Məhkəmə qərarları › İş №1(102)-49/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-49/2020

05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-49/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2019-cu il tarixli qərarından Məhkum verdiyi kassas iya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim V.R.Qubanov) Məhkum (xx xxxx 1974-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının, vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, ünvan2ndə qeydiyyatda olmaqla, ünvan3də yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum üzərinə cəza çəkdiyi müddətdə saat 22:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə ünvan4nin hüdudlarını tərk etməmək, həmin müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin i şlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuş, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.A.Mirzəyev, hakimlər F.A.Qasımov və K.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, lakin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə təyin olunmuş cəzadan Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən – cinayət məsuliyy ətinə cəlb etmə müddətinin keçməsinə görə azad edilmiş, hökm qalan hissədə dəyişdirimədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq etmişdir. Belə ki, o, 27 mart 2017-ci il tarixdə, saat 17 radələrində ünvan5in qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayət edilən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs evdən çıxmamasını bəhanə etməklə əli ilə sonuncunun sifət nahiyəsinə bir dəfə yumruqla vurub yerə yıxaraq, sonuncuya sol diz oynağının və bel nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinli hematomaları, sol oynağın, hər iki bazunun, hər iki saidin qançırları, sol əlin ll-lll-İV-V barmaqlarının sıyrıqları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, habelə yerdən götürdüyü dəmir parçası ilə evin qapı və pəncərəsinin şüşələrini sındıraraq Zərərçəkmiş şəxs 1320 manat məbləğində maddi ziyan vurmaqla xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hadisə zamanı xuliqanlıq niyyəti ilə hərəkət etmədiyi, əksinə zərərçəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs qanusuz hərəkətlərə yol verib, onun üzərinə əlindəki dəmirlə hücum etdiyi, özünün yer ə yıxılması nəticəsində xəsarətlər aldığı halda, məhkəmələr baxılmış sübutların əksəriyyətinin ziddinə, müstəsna olaraq zərərçəkmiş şəxsin və hadisə yerində olmayan, lakin şahid qismində dindirilmiş XXX88nın ifadələri əsasında, yəni təqsirliliyi sübuta yetirilmədən və əməlində xuliqanlıq cinayətinin tərkibinin əlamətləri müəyyən edilmədən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2019-cu il tarixli qərarının ləğv edilməsini, ona bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxara q müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əməlində cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tu tulmuş xuliqanlıq cinayətini törətməkdə təqsirli bilindiyini iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.6 və 416.0.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməli törətməsi və həmin əmələ görə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, birbiri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkum apellyasiya şikayətində gətirdiyi onun Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış bütün sü butların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, maddi sübutlar, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır). Məhkəmənin qənaətinə görə Məhkum hərəkətlərində ona isnad edilən xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan bütün zəruri əlamətlər mövcud olmuşdur. Apellyasiya məhkəməsinin şərh olunan məsələlər üzrə çıxardığı nəticələr məhkumun apellyasiya şikayətin də irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə çıxardığı nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkum cəzanın təyin olunması məsələsi üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də apellyasiya məhkəməsi tərəfində n hər hansı pozuntuya yol verilməmiş, məhkəmə cinayətin törədildiyi gündən hökm qanuni qüvvəyə mindiyi günədək Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin (2 ildən artıq vaxtın) keçməsindən, lakin müdafiə tərəfinin bu (bəraətverici sayılmayan) əsasla Məhkum cinayət məsuliyyətindən azad edilməsinə razılıq verməməsindən çıxış etməklə Məhkum hökmlə təyin edilmiş cəzadan azad etmiş, bununla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maadəsində nəzərdə tutulmuş (cəza təyin edilmədən ittiham hökmünün çıxarılmasını tələb edən) qaydaya əməl etmişdir. Odur ki, məhkəmə heyəti baxılan işdə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulmuş bəraətin əsaslarının, yəni kassasiya şikay əti ilə ehtiva olunan CPM-in 416.0.2, 416.0.6, 416.0.11-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi (dəyişdirilməsi) əsasları kimi təsbit edilən halların olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 16 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayətitəmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsin də olan 16 may 2019-cu il tarixliqərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar