Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-49/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri, 16 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxx 1983-cü il tarixdə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, ************ saylı evdə qeydiyyatda olan, faktiki olaraq Abşeron rayonu, ************ saylı evdə yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim R,V.Salmanov, hakimlər M.A.Bayramov və A.K.Orucov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, 4 il müddətinə nəqliyyat vasitələrini idar ə etmə hüququndan məhrum edilməklə 5 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 10 noyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçisi X8 və zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim E.Y.Şamayev, hakimlər: S.A.Mirzəyev və F.A.Qasımov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, 28 dekabr 2015-ci il tarixdə saa t 17 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Mersedes-Benz C-180" markalı **--*** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Məmmədova küçəsi ilə Z.Qənbərov küçəsi istiqamətində 7080 km/saat sürətlə hərəkət etdirən zaman həmin küçələrin kəsişməsində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və ya başqa əmlaka zərər vurmamalı olduğu və nəqliyyat vasit əsini sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda bunu etməyərək yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsində hərəkətsiz vəziyyətdə olan "Mercedes-Benz C-220 CDİ" markalı, **--*** dövlət qeydiyyat nişanlı və "NissanQashqai" markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq həmin avtomobilərin qarşısında dayanmış piyada X10 vuraraq ona sağdan lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınıqları, ağ ciyərin travmatik cırılmaları, alın, burun, döş qəfəsi, sağ sağrı, sağ diz oynağı, sağ baldır və sağ iç topuq nahiyələrinin sıyrıqları ilə nəticələnən və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Babək Həsənovun ölümünə səbəb olmuş, həmçinin "Mercedes-Benz C-230" markalı, ** --*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs alın nahiyəsinin, sağ sarğı nahiyəsinin sıyrıqları, burun nahiyəsinin sıyrılmış yarası kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən, X4 isə sağ alın nahiyəsinin əzilmiş yarası, sağ bud nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almış, bundan başqa həmin hadisə nəticəsində X11 məxsus "Mercedes-Benz C-220 CDİ" markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilə 2515 manat, X6 məxsus "Nissan-Qashqai" markalı, **--*** qeydiyyat nişanlı avtomobilə 7410 manat, X2 məxsus "Mercedes-Benz C-180" markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilə 1810 manat, hadisə yerində yerləşən X13 işlətdiyi ayaqqabı təmir i sexinə isə cəmi 1448 manat maddi ziyan vurmuşdur. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2018-ci il tarixli qərarının dəyişdirilməsi və barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, cinayət işinin apellyasiya məhkəməsində baxılmasından sonra o, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə barışıq əldə etmiş və onun mülki tələblərini tam həcmdə ödəmişdir. Onun məsuliyyətini yüngülləşdirən və CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan həmin hallar Təqsirləndirilən şəxs cəza təyini zamanı olmadığından nəzərə alınmamışdır və kassasiya instansiyası zamanı məhkəmə baxışında nəzərə alınmaqla cəzasının yüngülləşdi rilməsi xahiş olunur. Kassasiya şikayətinə əlavədə isə məhkum stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin staionar şöbəsində saxlanıldığı 71 gün müddətin məhkəmələr tərəfindən nəzərə alınmadığını bildirir və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmasını xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2018-ci il tarixli qərarının dəyişdirilməsi və humanizm prinsipini, məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X12 hüquqi varisi X9 ilə barışmasını, ona vurulmuş maddi və mənəvi ziyanı tam həcmdə ödəməsini n əzərə alaraq məhkum Təqsirləndirilən şəxs daha yüngül cəzanın təyin edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin və əlavənin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi O.Kazımovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, kassasiya şikayətinə əlavə tam təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya ş ikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halları n müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayət-prosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərində məhkuma təyin edilmiş cəzanın ağır olması mübahisə edilir və onun cəzasının yüngülləşdirilməsi xahiş olunur. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və ə saslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli ol malıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhk əməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsində cinayət işinə baxıl dıqdan sonra məhkum zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə barışıq əldə etmiş və onun mülki tələblərini tam həcmdə ödəmişdir. Məhkumun məsuliyyətini yüngülləşdirən və CM-nin 59.1.12 və 59.1.13-cü maddəsində nəzərdə tutulan həmin hallar Təqsirləndirilən şəxs cəza təyini zamanı olmadığından nəzərə alınmamışdır. Kassasiya şikayətinə əlavə olunmuş sənədlərdən də görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini məqsədə müvafiq hesab edir. Məhkum tərəfindən verilmiş, onun stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəm ə Psixiatrik Ekspertiza Mərkəzinin staionar şöbəsində saxlanıldığı 71 gün müddətin məhkəmələr tərəfindən nəzərə alınmadığına dair kassasiya şikayətinə əlavəni iş materialları ilə əlaqəli şəkildə təhlil edən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti hesablanarkən səhvə yol verilmişdir. Belə ki, iş materiallarından görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə baxışları zamanı Təqsirləndirilən şəxs psixi vəziyyətinin müəyyən edilməsi məqsədilə stasionar məhkəmə--psixiatrik ekspertizasının keçirilməsinə dair qərarlar qəbul edilmiş və bununla əlaqədar o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin staionar şöbəsinə yerləşdirilərək orada 71 gün saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin staionar şöbəsində saxlanıldığı 71 gün müddət ona təyin edilmiş azadlıq dan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri qismən təmin edilsin, kassasiya şikayətinə əlavə tam təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2018-ci il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 06 (altı) aydan 5 (beş) il 3 (üç) aya endirilsin. Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində saxlanıldığı 2 ay 11 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 5 il 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-49/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-49/2019
20.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver