Məhkəmə qərarları › İş №1(102)-487/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-487/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-487/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri, ”Mərkəz” Vəkil Bürosunun vəkili Məmmədzadə Ayaz Eyvaz oğlunun iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan və yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli qərarından məhkum və müdafiəçiləri, Bakı şəhəri, ”Mərkəz” Vəkil Bürosunun vəkili Məmmədzadə Ayaz Eyvaz oğlu və Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili Şıxıyev Şükür Babacan oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim T.Ə.Qurbanov) Məhkum CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müd dətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmlə həmçinin 366.344 (üç yüz altmış altı min üç yüz qırx dörd) manat maddi ziyanın, 3000 (üç min) manat mənəvi ziyanın Məhkum tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı X5 ödənilməsi qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən, habelə zərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və E.E.Rəhimov) məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikay əti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Məhkum CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilərək, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının əvvəlinin xx xxxxxxxx 2019-cu il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xxxx 2019-cu il tarixdə, saat 00:10 radələrində, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 280” markalı, Az-** -LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən 25-ci kilometrində, Bakı şəhəri istiqamətində orta cərgə ilə 85-90 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, sükan arxasında yuxuladığından avtomobil sağa istiqamətlənərək qarşısında eyni istiqamətdə sağ cərgə ilə hərəkətdə olan Zərərçəkmiş şəxs1 20-25 km/saat sürətl ə idarə etdiyi “SAZ 350701015” markalı Az-**-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa sol hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz 280” markalı Az-**-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs4 təpə sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, beyin toxumasına, beyin qişalarına qansızma, başın təpə nahiyəsinin əzilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq ölməsinə, Zərərçəkmiş şəxs3 başın sağ alın-təpə nahiyəsinin sıyrığı, döş qəfəsinin əzilmiş yarası, sol bazu-çiyin oynağının çıxığı kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti almasına, habelə “SAZ 350701015” markalı Az-**-BF-*** dövlət qeydiyyat nişanlı y ük avtomobilinin əzilərək sahibi Zərərçəkmiş şəxs1 3.008 (üç min səkkiz) manat, “Mercedes Benz 280” markalı Az-**-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs2 7.236 (yeddi-min iki yüz otuz altı) manat məbləğində maddi ziyan yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum və onun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunur. Şikayətlərdə qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi heç bir əsaslandırma aparmadan, təqsirləndirilən şəxs Məhkum cəzasını ağırlaşdıran ha llar olmadığı, cəzasını yüngülləşdirən halların (Məhkum əməlini səmimi olaraq etiraf etmiş və peşiman olduğunu bildirməklə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etmişdir) isə mövcud olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasını ağırlaşdırmış və Məhkum 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bundan başqa, müdafiə tərəfi hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş mülki iddia məhkəmələr tərəfindən düzgün həll edilməmişdir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən zərərçəkmiş şəxs, mərhum Zərərçəkmiş şəxs4 iş yerindən alınmış əmək haqqına dair arayış əsas götürülməklə, onun pensiya yaşına qədər olan müddətə qədər alması ehtimal olunan əmək haqqı hesab lanmış və həmin məbləğin təqsirləndirilən şəxsdən tutulması qərara alınmışdır. Bu zaman məhkəmə tərəfindən heç bir əsaslandırma aparılmamışdır Apellyasiya instansiyası məhkəməsi də bununla əlaqədar kassasiya şikayətinin dəlillərini təkzib etmədən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirmədən saxlanılması barədə qərar qəbul etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum, müdafiəçi A.Məmmədzadə və zərərçəkmiş şəxsin hüquqi varisi Xnin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instan siya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya ins tansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum və onun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması və mülki iddia tələbinin rədd edilməsi ilə bağlıdır. Ona görə də məhkəmə kollegiyası Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərhinə ehtiyac görməyərək qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəza təyin olunması ilə bağlı kassasiya şikayətlərinin dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədal ətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar ı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. İşin kassasiya instansiya məhkəməsində baxışı zam anı zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə daxil olmuş notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Məhkumla barışmış, məhkum tərəfindən ona dəymiş ziyan tam ödənilmiş və onun Məhkum qarşı heç bir iddiası və tələbi yoxdur. CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda— cinayət məsuliyyətinə səbəb olur. CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsini və ona apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək, Məhkum 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CM-nin 56.1.1-ci maddəsinin tələblərinə müvafiq olaraq Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəndə çəkməlidir. CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün – məntəqə tipli cəzaçəkmə müəssisəndə cəzalarının çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci ma ddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli qərarında göstərilir ki, cəzanın tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş mülki iddianın məhkəmələr tərəfindən düzgün həll edilməməsinə dair kassasiya şikayətlərində irəli sürülən dəlilləri əsassız hesab edir və aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələrlə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, 366.344 (üç yüz altmış altı min üç yüz qırx dörd) manat maddi ziyanın, 3000 ( üç min) manat mənəvi ziyanın Məhkum tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı X5 ödənilməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələr iş üzrə toplanmış materiallara uyğun olmaqla qanuni və əsaslıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X7rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olar aq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kasassiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Məhkum Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissədə dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar