Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-490/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum, Mülki iddiaçı hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə 14 avqust 1988-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Borsunlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli, 1(105)-145/2022 saylı qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Vəliyev tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı Səyavuş Sadıqov tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi:
1. Abşeron rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 1(012)-9/2021 saylı hökmü ilə (ha kim V.İ.Həsənov) Məhkum CM-in 213.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətindən azad edilərək cinayət işi üzrə icraata xitam verilmiş, onun əməlində inzibati xətanın tərkib elementləri müəyyən edildiyindən onun Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli aidiyyatı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmiş, iş üzrə mülki iddia baxılmamış saxlanmışdır. Məhkəmənin həmin hökmündən mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamını müdafiə edən prokuror tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən haki m E.M.Əhmədov, hakimlər E.G.Rəhimov və M.Ə.Rzayevdən ibarət tərkib) 23 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmü apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları:
2. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür, ona görə ki, o, 2 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 2ndə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən həmin cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları yerinə yetirərək maliyyə-təsərrüfat fəaliy yətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirilmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 155, 157, 168, 173, 174, 177, 180, 8.1.1, 218.1.2, 218.3, 220.1, 221.1, 221.3-cü maddələrinin tələblərini pozaraq cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edərək və bəyannamə təqdim etməyərək, ümumilikdə xeyli miqdar təşkil edən 75465,86 manat məbləğində vergini dövlət büdcəsinə ödəməkd ən yayınmışdır. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri:
3. Dövlət ittihamçısı Səyavuş Sadıqov tərəfindən verilmiş kassasiya protestində qeyd edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verilmiş, habelə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur. Protestin müəllifi Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin olunmasını mə hkəmədən xahiş etmişdir.
4. Mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən iş üzrə araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələbləri tam araşdırılmamış, Cinayət-Prosessual Məcəllənin 125, 127.3, 144 və 145-ci maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə yanlış nəticəyə gəlinmişdir. Belə ki, məhkəmələr tərəfindən qərar qəbul edilərkən iş üzrə məhkəmə istintaqı dövründə keçirilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 19429 nömrəli, xx.xx.2020-ci il tarixli 107 nömrəli və xx.xx.2021-ci il tarixli 9/1886 nömrəli təkrar və komisyon məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri mötəbər sübut kimi qəbul edilmişdir. Lakin əsassız və prosessual pozuntularla, eləcə də hüquqi məsələlərlə bağlı verilmiş rəylər mötəbər sübut kimi qəbul edilə bilməz və belə sübutlar əsasında verilmiş qərarlar da qanuni və əsaslı hesab oluna bilməz. Təqsirləndirilən şəxs "xxxx" MMC-də 2017-ci ilin 4-cü rübü üzrə vergi tutulan dövriyyə 490.160,00 manat olmasına və həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 155.1-ci və 218.1.2-ci maddələrinin tələblərinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün ərizə verilməli olduğu halda vergi orqanına ərizə verməmişdir. Bu səbəbdən, şikayətin müəllifi iş materiallarında olan Abşeron Rayon Məhkə məsinin xx.xx.2019 və xx.xx.2019-cu il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 19429 nömrəli və xx.xx.2020-ci il tarixli 107 nömrəli ekspert rəylərində "xxxx" MMC-nin 2017-ci ilin 4-cü rübü üzrə vergi tutulan dövriyyəsinin təqdim edilmiş sənədlərə əsasən 245.080,00 manat məbləğində olduğu (əməliyyatlarının həcminin 200.000 manatı keçməsinin ƏDV məqsədləri üçün qeydiyyatın məcburi olduğu) təsdiq edildiyi halda, məhkəmənin “əlavə dəyər vergisi öhdəliyinin yaranmasını təsdiq edən zəruri sənədlərin iş materiallarında olmadığı” nəticəsinə gəlməsinin işin faktiki hallarına uyğun oldmadığını hesab edir. Şikayətin müəllifi Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarın ın ləğv edilməsini və mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər:
5. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
6. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya proses sual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
7. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
8. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
9. Mülki iddiaçı - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icra edən Orxan Vəliyev kassasiya şikayətində mülki iddianın təmin edilmədiyi üçün məhkəmə qərarlarının qanunsuz və əsassız olduğunu iddia etməklə, məhkəmələrin mülki iddianın həllinə dair cinayət prosessual qanunun tətbiqi üzrə mövqelərini mübahisələndirmişdir.
10. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkum Azərbaycan Respublikası CM-i n 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CMP-in 39.1.11-ci maddəsinə əsasən əssasız olaraq xitam verilməsinə və Məhkum cinayət məsulliyətindən azad olunmasını qeyd edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icra edən Orxan Vəliyevin kassasiya şikayətini, həmçinin kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
12. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir.
13. Həmin Məcəllənin 383.1.6-cı maddəsi mülki iddiaçı (mülki iddiaçının qanun i nümayəndəsi və ya nümayəndəsi) üçün birinci instansiya məhkəməsinin hökmünün (qərarının) yalnız mülki iddiaya aid hissəsindən apellyasiya şikayəti vermək hüququnu tanıyır.
14. Müvafiq olaraq, Azərbaycan Respublikası CPM-nin 405.1 və 405.1.3-cü maddələri də apellyasiya məhkəməsinin baxdığı apellyasiya müraciətləri, o cümlədən mülki iddiaçının apellyasiya şikayəti üzrə tutulmalı olan məbləğləri artırmaq (bununla bağlı birinci instansiya məhkəməsinin hökmünü (qərarını) dəyişdirmək) səlahiyyətini ittihamın həcmi və cinayətin tövsifi ilə şərtləndirir (məhdudlaşdırır). Qeyd olunan cinayət-prosessual normalara əsasən “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü tutulmalı olan məbləğləri azaltdıqda və ya həmin məbləğləri artırdıqda, belə artırma ittihamın həcminə v ə cinayətin tövsifinə təsir göstərmədiyi halda hallarda dəyişdirir.
15. Kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan is tifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
16. Kassasiya şikayətinin müəllifi hesab edir ki, apellyasiya məhkəməsi mülki iddiaçının apellyasiya şikayətinə baxılması nəticəsində hökmü iddiaya dair hissədə ləğv etməli və mülki iddianı tam təmin etməli idi.
17. Kassasiya məhkəməsi qeyd edir ki, İş materiallarında olan ibtidai istintaq zamanı keçirilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş məhkəməmühasibat ekspertizasının 14 fevral 2019-cu il tarixli 1068 nömrəli rəyindən görünür ki, ümumilikdə 75465,86 manat məbləğində vergilərin az hesablanması müəyyən edilmişdir.
18. Məhkəmə baxışı zamanı birinci instasniya məhkəməsi tərəfindən əlavə, təkrar, və komisyon məhkəmə-mühasibat ekspertizalarını keçirilməsi barədə qərar qəbul edilmiş, təkrar və komission ekspertizalar isə bilavasitə ittiham tərəfinin vəsatəti və təşəbbüsü ilə təyin edilmişdir.
19. Başqa sözlə, birinci instansiya məhkəməsi öz səlahiyyətləri çərçivəsində bütün mümkün və zəruri istintaq hərəkətlərini həyata keçirmiş və sübutlar əldə edilmişdir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apelyasiya instansiya məhkəmələri çəkişmə prinsipinə tam əməl etmiş, sübutların əldə edilməsi istiqamətində tərəflərin vəsatələrini təmin etmişlər.
21. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya və apelyasiya məhkəmələri qərar qəbul ed ərkən əsas sübut kimi dövlət hakimiyyət orqanın bir qolu olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi tərəfindən verilən vəsatətlər əsasında digər dövlət hakimiyyət orqanı olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən təkrar, əlavə və komission ekspertizalarının rəylərini əsas götürmüşlər.
22. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlarında dəfələrlə qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin apellyasiya şikayətini sadəcə aşağı instansiya məhkəməsinin gəldiyi nəticələri təsdiq etməklə rədd etməsi, prinsip etibarilə, qəbul edilən haldır (bax, García Ruiz İspaniyaya qarşı [BP], № 30544/96, § 26, ECHR 1999 İ; və Köronçu Türkiyəyə qarşı (qərar), № 58267 /10, § 20, 30 mart 2021) və Avropa Konvensiyasının 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmeti yalnız hüquqi məsələlər olduğu kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmamışdır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020).
23. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində qaldırılan iddialardan fərqlənmir, kassasiya şikayətinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamı şdır. Məhkəmə kollegiyası bu halı da kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayətində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, CinayətProsessual Məcəlləsinin tələblərinə əsaslanan qaydada tədqiq edilmiş sübutlara, müvafiq prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kas sasiya şikayətində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparmadan, apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
25. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).
26. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
27. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutla rı CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
28. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənb əyinin mötəbərliyi müəyyənləşdirilir.
29. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
30. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin..
31. Odur ki, məhkəmə kollegiya sı prosesdə iştirak etmiş tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti və kassasiya protesti protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2022-ci il tarixli, 1(105)-145/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2022-ci il tarixli, 1(105)-145/2022 saylı qərarı kassasiya şikayəti və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.