Məhkəmə qərarları › İş №1(102)-487/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-487/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-487/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İsgəndər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli, 1(104)-398/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin 02 may 2023-cü i l tarixli, 1(076)-38/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim Ş.Ə.Məmmədova) xx.xx.1985-ci il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində anadan olmuş, evli, fərdi əməklə məşğul olan, əvvəllər Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, və 178.2.4, 312.2-ci maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-in 234.2-ci maddəsi ilə 3 (üç) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci madəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqda n məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 20 avqust 2022-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da təqsirli bilinərək məhkum edilmişlər. Hökmdən məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Zeynalov Əfqan Əlinağı oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim Ə.G.Abdullayev, hakimlər S.B.Hüseynov və N.T.Əliyevdən ibarət tərkibdə) 18 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 29 iyun 2022-ci ildə Şəmkir-Seyfəli avtomobil yolunun kənarında yerləşən qəbirstanlıqda yabanı halda bitmiş çətənə bitkisinin yarpaqlarını satış məqsədi ilə toplayıb qəfədanın qapağı üzərində qurudaraq hazırlamaqla qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, həmin tarixdə əldə etdiyi 5,58 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlayaraq idarə etdiyi avtomobildə Şəmkir şəhərinə daşıyıb 29 iyun 2022-ci il tarixdə gəlir əldə etmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 100 (bir yüz) manata satmış, Təqsirləndirilən şəxs2 isə satış məqsədi olmadan şəxsi istehlak miqdarından art ıq miqdarda həmin narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlamaqla daşıyıb tanışı Təqsirləndirilən şəxs1 vermiş, Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 29 iyun 2022-ci il tarixdə saat 15:45-də Şəmkir şəhərinin ərazisində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins materialdan olan şalvarın sol yan cibindən "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin "Azərbaycan Respublikasının ərazisi ndə dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən şəxsi istehlak miqdarından artıq 5,58 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir-Seyfəli avtom obil yolunun kənarında yerləşən qəbirstanlıqda yabanı halda bitmiş çətənə bitkisinin yarpaqlarını toplayıb qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 7,22 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 avqust 2022-ci il tarixdə saat 19:45-də Şəmkir şəhəri, Sabir küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins materialdan olan şalvarın sağ ön cibindən bir ədəd kibrit qutusunda "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotr op maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən şəxsi istehlak miqdarınd an artıq, təmiz çəkisi 5,58 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, dindirilən şəxslərin ifadələri və digər sübutlar arasında olan ziddiyyətlər aradan qaldırılmamış, əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatətləri təmin edilməmiş, nəticədə o, düzgün olmayaraq Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinmişdir. Məhkum Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətləri nin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələblərinin pozulduğunu, nəticədə o əsasız olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri təqsirli bilinərək məhkum olunduğu iddia etməklə, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qayd asında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi məhkumun kassasiya şikayətində iddia o lunanların əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM -in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, digər məhkum Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə və məhkəmədə verdiyi ifadəsi (ifadəsində bildirmişdir ki, əvvəl tanıdığı X2ın narkotik satdığını bildiyi üçün X2a zəng etmək qərarına gəlmiş...., X2 idarə etdiyi VAZ2107 mark alı avtomobillə onun işlədiyim yerə gəlib ona şəffaf paketin içərisində narkotik vasitə olan marixuananı vermiş, o, həmin narkotıkə görə X3ın ona verdiyi 100 manat məbləğində pulu X2a vermiş), şəxsi axtarışın keçirilməsi və götürmə haqqında protokol, məhkəmə bioloji ekspertizasının 30 iyun 2022-ci il tarixli, 16/741 saylı, 21 avqust 2022-ci il tarixli 16/989 saylı rəyi və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəza apellyasiya qaydasında yoxlanılarkən də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə bi rinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar - törətdiyi əməlindən peşman olmasını (CM-in 59.2-ci maddəsinə əsasən) və ağırlaşdıran hallar- əməlində cinayətin residivin olmasını (CM-in 61.1.1) tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 18 sentyabr 2023-cü il tarixli, 1(104)398/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azər baycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli, 1(104)-398/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar