Məhkəmə qərarları › İş №1(102)-491/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-491/2019

17.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-491/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum, onun qanuni nümayəndəsi Nümayəndə və müdafiəçisi, Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İştirakları ilə 04 iyun 2002-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şabran rayonu ********* kənd orta məktəbinin şagirdi, əvvəllər məhkum olunmamış, Şabran rayonu **** kəndində qeydiyyatda ola n və yaşayan Məhkum oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 150.3.2 və 150.3.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Hətəm oğlu tərəfindən verilmiş kassasiya ptotestinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli hökmünə əsasən (hakimlər: R.A.Allahverdiyeva (sədrlik edən), T.X.Nəsrullayeva və N.A.Kərimov) Məhkum oğlu – Azərbaycan Respublikası CM-ni n 150.3.2 və 150.3.3-cü maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə və ev dustaqlığında olduğu 3 ay 16 gün müddət təyin edilmiş cəzanın müddətindən çıxılmaqla, üzərində qəti olaraq 7 (yeddi) il 8 (səkkiz) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə cəzası şərti tətbiq edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: V.C.Cəfərov (sədrlik edən), N.M.Nəsibov və F.G.Zeynallı) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilməd ən saxlanmışdır. İşin halları: Məhkum barəsində ittiham hökmü çıxarılmışdır ona görə ki, o, 17 may 2017-ci il tarixdə, saat 13:00 radələrində öz cinsi ehtirasını təmin etmək niyyəti ilə, Şabran rayonu, ******* kəndində yaşadığı evin yaxınlığında küçədə oynayan 05.08.2012-ci il təvəllüdlü, qonşusu Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə edərək onu oyuncaq vermək adı ilə aldadıb, yaşadıqları evin həyətində yerləşən ayaqyoluna aparmış, orada öz cinsi ehtirasını təmin etmək məqsədi ilə sonuncuya zor tətbiq edərək, əynindəki şalvarı və tumanı çıxarıb öz cinsiyyət üzvünü zorla onun arxa keçəcəyinə yeridərək, Zərərçəkmiş şəxs1 yetirilən anda həyat üçün təhlükəli olması əlamətinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən “düz bağırsağında qanaxması ilə müşayiət olunan arxa keçəcək nahiyəsinin qançırlarından" ibarət xəsarətlər yetirməklə ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı uşaqbazlıq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçıcı qeyd edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum oğluna təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamışdır. Belə ki, məhkəmə cəza təyini ilə bağlı məsələni müzakirə edərkən Nümayəndə yetkinlik yaşına çatmayan şəxs olmasını, onun zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, anasının ürək xəstəliyindən, bacısının vərəm xəstəliyindən əziyyət çəkmələrini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqla onun barəsində CM-nin 70-ci maddəsini tətbiq etməyi mümkün hesab etmişdir. Protest müəllifinin fikrincə, məhkəmələr nəzərə almamışlar ki, Nümayəndə cinayəti köməksiz vəziyyətdə olan, azyaşlı, 05 avqust 2012-ci il tarixdə anadan olmuş, cinayət əməli törədilərkən 5 yaşı tamam olmamış Zərərçəkmiş şəxs1 qarşı törətmişdir. Protest müəllifi həmçinin qeyd edir ki, məhkəmələr Nümayəndə cəza təyini zamanı onun əməlinin ağır nəticələrə səbəb olmasını, yəni zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulduğunu, onu mənfi psixoloji təsirə məruz qoyduğunu, onu iztirablara düçar etdiyini nəzərə almamışlar. Belə olan təq dirdə, məhkəmələrin Nümayəndə cəza təyini ilə əlaqədar qəbul etdiyi qərarlarla nəinki sosial ədalət bərpa olunmur, əksinə, sosial ədalət tam pozulur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi dövlət ittihamçısı Ramiz Alverdiyevin, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum, Müdafiəçi və qanuni Nümayəndə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestində işin faktiki halları və əməlin tövsifi deyil, məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almamış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz cəza təyin etmiş, həmçinin qərarda məhkuma təyin edilmiş cəzanı əsaslandırmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etm əyi zəruri hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının həmin iş üzrə qəbul etdiyi 08 may 2018-ci il tarixli 1(102)-611/18 nömrəli qərarında araşdırılmasını zəruri bildiyi xüsusatlara dair göstərişləri icra edilməmişdir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 5-ci bəndində məhkəmələrə tövsiyə olunur: “Yetkinlik yaşına çatmayanların həyat tərzi, tərbiyəsi ilə əlaqədar ətraflı məlumat əldə etmək məqsədilə təhsil-tərbiyə müəssisələrinin və ya iş, yaxud yaşayış yeri üzrə ictimai təşkilatların nümayəndələrinin də məhkəmədə iştirakını təmin etmək üçün tədbirlər gö rülməlidir.” Həmin Qərarın 11-ci bəndində isə tövsiyə olunur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının həmin iş üzrə qəbul etdiyi 08 may 2018-ci il tarixli 1(102)-611/18 nömrəli qərarında araşdırılmasını zəruri bildiyi xüsusatlar məhz Ali Məhkəmənin Plenumunun istinad edilən Qərarındakı tövsiyələrə əməl ediməsini nəzərdə tutur. Ədalət prinsipini özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza tə yin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxs iyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təy ini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Hazırki işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdiril miş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3, 59 və 70-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmələr Nümayəndə cəza təyini zamanı onun əməlin in ağır nəticələrə səbəb olmasını, yəni cinayəti köməksiz vəziyyətdə olan, azyaşlı, cinayət əməli törədilərkən 5 yaşı tamam olmamış şəxsə qarşı törədildiyini, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulduğunu, onu mənfi psixoloji təsirə məruz qoyduğunu, onu iztirablara düçar etdiyini nəzərə almamışlar. Aşağı instansiya məhkəmələr nəzərə almamışlar ki, Azərbaycan Respublikasının da qoşulduğu, BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində qəbul edilmiş “Uşaq hüquqları haqqında Konvensiya”da və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il Qanununda uşaqların seksual istismardan müdafiə olunması xüsusi vurğulanmışdır. Konvensiyanın 34-cü maddəsinə görə “İştirakçı dövlətlər uşağı seksual istismarın və seksual yola çəkmənin bütün formalar ından müdafiə etməyi öhdələrinə götürürlər.” “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il Qanununun 28-ci maddəsində deyilir: “Dövlət sosial, hüquqi, iqtisadi, tibbi və tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün növlərindən, ağır, zərərli və təhlükəli əməkdən və təsirlərdən mühafizə edir. Uşaqlara qarşı fiziki və psixi zorakılıq, uşaqların cinsi istismarı, onların alkoqolizmə, dilənçiliyə, qumara, fahişəliyə, narkomaniyaya, toksikomaniyaya cəlb edilməsi, cinayətkar məqsədlər üçün onlardan istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq məsuliyyətə səbəb olur.” Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən qanunvericiliyin yuxarıda şərh olunan tələblərinə əməl edilmə dən, Ali Məhkəmənin Cinayət Kollegiyasının həmin iş üzrə qəbul etdiyi qərarda yoxlanılması zəruri hesab edilən xüsusatlar araşdırılmadan və heç bir əsaslandırma aparılmadan məhkum Məhkum haqqında yekun qərar qəbul edilmişdir. Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya in stansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, işin hallarına uyğun olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum haqqında Sumqayıt Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar