Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-491/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin (bundan sonra CM-in) 180.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim Vüsal Qurbanov) Məhkum CM-in 180.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci ildən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasi ya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), M.Ə.Abbasov və V.Ə.Mursaqulov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını talamaq məqsədi ilə xx xxxxxx 2013-cü il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs məxsus və yaşadığı, ünvan 2 ünvanına açarseçmə üsulu ilə qapının kilidini açmaqla qanunsuz daxil olaraq birinci yataq otağındakı seyfin içərisindən və ikinci yataq otağındakı şkafın üstündəki qutudan Zərərçəkmiş şəxs məxsus 476 manat ekvivalentində 280 ABŞ dolları, 81 manat 78 qəpik ekvivalentində 40 avro məb ləğində nağd pulları, 650 manat dəyərində bir cüt qızıl sırğanı hər biri 400 manat olmaqla ümumilikdə 800 manat dəyərində iki cüt qızıl sırğaları, 400 manat dəyərində bir ədəd qızıl üzüyü, 100 manat dəyərində bir ədəd qızıl üzüyü, 600 manat dəyərində boyunbağı, sırğa və qolbaqdan ibarət bir ədəd qızıl dəstini, 10 manat dəyərində bir ədəd gümüş üzüyü, 15 manat dəyərində sarı və çoxsaylı rəngsiz şəffaf qaşları olan bir ədəd gümüş üzüyü, 13 manat dəyərində sarı və çoxsaylı rəngsiz şəffaf qaşları olan bir ədəd gümüş üzüyü, 30 manat dəyərində qaş hissəsi dördbucaq formalı bır ədəd gümüş üzüyü, 6 manat dəyərində halqa formalı, səthi tamamilə qaşlarla bəzədilmiş bir ədəd mis üzüyü, 10 manat dəyərində yarpaq formalı naxışları olan bir cüt mis sırğanı, 5 manat dəyərində düymə formalı bir cüt mis sı rğanı, 5 manat dəyərində damla formalı qaşı olan sarı rəngli bir cüt mis sırğanı, 40 manat dəyərində qaşı və metal hissəsi üzərində «Swarovski» nişanı olan gümüşü rəngli damla formalı bir cüt mis sırğanı, 4 manat dəyərində üzərində qəhvəyi qaşı olan sarı rəngli bir cüt mis sırğanı, 40 manat dəyərində üzərində qırmızı rəngli kiçik qaşları və «Swarovski» nişanı olan ürək formalı sırğa cütü və ürək formalı elementlə birlikdə mis boyunbağıdan ibarət bir ədəd dəsti, 6 manat dəyərində çəhrayı qeyri şəffaf, çoxsaylı yaşılımtıl şəffaf qaşları olan sarı rəngli yelpik formalı mis-dəmir metaldan bir cüt sırğanı, 8 manat dəyərində çoxsaylı rəngsiz şəffaf qaşları olan gümüşü rəngli, mis-dəmir metaldan bir cut sırğanı, 1 manat dəyərində sarı rəngli yarpaq formalı, köməkçi hissəsi olmayan bir cüt mis sır ğanı, 1 manat dəyərində mirvariyəbənzər muncuqlu bir cüt mis sırğanı, 86 manat dəyərində qırmızı və qəhvəyi qaşları olan gümüş metaldan sırğa cütüüzükdən ibarət bir ədəd dəsti, 20 manat dəyərində «FREY-VİLLE» yazılı mis metaldan sırğa cütü-üzükdən ibarət bir ədəd dəsti, 6 manat dəyərində rəngsiz, şəffaf qaşları olan ürək formalı bir ədəd gümüş kulonu, 40 manat dəyərində içərisinə şəffaf qaşlar doldurulmuş göy rəngli tordan hazırlanmış, üzərində «Swarovski» nişanı olan bir ədəd mis boyunbağını, 250 manat dəyərində içərisinə şəffaf qaşlar doldurulmuş göy rəngli tordan hazırlanmış, üzərində «Swarovski» nişanı olan bir ədəd mis boyunbağını, 40 manat dəyərində üzərində «Swarovski» nişanı olan ulduz formalı sırğa cütü, boyunbağı və kulondan ibarət mis metaldan olan bir ədəd dəsti, 8 manat dəyəri ndə mirvariyəbənzər muncuqları və şəffaf qaşları olan mis metaldan sırğa cütü və boyunbağıdan ibarət bir ədəd dəsti, 2 manat dəyərində gümüşü rəngli bir ədəd mis boyunbağını, 3 manat dəyərində bir ədəd böyük və çoxsaylı kiçik qaşlı kulonu olan mis-dəmir metaldan bir ədəd boyunbağını, 80 manat dəyərində damla formalı şəffaf qaşı olan, üzərində «Swarovski» nişanı olan bir ədəd mis boyunbağını, 1 manat dəyərində çoxsaylı kiçik ölçülü, yaşıl qaşlı kulonu olan bir ədəd gümüş qolbağı, 2 manat dəyərində mirvariyəbənzər muncuqlardan, dəmir metaldan olan bir ədəd qolbağı, 50 qəpik dəyərində əl çantası üçün nəzərdə tutulmuş bir ədəd dəmir zənciri, 1 manat dəyərində bir ədəd şəffaf qaşı, 5 manat dəyərində dördbucaq formalı bir ədəd gümüş məmulat qırığını ələ keçirdikdən sonra mənzili tərk etmək istəy ərkən Zərərçəkmiş şəxs ilə rastlaşmış və hərəkətləri əmlakın sahibi tərəfindən aşkar edilməsini bilə-bilə əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək özgənin əmlakını açıq talayaraq Zərərçəkmiş şəxs cəmi 3846 manat 28 qəpik məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının dəyişdirilməsi, törətmiş olduğu cinayət əməlinin CM-nin 180.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilməsi və onun səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində azyaşlı uşaqlarının, ahıl yaşda valideynlərinin olmasını nəzərə alaraq həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı hə ddində cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun əməlinin tövsifində birinci instansiya məhkəməsinin səhvə yol verdiyini, habelə yüngülləşdirici halları nəzərə almamış, birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu ma ddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaq dır. Verilmiş şikayətdə Məhkum törətmiş olduğu cinayət əməlinin CM-nin 180.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilməsi və onun səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində azyaşlı uşaqlarının, ahıl yaşda valideynlərinin olmasını nəzərə alaraq həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüq uq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sos ial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin, şa hidlərin ifadələri, ekspertiza rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əley hinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində təqsirli olması Zərərçəkmiş şəxs, şahidlər X4 və X5 ifadələri, “axtarış və götürmə aparılması haqqında” xx xxxxxx 2018-ci il tarixli protokol, “ifadənin yerində yoxlanılması haqqında” xx xxxxxx 201 8-ci il tarixli protokol, məhkəmə-trasoloji ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 992 saylı rəyi, məhkəmə-iqtisad ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 1120/1121 saylı rəyi, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, məhkumun törətdiyi əməlin soyğunçuluq kimi qiymətləndirilməsinin əsassız olmasına dair kassasiya şikayətində əks edilmiş mövqe həqiqəti əks etdirmir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla - oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur CM-nin 180.1-ci maddəsinə görə soyğunçuluq, yəni özgənin əmlakını açıq talamadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Oğurluq, s oyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi ha llarda isə quldurluq kimi tövsif edilməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-nin 180.2.3-cü maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Odur ki, onun əməlinin CM-in 177.2.3-cü maddəsinə tövsif edilməsi üçün əsas yoxdur. Məhkəmə kоllеgiyаsı məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdib, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai tə hlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum əməlində olan yüngülləşdirici halları müəyyən edərkən, onun himayəsində 2 azyaşlı uşağının olmasını qərarlarda qeyd etməyərək səhvə yol vermişlər. Belə ki, iş materiallarından görünür ki, Məhkum himayəsində 2 azyaşlı övladı vardır. CM-nin 59.1.4-cü maddəsinin tələbinə görə cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal hesab edilir və cəza təyini zamanı nəzərə alınmalıd ır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarlarında Məhkum himayəsində 2 azyaşlı övladının olması yüngülləşdirici hal kimi qeyd olunmasa da, məhkəmələr ona kifayət qədər ədalətli cəza təyin etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilməli və CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Məhkum himayəsində 2 azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi qeyd olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum himayəsində azyaşlı uşaqlarının olması cəzanı yüngülləşdirici hallar kimi qeyd edilsin. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-491/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-491/2020
05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver