Məhkəmə qərarları › İş №1(102)-490/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-490/2019

15.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-490/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 Bəraət almış şəxs X21, onun müdafiəçiləri, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6 və fərdi qaydada fəaliyyət göstərən vəkil X9 iştirakları ilə 27 aprel 1986-cı il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamı ş, Şəmkir şəhəri, *********-də qeydiyyatda olan və yaşayan X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 149.2.3 və 150.2.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.H.Allahverdiyev, hakimlər Z.B.Qasımov və E.İ.Rüstəmov) X18 əməlində cinayə t tərkibi olmamasına görə Azərbaycan Respublikası CM-in 149.2.3 və 150.2.3-cü maddələri ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), T.A.Muxtarov və Ə.G.Abdullayev) apellyasiya protesti və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3 və 150.2.3-cü maddələri ilə ittiham elan edilmişdir, ona görə ki, o, Zərərçəkmiş şəxs1 aşkar surətdə yetkinlik yaşına çatmaması və köməksiz vəziyyətindən istifadə edərək cinsiyyət orqanını əvvəlcə zərərçəkmiş şəxsin uşaqlıq yoluna, daha sonra isə arxa keçəcək nahiyəsinə daxil edib həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olub onu zorlamış və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 09.05.2015-ci il tarixdə saat 16:41-dən saat 20:17-yə kimi Şəmkir şəhəri Səməd Vurğun küçəsində yerləşən keçmiş Komsomol parkının ərazisində fəaliyyət göstərən “Borçalı” kafesindəki dostları ilə birlikdə yeməklə yanaşı araq və çaxır içdikdən sonra parkın ərazisində çay içib dostlarından ayrılaraq sərxoş vəziyyətdə Şəmkir rayon uşaq poliklinikasında epilepsiya qıc olma tutmaları, əqli inkişafdan geri qalması, psixopatabənzər davranış diaqnozu ilə dispanser qeydiyyatında olan 04.10.1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 parkda tək olduğunu görüb ona yaxınlaşaraq söhbət zamanı sonuncunun yetkinlik yaşına çatmamasını və əqli inkişafdan geri qalmasını bilib dərk edərək əvvəlcə onu “Borçalı” kafesinə gətirib yemək almış, həmin vaxt Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olmaq üçün işlətdiyi internet kluba gedib qonşuluqda yaşayan X12 internet kluba nəzarət etməsini tapşırıb oradan pul götürməklə saat 22:11-də yenidən “Borçalı” kafesinə qayıtmış, Z8 üçün sifariş etdiyi yeməyin pulunu ödədikdən sonra sonuncunu keçmiş Komsomol parkının yaxınlığındakı X10 işlətdiyi ərzaq mağazasına apararaq Zərərçəkmiş şəxs1 yarım litrlik “Fanta” şirəsi, 2 ədəd saqqız, 1 ədəd 40 qəpiklik günəbaxan tumu və dondurma alıb onunla iradəsi əleyhinə cinsi əlaqədə olmaq və seksual xarakterli di gər zorakılıq hərəkətləri etmək məqsədi ilə Şəmkir rayon mərkəzi xəstəxanasının qarşısına gətirərək xəstəxananın giriş darvazasına çatmamış mühafizəçinin onları görməməsi üçün ümumi qapıdan deyil, kənarında yerləşən kiçik qapıdan içəri keçib həyətdəki çardağın altına gətirmiş, orada Zərərçəkmiş şəxs1 ona bakirə olmasını bildirməsinə və etiraz etməsinə məhəl qoymayıb cinsi ehtirasını təmin etmək məqsədi ilə sonucunu əli ilə üzü dəmir məhəccərə doğru əyərək zərərçəkmiş şəxsin aşkar surətdə yetkinlik yaşına çatmaması və “Epilepsiya, qıc olması tutmaları, ağıl zəifliyi və psixopatabənzər davranış F07.0” xroniki psixi xəstəliyi keçirməsinin təsiri altında ona qarşı törədilən həmin qanunazidd hərəkətlərin mənasını və xarakterini düzgün dərk etmək, həmin vaxt öz hərəkətlərini idarə etmək iqtidarı nda, eləcə də ona müqavimət göstərmək imkanında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək cinsiyyət orqanını Zərərçəkmiş şəxs1 əvvəlcə uşaqlıq yoluna, daha sonra isə arxa keçəcək nahiyəsinə daxil edib həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olub qızlıq pərdəsində qansızmaların yaranması və düz bağırsağının xarici büzücü əzələsinin (sfinktorun) cüzi boşalması ilə nəticələnməklə onu zorlamış və seksul xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verimiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yeni baxışa təyin edilməsi xahiş olunur. Protest müəllifinin fikrincə, məhkəmə lər tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilməmiş əsassız qərar qəbul edimişdir. Protestdə qeyd olunur ki, məhkəmələr nəzərə almamışlar ki, Zərərçəkmiş şəxs1 yetkinlik yaşına çatmayan və psixi qüsuru olduğuna görə ona qarşı təqsirləndirilən şəxs Ayaz Cəlilov tərəfindən törədilən hərəkətlərin, yəni təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmanın sosial mahiyyətini dərk etmədiyindən A6 müqavimət göstərmək iqtidarında olmamışdır. Məhkəmələr Zərərçəkmiş şəxs1 cinsi əlaqədə olmasını ümumən bilərək etməsini və A6 xəstəliyi zərərçəkmişin yaşı və sağlamlıq durumunu təxmin etməsinə mane olmasını əsas götürərək A6 hər iki maddə üzrə bəraət vermişdir. Protest müəllifi qeyd edir ki, X21 istər ibtidai istintaq, istərsə də, məhkəmə istintaqı zamanı törətdiyi cinayət hadisəsi barədə tam, ətraflı, dolğun və ardıcıl ifadələr verməsi, toplanmış digər sübutlarla da onun cinayət əməlini törədərkən düşünülmüş və məqsədyönlü hərəkətlər etdiyinin müəyyən edilməsi onun barəsində olan ekspert rəylərinin əsaslı olması barədə müəyyən şübhələr doğurur. Lakin sapellyasiya instansiyası məhkəməsi kollegiyası birinci instansiya məhkəməsinin hökmündə sadalanan dəlillərə və işin faktiki hallarına tənqidi və iş materiallarında olan bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə yanaşmamış, movcud məhkəmə təcrübəsinə əhəmiyyət verməyərək təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən subyektiv mülahizələrə əsaslanmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs A6, müdafiəçilər V6 və H6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instans iyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, protestin dəlilləri əsaslıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. İş materiallarından görünür ki, X21 işin ibtidai araşdırılması zamanı CM-nin 149.2.3 və 150.2.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadə verərək göstərmişdir ki, 2006-cı ildə rəsmi nikaha girərək ailə qurmuş, birgə nikahdan iki uşağı olmuş, Şəmkir şəhərində yaşadığı evin arxasında olan internet klubu işlədir. 09 may 2015ci ildə saat 15:30 radələrində dostları ilə birlikdə “Borçalı” kafesində yemək yeyib,spirtli içki içdikdən sonra saat 21 radələrində oradan çıxıb parkda çay içərkən tanımadığı bir uşaq parkın ərazisində bir nəfər qızın yağışın altında quşlara baxdığını və öz-özünə güldüyünü demişdir. Həmin vaxt dostları çıxıb getmiş, o isə qızın yanına gedib ondan yağışın altında durmasının səbəbini soruşmuş və qızın davranışından başa düşmüşdür ki, onun əqli problemi və təxminən 15-16 yaşı vardır. Qız su istədiyi üçün A6 onu “Borçalı kafesinə gətirib ona çay və yemək almış, daha sonra isə qızı yaxınlıqdakı ərzaq mağazasına aparıb sonuncunun istəyi əsasında fanta, saqqız, dondurma və günəbaxan tumu almışdır. Bundan sonra A.Cəlilov həmin qızı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışdı r. Xəstəxananın gözətçisinin onların xəstəxanaya girmələrini görməməsi üçün giriş darvazasından deyil, kiçik qapıdan həyətə, çardaq olan yerə girmişlər. Orada həmin qızla həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. A6 həmin ifadəsi cinayət işi üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, Zərərçəkmiş şəxs1, A6 göstərdiyi məzmunda verdiyi ifadələrində bildirmişdir ki, Ayaz onun başını aşağı əymiş, sonra onun arxasında olmaqla qabaqdan cinsi əlaqədə olmuşdur, həmin vaxt ağrı hiss etmiş, daha sonra A6 onunla arxa nahiyyədən cinsi əlaqədə olmuşdur. Komisyon məhkəmə-tibbi ekspertizasının 27 may 2015-ci il tarixli 141 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 qızlıq pərdəsində aşkar edilmiş qansızmalar küt əşyanın təsirindən törənmişlər, cinsi əlaqə və ya cinsi əlaqəyə cəhd zamanı gərginləşmiş kişi tənasül üzvünün təsirindən və düz bağırsağın xarici büzücü əzələsinin cüzi boşalması müxtəlif səbəblərdən, həmçinin qeyri-təbii yolla cinsi əlaqə zamanı əmələ gələ bilərlər. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin anatomik qurluşuna görə onunla pərdənin tamlığı pozulmadan da cinsi əlaqə ola bilər. X1 ifadələrində göstərmişdir ki, Z8 kiçik yaşlarından nənəsi ilə yaşayır. Z8 kiçik yaşlarından psixi xəstəlikdən əziyyət çəkir, uşaq xəstəxanasında qeydiyyatda olmaqla mütəmadi müalicə olunur. 09 may 2015-ci il tarixdə, saat 22 radələrində Z8 nənəsi (onun isə qaynanası) Dostu zəng edərək Z8 evdən çıxdığını və qayıtmadığını bildirmişdir. Qohumlar Z8 axtarmağa başlamışlar. 10 may 2015-ci il tarixdə saat 04 radələrində Dostu Z8 evə qayıtmasını, heç bir söz danışmadı ğını, halı pis olduğunu demişdir. Saat 09 radələrində Dostugilə gedib Z8 evə gec gəlməsinin səbəbini soruşmuşdur. Z8 ona tanımadığı bir nəfər oğlanın ona yemək, tum, dondurma, saqqız aldığını sonra onu xəstəxanaya aparıb onunla qabaqdan və arxadan cinsi əlaqədə olduğunu, ona görə də ağrıdığını demişdir. X4 göstərmişdir ki, 09 may 2015-ci il tarixdə saat 16 radələrində, işlədiyi “Borçalı” kafesində A6 dostları ilə bir neçə saat yeyib-içmişlər. Saat 20 radələrində A6 dostları ilə kafedən çıxmışlar. Sonradan A6 bir qızla kafeyə gəlib qıza yemək verməyini, özünün isə pul gətirib gələcəyini demişdir. Həmin qızın anormal şəkildə ətrafa baxıb öz-özünə gülməsindən onun əqli problemi olduğunu başa düşmüşdür. Kafeyə qayıdan Ayaz yeməyin pulunu ödəyib qızla birlikdə çıxıb getmişlər. X7 ifadəsində gös tərmişdir ki, 09 may 2015-ci il tarixdə, saat 22:00 radələrində Ayaz Cəlilov sərxoş vəziyyətdə işlədiyi mağazaya daxil olub ”Fanta”, saqqız, bir ədəd günəbaxan tumu və dondurma almışdır. Onun “parkda oturursunuz” sualına, A6 təsdiqləyərək parkda oturduğunu demişdir. “Baxış keçirilməsi barədə” 11 may 2015-ci il tarixli protokoldan aydın olur ki, Şəmkir şəhəri, ”Borçalı” kafesində quraşdırılmış müşahidə kameralarının yaddaş diskində olan çəkilişlərə baxış keçirilirkən X5 16:41:50-də 5 nəfər şəxslə kafeyə gələrək yeyib-içdikləri, saat 20:17:50-də çıxıb getmələri, 21:48;28-də A6 Zərərçəkmiş şəxs1 ilə kafeyə gəlmələri, Zərərçəkmiş şəxs1 kafedə yemək yeməsi, saat 22:11:01-də A6 hesabı ödəməsi, saat 22:12:22-də A6 22:12:22-də A6 çölə çıxması, saat 22:12:50-də Zərərçəkmiş şəxs1 da kafeni tərk etmə si müəyyən edilmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 iyun 2015-ci iul tarixli rəyi ilə müəyyən edilmişdir ki, X21 Zərərçəkmiş şəxs1 ilə 09 may 2015-ci il tarixdə təbii və qeyritəbii yolla cinsi əlaqədə olarkən Zərərçəkmiş şəxs1 “Epilepsiya, qıcolma tutmaları, ağıl zəifliyi və psixopatabənzər davranış F07.0” xroniki psixi xəstəliyi keçirmiş və hal-hazırda da onda həmin xəstəlik müşahidə olunur. Zərərçəkmiş şəxs1 “Epilepsiya, qıcolma tutmaları, ağıl zəifliyi və psixopatabənzər davranış F07.0” xroniki psixi xəstəliyi keçirdiyindən təqsirləndirilən şəxs X16 09 may 2015ci il tarixdə onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olarkən ona qarşı törədilən həmin qanunazidd hərəkətlərin mənasını və xarakterini düzgün dərk etmək, həmin vaxt öz hərəkətlərini idarə etmək iqtidarı nda olmadığından o, X18 müqavimət göstərmək imkanında olmamışdır. Zərərçəkmiş şəxs1 hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək qabiliyyətində deyildir. Zərərçəkmiş şəxs1 onunla baş vermiş qanunazidd hərəkətləri düzgün qavrayıb həmin hadisə barəsində düzgün ifadə verə bilməz. (bax:cild 2,vərəqə 62-67) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 iyun 2015-ci iul tarixli rəyi ilə müəyyən edilmişdir ki, X21 cinayət əməlini,həmçinin hazırkı ekspertiza zamanı “Limbik epilepsiyanın şəxsiyyət sindromu,arabir müşahidə olunan qıcolma tutmaları ilə,psixozsuz XBT F07.0” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) xroniki psixi xəstəliyi keçirir. X21 cinayət əməlini, həmçinin hazırkı ekspertiza zamanı “Limbik epilepsiyanın şəxsiy yət sindromu, arabir müşahidə olunan qıcolma tutmaları ilə, psixozsuz XBT F07.0” xroniki psixi xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik nisbi yaxşılaşma (terapevtik remissiya) vəziyyətində olduğundan o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. X16 əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. O hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarındadır. X21 “Limbik epilepsiyanın şəxsiyyət sindromu, arabir müşahidə olunan qıcolma tutmaları ilə, psixozsuz XBT F07.0” xroniki psixi xəstəliyi keçirdiyindən onda anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edildiyi üçün, h əmçinin keçirdiyi xəstəliklə əlaqədar öz hərəkətlərinin məsuliyyətini tam dərk etmək və öz tam idarə etmək qabiliyyəti zəiflədiyindən onun əməli CM-nin 22.2-ci maddəsinin təsiri altına düşür.(bax cild 2.vərəqə 82-90) Komisyon stasionar məhkəmə ekspertizasının 24 avqust 2016-cı il tarixli 112 saylı rəyi ilə müəyyən edilmişdir ki, A6 üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu formasında psixi xəstəlik aşkar edilir. X17 müəyyən edilən psixi xəstəlik aldığı müalicələrlə əlaqədar nisbi yaxşılaşma vəziyyətində olduğundan o, cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və onları dərk etmək iqtidarında olmuşdur. Buna görə də yoxlanılan şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd etmək lazımdır ki, yoxlanılan şəxsdə müəyyən olunan psixi pozuntu ilə əlaqədar o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Buna görə də A6 CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Ekspert komissiyasının rəyində həmçinin aşağıdakı nəticələr göstərilir; X17 üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu formasında psixi xəstəlik aşkar edilir.

2. X16 xəstəliyi onun Zərərçəkmiş şəxs1 xəstə olmasını anlamasına mane ola bilərdi. 3.X16 xəstəliyi onun Zərərçəkmiş şəxs1 yaşını təxmin etməsinə mane ola bilərdi.(bax:cild 3,vərəqə 245-249) Göründüyü kimi, komisyon stasionar məhkəmə ekspertizasını keçirən ekspert komissiyasının rəyində mübahisəsiz qeyd olunur ki, X 17 müəyyən edilən psixi xəstəlik aldığı müalicələrlə əlaqədar nisbi yaxşılaşma vəziyyətində olduğundan o, cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və onları dərk etmək iqtidarında, yəni ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. X16 xəstəliyi ilə əlaqədar Zərərçəkmiş şəxs1 xəstə olmasını anlamasının, yaşını təxmin etməsinin müəyyən edilməsini ekspertlər haqlı olaraq rəydə birbaşa göstərməyərək məhkəmə tərəfindən müəyyən edilməli olduğunu nəzərdə tutmuşlar. Lakin apellyasiya instansiyası məhkəməsi yetkinlik yaşına çatmayan və psixi qüsuru olan Zeynəb X3 cinsi əlaqədə olan zaman müqavimət göstərmək iqtidarında olubolmamasını işin faktiki hallarına mütənasib olmaqla yoxlayıb qiymət verməmiş, Zərərçəkmi ş şəxs1 cinsi əlaqədə olmasını dərk etməsini və A6 xəstəliyi zərərçəkmiş şəxsin yaşı və sağlamlıq durumunu təxmin etməyə mane olması barədə ekspertlərin qeyd olunan rəylərini sübut növü kimi qiymətləndirərək A6 bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2017-ci il tarixli (sədrlik edən: G.L.Rzayeva, hakimlər: F.A.Kərimov və İ.T.Hacıqayıbov) qərarı ilə X16 barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına təyin olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin təkrar baxışı zamanı Azərbaycan Respublikası Al i Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2017ci il tarixli qərarında olan göstərişləri icra etməmiş yenidən komisyon stasionar məhkəmə ekspertizası təyin edərək həmin ekspertizanın 24 avqust 2016-cı il tarixli 112 saylı rəyindən əsaslı surətdə fərqlənməyən 29 oktyabr 2018ci il tarixli 119 saylı rəyi almaqla kifayətlənərək heç bir araşdırma aparmadan Ayaz Cəlilova bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən cinayət prosesində sübut növü kimi ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə protokolları və digər sənədlər qəbul olunur. Həmin Məcəllənin 127.3-cü maddəsinə görə ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmələr Ayaz Cəlilovun istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı hadisə barədə müffəssəl, ardıcıl və aydın ifadələrinin iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilib-edilməməsi halını araşdırıb ona hüqüqi qiymət verməmişlər. Ayaz Cəlilov ifadələrində təsdiq etdiyi - Zərərçəkmiş şəx s1 əqli problemi olmasını, 1516 yaşı olmasını, ac və susuzluğunu bildikdən sonra ona kafedə yemək və su, parkın ərazisində olan mağazadan isə “Fanta” şirəsi, saqqız və tum alması, həmin vaxt mağaza işlədən Ramin adlı şəxsə kiminlə olması barədə deməməsi, daha sonra Zərərçəkmiş şəxs1 əvvəlcədən tanıdığı, atasının həkim işlədiyi və mütəmadi gedib gəldiyi, şəraitini və heç bir maneyə rast gəlməyəcəyini bildiyi xəstəxananın həyətində cinsi əlaqə aktını həyata keçirməsi halları, onda koqnitiv düşüncəsində zəiflik olması barədə ekspertiza rəyləri işin digər obyektiv halları ilə müqayisə edilib yoxlamadan məhkəmələr tərəfindən bəraətləndirici əsas kimi qəbul edilməsi hüquqi müəyyənlik baxımından anlaşılan deyildir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. CPM-in 33-cü maddəsinə əsasən cinayət prosesi həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni yetərincə əsaslandırmamışdır. Məhkəmə kollegiyası işin halları na hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli tədqiq etməmişdir. Bu hal Azərbaycan Respublikası CPM-in 416.0.2-ci maddəsinə əsasən qərarın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaradır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2 və 416.0.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və oby ektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, Gəncə Apellyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zama nı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. X21 barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi ba xılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar