Məhkəmə qərarları › İş №1(102)-487/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-487/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-487/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Biləsuvar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Əliyev) xx xxxx 1987-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 4 azyaşlı uşağı olan fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ünvan1də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmi ş, CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 3 (üç) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq, 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim İ.H.Əhmədov, hakimlər R.M.Cəfərov və E.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Məhkumun CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsi barədə Biləsuvar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilmiş, həmin hökmlə Məhkuma təyin edilmiş 11 ay 27 gün müddətə az adlıqdan məhrum etmə cəzası 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Məhkumun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 10 gün cəmi 70 gün müddət həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 il 01 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İŞİN HALLARİ: Biləsuvar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edil mişdir, ona görə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1,052 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə, saat 16:15 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində «Bəydili körpüsü» deyilən yerin yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə olan heroin bir ədəd gümüşü rəngli kağız bükümündə 1,052 qram çəkidə olmaqla əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən aşkar edil ərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının həmin qərarı Məhkuma cəza təyininə dair hissədə əsassız olduğundan və cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməli, iş yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, apellyasiya məhkəmə kollegiyası xx xxxxxx 2020-ci il tarixli qərarında Məhkumun ailə vəziyyətini, himayəsində dörd azyaşlı uşağının olmasını, əməlindən peşimançılıq çəkməsini, ilk məhkumluğunu, ondan aşkar edilmiş narkotik vasitənin miqdarını nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanın növünün dəyişdirilməsini mümkün hesab etmişdir. Lakin, məhkəmə kollegiyası bu halların heç birini yoxlamamış, qərarında əsaslandırmamış, sadəcə olaraq onların sadalaması ilə kifayətlənmişdir. Apelyasiya intansiyası məhkəməsinin məhkumun ailə vəziyyətini cəzanı yüngülləşdirən hal kimi nəzərə alması əsassız olmuşdur. Məhkəmənin qərarda heç bir əsaslandırma aparmadan, onun ailəsinin hansı vəziyyətdə olduğunu göstərmədən sadəcə “ailə vəziyyəti” sözlərini qeyd etməsi və bunu cəzanı yüngülləşdirən hal kimi nəzərə alması tamamilə yo verilməzdir. Bundan əlavə, məhkəmə Məhkumun himayəsində dörd azyaşlı uşağının olmasını nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanın növünün dəyişdirilməsini mümkün hesab etmişdir. Məhkəmə bu yüngülləşdirici halı da əsaslandırmayaraq, qərarda heç bir sənəd göstərməyərək, yalnız məhkumun uşaqların sayını göstərm əklə kifayətlənərək qərar qəbul etmişdir. Məhkəmə kollegiyası cəza təyini zamanı Məhkumun törətdiyi əməldən peşiman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda da haqlı olmamışdır. Belə ki, Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanı ödəməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşiman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alma, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edi lmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Bundan əlavə apelyasiya intansiyası məhkəməsi öz qərarında təqsirləndirilən şəxsin ilk dəfə məhkum olunmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Lakin, Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərədə tutulmuşdur. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin mənasına görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınarkən bunun motivləri hökmdə göstərilməlidir. Məhkəmə isə, bu faktı, yəni Məhkumun ilk dəfə məhkum olunmasını qər arda sadəcə olaraq qeyd etməklə, bunu məhkumun cəzasını dəyişmək üçün əsas kimi qələmə verib, qanunsuz qərar qəbul etmişdir. Ona görə də, apelyasiya intansiya məhkəməsinin Məhkumun ilk dəfə məhkum olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alması tamamilə əsassız olmuşdur. Bundan əlavə Məhkum əhalinin sağlamlığının təhlükəsizliyini, eləcə də ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin nomal fəaliyyətini təmin edən ictimai münasibətlərə ziyan vuraraq CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan, az ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətmişdir. Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu ona maddənin s anksiyasında nəzərdə tutulan cəzanın təyin edilməsini şərtləndirən amillərdir. Həmçinin məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edərkən CM-nin 69.3-cü maddəsinin tələblərini pozaraq məhkumun həbsdə saxlandığı 3 gün müddəti düzgün hesablamayaraq səhvə yol vermişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkumun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya inst ansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı m addəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-i n 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəm əsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədə müvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitin ə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza tə yin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Dövlət ittihamçısı p rotestdə göstərmişdir ki, məhkəmə tərəfindən cəza təyini zamanı məhkumun “ailə vəziyyəti” və himayəsində 4 nəfər azyaşlı uşaq olmasına cəzanı yüngülləşdirən hal kimi istinad etsədə bu barədə gəldiyi nəticəni əsaslandırmamışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərdə tutulmuş və həmin normada cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun hər hansı bir istisna və ta əsaslandırılma aparılması müəyyən edilməmişdir. (CM-nin 59.3-cü maddəsindən başqa). Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən norma, yuxarıda qeyd edilən CMnin 58.3 maddəsdə nəzərdə tutulmuş “cəza təyin edilərkən...... təyin olunmuş cəzanın.... onun ailəsinin həyat şəra itinə təsiri nəzərə alınmalıdır” tələbi ilə sıx bağlıdır. Göründüyü kimi cinayət qanunvericiliyi cəzanın məhkumun ailəsinin həyat şəraitinə təsirini də nəzərə almaq tələb olunur. Qeyd edilən norma təqsirkarın himayəsində olan şəxslərə vurulan ziyanın minimuma endirilməsinə yönəlmişdir ki, məhkəmə də cəza təyini zamanı Məhkumun himayəsində 4 (dörd) nəfər azyaşlı uşaq olmasını tam əsaslı və qanuni olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Daha sonra dövlət ittihamçisı kassasiya protestində məhkumun əməlindən səmimi peşmançılıq çəkməsinin cəzanı yüngülləşdirən hal kimi məhkəmənin düzgün nəzərə alınmadığını qənaətinə gələrək bunu CM-nin 72.1-ci maddəsinə istinad etməklə əsaslandırmağa çalışmışdır. Əvvəla prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, “məhkum edilmiş şəxsin əməlini tam etiraf edərək peşimançılıq çəkməsi” məhkum edilmiş şəxsin öz ifadəsi ilə təsdiq olunur ki, bu da, iclas protokolu ilə sübut olunur. Bundan əlavə cinayət qanunvericiliyi analogiyaya yol vermir, Cinayət Məcəlləsinin 72-ci maddəsi isə cinayət məsuliyyətindən azad etmənin əsaslarından birini özündə ehtiva edir. İş materiallarından görünür ki, məhkum edilmiş şəxs cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmə baxışlarında məhkum edilmiş şəxs özünü ona ittiham olunan cinayət əməlinin törətməsində təqsirli bildiyini və əməlindən peşmanlıq hissi keçirdiyini bildirmişdir. Belə olduğu hal da CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hala istinad olunmasının CM-nin 72-ci maddəsinə istinadən şübhə altına alınması yol verilməzdir. Protestdə göstərilmişdir ki, “apelyasiya intansiyası məhkəməsi öz qərarında təqsirləndirilən şəxsin ilk dəfə məhkum olunmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda səhvə yol vermiş, belə ki, Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərədə tutulmuşdur”. Kassasiya məhkəmə kollegiyası qeyd edilən dəlili eyni ilə yuxarıda qeyd edildiyi kimi qeyri-qanuni və əsassız hesab edir. Belə ki, apellyasiya məhkəmə kollegiyası Məhkumun ilk məhkumluğunu Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə istinadən yox CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Ümumiyyətlə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1)əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2)alternativ sanksiyaya malik madd ələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3)qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4)şərti məhkum etmə institutunu tətbiq etməyə; 5)təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. İşdən görünür ki, məhkum edilmiş şəxsin cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəticəsində mümkünlüyünü dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır azadlıqdan məhrumetmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edi lməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumu n islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olmasını əsaslandırmalıdır. Qeyd edilən tələb həmçinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yün gül cəza təyin edilməməsi (CM-62), şərti məhkum etmə (CM-70) institutunun tətbiq edilmədiyi hallara da aid edilmişdir. Lakin müəyyən olunur ki, cəza təyini zamanı formalaşmış səhf məhkəmə təcrübəsi nəticəsində məhkəmələr yalnız yüngül cəza təyin etdikdə niyə məhz yüngül cəza təyin etməsini əsaslandırmağa çalışır, belə əsaslandırma dövlət ittihamçısı tərəfindən qənaətbəxş olmadıqda həmin qərardan (və ya hökmdən) protest verilir. Bunu əksinə olaraq əksər hallarda cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddində cəza təyin edilirkən qeyd edilən normanın tələblərinə zidd olaraq heç bir əsaslandırılma aparılmır. Halbuki bunun əksinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayətə görə nəzərdə tutulmuş az ciddi cəza növü və ya həddində cəza təyin edilərk ən əsaslandırılma aparılmasını tələb edən hər hansı bir norma yoxdur. Məhkəmə kollegiyası həmçinin protestin “məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edərkən CM-nin 69.3-cü maddəsinin tələblərini pozulmasına” dair dəlillərini də əsassız hesab edir. Əvvəla məhkəmə kollegiyası həmin hala qiymət verərək hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq cəza təyini zamanı Məhkuma təyin edilmiş (qəti olaraq üzərində saxlanmış) 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasını 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz etmiş və həmin qəti cəzaya uyğun müvafiq hesablaşmalar aparmışdır. Bundan əlavə dövlət ittihamçısı protestində məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etməklə yanaşı, eyni zamanda hesablamalar zamanı yol verilmiş səhfi aradan qaldıraraq (yəni 3 gün azadlıqdan məhrum etmə cəzasını 6 gün azadlığın məhudulaşdırılması cəzası ilə əvəz etməklə) məhkumun cəzasının müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş edir ki, bu da bir-birinə ziddiyyət təşkil edən tələb kimi görsənir. Kassasiya protestində dövlət ittihamçısı həmçinin cəza təyini zamanı cinayət əməlinin xarakterinin və ictimai təhlüləlik dərəcəsinin nəzərə alınmamasını çox saylı normativ aktlara, hətta beynəlxalq konvensiyalara istinad etməklə əsaslandırmağa çalışmışdır. Lakin dövlət ittihamçısı nəzərindən qaçırmışdır ki, xx xxxxxxx 2017-ci il tarixli Qanuna əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət t ərkibi olmayan və narkomaniya xəstəliyinə düçür olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklərlə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir. (CMnin 74-1.1-ci mad.) Bu Qanunun narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etməyə dair müddəaları müvafiq icra hakimiyyəti orqanının narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minir. Qeyd edlən normanın icrası təmin olunmadığı üçün qanuni qüvvəsini almasa belə göründüyü kimi qanunvericilik Məhkum kimi narkomaniya xəstəliyindən əziyyət çəkən (hökmlə barəs ində narkomaniyadan məcburi müalicə təyin edilmişdir), ilk dəfə cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən azad olunaraq onlar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsini artıq müəyyən etmişdir. Göstərilənlərdən aydın olur ki, tibb müəssisəsinin fəaliyyətə başlamaması ilə əlaqədar istinad edilən normanın tətbiqi qeyri mümkün olsa belə, milli qanunvericilik qeyd edilən cinayət əməllərinin keyfiyyət göstəricisini, yəni cinayətin xarakterini minumun səviyyə endirmiş və kəmiyyət göstəricisini isə (ictimai təhlükəlilik dərəcəsi (narkotikin miqdarı) ümumiyyətlə nəzərə almamışdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasi ya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmi ş kassasiya protesti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar