Məhkəmə qərarları › İş №1(102)-488/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-488/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-488/2025 24.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının mü dafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim C.İ.Hüseynov, hakimlər E.H.İsmayılov və S.S.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1986-cı il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 dekabr 2020-ci ildə cəzasını çəkib qurtarması ilə əlaq ədar azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2nvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, dövlət ittihamçısının Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə irəli sürülmüş ittihamdan imtina etməsi ilə əlaqədar ittihamın həmin hissəsində Məhkum barəsində cinayət təqibinə xitam verilməklə o, bu maddə üzrə cinayət məsuliyyətindən azad edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xx xx 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Abbasov, hakimlər R.A.Qaraqurbanlı və A.F.İbrahimovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti) xaric edilmiş, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarında n Dövlət ittihamçısı5 tərəfindən kassasiya protesti, Məhkum tərəfindən isə kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən, Məhkum təqsirləndirilirdi ondan ötrü ki o, qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşımış və satmışdır. Yəni, o, qanunsuz olaraq satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya- telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri külli miqda rda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “X15” adlı XXX10 vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada ünvan3 inzibati ərazisində yerləşən metronun XXX11nın yaxınlığındakı körpünün altında yerləşdirdiyi külli miqdarda - təmiz çəkisi 1510 qram (1kq 510 qr) olan kustar üsulla hazırlanmış narkotik vaistə heroini və təmiz çəkisi 1,939 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı internet informasiya ehtiyatlarından və informasiya-te lekommunikasiya şəbəkəsindən istifadə etməklə özünə məxsus mobil telefon aparatına yüklənmiş “Whatsapp” proqramı vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan “X15” adlı XXX10nın istintaqla müəyyən edilməyən nömrəsi ilə əlaqə yaradaraq sonuncunun “Whatsapp” proqramı vasitəsi ilə göndərdiyi məkan paylaşımından istifadə edərək xx xx xx 2022-ci il tarixdə saat 3 radələrində həmin yerdən götürüb əldə edərək üzərində saxlamaqla daşımış, həmin gün saat 3:45 radələrində 60 manat pul müqabilində təmiz çəkisi 1,939 qram olan qurudulmuş marixuananı Şahid4 satmış, xx xx xx 2022-ci il tarixdə, saat 4:15-də XXX12nin Narkotiklərlə mübarizə bölməsinin və XXX15-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2nvanının qarşısında Şahid4 ilə birlikdə saxlanılaraq XXX15-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 1510 qram (1kq 510 qr) olan kutsar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüş, onun Şahid4 satdığı bir ədəd siqaret qutusunda təmiz çəkisi 1,939 qram olan narkotik vasitə qurudulmuş marixuana sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli idman şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsində cinayət işinə baxılmasının nəticələrinə görə isə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, saxlaması və daşıması, həmçinin qurudu lmuş marixuana narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, saxlaması, daşıması və satması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunsa da, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşıması və satması, yəni Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmamışdır. Bununla əlaqədar məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ittihamd an imtina edərək bu hissədə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmiş və məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq həmin hissədə cinayət təqibinə xitam verib, Məhkum Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə işin faktiki hallarına münasibətdə belə nəticəyə gəlmişdir ki, Məhkum əməlində yuxarıda təsvir edilən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlamətinin olması da sübuta yetirilməmişdir. Bu səbədən apellyasiya instansiyası məhkəməsi qeyd edilən tövsifedici əlaməti və onu nəzərdə tutan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsini hökmdən və ittihamdan xaric etmişdir. Kassasiya protestinin, məhkumun kassasiya şikayətinin və kassasiya protestinə qarşı etira zının dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələblərinə əməl olunmaqla tədqiq olunmuş sübutlarla Məhkum XXX10nın şəxsiyyəti müəyyən edilməyən vətəndaşı ilə heroin və qurudulmuş marixuana narkotik vasitələrini satmaq məqsədi ilə qabaqcadan əlbir olduğu təsdiq edildiyi halda, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq ittihamdan və birinci instansiya məhkəməsinin hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəaları xaric etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416. 1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozmuş, o cümlədən ittiham hökmü məhkəməyədək icraatda polis əməkdaşlarının ona qanunsuz təsir etmələri səbəbindən özünə qarşı verdiyi etirafedici, əslində həqiqiəti əks etdərməyən ifadələri ilə, eləcə də Şahid4 yalan və ziddiyətli məlumatlarına istinad olunmaqla əsaslandırılmış, nəticədə o, yalnız 30 qram qurudul muş marixuananı qanunsuz olaraq şəxsi istehlakı üçün saxladığı halda, əsassız olaraq, satış məqəsədi ilə külli miqdarda heroin narkotik vasitəsini əldə edib, saxlamaqda və qurudulmuş marixuananı Şahid4 satmaqda – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarını ləğv edilərək, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif olunmasına dair qərarın çıxarılmasını xahiş edir. Həmçinin, Məhkum dövlət ittihamçısının kassasiya protestinə qarşı etiraz verərək, əsassız olduğu üçün kassasiya protestinin təmin olunmamasını xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələblərinin pozulduğunu, nəticədə Məhkum cinayəti şəxsiyyəti məlum olmayan XXX10nın “X15” adlı vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətsə də, ittihamdan və birinci instansiya məhkəməsinin hökmündən həmin tövsifedici əlmətin və onu təsbit edən Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin əsassız olaraq xaric edildiyini və əməlin düzgün olmayaraq yalnız CM-in 234.4.3-cü ma ddəsi ilə tövsif olunduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum da kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayətprosessual qanunun tələblərinə əməl etmədiklərini, nəticədə əməli külli miqdar təşkil etməyən qurudulmuş marixuana narkotik vasitəsini şəxsi istehlakı üçün əldə edib saxlama kimi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, satış məqsədi ilə külli miqdarda heroin narkotik vasitə sini əldə etməyə və saxlamağa, habelə qurudulmuş marixuana satmağa görə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini və əməlinə müvafiq olmayan həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini dövlət ittihamçısının istinad etdiyi, CPM-in eyni maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığ ını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, yəni o cümlədən, əməlin Cinayət Məcəlləsinin bu və ya digər maddəsi üzrə tövsifini şərtləndirən halların sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Məhkum 1510 qram her oini (cinayət əməli törədilən vaxt külli miqdar hesab edilən narkotik vasitəni) və 1,939 qram qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və marixuananı Şahid4 satması, yəni Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayətləri törətməsi sübuta yetirilsə də, XXX10-nın “X15” adlı vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, sonuncu ilə birgə hərəkət etməsi, yəni əməlində CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş “cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi” tövsifedici əlamətin olması sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, cinayət təqibi orqanı tərəfindən təqdim edilən birinci və apellyasiya instansiyası məhkəmələrində araşdırılmış sübutlar Məhkum cinayəti XXX10-nın “X15” adlı vətəndaşı ilə qabaqcadan əlbir olaraq törətməsi barədə mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etmir. Həqiqətən də, ittiham tərəfi Məhkum XXX10-nın “X15” adlı vətəndaşı ilə qabaqcadan əlbir olaraq ona isnad edilən cinayət əməllərini törətməsini (CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin mövcudluğunu) müstəsna olaraq Məhkum özünün ibtidai istintaqda verdiyi etirafedici ifadəsi ilə əsaslandırmışdır. Qeyd edilən xüsusatla əlaqəsi olan digər sübutlar – xx xx xx 2022-ci il tarixli Məhkum üzərində şəxsi axtarışın keçirilməsinə və götürmənin aparılmasına dair protokolun Məhkum izahını əks etdirən hissəsi, şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid1 və Şahid5 ifadələri Məhkum sözlərindən veri lmiş məlumatlar olmaqla, sözügedən tövsifedici əlamət barədə məlumat yükü daşıyan müstəqil məlumat mənbəyi kimi çıxış etmirlər. Lakin Məhkum etirafedici ifadəsindəki məlumatlar belə onun və adının “X15” olması ehtimal edilən şəxsin birgə, yəni hər ikisi üçün ümumi olan cinayəti törətmək üçün hərəkət etdiklərini təsdiq etmir. Belə ki, CM-in 31-ci maddəsinə əsasən “iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır”. CM-in 34.2-ci maddəsinə görə “qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcdan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaq əli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli qərarından irəli gələn hüquqi mövqeyə görə iştirakçılıqla, o cümlədən qabaqacadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməllər üçün xarakterik olan əsas xüsusiyyət cinayətin həm subyektiv, həm obyektiv cəhətdən bütün iştirakçılar üçün ümumi olması, iştirakçıların birləşmiş (məqsədyönlü), bir-birini tamamlayan səyləri ilə vahid cinayətin törədilməsi, maddi tərkibli cinayətlərdə - vahid ictimai-təhlükəli nəticənin əldə olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli qərarında da iştirakçılıqla törədilmiş əməllər üçün məhz cinayətin ümumiliyinin (vahidliyinin) xarakterik olması nəzərə alınmaqla izah olunmuşdur ki, məhkəmə hökmündə iştirakçılıqla törədilmiş ci nayətdə təqsirli bilinmiş şəxsin əməli təsvir edilərkən iştirakçılığın forması ilə yanaşı hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunması, onların rolları göstərilməlidir (31-ci bənd). Məhkum ittiham aktında təsvir olunmuş, ibtidai istintaq zamanı verdiyi (apellyasiya instansiyası məhkəməsinin təhlil etdiyi) etirafedici ifadəsinə görə isə o, “X15” adlı XXX10nın vətəndaşı ilə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamaqla sonuncunun satdığı heroin narkotik vasitəsini onun dəyərini təşkil edən 10000 manatı sonradan ödəmək şərti ilə (nisyə olaraq) əldə etmiş, lakin “X15”ın əvvəlcədən qoydurub, yerini ona “WhatsApp” proqramı vasitəsi ilə bildirdiyi məkandan narkotik vasitə olan bağlamanı götürdükdən sonra polis əməkdaşları tərəfindən yaxalandığ ı üçün, heroin narkotik vasitəsini sata və onun dəyərini “X15a” ödəyə bilməmişdir. Bu məlumatlara görə, Məhkum külli miqdarda heroin narkotik vasitəsini, habelə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etmə cinayətini törətdiyi halda, adının “X15”, vətəndaşlığının XXX10 olduğu güman edilən şəxs həmin narkotik vasitələri Məhkum satma cinayətini və ehtimalla buna qədər baş vermiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan başqa (məsələn, narkotik vasitələri XXX10-da və ya başqa yerdə əldə etmə, saxlama, Azərbaycan Respublikasının ərazisinə daşıma və s.) əməlləri Məhkum iştirakı olmadan törətmişdir, yəni Məhkum və digər şəxs üçün ümumi olan (vahid) cinayətin törədilməsi faktı, o cümlədən buna dair əvvəlcədən razılaşmanın əldə edilməsi halı (birgəlik) mövcud olmamışdır. İt tiham tərəfi XXX10 “X15” olduğu ehtimal edilən şəxsin narkotik vasitələri Məhkum nisyə (pulunu sonra ödəmək şərti ilə) satması, Məhkum isə həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, qabaqcadan əldə olunmuş razılaşmanın da müstəsna olaraq onların arasında belə bir qanunsuz alqı-satqı əməliyyatının həyata keçirilməsini nəzərdə tutması kimi xüsusatlardan başqa, bu şəxslərin cinayətkar əlaqələrini göstərə biləcək hər hansı digər halı (ittihamda qeyd edilən – “X15” adlı şəxslə qabaqcadan birgə heroin və qurudulmuş marixuana narkotik vasitələrini əldə etmək, saxlamaq, daşımaq, satmaq barədə razılığa gəlmələrini və reallıqda həmin əməlləri birgə törətmələrini) təsdiq edən sübutları birinci və apellyasiya instansiyası məhkəmələrində təqdim edə bilməmişdir. Məhkum qarşı CM-in 234.4. 3-cü maddəsi ilə yanaşı 234.4.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi və birinci instansiya məhkəməsinin onu həmin maddələr üzrə təqsirli bilməsi ondan irəli gəlir ki, cinayət təqibi orqanı kimi birinci instansiya məhkəməsi də birgə iştirakçılar üçün ümumi olan cinayətin törədilməsi barədə əvvəlcədən razılaşmanın əldə olunması halını “ikitərəfli kriminal əqdin bağlanması” kimi haldan fərqləndirə bilməmişdir. Halbuki, şəxslər arasında “kriminal əqd” üzrə “kontragentə” münasibətdə müəyyən hərəkətlərin yerinə yetirilməsi barədə razılığın əldə olunması (nə qədər ki, belə razılıq vahid cinayətin deyil, hər bir şəxs tərəfindən məhz onun özünə aid olan kriminal əməlin törədilməsini ehtiva edir) birgə cinayət törətmək barədə qabaqcadan razılığın əldə olunması halı ilə eyniləşdirilə bilməz. Məsə lən, rüşvətin alınması və verilməsi barədə rüşvət alanla rüşvət verən arasında, qanunsuz odlu silah satanla onu əldə edən şəxs arasında və yaxud hazırkı işdə olduğu kimi narkotik vasitəni satanla onu əldə edən şəxs arasında bu əməllərin yerinə yetirilməsinə dair qabaqcadan razılığın əldə olunması vahid cinayətin birgə törədilməsi barədə razılığın əldə edilməsi anlamına gəlmir və bu üzdən cinayətdə iştirakçılıq kimi qiymətləndirilməməlidir. İttiham tərəfinin Məhkum “X15” adlı XXX10-nın vətəndaşı ilə qabqcadan əlbir olan bir qrup şəxs təşkil etmələrinə və ittihamda göstərilən - narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə etmə, saxlama, daşıma, satma əməllərini birgə törətmələrinə dair hər hansı məlumata malik olmaması cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın məzmunundan da (bu ittihamı təşkil edən “faktiki hallar”ın təsvirindən) açıq-aydın görünür. Belə ki, ittihamda vaxt, yer, üsul göstərilmədən Məhkum XXX10-nın “X15” adlı vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etmələri qeyd olunduqdan sonra onların birgə (qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində) narkotik vasitələri əldə etmələrinə, saxlamalarına, daşımalarına aid “faktiki hallara” dair məlumatlar aşağıdakı kimi təsvir olunmuşdur: 1) “şəxsiyyəti istintaqa məlum olmayan “X15” adlı XXX10nın vətəndaşı... qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq”; 2) “qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək”; 3) “istintaq la müəyyən edilməyən qaydada...” 4) “ünvan7,... metronun XXX16nın yaxınlığındakı körpünün altında yerləşdirdiyi külli miqdarda...1510 qram... heroini və təmiz çəkisi 1,939 qram... qurudulmuş marixuananı... “WhatsApp” proqramı vasitəsi ilə... “X15” adlı XXX10 vətəndaşının istintaqla müəyyən edilməyən nömrəsi ilə əlaqə yaradaraq... sonuncunun “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyi məkan paylaşımından istifadə edərək xx xx xx 2022-ci il tarixdə saat 03 radələrində həmin yerdən götürüb əldə edərək üzərində saxlmaqla daşımış...”dır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəlləni n 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir q rup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vas itələrin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin Məhkum və “X15” adlı XXX10ndan təşkil olunmuş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də Məhkum sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir (iittihamda və birinci instansiya məhkəməsinin hökmündə təsvir olunmuş Məhkum əməllərinin faktik məzmunu müstəsna olaraq onun “X15” adlı şəxsin satdığı heroini və qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə etməsini və bundan sonra onların saxlanılması, daşınması, marixuananın satışı üzrə təkbaşına etdiyi hərəkətləri əhatə edir). Ümumiyyətlə, Məhk um qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“naməlum vaxtda və yerdə”, “şəxsiyyəti məlum olmayan XXX10”, “”istintaqla müəyyən edilməyən nömrə”, “istintaqla müəyyən edilməyən qaydada” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının Məhkum qarşı Cinayət Məcəlləsi nin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda – CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq Məhkumə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. İbtidai istintaq dövründən mövcud olan və cinayət prosesinin məhkəmə icraatı mərhələsində də aradan qaldırılmayan həmin şübhələrin, yəni yuxarıda göstərilən məzmunda formulə edilmiş “ittihamın” və bundan əvvəl qeyd edilən digər halların fonunda apellyasiya ins tansiyası məhkəməsinin ittihamdan və birinci instansiya məhkəməsinin hökmündən CM-in 234.4.1-ci maddəsini xaric etməsi və Məhkum yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməsi əsassız və qanunsuz nəticə kimi, kassasiya protesti verməklə həmin nəticəni mübahisələndirən və Məhkum Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsi üzərində israr edən dövlət ittihamçısının mövqeyi isə sübutlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinə müvafiq olaraq müəyyən edilmiş işin həqiqi halları, eləcə də cinayət və cinayət-prosessual qanunların tələbləri ilə uzlaşan yanaşma kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizli k prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmad ıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Qeyd olunan normaların tələbləri ilə müqayisə etdikdə, apellyasiya instansiyası məhkəməsinin Məhkum yalnız ittihamın sübuta yetirilmiş hissəsi üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilib CM-in 234.4.1-ci maddəsini ittihamdan və hökmdən xaric etməsi, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Təsvir edilən hallar kassasiya protestinin əsassız olduğunu təsdiq etdiyi kimi, Məhkum qanunsuz olaraq iki növ narkotik vasitələri (heroin və qurudulmuş marixuana) əldə etməsi, heroinin miqdarının 1510 qram – (külli miqdar) təşkil etməsi, Məhkum qurudulmuş marixuananı 60 manata Şahid4 satmağa müvəffəq olması, birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış araşdırma nəticəsində Məhkum tutulduğu vaxt zorakılığa, pis rəftara, başqa formada qanunsuz təsirə məruz qalmadığının müəyyən olunması ilə birlikdə götürülməklə məhkumun verdiyi kassasiya şikayətinin də (o cümlədən, narkotik vasitənin yalnız qurudulmuş marixuanadan ibarət olması, onu satmaq məqsədində olmaması, ibtidai istintaqda etirafedici ifadələri pis rəftarın təsiri ilə təzyiq altında verməsi barədə iddialarının) əsassız olduğunu göstərir. Bu səbəbdən məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürdüyü əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməsi barədə tələblə razılaşmaq üçün əsas tapmır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin etdiyi 9 il müddətə azadlıqdan məhrum etmə cəzasının əsaslılığını, qanuniliyini və ədalətliliyini də şübhə altına almaq üçün əsas görmür. Çünki, apellyasiya instansiyası məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin 3/2-dən az olm amaq şərti ilə cəza təyin etməsindən və bununla əlaqədar gətirdiyi dəlillərdən görünür ki, cəzanın təyin edilməsində əhəmiyyətli olan – Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən halların olmaması, cinayətlərin təhlükəli residivinin cəzanı ağırlaşdıran hal qismində müəyyən olunması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61), habelə təhlükəli residivə görə cəzanın təyin edilməsinə (maddə 65.2) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Qeyd olunanlar dövət ittihamçısının kassasiya protestinə və məhkumun kassasiya şikayətinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsində sadalanan, o cümlədən həmin müraciətlərlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində, eləcə də 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin təmin edilmə sinə, kassasiya şikayətinin təmin edilməməsinə, Məhkum isə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 10 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar