Məhkəmə qərarları › İş №1(102)-490/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-490/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-490/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs8, Məhkum - Məhkum, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Kazımov Zakir Lələkişi o ğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 1(101)-638/2022 nömrəli (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlu (sədrliyi), Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx -cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda ol an, ünvan 2hkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 23 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 mülki iddiasının qismən təmin edilməsi, ümumilikdə 55.547,85 (əlli beş min beş yüz qırx yeddi manat səksən beş qəpik) manat pulun təqsirləndirilən şəxs Məhkum tutularaq, Zərərçəkmiş şəxs5 ödənilməsi, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması və Zərərçəkmiş şəxs5 Azər baycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququnun izah olunması, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 mülki iddiasının tam təmin edilməsi, ümumilikdə 23.690,59 (iyirmi üç min altı yüz doxsan manat, əlli doqquz qəpik) manat pulun təqsirləndirilən şəxs Məhkum tutularaq, Zərərçəkmiş şəxs6 ödənilməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, X14 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqlarının izah edilməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən ş əxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və müdafiəçisi Zeynalov Orxan Rauf oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlu (sədrliyi və məruzəsi ilə), Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət məhkəmə tərkibində) 3 avqust 2023cü il tarixli 1(103)-162/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən 1 fevral 2021-ci il tarixdə Məhkum Zərərçəkmiş şəxs2 qarşı 4.590 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu, fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 qarşı 4.500 manat məbləğində və 3.000 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodları, 2021-ci ilin mart ayının 2-ci yarısında Zərərçəkmiş şəxs9 qarşı 4.000 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu, 2021-ci ilin may ayının 1-ci yarısında Zərərçəkmiş şəxs9 1.000 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu, 1 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 3.450 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu üzrə cəza təyin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci mad dəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilə endirilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından suiistifadə edib özünü “Xəzər TV” televiziya kanalında “Səni axtarıram” verilişinin aparıcısı ilə işgüzar işbirliyində olması, şou-biznes aləmi ilə televiziya və başqa sahələrdə ortaq çalışaraq gəlir əldə etdiklərini, hamı tərəfindən ta nınaraq kifayət qədər nüfuza malik olduğunu, özünün 340.000 manat dəyərində olan restoran, torpaq və obyektinin olduğu və həmin obyektin sənədləşdirilib satılmasında lazım olan maddi köməklik göstərilməsi və əldə edilən gəlirin bölüşdürüləcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan 2018-ci ilin avqust ayının ortalarında ünvan 3 ünvanda milli pul vahidi manata olan nisbətdə 10.200 manat təşkil edən 6.000 ABŞ dolları, həmin ilin noyabr ayında 9.350 manat dəyərində 5.500 ABŞ dolları, 2021-ci ilin mart ayının əvvəllərində “Kapital Bank”a aid **********734579 nömrəli kart hesabına 4.200 və 2.000 manatlıq hissələrlə göndərilmiş 6.200 manat, 4.500, 2.000, 2.000 və 1.000 ABŞ dolları hissələrlə göndərilmiş, milli pul vahidi manata olan nisbətdə 16.150 manat təşkil edən 9.500 ABŞ dolları, qızıl-ziynət əşyalarının girov qoyulmasından əldə edilərək həmin kart hesabına göndərilmiş 3.000, 5.000, 5.000, 9.00, 5.500, 3.000 və 1.650 manatlıq hissələrdən ibarət olmaqla 24.050 manat, ümumilikdə 65.950 manat pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ”Azadlıq” metrostansiyası yaxınlığında ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə X2 etibarından sui-isifadə edib özünün “İphone” mobil telefon aparatlarının ticarəti ilə məşğul olaraq yüksək gəlir əldə etdiyini və onunla işbirliyi qurub ilkin olaraq 5.400 ABŞ dolları məbləğində vəsait qoymaqla ortaq fəaliyyət göstərəcəkləri h alında əldə edilən gəlirdən hər ay 400 ABŞ dolları mənfəət verəcəyini yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin mart ayında sonuncunun yaşadığı ünvan 4 ünvanda milli pul vahidi manata olan nisbətdə 9.180 manat təşkil edən 5400 ABŞ-dolları məbləğində pulunu alıb ələ keçirərək həmin ilin aprel və may aylarında hər ay 680 manat dəyərində 400 ABŞ dolları məbləğində gəlir adı ilə ona 1.360 manat dəyərində 800 ABŞ dolları məbləğində pul verib guya ticarətin öz axarında davam etdiyinə arxayın edib verdiyi vədə əməl etmədən həmin ilin avqust ayınadək heç bir ödəmə etməmiş və bunun səbəbini guya malların gömrükdə yığılıb qalması ilə izah edib 11.000 manat vəsait ödənildiyi halda malları ölkəyə idxal edib alveri davam etdirəcəyinə inandırmaqla xx.xx.2019-cu il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs6 milli pul vahidi manata olan nisbətdə 6.800 manat təşkil edən 4.000 ABŞ dolları, 3.000 manat və milli pul vahidi manata olan nisbətdə 1.300 manat təşkil edən 650 Avro, cəmi 11.100 manat məbləğində pulunu alaraq 2 ay ərzində digər pullarla birlikdə tamamilə qaytaracağını vəd etsə də avqust ayının sonunda guya iflasa uğradığını və bu vəziyyətdən çıxmasına kömək adı ilə yaşadığı ünvanda ondan əlavə olaraq milli pul vahidi manata olan nisbətdə 8.500 manat təşkil edən 5.000 ABŞ dolları məbləğində pulunu alaraq verdiyi vədə əməl etdiyinə inandırmaq üçün özündən aldığı 5.000 ABŞ dolları (8.500 manat) pulunu özünə qaytararaq bir gün sonra yenidən ticarət adı ilə həmin məbləği geri alıb 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayları ərzində 5.250 manat məbləğində pulunu hissələrlə qaytarmaqla guya ticarətlə məşğul olduğunu davam etdirdiyinə inandıraraq verdiyi vədə əməl etmədən Zərərçəkmiş şəxs6 ümumilikdə 23.530 manat məbləğində xeyli miqdarda pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs8 özünü “Xəzər TV” televiziya kanalında “xxx” televiziya verilişinin aparıcısı xxx ilə işgüzar işbirliyində olması, şou-biznes aləmi ilə televiziya və başqa sahələrdə ortaq çalışaraq gəlir əldə etdiklərini, hamı tərəfindən tanınmaqla kifayət qədər nüfuza malik olduğunu, özünün 340.000 manat dəyərində restoran, torpaq və ticarət obyektinin olduğu və həmin obyektin sənədləşdirilib satılması, yaxud banka girov qoyularaq dəyəri müqabilində pulların götürülməsinə l azım olan maddi dəstək göstərilməsi, əldə olunan gəlirin bölüşdürüləcəyi, borc adı ilə almış olduğu pulların qaytarılacağına yalandan vədlər verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 5 ünvanda 2019-cu ilin mart ayında 17.000 manat, 2019-cu ilin mart ayında “Kapital Bank”a aid **********734579 nömrəli kart hesabına köçürülməklə göndərilən 5.000 manat, 2019-cu ilin iyul ayında 6.000 manat, həmin ilin avqust ayınadək hissələrlə 21.500 manat, 2019-cu ilin oktyabr ayınadək milli pul vahidi manata olan nisbətdə 5.100 manat təşkil edən 3.000 ABŞ dolları, 2.000 manat, 3.000 manat, 1.300 manat, 2.500 manatlıq hissələrlə 15.900 manat-cəmi 65.400 manat, 2020-ci ilin yanvar ayından 2021-ci ilin yanvar ayınadək hissələrlə 63.135 manat, 2021-ci ilin yanvar-fevral ayları ərzində 25.000 man at olmaqla kart hesabına köçürülməklə, eləcədə özünün ünvana göndərmiş olduğu taksi avtomobili ilə ona göndərilmiş ümumilikdə 153.535 manat məbləğində pulları Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi, “Zirvə” şadlıq evinin qarşısında, həmçinin, S.Sani Axundov küçəsi, ”Azadlıq” metrostansiyası yaxınlığında ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs7 rəfiqəsi Zərərçəkmiş şəxs8 aldığı külli miqdarda pullarının qaytarılması üçün guya banka girov qoyduğu 340.000 manat dəyərindəki əmlakına görə 80.000 manat dəyərində kredit verilməsindən ötrü sənədlərin toplanması, bank rüsumlarının ödənilməsi və bu kimi prosedurların y erinə yetirilməsi adı ilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixdə ünvan 6 ünvanda 1.000 manat, xx.xx.2019-cu ildə həmin ünvanda 1000 manat, 5 oktyabr 2019-cu il tarixdə ünvan 7 ünvanda 700 manat, 15 oktyabr 2019-cu il tarixdə həmin ünvanda 700 manat, 7 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən “Azadlıq” Metrostansiyası qarşısında 1.800 manat, 2020-ci ilin yanvar-fevral aylarında ünvan 9 ünvandakı “MilliÖn” ödəmə sistemi vasitəsilə “Kapital bank”a məxsus ******************** kart hesabına göndərilmiş 240 manat, 130 manat, 420 manat, 75 manat olmaqla 865 manat, 2020-ci ilin fevral ayının ikinci yarısında ünvan 5 ünvanda 900 manat olmaqla ümumilikdə 6.965 (altı min doqquz yüz altmış beş) manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4, Yasamal rayonu, Badamdar qəsəbəsində tikintisi aparılan “sosial ev” adlandırdığı yaşayış binasından 6.500 manat məbləğində ilkin ödəniş etməklə 30 il müddətinə 2 otaqlı mənzil sahəsini güzəştli şərtlərlə təşkil edəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 10 ünvanın qarşısında 2.000 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 4.000 manat, xx.xx.2021-ci il tarixdə “Kapital bank”a məxsus ******************** kart hesabına Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 17A ünvanda yerləşən marketdəki 02031 ödəmə terminalından g öndərdiyi 500 manat, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 6500 manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 5.000 manat müqabilində Bakı şəhəri,1 saylı X23 aşbaz işinə düzəldəcəyini yalandan vəd verib aldadaraq 01 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi 43 ünvanda yerləşən 2 saylı yataqxananın qarşısında milli pul vahidi manata olan nisbətdə 1190 manat təşkil edən 700 ABŞ dolları, 21 yanvar 2021-ci il tarixdə Nərimanov rayonu, A.Nemətulla küçəsi, ”Nərimanov” parkı yaxınlığında milli pul vahidi manata olan nisbətdə 2.550 manat təşkil edən 1.500 ABŞ dolları və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi 43 ünvanda yerləşən 2 saylı yataqxananın qarşısında milli pul vahidi manata olan nisbətdə 850 manat təşkil edən 500 ABŞ dolları, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 4.590 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs10 Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsində tikintisi aparılan “sosial ev” adlandırdığı yaşayış binasından 7 il müddətinə güzəştli şərtlərlə 2 (iki) otaqlı mənzil sahəsi təşkil edəcəyinə yalan dan vəd verib aldadaraq Zərərçəkmiş şəxs8 vasitəsilə xx.xx.2021-ci il tarixdə 9.000 manat, xx.xx.2021-ci il tarixdə 6.000, xx.xx.2021-ci il tarixdə 5.200 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 20.500 manat məbləğində göndərilmiş pulları sonuncunun yaşadığı ünvan 12 ünvanda alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 başında sol oksipital törəmə olan, Qlioblastoma, Grade İV xəstəliyindən əziyyət çəkən onkoloji xəstə oğlu 1981-ci il təvəllüdlü X15 Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində dünyaca tanınmış həkim dostlarının vasitəsilə müalicə etdirəcəyinə yalan dan vəd verib aldatmaqla xəstənin anasının tanışı Zərərçəkmiş şəxs8 vasitəsilə göndərilmiş 6.500 manat və həmin tarixdə milli pul vahidi manata olan nisbətdə 6.800 manat təşkil edən 4.000 ABŞ dolları, ümumilikdə 13.300 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanda alıb ələ keçirdikdən sonra xəstənin guya İstanbul şəhərində hava limanında qarşılanıb dostunun işlədiyi tibb müəssisəsinə aparılacağını deməklə aldadıb həmin şəhərə göndərərək kimsə tərəfindən qarşılanmadan xx.xx.2021-ci il tarixədək İstanbul şəhərində baxımsız qalmasına səbəb olub zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs11 guya özünün pr odüser işlədiyi “ARB TV” televiziya şirkətində təsərrüfat bacısı vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq 2021-ci ilin fevral ayının ikinci yarısında ünvan 9 ünvandakı “MilliÖn” ödəmə sistemi vasitəsilə özünün adına olan “Kapital bank”a məxsus ******************** kart hesabına göndərilmiş 4.500 manat məbləğində pulu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs11 guya özünün prodüser işlədiyi “ARB TV” televiziya şirkətində təsərrüfat bacısı vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq 2021-c i ilin fevral ayının ortalarında alıb ələ keçirmiş olduğu 4.500 manat məbləğində pulunun qaytarılması üçün guya banka girov qoyduğu 340.000 manat dəyərindəki əmlakına görə vəd verilmiş 80.000 manat kredit pulunun əldə edilməsindən ötrü sənədlərin toplanması, bank rüsumlarının ödənilməsi və bu kimi prosedurların yerinə yetirilməsi adı ilə 2021-ci ilin mart ayının sonlarında ünvan 13 ünvanda 3.000 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsində tikintisi aparılan “sosial ev” adlandırdığı yaşayış binasından 6.700 manat məbləğində ilkin ödəniş etməklə 30 il m üddətinə hər ay 270 manat kredit ödənişi ilə 3 otaqlı mənzil sahəsini güzəştli şərtlərlə təşkil edəcəyinə yalandan vəd verib aldadaraq həmin məbləğin 200 manatlıq hissəsini beh adı ilə 30 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi,1/2 ünvanda yerləşən “Neptun” marketdəki 3578 terminalının “eManat” vasitəsilə adına olan “Kapital bank”a məxsus ******************** kart hesabına mədaxil etdirməklə, 6.500 manatlıq hissəsini isə xx.xx.2021-ci il tarixdə ünvan 15 ünvanda yerləşən 21 saylı notariat kontorunda etibarlı şəxs olduğuna inandırmaqla Zərərçəkmiş şəxs3 guya vəd verdiyi işi yerinə yetirə bilmədiyi halda borc adı ilə aldığı pulu xx.xx.2021ci il tarixədək qaytaracağına əmin edib xx.xx.2021-ci il tarixdə “Kredit müqaviləsi” bağlayaraq həmin ünvanda 6.500 man at, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 6.700 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 oğlu X4 İctimai Televiziyada anbar müdiri vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq 2021-ci ilin mart ayının ikinci yarısında 2.500 və 1.500 manat olmaqla iki dəfəyə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən “Ramin” marketdə quraşdırılmış “MilliÖn” ödəmə sistemi vasitəsilə ona aid “Kapital bank”a məxsus ******************** kart hesabına göndərilmiş 4.000(dörd min) manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9, oğlu X5 Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsində tikintisi aparılan “sosial ev” adlandırdığı yaşayış binasından 10.000 manat məbləğində ilkin ödəniş etməklə 2 otaqlı mənzil sahəsini güzəştli şərtlərlə təşkil edəcəyinə yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs9 tərəfindən 2021-ci ilin aprel ayının 1-ci yarısında ona aid “Kapital bank”a məxsus ******************** kart hesabına Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsindəki və yaşadığı Binəqədi rayonu, 8 mart küçəsindəki “MilliÖn” ödəmə siste mləri vasitəsilə 2500 manat olmaqla bir neçə dəfəyə göndərdiyi, ümumilikdə 10.000 (on min) manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9, qızı X22 10.000 (on min) manat müqabilində Bakı şəhərində yerləşən “Təfəkkür” universitetindəki tanışlarının vasitəsilə tibbi sertifikat düzəldəcəyinə yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs9 tərəfindən 2021-ci ilin aprel ayının 2-ci yarısında ona aid “Kapital bank”a məxsus ******************** kart hesabına Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsindəki və yaşadığı Binəqədi rayonu, 8 mart küçəsindəki “MilliÖn” ödəmə sistemləri vasitəsilə iki həftə ərzində hissələrlə göndərdiyi, ümumilikdə 10.000 (on min) manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında, vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 guya qızı X18 adına tibbi sertifikat alınmasında köməklik göstərəcəyini vəd etmiş şəxsin vəfat etmiş yaxın qohumunun rayona aparılması və orada dəfn edilməsinə nəqliyyat və dəfin edilmə xərci olaraq ma ddi köməklik göstərilməsi adı ilə 1.000 (bir min) manat pul lazım olduğunu deyib inandırmaqla 2021-ci ilin may ayının 1-ci yarısında Zərərçəkmiş şəxs9 tərəfindən ona aid “Kapital bank”a məxsus ******************** kart hesabına Bakı şəhəri, Binəqədi rayonu, 8 mart küçəsindəki “MilliÖn” ödəmə sistemi vasitəsilə göndərdiyi 1.000 (bir min) manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 guya onun işlərinə görə həbs olunduğunu, azadlığa buraxılması üçün 3500 manat pul lazım olduğunu, azadlığa çıxmayacağı halda qızının adına alacağ ını vəd verdiyi tibbi sertifikat və oğluna alacağını vəd verdiyi güzəştli sosial evin baş tutmayacağını yalandan deyib inandırmaqla 2021-ci ilin may ayının sonunda Zərərçəkmiş şəxs9 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 8 mart küçəsindəki “MilliÖn” ödəmə sistemi vasitəsilə göndərdiyi **********950119 nömrəli bank kart hesabına göndərdiyi 2.000 manat, xx.xx.2021-ci il tarixdə ******************** kart hesabına 250 və taksi sürücüsü vasitəsilə göndərdiyi 1.200 manat, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 3.450 manat (üç min dörd yüz əlli) manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmla kını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 guya qızı X18 adına alacağını vəd verdiyi tibbi sertifikatın hazır olduğu və həmin sertifikatın götürüməsi üçün 1.000 manat pul lazım olduğunu yalandan deyib inadırmaqla 15 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 yaşadığı ünvan 16 ünvanın qarşısında 1.000 (bir min) manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin barəsindəki qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası məhkəmə araşdırması zamanı sü butların tədqiqindən əsassız imtina etmiş, bir sıra sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, bunun nəticəsi olaraq cinayət və cinayətprosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmiş, qeyri-qanuni və əsassız qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla uyğun deyildir. Belə ki, işin faktiki hallarından da açıq aşkar aydın olur ki, zərərçəkmiş şəxslərlə aralarındakı mübahisələr mülki xarakter daşıyır və əməlində CM-in məhz 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib hissəsi yoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli mübahisələndirilən qərarının ləğv edilməsini, cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, əməlini səmimi etiraf etdiyini, lakin dələduzluq niyyəti olmadığını, restoran açdığını, lakin orada külli miqdarda ziyan elədiyini, faizə pul götürdüyünü, pulun sadəcə faiz hissəsini qaytara bildiyini, ödənişlərin əsas puldan silinmədiyini, uşaq olduğu üçün düşdüyü çətin vəziyyətlə bağlı ailə üzvlərinə xəbər verə bilmədiyini bildirib, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Kazımov Zakir Lələkişi oğlu çıxış edərək, məhkumun istintaq dövründə müdafiə hüququnun pozulduğunu, bunu hər iki instansiya məhkəməsinin diqqətə almadığını, məhkumun zərərçəkmiş şəxslərlə barışdığını bildirib, kassasiya şikayətinin təmin edilmə sini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs8 çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiy yəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.6-cı ( məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası C inayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti m üəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayə tə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyin ə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun, müdafiəçisinin və zərərçəkmiş Zərərçəkmiş şəxs8 isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etib ardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməs i, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta ye tirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkum kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmaması na münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəmə si isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdə n deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum və müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən, apellyasiya məhkəməsi isə hökmü qüvvədə saxlayarkən, ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlara, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı irəli sürülmüş ittiham üzrə təqsirli bilm əsinə, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı isə qismən təqsirli bilməsinə dair ifadələri, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11 və şahidlərin ittihamı təsdiq edən ifadələri, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli üzləşdirmə dindirmə protokolları, 20 sentyabr 2021-ci il tarixli və 24 sentyabr 2021-ci il tarixli götürmə protokolları, 26 noyabr 2021-ci il tarixli "xxxx" QSC-dən daxil olmuş sorğuya cavab və cinayət işi üzrə toplanılmış digər sübutlarla Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə apellyasiya şikayətində və ona əlavədə irəli sürülmüş iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, apellyasiya müraciətlərində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, apellyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin çıxardıqları Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görməmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinə və ona əlavəyə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razı laşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətd iyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (ilk dəfə cinayət əməli törətməsi, cinayət işi üzrə vurulmuş ziyanı qismən ödəməsi, səhhəti) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbayc an Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqus t 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar