Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-490/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas X8, məhkum x1 və onun müdafiəçisi X5 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018 -ci il tarixli hökmü ilə x1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.5-ci maddələri ilə və qeyrisinin təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X2) x1–xx.xx.1983-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum edilmiş, Ü1 qeydiyyatda olan, Ü2-də yaşamış, Azərbaycan Respublikası CM-nin CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkd ə təqsirli bilinib CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə, CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə 03 (üç) il 06 (altı) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə x1 üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-nin 76.6.3-cü maddəsinə əsasən x1 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 7(011)-290/2017 saylı qərarı ilə təyin olunmuş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 7(011)529/2018 saylı qərarı ilə dəyişdirilmiş cəzadan 06 (altı) ay 06 (altı) gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 7(011)-529/2018 saylı qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi 06 (altı) il 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq hökmlərin məcmusu üzrə 04 il (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş və xx xxxxxxx 2017-ci il tarixədək çəkilməmiş qalan 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 04 il (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə x1 qəti olaraq 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmişdir. Həmin hökmlə x2 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: x1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2014-cüil il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 04 il11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə 01 il 06 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq məhk umluğu ödənilmədiyi və götürülmədiyi halda özgənin əmlakını ələ keçirmək məqsədi ilə əmisi oğlu x2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək xx.xx.2017-ci il tarixdə saat 02 radələrində ü3 ünvanda saxlanılmış x3 məxsus “Kamaz 55111 yük” markalı, Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən hər biri 350 manat, ümumi dəyəri 700 manat olan iki ədəd akkumulyatoru gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə əmisi oğlu x2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək xx.xx.2017-ci il tarixdə saat 02 radələrində ü3 ünvanda saxlanılmış x3 məxsus “Kamaz 55111 yük” markalı, Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən hər biri 350 manat, ümumi dəyəri 700 manat olan iki ədəd akkumulyatoru gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə, əmisioğlu x2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək xx.xx.2017-ciiltarixdəsaat 02 radələrindəBakışəhəri, Xətairayonu, Nobelprospekti 108 ünvandayerləşən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus qarajın mühafizə olunmamış hissəsindən içəri qanunsuz daxil olaraq orada saxlanılmış x4 oğluna məxsus “QAZ-330202 yük” markalı, Az 90-EV-xxx dövlət qeydiyyat nişanlı avtomobildən dəyəri 150 manat olan 01 ədəd akkumulyatoru, x5 məxsus “Kamaz 53229” markalı, Az 99-LP-xxx dövlət qeydiyyat nişanlı avtomobildən hərbiri 260 manat, ümumidəyəri 520 manat olan iki ədəd akkumulyatoru, hərbiri 95 manat, ümumidəyəri 190 manat olan iki ədəd açar dəstini və dəyəri 90 manat ola n “Pioneer” markalı maqintafonu, “X11” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus “Kamaz 53213” markalı, Az 90-JB-xxx qeydiyyat nişanlı yük avtomobilinin üzərindən hər biri 200 manat, ümumi dəyəri 400 manat olan iki ədəd akkumulyatoru, “Kamaz 53212” markalı, Az 90-JB-xxx dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən hər biri 200 manat, ümumi dəyəri 400 manat olan iki ədəd akkumulyatoru, “Kamaz 53212” markalı, Az 90-JBxxx dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərində hər biri 200 manat, ümumi dəyəri 400 manat olan 02 ədəd akkumulyatoru, “Kamaz 53213” markalı, Az 90-JB-xxx dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən hər biri 200 manat, ümumi dəyəri 400 manat olan 02 ədəd akkumulyatorları gizliyollatalayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirm ək məqsədi ilə əmisi oğlu x2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək xx.xx.2017-ci il tarixdə saat 02 radələrində ü4 ünvanda saxlanılmış x6 məxsus “Kamaz 65115 yük” markalı, Az **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən hər biri 390 manat, ümumi dəyəri 780 manat olan 02 ədəd akkumulyatoru gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə əmisi oğlu x2, şəxsiyyətləri istintaqa məlum olmayan “Manaf” adlı və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək xx.xx.2017-ci il tarixdə saat 03 radələrində ü5 ünvanda olan açıq sahədən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus mis xammaldan istehsal olunan 150 metr ölçüdə ümumi dəyəri 7668 manat olan M120 markalı trosu götürüb x1 i darə etdiyi “VAZ-2107” markalı, Az 10-KH- qeydiyyat nişanlı avtomobilə yığdıqdan sonra oradan uzaqlaşmaq istəyərkən mühafizəçi x7 onları görüb dayanmalarını bildirməsinə baxmayaraq taladıqları əmlakı əldə saxlamaq məqsədilə dayanmadan aradan çıxmaqla özgənin əmlakını açıq talayıb, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə əmisi oğlu x1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək xx.xx.2017-ci il tarixdə saat 01 radələrində ü5 ünvanda saxlanılmış x8 məxsus “Mersedes Benz yük” markalı, Az 99-CAxxx dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən hər biri 300 manat, ümumi dəyəri 600 manat olan 02 ədəd akkumulyatoru gizli yolla talayaraq oğurluq etmişdir. Bundan ba şqa o, təkrarən tamah məqsədi ilə əmisioğlu x2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək xx.xx.2017-ciil tarixdə saat 01 radələrində ü6 ünvanında saxlanılmış x9 məxsus “HOWO-yük” markalı, Az 90-OL- dövlət qeydiyyat nişanlı, Az 90OL- dövlət qeydiyyat nişanlı, Az 90-OL- dövlət qeydiyyat nişanlı və Az 90-OL-dövlət qeydiyyat nişanlı avtomobillərdən hərbirinin dəyəri 235 manat olmaqla, ümumi dəyəri 1880 manat olan səkkiz ədəd akkumulyatoru, x10a məxsus «SHACMAN» markalı, Az 99KX- dövlət qeydiyyat nişanlı və «SHACMANSX331» markalı, Az 02-BP- dövlət qeydiyyat nişanlı avtomobillərdən hər birinin dəyəri 235 manat olmaqla, ümumidəyəri 940 manatolan 04 ədəd akkumlyatorları gizli yolla talayaraq oğurluq etmişdir. Hökmdən məhkum x1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən i şə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və M.Ə.Abbasovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum x1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində ittiham hökmü çıxarılan zaman cinayət qanunun norması düzgün qoyulmamışdır. Birinci instansiya məhkəməsində cinayət işinə mahiyyəti üzrə baxılan zaman mühüm əhəmiyyətə malik olan hallar hər hansı bir cinayət qanunvericiliyi ilə nəzərdə tutulan konkret sübutlarla tədqiq edilməmişdir. xx.x x.2017-ci il tarixdə saat 11-12 radələrində Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışam. Cinayətləri əmim oğlu x2 tərəfindən törədilsə də, izahatında mənim də adımı hallandırmışdır. Oğurluqların avqust ayında mənim idarə etdiyim avtomobillər törədildiyi göstərilir. Lakin mən avtomobili xx.xx.2017-ci il tarixdə notarius vasitəsilə almışam. Bundan başqa xx.xx.2017-ci il tarixdə həm Binəqədi və həm də Nərimanov rayonu ərazisində oğurluq yazıblar, lakin həmin ərəfədə mən Cəlilabadda olmuşam. Bundan başqa, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən işgəncələr və hədə-qorxu altında əmisi oğlu x2nu yalandan onun üzünə durduraraq törətmədiyi cinayətlərə görə ona ittiham irəli sürülmüşdür. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının qanunsuz və əsassız olduğu üçün ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protesti nin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində x1 2017-ci ilin avqust ayında törədilmiş oğurluq epizodlarında iştirak etmədiyini, həmin oğurluq cinayətlərində onun özünə məxsus avtomobullə iştirak etməsi barədə ittihamlar əsassızdır ona görə ki, o, VAZ-2107 markalı 10-AK- dövlət nömrə nişanlı avtomobili xx.xx.2017-ci il tarixdə notarius vasitəsilə almışdır. Cinayət işinin materiallarında olan x1 ibtidai istintaqdakı ilkin ifadələrində VAZ-2107 markalı 10-AK- dövlət nömrə nişanlı avtomobili icarə əsasında idarə etdiyini göstərmişdir. Nə ibtidai istintaq müddətində nə də məhkəmə iclası gedişində x1 göstərilən avtomobili nə vaxt hansı əsasla əldə etməsi barədə toplanmış materiallara hər hansı irad bildirməmiş və etiraz etməmişdir. Ona görə də məhkəmə kollegiyası bu barədə dəlilləri əsassız hesab edir. x1na elan edilmiş ittihamdan görünür ki, xx.xx.2017-ci il tarixdə s aat 03 radələrində ü5 ünvanında olan açıq sahədən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus mis xammaldan istehsal olunan 150 metr ölçüdə ümumi dəyəri 7668 manat olan M120 markalı trosun soyğunçuluqla talanmasında iştirak etmiş, Nərimanov rayonu ərazisində isə oğurluqları 2017-ci ilin avqust ayının 15-i və 30-u tarixlərdə törətmişdir. Həmin cinayət əməlləri törədilərkən onun Cəlilabad rayonunda olmasını təsdiq edən mötəbər sübutlar cinayət işinin materiallarında mövcud deyil. Eləcə də eyni tarixdə və zamanda Binəqədi və Nərimanov rayonları ərazisində oğurluq cinayəti törətməsi barədə də ona ittiham verilməmişdir. Bu barədə də, kassasiya şikayətinin dəlilləri əsassızdır. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, x1 onun kassasiya şikayətində göstərdiyi kimi xx.xx.2017-ci il t arixdə deyil 05.10. 2017-ci il tarixdə, özünün də ilkin şübhəli şəxs qismində ifadəsində göstərdiyi kimi günün ikinci yarısında Xətai rayin 37-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilmişdir. Ona görə də xx.xx.2017-ci il tarixdə törədilmiş oğurluq cinayətində iştirakını istisna edə biləcək, kassasiya şikayətində göstərdiyi, xx.xx.2017-ci il tarixdə saat 11-12 radələrində Xətay RPİnin 37-ci PB-də olması barədə dəlili əsassız hesab edilir. x1 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mis xammaldan istehsal olunan 150 metr ölçüdə ümumi dəyəri 7668 manat olan M120 markalı trosun soyğunçuluqla talanmasında iştirak etməsi digər təqsirləndirilən şəxs x2nun ifadələru, şahid x11 ifadələri ilə təsdiq edilmişdir. İbtidai istintaq zamanı və məhkəmə iclasındakı ifadələrind ə x1 əmisi oğlu x2 ilə münasibətlərinin normal olduğunu, aralarında hər hansı ədavət və düşmənçiliyin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı müdafiəçisi Sevdiyar Bayramovun iştirakı ilə x1 x11 ilə üzləşdirilərkən sonuncu hadisə zamanı onu gördüyünü və tanıdığını üzünə qarşı söyləmiş, x1 da onun ifadəsinin həqiqiliyini təsdiq etmişdir. Lakin, müdafiəçisi həmin üzləşdirmə protokolunu imzalasa da, x1 həmin protokola səbəbini bidirmədən imza etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında da x11 x1 iştirakı ilə onu ifşa edən ifadə vermişdir. Həmin məhkəmə iclasında iştirak edın x1 şahidə hər hansı süal verməmiş, onun ifadəsinə etiraz bildirməmişdir. Şahid x12 birinci instansiya məhkəməsinin məhkəmə iclasında ifadəsindən də x1in həmin epizod üzrə məsuliyy ətdən yayınmağa cəhd etdiyi, x2 onun həmin cinayətdə iştirakının olmaması barədə yalan ifadə verməsini x12 xahiş etməsi müəyyən edilmişdir. Ona görə də məhkumun kassasiya şikayətinin bu barədə dəlilləri əsassız hesab edilir. Bundan başqa məhkumun kassasiya şikayətində göstərdiyi Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən işgəncələr və hədə-qorxu altında əmisi oğlu x2nu yalandan onun üzünə durdurmaları barədə dəlili də heç bir mötəbər sübutla təsdiq edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayətində göstərdiyi dəlillər cinayət işinin materialları ilə təsdiq edilməmiş, əksinə təkzib edilmişdir. Ona görə də bu dəlillər əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayə t və cinayətprosessual qanunların pozulması, məhkum x1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması, ona hər hansı formada təzyiq göstərilməsi halları müəyyən edilməmişdir. İbtidai istintaq və məhkəmə baxışı gedişində belə halların mövcudluğu barədə şikayət və vəsatət daxil olmamışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin x1 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı ş ərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, Ali Məhkəmənin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. x1 və qeyrisinin təqsirli bilinib məhkum edilmələri barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı
Məhkəmə qərarları › İş №1(102)-490/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-490/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver