Məhkəmə qərarları › İş №1(102)-490/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-490/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-490/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim F.N.Mahmudov, hakimlər S.Ə.Əzizov və E.İ.Rüstəmovdan ibarət tərkibdə) 01 may 1983-cü il tarixdə Göygöl rayonu Balçılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Göygöl rayon Asif Fərzəliyev qəsəbəsində yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulan cinayət əməllərini törə tməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ç.B.Məmmədov, hakimlər E.İ.Xasməmmədov və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) 04 aprel 2019-cu il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmiş, məhkəmənin hökmü ilə Məhkuma CM-nin 120.1-ci maddəsi ilə təyin olunmuş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 9 (doqquz) il 06 (altı) ay müddətə endirilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2019-cu il t arixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 06.09.2007-ci il tarixdən rəsmi nikah qeydiyyatında olduğu əri X3 uzun müddət onu qısqanması və başqa kişilərlə intim münasibətinin olmasında günahlandırması ilə əlaqədar sonuncunun mütəmadi olaraq onu döyməsi və təhqir etməsi səbəbindən aralarında münasibətlər pozulmuş, 23.11.2012-ci il tarixdə aralarında olan rəsmi nikah qeydiyyatının pozulması barədə Göygöl rayon məhkəməsində əri X3ə qarşı iddia qaldırmış və 12.01.2013-cü il tarixdə saat 23-24 radələrində sərxoş vəziyyətdə olan əri X3un onu həmin günü döyməsindən və onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq təkidindən azad olmaq üçün ş əxsi münasibətlər zəminində etdikləri mübahisə zamanı qisas almaq niyyəti ilə X3u çarpayının üzərinə yıxıb üstünə dizləri ilə sinəsindən basaraq həmin vaxt ona sağ 4,5,6-cı qabırğaların döşyanı xətt üzrə natamam eyni xətt üzrə yerləşən sınıqları və sol 3,4,5,6,7,8-ci qabırğaların sol qoltuqaltı xətt üzrə eyni xətt üzrə yerləşən sınıqları xəsarətlərini yetirməklə müqavimətini qırıb əlləri ilə boğazından boğaraq sonuncunu qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüş, daha sonra cinayətin izini itirmək və məsuliyyətdən yayınmaq məqsədilə X3un meyitini sürüyüb evin həyətindəki yardımçı tikiliyə gətirərək orada meyiti basdırmaq üçün xəndək qazarkən xəndəkdəki iri həcmli daşı çıxartmağa gücü çatmadığından, həmkəndlisi və qonşusu X1 çəkdirmək adı ilə evinə çağıraraq sonuncunun baş vermiş ha disədən xəbəri olmadan xəndəkdəki daşı ona çıxartdırıb, xəndəyi qazıb dərinləşdirdikdən sonra X1 yaşadığı evə getmiş, o isə yaşadığı evin yardımçı tikilisində qazdığı xəndəkdə X3un meyitini basdırmış və 21.07.2017-ci il tarixdə 11 radələrində X3 meyiti Göygöl rayonu Qırıxlı kəndində evin yardımçı tikilisindən aşkar edilərək xəndəkdən çıxarılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində qəbul edilmiş məhkəmə qərarları ədalətsiz, qeyri-obyektiv və qərəzlidir. Belə ki, biri azyaşlı olmaqla himayəsində üç övladı var. Birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi cinayət əməli üzrə sübutları araşdırmamış, şahidlərin ifadələri qiymətləndirilməmişdir. Törətmiş olduğu cinayət əməlini qəflətə n baş vermiş güclü ruhi həyəcan vəziyyətində törətmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 122.1-ci maddəsinə tövsif olunmasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, gənc qadın olmaqla ana olmasını nəzərə alaraq barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum kassasiya şikayətini müdafiə etdiyini, əməlindən səmimi peşiman olduğunu bildirib, şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi X4 çıxış edərək, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə etiraz etdiyini, şikayətin əsassız olduğunu, ona verilmiş cəzanın yüngül olduğunu, Məhkumun əm əlindən peşiman olmadığını bildirib, kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızı çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və y a kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları q eyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin düzgün olaraq tövsif edilmədiyi və məhkuma ağır cəza təyin edildiyi iddia edilmiş, mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş ci nayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəl ərinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin hüquqi varisi və dövlət ittiham çısının isə kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş qəsdən adam öldürmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edillmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun kassasiya şikayətində onun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilməməsi, əməlinin CM-nin 122.1-ci maddəsi ilə tövsif edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 122-ci maddəsinə əsasən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə zə rərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə hesab olunur. Güclü ruhi həyəcan vəziyyəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız, yaxud sair hərəkətləri nəticəsində təqsirkarda coşğun surətdə yaranan, kəskin xarici ifadəyə malik olan qısamüddətli, lakin intensiv cərəyan edən və yüksək həyəcanlanma ilə xarakterizə olunan vəziyyətdir. Şəxsdə güclü ruhi həyəcan vəziyyətinin yaranması üçün CM-nin 122-ci maddəsində göstərilən səbəblər olmalıdır. Güclü ruhi həyəcan vəziyyətinə gətirib çıxaran s əbəblər - zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik), habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı az əhəmiyyətli olmamalı, affekt vəziyyətinin yaranması üçün kifayət etməli, həmçinin qanunsuz, yəni hüquqazidd olmalıdır. Zərərçəkmiş şəxs tərəfindən edilən ağır təhqir təqsirkarın şəxsiyyətinin, şərəf və ləyaqətinin müstəsna dərəcədə kobud surətdə alçaldılması, milli-dini hissləri təhqir etmə, cəmiyyətdə ümumqəbul olunmuş milli-mənəvi dəyərlərə uyğun gəlməmə kimi başa düşülə bilər. Affekt vəziyyətinin yaranmasını şərtləndirən səbəblərdən biri zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və əxlaqsız davranışı ilə əlaqədar yaranan uzun sürən dözülməz psixi şərait başa düşülür. Belə hallarda zərərçəkmiş şəxsin müntəzəm qanunsuz və ya əxlaqsız davranışı tədricən təqsirkarın psixi gərginliyini gücləndirir və affekt vəziyyətinin yaranmasını şərtləndirir. Bu vəziyyətdə şəxsin öz davranışı üzərində nəzarəti zəifləyir və o, öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək qabiliyyətini qismən itirmiş olur. Lakin, bu hal onu anlaqsız vəziyyətə gətirib çıxarmır. İş materiallarını, birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını tədqiq edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayətində qeyd etdiyi cinayətin törədilməsinə səbəb kimi göstərilən hallar – əri X3in uzun müddət onu qısqanması və başqa kişilərlə intim münasibətinin olmasında günahlandırması ilə əlaqədar sonuncunun mütəmadi olaraq onu döyməsi və təhqir etməsi səbəbindən araların da münasibətlərin pozulması onun güclü ruhi həyəcan vəziyyətinə düşməsi üçün uzun sürən dözülməz psixi şərait, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər kimi qiymətləndirilə bilməz. Cinayət işi materiallarında olan ambulator məhkəmə-psixoloji ekspertizasının 09.02.2018-ci il tarixli 22 saylı rəyindən görünür ki, Məhkumun praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin olma kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Məhkum cinayət əməlini törədən zaman adi psixi emosional vəziyyətdə olmuşdur, zərərçəkmiş şəxs in hərəkəti nəticəsində təqsirləndirilən şəxsdə fizioloji affekt halı olmamışdır (keçirməmişdir). Məhkum intellektual inkişafı nəzərə alınmaqla yalan danışmağa və özündən uydurmağa meyillidir. Odur ki, göstərilənlərə əsasən məhkumun kassasiya şikayətində əməlinin tövsifinin dəyişdirilməsi ilə bağlı dəlilləri əsassızdır və təmin olunmamalıdır. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (əvvəllər məhkum olunmaması, gənc qadın olmaqla himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması) cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyil dir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 ya nvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar