Məhkəmə qərarları › İş №1(102)-487/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-487/2025

26.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-487/2025 26.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum, onun müdafiəçisi Müdafiəçi1, zərər çəkmiş şəxsin nümayəndələri Nümayəndə və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası v ətəndaşı, məhkum olunmamış, orta təhsilli, ailəli, işsiz, Xızı rayonu, Qarabulaq kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, N.Əsədov küçəsi, ev 70-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 186.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1862/2024 nömrəli 6 sentyabr 2024-cü il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə və ona əlavələrə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.R.Qurbanov) 1(005)-7/2024 nömrəli 28 iyun 2024-cü il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə nəzərdə tut ulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Məhkum qarşı dəymiş maddi və mənəvi zərərin tutulmasına dair iddiası qismən təmin olunmuş, mülki cavabdeh Məhkum 14.400 (on dörd min dörd yüz) manat maddi ziyanın və 1.000 (min) manat mənəvi ziyanın tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmış. Məhkəmənin həmin hökmündən zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun vəkili Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1862/2024 nömrəli 6 sentyabr 2024-cü il nömrəli qərarı ilə (hakimlər E.Z.Əliyev (sədrlik edən), E.Ə.Mehdiyev və F.İ.Əyyubov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Azərbaycan Respublikası CMnin 186.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 26 fevral 2014cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçisi və sədri olmaqla Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 dekabr 2014-cü il tarixli 642 nömrəli Sərəncamı əsasında ünvan 1 ünvanlarda yerləşən 0,5810 ha torpaq sahəsinin yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədilə sədri old uğu həmin Kooperativə verilməsi ilə əlaqədar rəhbərliyi altında 2018-ci ilin iyun ayından etibarən həmin ərazidə söküntü və tikinti-quraşdırma işləri aparılarkən ərazinin qonşuluğunda ünvan 2 ünvanının qarşısında inşa edilmiş divarları kərpic, bünövrəsi dəmir beton, üst hissəsi metal konstruksiya ilə örtülmüş, təmirsiz, ümumi sahəsi 18,0 m2 olmaqla dəyəri 14400 manat qiymətləndirilən qarajın mülkiyyət hüququ olmadan Zərərçəkmiş şəxs 29 dekabr 2001-ci il tarixli ******* №-li alqı-satqı müqaviləsi və X2 tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli ərizə, habelə Nərimanov rayon MKTB-nin 36 nömrəli MKİS-nin 22 iyun və 29 iyun 2018-ci il tarixli, müvafiq olaraq 003774 və 003775 nömrəli qəbzlərinə əsasən, uzunmüddətli istifadəsində olduğunu bilməklə həmin qeyri-yaşayış sahəsinin bütünlüklə qeyd edilən Kooperativ tərəfindən sökülməsinə görə Zərərçəkmiş şəxs kompensasiya ödənişində sonuncu ilə razılığa gələ bilməməsindən sonra, 21 aprel 2019cu il tarixdə söküntü işlərinin aparılmasında fəhlə işləməklə cinayətdən xəbərsiz olan Şahid2 qəsdən verdiyi qanunsuz tapşırıq əsasında sonuncu vasitəsilə həmin qarajı xüsusi tikinti alətlərindən istifadə edilərək qəsdən sökdürüb, ərazinin hamarlanmasını həyata keçirməklə özgəyə, yəni Zərərçəkmiş şəxs 14400 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla əmlakını qəsdən məhv etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(005)-16/2021 nömrəli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-560/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ləğv edilmiş və cinayət işi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə məhkəmə baxış iclası mərhələsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-994/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tari xli hökmündən zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun vəkili Müdafiəçi2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş kobud qanun pozuntularına görə və təqsirləndirilən şəxsə daha ağır ittiham elan etmək üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 1 (005)-7/2024 nömrəli xx.xx.2024 il tarixli əsassız və ədalətsiz hökmünün Cinayət-Prosessual Məcəllənin 391.8.9-cu maddəsinin tələbinə əsasən Bakı Apellyasiya Məhkəməsində ilkin baxışı zamanı ləğv edilməklə məhkəmə işinin materiallarında CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olduğuna görə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmas ı üçün birinci instansiya məhkəməsində hazırlıq iclası keçirilməsi mərhələsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlilləri: Zərər çəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavələrdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 sentyabr 2024-cü il nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunur. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavələrdə göstərilmişdir ki, ibtidai istintaq və məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət prosessual normaların tələbləri pozulmuş, ibtidai istintaq və məhkəmə istintaqı zamanı düzgün araşdırma aparılmamış və nəticədə qanunsuz və ədalətsiz qər ar qəbul etmişdir. Təqsirləndirilən şəxs Məhkum az ağır və ağır cinayət üzrə cinayət əməli üzrə təqsirini təsdiq edən kifayət qədər mötəbər sübutlar mövcuddur və istintaq orqanı tərəfindən onun əməllərinin yalnız CM-nin 186.1-ci maddəsinə düzgün tövsif etmədiyi halda, məhkəmə ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı toplanmış sübutların məhkəmə iclas protokolunda təhrif olunması yolu ilə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini təmin etmədən təqsiri ağırlaşdıran halı nəzərə almayaraq cinayət işinin materiallarını ibtidai istintaqa nəzarət edən prokurora göndərmək əvəzinə, əsassız hökmü çıxarmaqla təqsirləndirilən şəxsi əsassız cəzadan azad etmişdir. Məhkəmə CPM-nin bir çox tələblərinin pozulması ilə çıxarılmış hökmün əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin təqs irli bilinən cinayət əməllərində daha ağır cinayətlərin o cümlədən təqsirləndirilən şəxsin əməllərində korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan qanunsuz əməllərində daha ağır cinayətlərin o cümlədən vəzifə səlahiyyətlərindən sui istifadə, özgə əmlakını talan etmə, özgənin əmlakını məhv etmə məqsədi ilə tabeliyində olan şəxs vasitəsi ilə dövlət orqanalarının vəzifəli şəxslərini cinayətin hazırlanmasına cəlb elmə, özgənin ümumi paylı mülkiyyət hüququ əsasında qanuni istifadəsində olan torpaq sahəsinin ələ keçirilməsi məqsədi ilə rəsmi sənədə saxta məlumatın daxil edilməsində iştirak etmə və sözügedən səndə saxta məlumatın daxil edilməsini bilə-bilə ondan istifadə etmə, özgənin ümumi paylı mülkiyyət hüququ əsasında qanuni istifadəsində olan torpaq sahəsinin qanunsuz zəbt etmə v ə üzərində mülkiyət icarə və ya istifadə hüququnu təsdiq edən sənəd olmadan qanunsuz tikinti işləri aparılma cinayətlərinin əlamətlərinin təsdiq edən sübutları nəzərə almamışdır. Apellyasiya məhkəməsi isə qanunsuzluqları aradan qaldırmamış, hökmü qüvvədə saxlamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərər çəkmiş şəxsin nümayəndələri Nümayəndə və Müdafiəçi2, kassasiya şikayətinin və ona əlavələrin təmin edilməməsi barədə Məhkum, onun müdafiəçisi Müdafiəçi1 və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr təmin edilməməli, a pellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəyinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Zərər çəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şik ayətinə əlavələrdə təqsirləndirilən şəxs Məhkum əməlində daha ağır cinayətin əlamətlərinin olması səbəbindən, hökmün ləğv edilərək cinayət işinin apellyasiya instansiya məhkəməsinin hazırlıq mərhələsinə göndərilməsi xahiş olunmuşdur.. Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsinə əsasən “Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə” görə məsuliyyəti nəzərdə tutur və bu əməl cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əl amətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsa slandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkələri işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün fak tiki halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmununa tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin (mülki cavabdehin), zərər çəkmiş şəxsin (mülki iddiaçının) və şahidlərin ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Məhkum elan olunmuş ittiham üzrə təqsirli olması barədə düzgün qənaətə gəlmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığına və həmin tərkiblə əhatə olunduğuna görə bu maddə ilə düzgün tövsif edilmişdir. Ona həmin maddə üzrə cəza təyin edilməməsinə əsaslar da düzgün müəyyən edilmişdir.. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına v ə ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşd ırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə “qanunverici çəkişmə prinsipi əsasında aparıla məhkəmə baxışında cinayət işi üçün əhəmiyyət kəsb edən halların sübut olunubolunmamasına dövlət ittihamçısının etdiyi təsiri nəzərə alaraq, CPM-in 314.1-ci maddəsində onun ictimai və ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışında iştirakının məcburi olduğunu müəyyənləşdirmişdir. CPM-in 314.2-ci maddəsinə əsasən isə, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlar və daxili inam dövlət ittihamçısının ittihamla bağlı mövqeyinin formalaşmasının əsasını təşkil edir. Məhkəmə baxışında hakimiyyət səlahiyyətinə malik olan dövlət nümayəndəsi kimi prokuror dövlətin adından ittihamı müdafiə etmək və həmin ittihamdan imtina etmək (tam və ya qismən) səlahiyyətləri ilə yanaşı, həm də onun aqibətini digər qaydada müəyyənləşdirmək imkanına malikdir. Prokuror ittiham tərəfinin irəli sürdüyü ittihamın sonrakı aqibətinə təsir edə biləcək mühüm səlahiyyətlərə malik olan müstəqil prosessual şəxsdir. Cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Belə yanaşma CPM-in məhkəmə baxışının hədlərini müəyyən edən 318.1-ci maddəsinin tələbl ərindən də irəli gəlir. Həmin müddəalara əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Ümumiyyətlə, cinayət prosesində hədd kateqoriyası prosessual şərt kimi çıxış edir. Məhkəmə baxışının hədləri isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmədə müdafiə edilən ittihamla şərtlənən məhkəmə tədqiqatının və qərarının qanunla müəyyən edilmiş sərhədləridir. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik məhkəmə baxışının hədlərini dəqiq müəyyən edərək: 1) məhkəmə baxışının hədlərini şəxslərin dairəsinə və ittihamın məzmununa görə məhdudlaşdırır; 2) məhkəmə baxışı nəticəsində məhkəmə tərəfin dən ittihamın dəyişdirilməsinin hədlərini dəqiq müəyyənləşdirir. CPM-in 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və məhkəməyə verilmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyyən dairəsi ilə məhdudlaşmış olur. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. CPM-in 318.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında, habelə təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlam ətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandıraraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı ittihamın ağırlaşdırılmasına səbəb ola biləcək hal aşkar edildikdə, qeyd olunan şəxslərin vəsatəti olmadan məhkəmənin öz təşəbbüsü ilə məhkəmə baxışını dayandıraraq işi və ya materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, habelə barəsində ittiham irəli sürülməmiş və məhkəməyə verilməmiş istənilən digər şəxs haqqında öz təşəbbüsü ilə bu və ya digər, xüsusilə də, ittiham yönümlü qərar qəbul etmək səlahiyyəti (hüququ) qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə qərarlarından görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə irəli sürülmüş və məhkəməyə verilmiş ittiham daxilində baxmış və yekun məhkəmə aktı qəbul etmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)994/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə, istintaq orqanı tərəfindən Məhkum qarşı irə li sürülmüş ittihamın həcmi və Azərbaycan Respublikası CPMnın 318.1-ci maddəsinin tələbləri nəzərə alınaraq, məhkəmədə cinayət işinə Məhkum barəsində yalnız irəli sürülmüş ittiham daxilində baxılması əsaslı hesab edilmişdir. Eyni zamanda, cinayət işi üzrə Məhkum Azərbaycan Respublikası CM-nin 31, 32, 33, 34, 186.2, 188.2, 308.2, 309 və 322-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməməsi ilə əlaqədar məhkəmə tərəfindən onun barəsində Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə çıxarılmış hökm və məhkəmə hazırlıq iclasının qərarının ləğv edilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir. Bundan əlavə iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi, məhkəmə istintaqı zamanı zərərçəkmiş tərəfin verdiyi vəsatətlərə münasibət bildirilmiş və onlara dair qanunla müəyyən edilmiş qaydada müvafiq qərarlar qəbul etmişdir. Eyni zamanda, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2024cü il tarixli qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun vəkili Müdafiəçi2 xx.xx.2024-cü il tarixli məhkəmə iclasının protokoluna qeydlər verilməsi barədə ərizəsi əsassız olduğundan rədd edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərər çək miş şəxs Zərərçəkmiş şəxs və onun vəkili Müdafiəçi2 xx.xx.2024-cü il tarixli məhkəmə iclasının protokoluna qeydlər verilməsi barədə ərizəsi əsassız olduğundan rədd edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə və vəkil Müdafiəçi2 xx.xx.2023-cü il tarixli məhkəmə iclasının protokoluna qeydlər verilməsi barədə ərizəsi əsassız olduğundan rədd edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərər çəkmi ş şəxs Zərərçəkmiş şəxs və onun vəkili Müdafiəçi2 xx.xx.2023-cü il tarixli məhkəmə iclasının protokoluna qeydlər verilməsi barədə ərizəsi əsassız olduğundan rədd edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun vəkili Müdafiəçi2 xx.xx.2024-cü il tarixli məhkəmə iclasının protokoluna qeydlər verilməsi barədə ərizəsi əsassız olduğundan rədd edilmişdir. Apellyasiya məhkəməsi iş üzrə zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun vəkili Müdafiəçi2 birgə verdiləri apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, keçirilmiş apellyasiya baxışının nəticələrinə görə Məhkum Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbindən ona cəza təyin edilməməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 1(005)-7/2024 saylı hökmünün ləğv edilməsinə maddi və prosessual əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi, Məhkum Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edərkən, Azərbaycan Respublikası CM-nin 15.2, 75.1.1, 75.2-ci və Azərbaycan Respublikası CPMnin 39.1.3 və 44.2.1-ci maddələrinin tələblərini nəzərə almaqla hökm çıxarmaqda haqlı olmuş, apellyasiya məhkəməsi isə düzgün olaraq hökmü qərarı qüvvədə saxlamışdır. Beləliklə, məhkəmə kollegiyası cinayət i şinin materiallarını bir daha təhlil edərək məhkəmənin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, həmin məhkəmə Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmə onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razıla şır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 sentyabr 2024cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Zərər çəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1862/2024 nömrəli 6 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar