiş apellyasiya protestinin dəlillərinə də əsaslandırılmış və inandırıcı cavab verməmiş, nəticə etibarı ilə isə, kassasiya protestində də iddia olunduğu kimi, CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə bu pozuntularla qəbul edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarı qüvvədə saxlanıla bilməz və buna görə də kassasiya protestinin də lilləri qəbul edilən sayılaraq həmin protest təmin edilməklə göstərilən qərar ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya protestinin dəlilləri ilə birgə müqayisəli şəkildə bir daha təhlil edib həmin protestin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestinin təmin edilməklə hazırki cinayət işi üzrə Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə nəticəyə gəlir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası CPM- in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinay ət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni apellyasiya baxışına təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar