Məhkəmə qərarları › İş №1(102)-489/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-489/2020

23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-489/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Günay Hüseynxan qızı Məmmədlinin, Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü il ə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum və müdafiəçi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən və məruzəçi), M.Ə. Abdullayev və M.V. Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu İl tarixli hökmü ilə, Məhkum- xx xxxxx 1979-cu ildə Ü1 şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ü2 evdə yaşayan, Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2018-ci-ci ildən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,471 qram çəkidə narkotik vasitə heroini məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlamaqla daşıyıb ü3 küçəsində xx xxxxxx 2018-ci il tarixdə saat 16 radələrində tanışı X5 112 manata satmış və həmin gün saat 20.30-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı tutularkən şəxsi axtarışa məruz qalmış x2 əynindəki şalvarın sol cibindən şəffaf sellofan bükümün içərisində olan qeyd olunan çəkidə həmin narkotik vasitə heroi n aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq 1,220 qram çəkidə narkotik vasitə heroini məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlamaqla daşıyıb ü3 küçəsində olan vaxt, yəni xx xxxxxxx 2018-ci il tarixdə saat 18.30da Azərbaycan Respublikası DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı həmin şöbənin inzibati binasına gətirilmiş və orada tutulub şəxsi axtarışa məruz qalarkən əynindəki köynəyin döş cibindən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri üzrə işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx x 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: R.M.Cəfərov, hakimlər: İ.H. Əhmədov və F.K. Soltanovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum və müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətləri verərək həmin qərarın dəyişdirilməsini, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti məhkum edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı elan edilmiş ittiham sübuta yetirilməmiş, şahid X7 məhkəmə iclasında dindri lməmişdir. barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçi-vəkil Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, məhkəmə iclasında əsas şahidlərdən olan X7 dindirilməmiş, məhkəmə iclasında tədqiq edilən X7 ilə Məhkum üzləşmə protokolundakı imza Məhkum məxsus olmamışdır. Həmin imzanın həqiqiliyinin yoxlanması barədə məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatətləri təmin edilməmişdir. göstərilən səbəblərdən Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməli olduğu halda edilməmişdir. hökmdə cəzanı yüngülləşdirən hallar göstərilsə də nəzərə alınmamışdır. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə e dib, kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinay ət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətlərinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Kassasiya şikayətlərində cinayət işi üzrə əsas şahidlərdən biri kimi X7 dindirilməməsi, məhkəmə iclasında tədqiq edilən X7 ilə Məhkum üzləşmə protokolundakı imza Məhkum məxsus olmaması, Həmin imzanın həqiqiliyinin yoxlanması barədə məhkəmə-xətşünaslıq ekspertizası keçirilməməsi, Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməli olduğu halda edilməməsi, hökmdə cəzanı yüngülləşdirən hallar gös tərilsə də nəzərə alınmaması göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018 -ci il tarixli qanuni qüvvəyə minmiş hökmünün surətindən görünür ki, həmin hökmlə X4 xx xxxxxx 2018-ci il tarixdə saat 16 radələrində Lənkəran rayonu Liman şəhərində digər şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 2,471 qram çəkidə narkotik vasitə heroini bir bükümdə, 112 ma nat pula alaraq əldə edib üzərində saxlamaqla gəzdirməsi müəyyən edilmişdir. Həmin hökmün təsviri hissəsində x2 əks olunmuş ifadəsinin məzmunundan, habelə hökmdə tədqiq edilmiş digər sübutlardan görünür ki, o, xx xxxxxx 2018-ci il tarixdə saat 16 radələrində ü3 küçəsində 2,471 qram çəkidə narkotik vasitə heroini hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum 112 manata satın aldığını qəti olaraq bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş «Şəxsi axtarış və götürmə barədə» xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, X4 üzərindən bir bükümdə narkotik maddə – heroinə bənzər kütlə aşkar edilərək götürülmüş və sonuncu qeyd olunan maddəni həmin gün saat 16 radələrində yaşadığı məhəllədə Liman şəhər sakini Məhkum aldığını bildirmişdir. X7 barəsində «həbs» növün də qətimkan tədbiri seçilməsinə dair Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının təsviri – əsaslandırıcı hissəsində əks olunmuş sonuncunun məhkəmə iclasında verdiyi izahatının, habelə onun şübhəli şəxs qismində xx.xx.2018-ci il və təqsirləndirilən şəxs qismində xx.xx.2018-ci il tarixli dindirmə, həmçinin Məhkumla arasında keçirilmiş xx.xx.2018-ci il tarixli üzləşdirmədə dindirmə protokollarının məzmunundan görünür ki, o, üzərindən aşkar olunmuş narkotik vasitə – heroini xx.xx.2018-ci ildə Məhkum 112 manata satın aldığını qəti olaraq bildirmişdir. X4 barəsindəki cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına alınmış xx.xx.2018-ci il tarixli cavab məktubun surətindən görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı x2 üzərindən aşkar edilmiş narkotik vasitə heroini sonu ncunun Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 36-da yaşayan 1979-cu il təvəllüdlü Məhkum aldığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolundan görünür ki xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında müdafiəçinin vəsatəti ilə cinayət işinin materiallarında olan X7 ilə Məhkum arasında xx xxxxxxx 2018-ci il tarixli üzləşdirmə protokolu tədqiq edilərkən məhkum həmin protokoldakı imzanın ona məxsus olmasını inkar etməmiş, həmin imzanın onun imzasına oxşadığını göstərmişdir. Ona görə də birinci instansiya məhkəməsi imzanın yoxlanması üçün xətşünaslıq ekspertizası keçirilmısi barədə vəsatəti təmin etməmişdir. Bundan başqa X4 həmin üzləşdirmə zamanı ifadəsində göstərdiyi narkotik vasitəni Məhkum almas onun digər sərbəst ifadələri il ə də eyni məzmunludur və bir-birini təcdiq edir. Cinayət işinin materiallarında olan Şübhəli şəxsin tutulmasından ötrü axtarış elan edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, X7 xx xxxxxx 2018-ci il tarixdə saxlanıldıqdan sonra narkotik vasitəni aldığı şəxsin Məhkum olduğunu bulduirdikdən sonra həmin tarixdə Məhkum barəsində axtarış elan edilməsi və tutularaq Lənkəran ŞRPŞ-nin MCY-ə təhvil verilməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli 30826 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş üzərində “Məhkum üstündən aşkar olunaraq götürülmüş...” zərfdə 1,170 qram olan heroin ilə üzərində “Vət.X4 üzərindən aşkar edilmiş...” zərfdə təmiz çəkisi 2,421 qram olan heroin xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə eynidirlər». Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, subutların toplanması, tədqiqi və qiymətləndirilməsində cinayət işinə baxmış məhkəmələr Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etmiş və cinayət işi üzrə şahid X7 dindirilmədən də toplanmış sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Ona görə də bu əsasla kassasiya şikayətlərinin dəlilləri təmin edilməməlidir. Cəza təyini məsələsinə gəldikdə birinci instansiya məhkəməsi Məhkum himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, yaşayış yeri və hazırda sa xlanıldığı istintaq təcridxanası üzrə müsbət xarakterizə edilməsini və əməlini qismən etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə almış və onun təqsirli bilindiyi maddələrin sanksiyasının nisbətən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təyin edilmiş cəza cinayət işinin faktiki hallarına, cəzanın məqsədi barədə qanunun tələbinə uyğundur. Məhkum cəza çəkmədən islah olunacağına əsas verən hallar müəyyən edilmədiyindən məhkumun Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi barədə kassasiya şikayətlərinin dəlilləri də əsassız hesab edirlir və təmin edilməməlidir. Məhkumun və müdafiuəçisinin cinayət işi üzrə kassasiya şikayətlərində göstərilən dəlillər onların eyni məzmunli apellyasiya şikayətlərində də göstərilmiş apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında həmin dəlillərın əsaslılığı yoxlanılmış və hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsini qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı nın ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı Məhkum və müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar