Məhkəmə qərarları › İş №1(102)-49/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-49/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-49/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2023-cü i l tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin (hakim Gündüz Şirinov) 1(125)-5/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli hökmü ilə xx xxxx 1988-ci il tarixdə Gədəbəy rayonu, Əmiraslanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, xxxx rayon xxxx kəndində qeydiyyatda olan və xxxx şəhəri, xxxx qəsəbəsi, 18-ci küçədə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 185.2.4-cü maddəsi ilə bəraət verilmişdir. Eyni zamanda birinci instansiya məhkəmənin həmin tarixli qərarı ilə Məhkum “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 no yabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə cinаyət məsuliyyətindən аzаd edilmiş və həmin hissədə cinayət işinin icraatına xitam verilmişdir İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum təqsirləndirilmişdir ona görə ki, o, xx.xx.2019-cu il tarixdə talama məqsədi olmadan Şahid4 adına olan, lakin faktiki olaraq Zərərçəkmiş şəxs2 məxsus “Chevrolet Aveo” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobili Zərərçəkmiş şəxs2 razılığı olmadan Şahid4 yaşadığı ünvan 1 ünvanda yerləşən evin qarşısından qanunsuz olaraq ələ keçirib qaçırmış, həmin günü saat 23 radələrində həmin avtomobili sərxoş vəziyyətdə idarə edərkən, Gəncə şəhəri Atatürk prospektində, həmin prospektin B.Qəhrəmanov küçəsi ilə kəsişməsində yol-nə qliyyat hadisəsi törədib avtomobili yararsız hala salmaqla Zərərçəkmiş şəxs2 xeyli miqdar təşkil edən 6966 (altı min doqquz yüz altmış altı) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, 27 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Gəncə şəhəri Nizami rayonu ərazisində Gəncə hava limanı yolunda, şəhərin giriş hissəsində keçmiş həyat yoldaşı Əhmədova Türkən Bəhman qızının onun icazəsi olmadan azyaşlı övladlarını Gədəbəy rayonu Gər-Gər kəndindən gedib Gəncə şəhərinə gətirməsinə əsəbiləşərək, aralarında yaranmış mübahisə zamanı bir dəfə sillə ilə sifətinin sağ tərəfinə, bir dəfə sillə ilə sağ gicgah nahiyəsinə vuraraq və sol qolunu da əli ilə tutub sıxaraq sonuncunun sağ yanaq nahiyəsinin selikli qişası, yanaq, almacıq və gicgah nahiyələrinin əzilməsi, sol bazu nahiyyəsinin qan çır və sıyrığından ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Nural Əliyev (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Əlizamin Abdullayev) 1(104)-212/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qərarı ilə Gəncə Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2023-cü il tarixli qərarı ləğv edilməsi və iş üzrə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməs ini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə Məhkum təqsiri tam sübuta yetirilmiş və onun cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 14 avqust 2020-ci il tarixli rəydən görünür ki, hadisə nəticəsində “Chevrolet Aveo” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6966 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin istintaq materiallarından göründüyü kimi X4 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən onun ifadəsinin alınması mümkün olmamışdır. X8 ilkin araşdırma zamanı verdiyi izahatı iş materiallarına uy ğun olduğundan sübut növü kimi qəbul edilmişdir. İşin faktiki hallarından göründüyü kimi təqsirləndirilən şəxs Məhkum CM-in 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkəti protokolları, iş materiallarına əlavə edilmiş sənədlər kifayət qədər sübuta yetirilmişdir. Göründüyü kimi məhkəmə yuxarıda şərh edilən halları nəzərə almadan, ittiham tərəfinin sübutları ümumiyyətlə rədd etmədən, əsasız olaraq hökmün təsviri-əsaslandırıcı hissəsində istintaq orqanının müəyyən etdiyi hallara diqqət yetirmədən təqsirləndirilən şəxs Məhkum əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət vermişdir. Beləliklə də, həm ibtidai, həm də məhkəmə istintaqları zamanı tam sübuta yetirilmişdir ki, Məhkum 14 iyul 2019-cu il tarixdə t alama məqsədi olmadan Şahid4 adına olan, lakin faktiki olaraq Zərərçəkmiş şəxs2 məxsus “Chevrolet Aveo” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobili Zərərçəkmiş şəxs2 razılığı olmadan Şahid4 yaşadığı ünvan 1 ünvanda yerləşən evin qarşısından qanunsuz olaraq ələ keçirib qaçırmış, həmin günü saat 23 radələrində həmin avtomobili sərxoş vəziyyətdə idarə edərkən, Gəncə şəhəri Atatürk prospektində, həmin prospektin B.Qəhrəmanov küçəsi ilə kəsişməsində yolnəqliyyat hadisəsi törədib avtomobili yararsız hala salmaqla Zərərçəkmiş şəxs2 xeyli miqdar təşkil edən 6966 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin 144-cü maddəsinin normalarının tələblərini pozaraq yuxarıda qeyd olunan işin obyektiv hallarına uyqun olan məhkəmədə əldə olunmuş sübutları düzgün q iymətləndirməmişdir. Göründüyü kimi, məhkəmə işinə qeyri-obyektiv və birtərəfli baxaraq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud səkildə pozmuş, iş materiallarında olan mövcud sübutları əsassız olaraq subyektiv mülahizələrinə əsasən digər sübutlarla müqayisəli tədqiq etmədən və işin faktiki hallarını nəzərə almadan, sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan işin faktiki hallarına uyqun olmayan təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələrinə əsaslanmaqla yanlış nəticəyə gəlmiş, bunun nəticəsi olaraq az ağır cinayət törətmiş şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətindən kənarda qalmışdır. Bundan başqa, hazırki cinayət işi üzrə Gəncə şəhər məhkəməsinin 12 dekabr 2022ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnisti ya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Məhkum cinayət məsuliyyətindən azad edilmiş və həmin hissədə cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, Məhkum tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmişin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 19-cu bəndinə əsasən cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. Həmin Qərarın 11-ci bəndinə əsasən bu Qərarın 1-ci, 3-cü, 6-cı və 8-ci hissələri, 9.1-ci bəndi və 9.2.1-ci yarımbəndi Azərbaycan Respublikası CM-in 185.2-ci maddəsi ilə maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum o lunmuş şəxslər barəsində tətbiq edilmir. Odur ki, Məhkum cinayət məsuliyyətindən azad edilməsi barədə Gəncə şəhər məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət qanunu normaları düzgün tətbiq edilməklə Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib cinayət qanununun müddəalarına uyğun həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun kassasiya protestinin təmin olunması barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin edilməməli, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum Azərbaycan Respublikası CM-in 185.2.4-cü maddəsi ilə bəraət verilməsinin qanunsuz və əsassız olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Re spublikası CM-in 185.2.4-cü maddəsi ilə təqsirli olması iş materialları ilə təsdiqini tapmamış, əksinə inkar olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həm iş materialları, həm də məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Məhkum ilə Zərərçəkmiş şəxs1 2010-cu ildə ailə qurmuş və onların nikahları 01 avqust 2019-cu il tarixdə pozulmuşdur. “Chevrolet Aveo” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobil faktiki olaraq Zərərçəkmiş şəxs2 məxsus olsa da, Zərərçəkmiş şəxs2 tez-tez Rusiya Federasiyasına gedib gəldiyindən həmin avtomobili nəzarət etməsi üçün qohumu Vaqifə vermişdir. Məhkum bir neçə dəfə “Chevrolet Aveo” markalı, 99-CD813 dövlət nömrə nişanlı avtomobili keçmiş qaynatası Zərərçəkmiş şəxs2 razılığı ilə Vaqifdən götürüb ailəsi ilə birlikdə toya getmiş və sonradan qaytarıb Vaqifə vermişdir. 14 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 məxsus “Chevrolet Aveo” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobili Vaqifdən götürüb ailəsi ilə birlikdə Gəncə şəhərində toya getmiş, həmin gün toydan çıxan zaman, təxminən saat 23 radələrində avtomobili sərxoş vəziyyətdə idarə edərkən Gəncə şəhərinin Atatür k prospektinin B.Qəhrəmanov küçəsi ilə kəsişməsində yolnəqliyyat hadisəsi törətmiş və hadisə zamanı Zərərçəkmiş şəxs2 məxsus avtomobilə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 bu barədə polisə şikayət vermək Vaqifin təklifi rədd etmiş, 17 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 Rusiya Federasiyandan Gəncə şəhərinə qayıtmasına baxmayaraq özü də şikayət verməmişdir. 17 sentyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 Məhkum avtomaşını qanunsuz olaraq ələ keçirməsi barədə Gəncə şəhər prokurorluğuna şikayət etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikas ı CM-in 185-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirilməsinə görə yaranır. İstintaq orqanı Məhkum tərəfindən Zərərçəkmiş şəxs2 məxsus “Chevrolet Aveo” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobilin ələ keçirilməsinin qanunsuz olmasını onun avtomaşının sahibi olan Zərərçəkmiş şəxs2 icazəsi olmadan avtomaşının götürülməsi ilə əsaslandırmışdır. Bununla yanaşı istintaq orqanı müəyyən etmişdir ki, həmin avtomaşın Zərərçəkmiş şəxs2 tərəfindən Şahid3 ilə nikahda olan dövrdə əldə edilmiş, Məhkum 17 iyul 2019-cu il tarixdə “Chevrolet Aveo” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən avtomobildə Şahid3, yəni Zərərçəkmiş şəxs2la bərabər avtomobilə sərəncam vermək hüquqlu olan şəxs olm uşdur. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin bu halı Məhkum 17 iyul 2019-cu il tarixdə “Chevrolet Aveo” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobili Şahid3, yəni avtomobilə sərəncam vermək hüququ olan şəxsin icazəsi ilə ələ keçirilməsini dəlalət edir və onun tərəfindən “Chevrolet Aveo” markalı, **CD-*** dövlət nömrə nişanlı avtomobilin ələ keçirilməsinin qanunsuzluğunu aradan qaldırmaqla əməlində Azərbaycan Respublikası CM-in 185-ci maddəsinin tərkib əlamətlərini istisna edir. Kassasiya protestinin digər dəlili apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının düzgün tətbiq e dilməməsi ilə əlaqədardır. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, kassasiya protestindən də göründüyü kimi həmin dəlil məhz məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 185-ci maddəsi ilə əsassız bəraət verilməsi ilə əlaqədar irəli sürülmüşdür. Çünki Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə qeyd edilən amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinin mümkünsüz olması onun həmin amnistiya aktının tətbiq edilməsinə mane olan Azərbaycan Respublikası CMin 185.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsi olmuşdur. Belə ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndində qeyd edilir ki, məhkəmələr icraatında ola n bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 19-cu bəndinə əsasən cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudl aşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. Həmin Qərarın 11-ci bəndinə əsasən bu Qərarın 1-ci, 3-cü, 6-cı və 8-ci hissələri, 9.1ci bəndi və 9.2.1-ci yarımbəndi Azərbaycan Respublikası CM-in 185.2-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər barəsində tətbiq edilmir. Birinci instansiya məhkəməsinin 12 dekabr 2022-ci il tarixli məhkəmə iclas protokolu ilə müəyyən edilmişdir ki, məhkəmə iclası zamanı birinci instansiya məhkəməsi həm CM-in 185.2.4-ci maddəsinə, həm də CM-in 128-ci maddəsinə münasibətdə müdafiə və ittiham tərəfinin çıxışlarını dinləyərək, təqsirləndirilən şəxsə söz verərək müşavirə otağına getmiş və müşavirə otağında təqsirləndirilən şəxsin CM-in 185.2.4-cü maddəsi ilə ittiham olunduğu maddə üzrə ona bəraət verilməsi qərarına gə lmiş, bununla da onun yalnız bir maddə ilə, yəni CM-in 128-ci maddəsi ilə təqsirinin sübuta yetirilməsi qənaətinə gələrək haqlı olaraq onun barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndini tətbiq edilməklə Məhkum cinayət məsuliyyətindən аzаd etmiş və həmin hissədə cinayət işinin icraatına xitam vermişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1, 9.2.1, 11-ci bəndlərinin məzmunundan görünür ki, məhkəmənin hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Məhkum qərarın tətbiq dairəsinə düşür və onun apelyasiya icraatı zamanı təyin edilmiş cəzadan aza d edilməsi amnistiya qərarının tələblərinə uyğun gəlir. Ona görə də məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən Məhkum barəsində amnistiya qərarının tətbiq edilməsini əsaslı hesab edir, kassasiya protestinin amnistiya qərarının müddəalarının düzgün tətbiq edilməməsi barədə dəlilini əsaslı hesab etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azə rbaycan Respublikası CM-in 185.2.4-cü maddəsi ilə bəraət verilməsi, onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək cinayət işinin icraatına xitam verilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar