Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-487/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 20 22-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin (hakim Elşad Bayramov) 1(061)-75/2021 saylı, 29 dekabr 2021-ci il tarixli hökmü ilə 13 avqust 1998-ci ildə Tərtər rayon Qaynaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, Qaynaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 ( dörd) gününə bərabər hesablanılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Məhkum 2021-ci ilin iyun ayının 27-də, saat 10-00 radələrində Tərtər şəhəri Ş.Qurbanov küçəsində yerləşən, ictimai yer hesab edilən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi kafenin qarşısında 10-15 dəqiqə əvvəl Zərərçəkmiş şəxs1 ilə aralarında b aş vermiş narazılığı bəhanə edərək əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək kafedə olan vətəndaşların istirahət hüququnu əhəmiyyətli dərəcədə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərmiş, cəmiyyətdə davranış, əxlaq və mənəviyyat normalarını kobud surətdə pozmaqla Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüşlər söyərək özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu nümayiş etdirmək məqsədi ilə silah qismində istifadə etdiyi bıçaqla sonuncunun sol əl nahiyəsindən bir dəfə vurub ona sol əl nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına sə bəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə, həmçinin həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə hadisə yerinə gələn və sonuncunun xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 silah qismində istifadə etdiyi bıçaqla sol qoltuqaltı nahiyəsinə bir dəfə vurub ona yüngül zərərvurmaya aid xəsarətlər yetirərək müqavimət göstərib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Teyyub Muxtarov, hakimlər Çingiz Məmmədov və Elçin Xasməmmədov) 1(104)-184/2022 nömrəli 25 may 2022-ci il tarixli qərarı ilə Tərtər Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 1(061)75/2021 saylı hökmü ləğv edilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 221.3cü maddəsindən CM-in 128-ci maddəsinə tövsi f edilmiş, Məhkum zərərçəkmiş şəxslərlə barışdığına görə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində CM-in 128-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinə CM-in 73.2-ci maddəsinə əsasən xitam verilmiş, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 221.3- cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə onun əməlini Azərbaycan Respublikası CMin 128-ci maddəsinə tövsif edərkən hazırki iş üzrə ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsinə istinad edilməsinə baxmayaraq, məhkəmə kollegiyası heç bir əsas olmadan, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai isti ntaq zamanı və birinci instansiya məhkəməsində verdikləri, məhkəmə tərəfindən təhlil olunaraq hüquqi qiymət verilmiş sübut əhəmiyyətli ifadələrini işin faktiki hallarına uyğun gəlməyən formada qiymətləndirərək təqsirləndirilən şəxsin əməlini CM-in 128-ci maddəsinin tərkibini yaradacaq əlamətlərə istiqamətləndirərək işin hallarına uyğun olmayan nəticəyə gəlmişdr. Məhkəmə kollegiyası qərarda yuxarıda qeyd edilən nəticəyə gələrkən "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarını və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarına istinad etmişdir. Halbuki, cinayət qanunun un mənasına görə şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsi döymə, təhqir etmə, onun sağlamlığına zərər vurma və s. bu kimi hərəkətlərdə ictimai qaydanı pozmağa yönəlmiş birbaşa qəsd mövcüddürsa, xuliqanlıq cinayətinin tərkibi yaranır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Məhkum kafenin qarşısında əvvəl Zərərçəkmiş şəxs1 ilə aralarında baş vermiş narazılığı bəhanə edərək əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək kafedə olan vətəndaşların istirahət hüququnu əhəmiyyətli dərəcədə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərmiş, cəmiyyətdə davranış, əxlaq və mənəviyyat normalarını kobud surətdə pozmaqla Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüşlər söyərək özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu nümayiş etdirmək məqsədi ilə silah qismində istifadə etdiyi bıçaqla sonuncunun sol əl nahiyəsindən bir dəfə vurub ona sol əl nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə, həmçinin həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə hadisə yerinə gələn və sonuncunun xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 silah qismində istifadə etdiyi bıçaqla sol qoltuqaltı nahiyyəsinə bir dəfə vurub ona yüngül zərərvurmaya aid xəsarətlər yetirərək müqavimət göstərib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkum əməlini CM-in 221.3 -cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edərkən məhkəmənin gəldiyi nəticə mülahizə xarakteri daşıyır və işin faktiki hallarına uyğun deyildir. Birinci instansiya məhkəməsinin hökmündə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə kifayətedici sübutların məcmusu əsasında baş vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Lakin məhkəmə kollegiyası qeyd edilən halları nəzərə almamış, yalnız cinayət işi üzrə verilmiş ifadələri xuliqanlıq cinayətini aradan qaldıracaq istiqamətdə şərh edərək, bir sübutun qəbul edilməsinin digər sübutun rədd edilməsinin motivlərini hökmdə göstərmədən, yalnız təqsirləndirilən şəxsin ifadələrində olan müəyyən xüsusatları nəzərə alıb, digər ifadələrdə göstərilən xü susatları qəbul etməməsinin səbəbini hökmdə əsaslandırmamışdır. Göründüyü kimi məhkəmə kollegiyası sübutların qiymətləndirilməsinə açıq-aşkar birtərəfli yanaşmış, iş üzrə toplanmış sübutları birtərəfli qaydada şərh edərək ayrı-ayrı halları ümumi sübutlar sistemindən qoparmış, ittihamın əsasını təşkil edən və işin obyektiv hallarına uyğun gələn sübutları əsassız və qanunsuz olaraq qəbul etməyib Məhkum əməlində xuliqanlıq cinayətinin olmaması qənaətinə gəlməklə şəxsin əməlini qanunsuz və əsassız olaraq CM-in 128-ci maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarını n tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili ilə razılaşmayaraq, həm birinci, həm də apelyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailə də, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" 20 may 2011-ci il tarixli Qərarında qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tər kibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümay iş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunma sı və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətl i dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. İşin hallarından görünür ki, Məhkum ilə Zərərçəkmiş şəxs1 arasında olan mübahisə xuliqanlıq zəminində baş verməmiş, şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs1 Məhkum iki dəfə sifət nahiyəsindən yumruqla vurması üstündə olmuşdur. Zərərçəkmiş şəxs1 Məhkum yumruqla vurduqdan sonra Orxanda onu bıçaqla vurmaq niyyəti yaranmış, ondan qisas almaq istəmiş və bu niyyətlə Nərimanı bıçaqla vuraraq əlinə xəsarət yetirmişdir. Belə ki, birinci instansi ya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Orxanı yumruqla iki dəfə sifət nahiyəsindən vurmuşdur. Bu vaxt avtoyuma məntəqəsinin işçiləri Rəşad və Vüsal adlı şəxslər gəlib onlara harayçılıq etmişlər. Həmin vaxt Vüsal onu özü ilə götürüb çay evinə keçmişdir. Vüsal çay evi ilə avtoyuma məntəqəsinə keçid olan qapını bağlamışdır. Vüsalla çay evindən çıxıb həyətə keçən zaman Orxan kənardan onun üzərinə qaçaraq arxa cibindən bıçaq çıxarıb onu bıçaqla vuran zaman əlini bıçağın qarşısına atmış, sol əlinin iç nahiyəsindən xəsarət almış, kənara çəkilmişdir. Orxan yenə onu vurmaq istəyən zaman Vüsalın sol qol nahiyəsinin alt hissəsindən bıçaq xəsarəti yetirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərm işdir ki, içəri daxil olan zaman işçisi Zərərçəkmiş şəxs1 ilə avtoyuma məntəqəsində işləyən Məhkum bir-birləri ilə aralarında sözlə mübahisə etdiklərini görmüş, onlara yaxınlaşıb hər ikisini sakiştlədirməyə çalışmışdır. Həmin vaxt orada digər işçilər Rəşad və Mübariz də ona köməklik etmişlər. İşçilərlə birlikdə Orxan və Nərimanı sakitləşdirmiş, Orxanı öz işi ilə məşğul olmağa, Nərimanı isə özü ilə aparıb işi ilə məşğul olmasını bildirmişdir. Nərimanla kafenin həyətinə çıxan zaman Orxan Nərimanın üzərinə hücum edərək arxa cibindən bıçaq çıxarmış və Nərimanı bıçaqla vurmaq istəyən zaman Nəriman geri çəkilmiş və əlini bıçağın qabağına atmış, əlindən xəsarət almışdır. Onlara harayçılıq edən zaman Orxanın Nərimanı vurmaq istəyərkən atdığı bıçaq onun sol qolunun alt hissəsindən dəymiş, xəsarət a lmışdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hadisə ittiham tərəfinin iddia etdiyi kimi motivsiz, yaxud xuliqanlıq cinayət əməlinin dispozisiyasında əks olunan hərəkətlərin edilməsi ilə deyil, şəxsi münasibətlərin pozulması zəminində baş vermişdir. Hadisə zamanı nə avtomoykanın, nə kafenin fəaliyyəti pozulmamış, orada müştərilər olmamış, məhkum ictimai qaydanı pozmaq niyyətində olmamış və qəsdən buna yönələn hər hansı bir hərəkət etməmişdir. Odur ki, apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Məhkum əməli xuliqanlıq kimi qiymətləndirilə bilməz və onun əməli CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəm iyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum zərərçəkmiş şəxslərə qarşı xuliqanlıq əməlini törətməsi müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittih am tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 25 may 2022-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 25 may 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-487/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-487/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver