Məhkəmə qərarları › İş №1(102)-489/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-489/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-489/2023 02.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-299/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxx 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəi, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamışdır. 2. 16 fevral 2022-ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 09 mart 2021-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1, zərərçəkmiş şəxsin cibindən çıxarmaqla və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında bina hesab edilən mağazaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 12 sentyabr 2021-ci il tarixdə, saat 14 radələrində Sumqayıt şəhər ərazisi üzrə fəaliyyət göstərən 9 nömrəli avtobusda olarkən, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə avtobus Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində hərəkətdə olarkən ayaq üstə olan sərnişin Zərərçəkmiş şəxs2 yaxınlaşıb, sonuncunun əynində olan göy rəngli şalvarın sağ yan cibindən 3 ədəd 100 manatlıq, 7 ədəd 20 manatlıq və 4 ədəd 1 manatlıq əskinas o lmaqla ümumilikdə 444 (dörd yüz qırx dörd) manat pulu çıxarmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 noyabr 2021-ci il tarixdə, saat 04 radələrində tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Sumqayıt şəhəri, Bakı küçəsi, avtovağzal ərazisində yerləşən Zərərçəkmiş şəxs1 istifadəsində olan mağazaya, mağazanın girişin qapısının kilitinə dəmir parçası ilə fiziki təsir edib açaraq oraya qanunsuz daxil olub mağazanın vitrinindən və oradakı masanın üzərindən hər birinin qiyməti 2,50 manat, cəmi 7,50 manat olan 03 qutu kompakt “West” markalı siqaret, hər birinin qiyməti 2,30 manat, cəmi 4,60 mant olan 02 qutu nazik “West” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 5 manat olan 02 qutuda ümumilikdə 25 ədəd kompakt “Winchester” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 1 manat olan 01 qutuda 05 ədəd nazik mentollu “Winchester” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 3,80 manat olan 01 qutuda 19 ədəd qalın “Pall Mall” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 4,20 manat olan 02 qutuda ümumilikdə 21 ədəd nazik mentollu və sadə “Pall Mall” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 7,40 manat olan 03 qutuda ümumilikdə 37 ədəd kompakt mentollu və sadə “Rothmans” markalı siqaret, hər birinin qiyməti 0,30 manat, cəmi 6 manat olan 03 qutuda ümumilikdə 20 ədəd qalın sadə və mentollu “Kent 4” markalı siqaret, qiyməti 0,30 manat olan 01 qutuda 01 ədəd nazik “Kent 4” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 2,20 manat olan 03 qutuda ümumilikdə 22 ədəd nazik “Magna” markalı siqaret, qiyməti 0,10 manat olan 01 qutuda 01 ədəd qalın “Magna” markalı siqaret, hər birinin qiyməti 0,30 manat, cəmi 3,90 manat olan 01 qutuda 13 ədəd nazik “Winston” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 1,80 manat olan 01 qutuda 18 ədəd qalın “Keno” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 0,70 manat olan 01 qutuda 07 ədəd nazik “Keno” markalı siqaret, hər birinin qiyməti 0,30 manat, cəmi 5,10 manat olan 01 qutuda 17 ədəd “Davidoff” markalı siqaret, hər birinin qiyməti 0,30 manat, cəmi 3,60 manat olan 01 qutuda 12 ədəd qalın “Sobranie” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 1,90 manat olan 02 qutuda 19 ədəd qalın “Fine” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 1,40 man at olan 01 qutuda 07 ədəd nazik “Want” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 2,60 manat olan 01 qutuda 13 ədəd nazik mentollu “LD” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 1,7 manat olan 01 qutuda 17 ədəd qalın “Senate” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 2 manat olan 01 qutuda 10 ədəd nazik “Line X” markalı siqaret, masanın altından hər birinin qiyməti 0,5 manat, cəmi 1 manat olan 02 ədəd 3 lt həcmli şüşə balonların içərisində 1043 ədəd 50 qəpiklik dəmir pullar, qiyməti 3 manat olan 01 ədəd sintetik torba olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 592,30 manat qiymətində əmlakını və pulunu qabaqcadan əlbir olan bir qrup şəxs halında bina hesab edilən mağazaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsin in 1(060)-317/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətə həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər də həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət itt ihamçısı apellyasiya protesti verib, Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmünü Məhkum1 aid hissədə təklif etdiyi həddə təqsirli bilindiyi maddələrin sanksiyasına uyğun azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-299/2022 nömrəli, 19 iyul 2022-ci tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-317/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 04 ( dörd) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 3 (üç) gün azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 19 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşdüyü, təqsirinin sübuta yetirilmədiyi iddia edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 1(105)-299/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinə icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar çıxarılması xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qayd asında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişd irilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Müdafiəçi4 kassasiya şikayətində Məhkum1 cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğunu, həmçinin təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərba ycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-299/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, hab elə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Baxılan işdə müdafiə tərəfi birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verməsə də, apellyasiya protestinin dəlillərini araşdıran yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarını və mövcud məhkəmə təcrübəsini nəzərə almaqla, toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törətməsinin təsdiqi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, eləcə də iş üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

22. Apellyasiya instan siyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum1 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1 əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPMnin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

23. Apellyas iya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə dövlət ittihamçısının apellyasiya protestində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum1 cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

24. Kassasiya şikayətinin Məhkum1 cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğuna dair hissəsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan komisyon kompleks ambulator məhkəmə psixiatrık və psixoloji ekspertizasının 04 noyabr 2021-ci il tarixli, 2584 saylı rəyindən göründüyü kimi, X2 şizofreniya, remissiya vəziyyəti müəyyən edilsə də, cinayət əməlini törədərkən onda müəyyən edilən şizofreniya xəstəliyinin gedişində yaxşılaşma qeyd edildiyindən, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Bu səbəbdən Məhkum1 törətdiyi əməl barəsində anlaqlı hesab edilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmiş, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac olmadığı müəyyən edilmişdir.

25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyi nə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmü yalnız məhkum edilmiş şəxsə təyin edilən cəza hissəsində dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən q ərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-299/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 barəsində olan 1(105)-299/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar