Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-49/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Abışov Sadiq Hüseyn oğlunun, Məhkum iştirakları ilə xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, subay, orta təh silli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, ali təhsilli, "xxxx" QSC-də taksi sürücüsü işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3şamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2024-cü il tarixli 1(106)-24/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Abışov Sadıq Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 may 2023-cü il tarixli 1(099)-56/2023 nömrəli hökmü ilə (hakimlər: X.A.Nuriyev (sədrlik edən), Ə.A.Əliyev və O.Y.Cəlilov) Məhkum - Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Məhkum 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 2 fevral 2022-ci ildən hesablanması hökm edilmişdir. Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 315-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ü mumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 2 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), M.Ə.Bağırov və İ.H.Əhmədov) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs Şakir oğlunun CM-in 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə təqsi rləndirilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum təxminən 2021-ci ilin dekabr ayında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanışı olduğu, İran İslam Respublikasında olan şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik v asitələrin əldə edilməsi, saxlanılması, daşınması və qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsi barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçiriləcək narkotik vasitələri gizlədildiyi yerdən götürərək Bakı şəhərinə aparmaqla cinayətkar qrupun üzvünün dediyi yerə çatdırmağı əvvəlcədən vəd etmiş, bundan bir müddət sonra, yəni 1 fevral 2022-ci il tarixdə saat 21:30 radələrində Məhkum Bakı şəhərində olduğu zaman həmin şəxs İran İslam Respublikasına məxsus +**********91 saylı mobil nömrənin “whatsapp” proqramı vasitəsi ilə Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib onunla danışaraq ona “whatsapp” proqra mı vasitəsi ilə şəkil atacağını, İmişli rayonu istiqamətində həmin yerə gedərək orada gizlədilmiş, bağlamada olan narkotik vasitələri götürərək Bakı şəhərinə aparıb özünün seçdiyi bir yerdə gizlətməsini təklif etmiş və bu işin müqabilində ona 350 qram qurudulmuş marixuana verəcəyini vəd etmişdir. Məhkum ümumi cinayətkar niyyətə uyğun olaraq bundan dərhal sonra saat 20:36-da özünün istifadəsində olan ***-*****-** saylı mobil telefon nömrəsinin “whatsapp” proqramı vasitəsi ilə tanışı, Bakı şəhərində idarə etdiyi «Ravon Nexia R3» markalı, **-PN-*** qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin “whatsapp” proqramına “Meni yig işim var sənlə” məzmunlu mesaj göndərməklə və bir neçə dəfə zən g edərək danışıb görüşməklə onunla idarə etdiyi avtomobil ilə Biləsuvar rayonu ərazisinə (İmişli istiqamətində) gedərək orada gizlədilmiş külli miqdarda narkotik vasitələri götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq Bakı şəhərinə gətirmək barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs zalında cinayət əlaqəsinə girmişlər. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobil ilə 1 fevral 2022-ci il tarixdə saat 21:42-də Məhkum yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsinə gedərək həmin küçədə 67A ünvanında yaşayan Məhkum da avtomobilə götürmüş və onlar hər ikisi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Bakı şəhərindən Biləsuvar rayonu istiqamətində yola düşərək 2 fevral 2022-ci il tarixdə gecə saat 01:30 radələrində Azərbaycan Re spublikası Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin 2-ci sərhəd zastavasının 7-ci sahəsinin arxa tərəfində İmişliBiləsuvar avtomobil yolunun 10-cu kilometrliyindən sağ istiqamətdə Biləsuvar Suvarma Sistemləri İdarəsinin balansında meşə zolağına daxil olan əraziyə gəlmişlər. Təqsirləndirilən şəxs aralarındakı razılaşmaya uyğun olaraq avtomobildə gözləmiş, Məhkum isə avtomobildən düşərək qamışlıq ərazidəki beton su arxının dairəvi boşluğunda gizlədilmiş, içərisində 5610 qram çəkidə-külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 805 qram çəkidə-külli miqdarda narkotik vasitə heroin olan bir ədəd göy rəngli bağlamanı götürüb, ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxsla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əl də etmiş, saxlamış, həmin narkotik vasitələri daşıyaraq avtomobilə minmək istəyərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən hadisə yerində saxlanılmış, Təqsirləndirilən şəxs isə yoldaşı Məhkum tutulduğunu görərək, özünün də tutulmaması üçün qaçmaq məqsədi ilə “Ravon Nexia R3” markalı, “**-PN-***” qeydiyyat nişanlı avtomobili idarə edərək Cənub MilMuğan kanalı istiqamətində məhdud yolla bir qədər hərəkət edib, geri dönməklə yenidən İmişli-Biləsuvar avtomobil yolu istiqamətində qayıdarkən torpaq yolda hakimiyyət nümayəndəsi - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin «N» nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının əməliyyataxtarış işləri üzrə müavini, kapitan Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərək Təqsirləndirilən şəxs avtomobili saxlayıb təslim olmasını tələb etsə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qanuni tələbinə məhəl qoymayıb idarə etdiyi “Ravon Nexia R3” markalı, “**-PN-***” qeydiyyat nişanlı avtomobili sürətini artırmaqla xidməti vəzifələrini yerinə yetirən, hakimiyyət nümayəndəsi Zərərçəkmiş şəxs üstünə sürüb zor tətbiq etməklə müqavimət göstərmiş, sonuncu avtomobildən yayınmaq üçün özünü kənara ataraq yerə düşməsi nəticəsində hər iki dizin və sağ əlin sıyrığından ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri almış, Təqsirləndirilən şəxs isə avtomobili yüksək sürətlə idarə edib hadisə yerindən qaçmışdır. Məhkum isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq və onun Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə minmək imkan ı olmadığından yerə atdığı bir ədəd göy rəngli bağlama götürülərək bağlamaya baxış keçirilərkən həmin bağlamanın içərisindən 5610 qram- külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 805 qram - yəni külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin və əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində olan cinayət işinə yenidən baxılıb ədalətli qərar qəbul edilməsi xahiş olunur. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlləri iş üzrə toplanmış sübutlarla təsdiq olunmur. Məhkəmələr Təqsirləndirilən şəxs mülahizələrə əsaslanmaqla ittiham etmiş və əsassız olaraq məhkum etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin və əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin və əlavənin təmin edilməsi barədə məhkumlar Məhkum və Təqsirləndirilən şəxsun və müdafiəçi S.Abışovun, kassasiya şikayətlərinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri və əlavə təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxla nılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yən i cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum və Təqsirləndirilən şəxs məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət işi üzrə ədalətli qərar q əbul edilməsi xahiş olunur. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində və əlavədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə əsasən: “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın s ilahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə aza dlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 315-ci maddəsinə əsasən: “Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə– iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyə n edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məh kəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədal ətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətlərdə və əlavədə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum və Təqsirləndirilən şəxs əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutla rla yəni, şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ittiham edildikləri cinayətlərin törədilməsinə dair onların təqsirliliklərinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayəti törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs verilmiş ittihamla bağlı təqsirləri, özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid1 və Şahid3 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi barədə 2 fevral 2022-ci il tarixli protokol, 16 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs Məhkum ifadəsinin yerində yoxlanılması haqqında protokol, 20 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokol, baxış keçirilməsi haqqında 2 fevral 2022-ci il tarixli protokol, 2 fevral 2022-ci il tarixli şəxsi axtarış haqqında protokol, 2 fevral 2022-ci il tarixli götürmə haqqında protokol, avtomobilə baxış keçirilməsi barədə 4 may 2022-ci il tarixli protokol, 4 may 2022-ci il tarixli “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış GPS (Qlobal Mövqətəyinetmə Sisteminə) vasitəsilə 1 fevral 2022-ci il, saat 21:35-dən 2 fevral 2022-ci il, saat 06:00-adək olan müddət ərzində qeydə alınmış hərəkət trayektoriyasını əks etdirən görüntülərə baxış keçirilməsi haqqında protokol, məhkəmə-bioloji ekspertizasının 3 fevral 2022-ci il tarixli, 7/101 nömrəli rəyi, materialların məhkəmə ekspertizasının 3 fevral 2022-ci il tarixli, 6/672 nömrəli rəyi, məhkəmə-tibb eks pertizasının 3 fevral 2022-ci il tarixli, 149 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 25 may 2022-ci il tarixli, 2758 nömrəli və 31 mart 2022-ci il tarixli, 1500 nömrəli rəyləri, məhkəmə kompüter texniki ekspertizasının 24 iyun 2022-ci il tarixli, 5/632 nömrəli rəyinə əlavə edilmiş altı ədəd DVD-R diskə baxış keçirilməsi haqqında protokol, 12 aprel 2022-ci il tarixli, 5/338 nömrəli məhkəmə-kompüter texniki ekspertizası barədə rəyinə əlavə edilmiş üç ədəd DVD-R diskə baxış keçirilməsi haqqında protokol, "xxxx" MMC-nin 24 may 2022-ci il tarixli, BKC/LGL8660/22 nömrəli məktubuna əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokol, "xxxx" MMC-nin 24 may 2022-ci il tarixli, BKC/LGL-8659/22 nömrəli məktubuna əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokol, "xxxx" MMC-nin 6 iy un 2022-ci il tarixli, 110-1-19/1/53-22 nömrəli məktubuna əlavə edilmiş cədvələ baxış keçirilməsi haqqında protokol, işin digər halları və habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin, məhkum Təqsirləndirilən şəxs əməlində isə CM-in 234.4.1, 234.4.3 və 315-ci maddələrinin tərkiblərinin olduğunu təsdiq edir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində məhkum Təqsirləndirilən şəxs bəraət verilməsi üçün göstərilən əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddə lərin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarın 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir”. Məhkəmə kollegiyası kassasiya şikayətlərində və əlavədə əks edilən halları araşdıraraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi h aqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında göstərilən tövsiyələrə tam uyğundur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkumlar Məhkum və Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi, Məhkum ibtidai istintaqda Təqsirləndirilən şəxs barəsində ifadə verməklə onun ifşa edilməsinə fəal kömək etməsini onun cəzasını yüngülləşdirən hal kimi və cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alıb onlara təqsirli bilindikləri maddələrinin sanksiyası həddində cəza təyin etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin və əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin və əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində və əl avədə onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər və əlavə təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2024-cü il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdir
Məhkəmə qərarları › İş №1(102)-49/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-49/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver