Məhkəmə qərarları › İş №1(102)-49/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-49/2021

26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-49/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, zərərçəkmiş şəxs X5 və zərərçəkmiş şəxs X6 nümayəndəsivəkil X2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Kərimova Lətifə Nəriman qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: R.A.Alahverdiyeva (sədrlik edən), T.X.Nəsrullayeva və N.A.Kərimovdan ibarət tərkibdə) Məhkum - xx xxxxxx 1985-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Qası mov küçəsi, ev 14, mənzil 1-də qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejmli cəzaçəkmə hissəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx xxx 2016-cı ildən hesablanması hökm edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxslə təkrarən özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı X17 ilə qabaqcadan əlbir olub qrup halında X8 şərikli biznes fəaliyyəti ilə məşğul olub sement, boya və digər tik inti məhsullarının satışını təşkil etməklə birgə qazanc əldə edəcəklərinə yalan vəd verib aldadaraq xx xxxxxx 2012-ci ildə həmin dövrün məzənnəsi ilə 78.480 manat təşkil edən 100.000 ABŞ dollarını, xx xxxxxx 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 75.341 manat təşkil edən 96.000 ABŞ dollarını və xx xxxxxx 2013-cü ildə 100.000 manat pulunu davamlı olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə sonuncunun yaşadığı ünvan 1 ünvanında alıb ələ keçirərək, cəmi zərərçəkmiş şəxs X6a 253.821 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X17 ilə qabaqcadan əlbir olub qrup halında, X9 xxin yüksək vəzifəyə təyin olunacağını, vəzifəyə təyin olunduqdan sonra XXu vəzifəyə tə yin edəcəyini, bu məqsədlə xxə maddi köməklik göstərilməsinin vacib olmasını və vəzifəyə təyin olunandan sonra verilən pulların xx tərəfindən qaytarılacağını yalandan vəd verib aldadaraq xx xxxx 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 50.999 manat təşkil edən 65.000 ABŞ dollarını, xx xxxx 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 54.915 manat təşkil edən 70.000 ABŞ dollarını, xx xxxxxx 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 78.430 manat təşkil edən 100.000 ABŞ dollarını, xx xxxxxxxx 2013-cü ildə 64.000 manat pulunu, xx xxxxxxxx 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 25.886 manat təşkil edən 33.000 ABŞ dollarını və xx xxxxxxx 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 227.447 manat təşkil edən 290.000 ABŞ dollarını davamlı olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə X6 yaşadığı ünvan 1 ünvanınd a alıb ələ keçirərək, cəmi zərərçəkmiş şəxs X6a 501.677 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X3 biznes fəaliyyəti ilə məşğul olub sement, alçıpan və alçıpan aksesuarlarının satışını təşkil edərək pulları qaytaracağını yalandan vəd verib aldadaraq xx xxxxxxxx 2015-ci ildə 16.000 manat dəyərində alçıpan və alçıpan aksesuarlarını, 12.000 manat dəyərində sementi, xx xxxxxxxx 2015-ci ildə 5.600 manat dəyərində alçıpanları, xx xxxxxxxx 2015-ci ildə 16.600 manat dəyərində alçıpanları alıb və aldığı qiymətdən ucuz qiymətə sataraq XXu inandırmaq üçün 2015-ci ilin sentyabr ayı ərzində 11.200 manat sementin pulundan və həmin ilin oktyabr ayı ərzində 5.000 ma nat alçıpanın pulundan ona ödəyərək qalan 30.000 manat pulu davamlı olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, cəmi zərərçəkmiş şəxs XXa ümumilikdə 30.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X7 biznes fəaliyyəti ilə məşğul olub icarəyə götürdüyü sexdə boya istehsal edib satışının təşkil edərək dövriyyəsini artırmaq və qazanc verəcəyini yalandan vəd verib aldadaraq xx xxxxxx 2015-ci il tarixdə Baksol yolunda yerləşən sexində həmin dövrün məzənnəsi ilə 6.295 manat təşkil edən 6.000 ABŞ dollarını və 4000 manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, cəmi zərərçəkmiş şəxs X7ə 10.295 manat məbləğində xeyli miqdarda ziy an vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X10 icarə götürdüyü boya sexinə istehsalını artırmaq üçün sərmayə qoymasını və qoyduğu pulun müqabilində qazanc verəcəyini yalandan vəd verib aldadaraq xx xxxxxx 2016-cı ildə Baksol yolunda yerləşən sexində 6.800 manat pulunu, xx xxxxxx 2016-cı ildə 6.800 manat pulunu, xx xxxxxx 2016-cı ildə Xırdalan dairəsində yerləşən «x» yanacaqdoldurma məntəqəsində 7.700 manat pulunu, xx xxxxxx 2016-cı ildə sexdə 11.000 manat pulunu, xx xxxxxx 2016-cı ildə 9-cu mikrorayonda «x» şadlıq evinin yanında 6.280 manat pulunu, xx xxxxxx 2016-cı ildə 9-cu mikrorayonda yerləşən «x» çay evində 9500 manat pulunu davamlı olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, cəmi zərərçəkmiş şəxs X10a 48.080 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X11 biznes fəaliyyəti ilə məşğul olub icarəyə götürdüyü sexdə emusiya, tamet və şpaklyovka istehsal edib satışının təşkil edərək dövriyyəsini artırmaq və qazanc verəcəyini yalandan vəd verib aldadaraq ələ keçirmək məqsədi ilə xx xxxxxx 2016-cı ildə Abşeron şəhər 2 saylı notariat kontorunun qarşısında 31.800 manat pulu, xx xxxxxx 2016-cı ildə 15.000 manat pulu, xx xxxxxx 2016-cı ildə 7.000 manat pulu, xx xxxxxx 2016-cı ildə 12.000 manat pulu, xx xxxxxx 2016-cı ildə 12.000 manat pulu, xx xxxxxx 2016-cı ildə 5.300 manat pulu, həmin tarixdə 4.100 manat pulu, xx xxxxx x 2016-cı ildə 4.350 manat pulu, xx xxxxxx 2016-cı ildə 8.400 manat pulu, xx xxxxxx 2016-cı ildə 4.350 manat pulu, x xxxx 2016-cı ildə 16.350 manat pulu, xx xxxx 2016-cı ildən xx xxxx 2016-cı il tarixə kimi hissə-hissə 54.690 manat pulu, xx xxxx 2016-cı ildə 16.000 manat pulu, xx xxxx 2016-cı ildə 4.500 manat pulu, xx xxxxx 2016-cı ildə həmin dövrün məzənnəsi ilə 2.133 manat təşkil edən 1.400 ABŞ dollarını və xx xxxxx 2016-cı ildə 1.400 manat pulunu davamlı olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə sonuncunun yaşadığı Ünvan1ının qarşısında alıb ələ keçirərək, cəmi zərərçəkmiş şəxs X11ə 199.373 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X10 icarəyə götü rdüyü boya sexində istehsalı artırmaq məqsədi ilə İran İslam Respublikasından lazım olan avadanlıqları alacağını yalandan vəd verib aldadaraq 2016-cı ilin fevral ayında Xırdalan şəhərində yerləşən «x» bank vasitəsi ilə həmin dövrün məzənnəsi ilə 11.181 manat təşkil edən 7000 ABŞ dollarını alıb ələ keçirərək, cəmi zərərçəkmiş şəxs X10a 11.181 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X12 Xırdalan şəhərində yerləşən «xxxx» MTK-da mənzil verəcəyinı yalandan vəd verib aldadaraq 2016-cı ilin mart ayında Baksol yolunda yerləşən sexində 10.000 manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs X12a 10.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X12 Masazır qəsəbəsində yerləşən anasının adına olan, özünə məxsus 2 mərtəbəli həyət evini aldığı pulların girovu olaraq sonuncunun adına keçirmək məqsədi ilə reyestr çıxarışı alacağını yalandan vəd verib aldadaraq xx xxx 2016cı ildə Xırdalan şəhərində yerləşən «x» yanacaq doldurma məntəqəsində 9.000 manat pulu alıb ələ keçirərək, cəmi zərərçəkmiş şəxs X12a 9.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə, zərərçəkmiş şəxslər, təqsirləndirilən Məhkum və müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiya sının (hakimlər: N.R.Mövsümov (sədrlik edən və məruzəçi), E.M.Əhmədov və H.Ə.Nəbiyevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya protesti və zərərçəkmiş şəxslərin apelyasiya şikayətləri təmin edilmiş, məhkumun və müdafiəçisinin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hökmün zərər çəkmiş şəxslər Xun və Xin mülki iddialarının təmin edilməsinə dair hissəsinə həmin iddiaların qismən təmin edilməsinə dair müddəa əlavə edilərək hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Kərimova Lətifə Nəriman qızı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi-vəkil Kərimova Lətifə Nəriman qızı kassasiya şikayəti verərək bildirmişdir ki, formal mülahizələrə əsaslanaraq verilmiş protestdə göstərilənlərə əsaslanaraq mahiyyətcə savadlı, qanuni və ədalətli məhkəmə hökmünü dəyişdirmiş, iş üzrə müdafiəçi tərəfindən apelyasiya protestinə verilmiş etiraza məhkəmə qərarında heç bir münasibət bildirilməmişdir. Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünü dəyişdirərkən prokurorun protestindəki formal mülahizələri əsas tutmuş, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı il ə bağlı hər hansı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olmadığı halda, birinci instansiya məhkəməsi əsassız olaraq CM-nin 59.1.4-cü maddəsinin tətbiq edilməli olmaması qənaətinə gəlməsini göstərmişdir. Nədənsə, məhkəmə bəhanələr axtaran zaman məhkumun əksəriyyət təşkil edən müsbət xarakterizə olunmasını qeydləri “görməmişdir”. Ona görə də cəza təyin edərkən onun müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailəli olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını əlavə olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasını Azərbaycan Respublikası CM-nin 58.3 və 59.2-ci maddəsinə uyğun gəlməməsini hesab etməklə aşağı həddə cəza təyin edilməsinin törətdiyi cinayətin ağırlığına uyğun gə lməməsini göstərmişdir. Bundan başqa Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası öz qərarında məhkuma cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitini nəzərə almamışdır. Lakin CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır. Məhkəmə kollegiyası bundan başqa məhkumun əvvəllər cinayət törətməməsini, ilk dəfə məhkum olunmasını, onun ağır xəstə olmasını, müsbət xarakterizə olunan xasiyyətnaməsini və zərərçəkənlərə pulların ödənilməsini nəzər almamış, həmçinin müdafiə tərəfin verdiyi vəsatətlərin bö yük əksəriyyəti qanunsuz və əsassız olaraq, şərh edilmədən rədd edilməklə bərabərlik prinsipi pozulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində xx xxxx 2018-ci il tarixli hökmü tamamilə qanuna uyğun olduğu halda Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyası heç bir qanuni əsas olmadan formal mülahizələrlə onu dəyişdirmiş, Məhkum xəstə olmasını, himayəsində iki azyaşlı körpə uşaqlarını, cavan yoldaşını, onun yolunu gözləyən iki yaşlı uşağına, valideyinlərinə qarşı müstəsna dərəcədə amansızlıqədalətsizlik nümayiş etdirmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum təyin edilmiş cəza cinayətin ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmadığı üçün, ağırdır və bununla da ədalətli cəza kimi xar akterizə oluna bilməz. Məhkəmə mülki iddia ilə bağlı hissədə də düzgün nəticəyə gəlməmişdir, buna görə də verilmiş mülki iddia əsassız olduğu üçün rədd edilməlidir. Məhkum zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş onlarla barışıq əldə etmişdir. Qeyd edilən hallar, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi və onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmaması (XX və XX istisna olmaqla) məhkəmə istintaqı zamanı müəyyən edilmiş və hökmdə öz əksini tapmışdır. Məhkum bir neçə xəstəlikdən, o cümlədən böyrək çatışmamazlığı, şəkər kimi ağır xəstəliklərdən əziyyət çəkir, dəfələrlə əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi, o cümlədən onun ilk dəfə məhkumluğu, ailəli və cavan olması, himayəsində iki azyaşlı uşaqlarının olması və səhhətində y aranmış həyati əhəmiyyətli problemlər müstəsna hal kimi nəzərə alına bilər. Bununla yanaşı, təxminən beş il müddətində həbsdə saxlanılaraq məhrumiyyətlərə məruz qalması da təqsirləndirilən şəxsin islah olunmasında əhəmiyyətli rol oynamış və onun bundan sonra cəmiyyətdən təcrid edilmədən tamamilə islah olunması mümkünlüyünə əsas verir. Bununla da Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmündən verilmiş protestə baxarkən qanunun müvafiq normalarını düzgün tətbiq etməmiş, qanunsuz, ədalətsiz qərar çıxarmışdır. Odur ki qeyd olunanları nəzərə alaraq Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar q əbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxs X5 və zərərçəkmiş şəxs X6 nümayəndəsi-vəkil X2 çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan mə hkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Müdafiəçinin kassasiya şikayətində göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin formal mülahizələrə əsaslanaraq verilmiş apel yasiya protestində göstərilənlərə əsaslanaraq mahiyyətcə savadlı, qanuni və ədalətli məhkəmə hökmünü dəyişdirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası öz qərarında məhkuma cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitini nəzərə almamışdır. Məhkum ilk dəfə məhkum olunmasını, onun ağır xəstə olmasını, müsbət xarakterizə olunan xasiyyətnaməsini və zərərçəkənlərə pulların ödənilməsini nəzər almamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası qərarında məhkuma cəza təyin edilməsinə dair gəldiyi nəticələri aşağıdakılarla əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsin in qərarında göstərilmişdir ki, Məhkum tərəfindən 3 zərərçəkmiş şəxsə ziyan tamamilə ödənilməklə həmin zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, 2 nəfər zərərçəkmiş şəxsə ziyan qismən ödənilmişdir. Birinci instansiya məhkəməsi Məhkum himayəsində azyaşlı uşaqlarının olmasını, üç zərər çəkmiş şəxsə cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsi və onlarla barışıq əldə etməsini, iki zərər çəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alıb Məhkum təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Məhkum müsbət xarakterizə olunması və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi onun şəxsiyyətini səciyyələndirən hallardır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyini zamanı təqsirkarın şəxsiyyəti nəzərə alınır. Ona görə də məhkəmə kollegiyasının fikrincə, Məhkum cəza təyin edilərkən onun müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini əlavə olaraq cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması Azərbaycan Respublikası CM-nin 58.3 və 59.2-ci maddəsinin tələblərinə uyğun gəlmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini də nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində müəyyən edilmiş aşa ğı həddə cəza təyin edilməsi törətdiyi cinayətin ağırlığına uyğun gəlmir. Belə ki, dələduzluq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Dələduzluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Həmin cinayətlərin ictimai təhlükəliliyin dərəcəsi ilk növdəbə aldatma yolu ilə talamış əmlakın miqdarından asılıdır. Bununla əlaqədar qanunverici dələduzluq yolu ilə talamış əmlakın miqdarından asılı olaraq cəza hədləri müəyyən etmişdir. Belə ki, 5xx xxxxxxxx 5000 manatadək miqdarda olan əmlakın talaması ilə bağlı əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif ed ilir, xeyli, yəni 50xx xxxxxxxx 50000 manatadək miqdarda və ya külli, yəni 500xx xxxxxxxx 500000 manatadək miqdarda əmlakın talaması tövsifedici ağırlaşdıran hal kimi çıxış edərək əməlin müvafiq olaraq daha ağır cəza nəzərdə tutulan Azərbaycan Respublikası CM-nin 178.2.4 və ya 178.3.2-ci maddələri ilə tövsif edilməsinə əsas verir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən dələduzluq cinayəti nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini və zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azadlan davranışı kimi qəbul etsə də, hesab edir ki, təqsirləndirilən şəxs Məhkum zərər çəkmiş şəxslər Xa, Xa və Xə vurulmuş ziyanın tamamilə ödənilməsi və onlarla barışıq əldə etməsini hazırkı cinayət işi üzrə ona tə qsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə aşağı həddə cəzanın təyin edilməsi aşağıda göstərilən səbəbələrə görə əsas vermir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum aldatma yolu ilə zərər çəkmiş şəxs XXXdan 30.000 manat məbləğində, zərər çəkmiş şəxs XXXdən 10.295 manat məbləğində, zərərçəkmiş şəxs XXXdan 48.080 manat, 11.181 manat, 10.000 və 9.000 manat məbləğlərində, yəni xeyli miqdarda əmlakı talamış, zərərçəkmiş şəxs XXXdan və XXXdən isə müvafiq olaraq 755.498 manat və 199.373 manat məbləglərində, yəni külli miqdarda əmlakı talayaraq ələ keçirmişdir. Məhkum yalnız zərər çəkmiş şəxslər XXXa, XXXa və XXXə cinayət nəticəsində vurulmuş maddi ziyanı tamamilə ödəmişdir. Zərər çəkmiş şəxs XXXa cəmi 13.333 manat ödənilmiş, 742.165 ma nat miqdarında ziyan ödənilməmiş qalmışdır. Zərərçəkmiş şəxs XXXə cəmi 11.050 manat ödənilmiş 188.323 manat isə ödənilməmiş qalmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi onun məhz zərərçəkmiş şəxslər XXXa və XXXə məxsus əmlakını külli miqdarda ələ keçirməsi ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, Məhkum digər zərər çəkmiş şəxslərə daha yüngül cinayət əməli nəticəsində vurulmuş maddi ziyanı ödəməsi, onun XXXa və XXXə qarşı törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan hal kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs Məhkum zərər çəkmiş şəxslər XXXa və XXXə vurulmuş maddi ziyanı qismən ödəməsi isə, həmin ödəmənin çox cuzi miqdarda olması ilə əlaqədar M əhkum ən aşağı həddə cəzanın təyin edilməsi üçün əsas vermir. Eyni zamanda qeyd etmək lazımdır ki, zərər çəkmiş şəxslər XXXa, XXXa və XXXə vurulmuş ziyanın tamamilə ödənilməsi və onlarla barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallara aid olmasına baxmayaraq, həmin halların mövcudluğu təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərinə əsasən cəzanın təyin edilməsinə əsas vermir, çünki Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi zərər çəkmiş şəxslər XXX, XXX və XXXə məxsus əmlakın dələduzluq yolu ilə talaması ilə bağlı deyil, digər zərər çəkmiş şəxslər XXXa və XXXə məxsus əmlakın külli miqdarda talaması ilə bağlı olmuşdur. Belə olan halda Məhkum tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi zərərçəkmiş şəxslər XXXa və XXXə qarşı törədilmiş cinayət əməlləri ilə müəyyən olunur və zərərçəkmiş şəxslər XXX, XXX və XXXə vurulmuş zərərin tam ödənilməsi və onların təqsirləndirilən şəxs Məhkum qarşı şikayət, iddia və tələbinin olmamasına görə sonuncuya Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan cəzanın təyin edilməsi Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş ədalət prinsipinə ziddir. Müdafiəçinin kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarında göstərilənlər mücərrəd xarakterli mülahizələrlə tənqid edilsə də, qərarda göstərilən qanunun tələbinə uyğun konkret məntiqi nəti cələrin əsassızlığına və qanunsuzluğuna dair hər hansı konkret dəlillər göstərilməmişdir. Ona görə də kassasiya şikayəti əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı, birinci və apelyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilm ədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Kərimova Lətifə Nəriman qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar