Məhkəmə qərarları › İş №1(102)-491/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-491/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-491/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1613/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 27 avqust 1956-cı il tarixdə Masallı rayonu, Köçəkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri Lokomotiv deposunda mühəndis vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 22 iyul 2021-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 18 avqust 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq i clasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 22 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsindən ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin 1 avqust 2016-cı il tarixdən, həmçinin 22 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsindən ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin 1 mart 2016-cı il tarixdən direktoru vəzifəsində işləyərkən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalət namə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, qanunvericiliklə və Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirən vəzifəli şəxs kimi 4 oktyabr 2018-ci il tarixdən 2 dekabr 2020-ci il tarixədək Biləcəri bələdiyyəsinin sədri vəzifəsində işləmiş və öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu və özü, habelə rəhbəri və faktiki rəhbəri olduğu hüquqi şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc və rentabelli fəaliyyət görüntüsü yaratmaqla fayda əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 fevral 2020-ci il tarixli, 59s nömrəli yerli büdcələrə (bələdiyyələrə) verilən subvensiyanın bölgüsünün təsdiq edilməsi barədə sərəncamına əsasən Biləcəri bələdiyyəsinə dövlət büdcəsi hesabına bələdiyyə bazarının və iaşə kompleksinin tikintisi üçün ayrılmış və onlara etibar olunmuş 250.000 (iki yüz əlli min) manat məbləğində pul vəsaitini İlham Xəlilovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək, mənimsəməklə talamaq məqsədi ilə qeyd edilən bazarın tikintisi üçün mal və materialların alınması görüntüsü yaratmaqla pul vəsaitinin bələdiyyənin hesabından özünün direktoru olduğu qeyd edilən MMC-lərin, habelə “Saleh2018”, "xxxx", "xxxx", "xxxx" MMC-lərin və direktorluğunu cinayətdən xəbərsiz övladı Nümayəndə2, faktiki rəhbərliyi özünün həyata keçirdiyi "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin bank hesablarına köçürülüb sonradan həmin pul vəsaitlərini hesabdan çıxarıb işlərin yerinə yetirilməsi görüntüsü yaratmaq üçün bir hissəsini pul vəsaitlərinin ayrılma məqsədinə uyğun sərf edib qalan hissəsini isə öz aralarında bölməkdən ötrü Biləcəri bələdiyyəsi ilə "xxxx" MMC təsisçisi olmaqla cinayətdən xəbərsiz Şahid11 verdiyi 27 oktyabr 2019-cu il tarixli, 916968 nö mrəli etibarnaməyə əsasən özü arasında 109.835 (bir yüz doqquz min səkkiz yüz otuz beş) manat dəyərində mal və materialın alınıb təhvil verilməsi barədə 20 fevral 2020-ci il tarixli, 01 nömrəli, habelə, Biləcəri bələdiyyəsi ilə "xxxx" MMC-nin cinayətdən xəbərsiz təsisçisi olan arvadı Şahid12 Hümbət qızı arasında 139.800 (bir yüz otuz doqquz min səkkiz yüz) manat dəyərində mal və materialın alınıb təhvil verilməsi barədə 20 fevral 2020-ci il tarixli, 01 nömrəli İlham Xəlilovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə rəsmi sənəd olan müqavilələri imzalamaqla bağlayıb 13 mart 2020-ci il tarixdə dövlət büdcəsindən qeyd edilən məqsəd üçün ayrılan 250.000 (iki yüz əlli min) manat pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən həmin bələdiyyənin ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin 2 saylı Yasamal filialında olan AZ80AİİB********************nömrəli hesabına köçürülməsindən sonra qabaqcadan əlbir olduğu İlham Xəlilovun aralarında olan cinayətkar razılaşmaya əsasən həmin bələdiyyənin cinayətdən xəbərsiz mühasibi Şahid4 verdiyi göstəriş əsasında sonuncu tərəfindən tərtib olunmuş 13 mart 2020-ci il tarixli 1040CAZ200730001 nömrəli və 13 mart 2020-ci il tarixli 1040CAZ200730002 nömrəli ödəniş tapşırıqları əsasında 13 mart 2020-ci il tarixdə Biləcəri bələdiyyəsinin qeyd edilən hesabından "xxxx" MMC- nin ünvan 4 ünvanında yerləşən "xxxx" X2 ASC-də olan AZ74NİCB**********0004A40060 nömrəli hesabına 164,75 manat (bir yüz altmış dörd manat yetmiş beş qəpik) xidmət haqqı çıxılıb 109.835 (bir yüz doqquz min səkkiz yüz otuz beş) manat, həmin tarixdə "xxxx" MMC-nin ünvan 4 ünvanında yerləşən "xxxx" X2 ASC-də olan AZ22NİCB**********0001A40060 nömrəli hesabına 200 (iki yüz) manat xidmət haqqı çıxılıb 139.800 (bir yüz otuz doqquz min səkkiz yüz) manat olmaqla, ümumilikdə 249.635 (iki yüz qırx doqquz min altı yüz otuz beş) manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olmaqla malların bələdiyyəyə təhvil verilməsi görüntüsü yaratmaq məqsədi ilə ünvan 5 ünvanında yerləşən evində tamah niyyəti ilə rəsmi sənəd olan guya "xxxx" MMC tərəfindən müxtəlif çeşiddə 10 adda ƏDV daxil cəmi 109835 manat təşkil edən xx.xx.2020-ci il tarixli 003628 saylı, "xxxx" MMC tərəfindən müxtəlif çeşiddə 11 adda ƏDV d axil cəmi 39160,19 manat təşkil edən tarixsiz, 451710 saylı və "xxxx" MMC tərəfindən müxtəlif çeşiddə 12 adda ƏDV daxil cəmi 41236,16 manat təşkil edən xx.xx.2020-ci il tarixli 451711 saylı qaimələrin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə "xxxx" MMC və "xxxx" MMC dairəvi möhürü, eləcə də 003628 saylı qaiməni özü imzalayıb, 451710 saylı və 451711 saylı qaimələri cinayətdən xəbərsiz arvadı X1 imzaladıb həmin pul vəsaitlərini, o cümlədən, 13 mart 2020ci il tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabından 13 mart 2020-ci il tarixli 10 nömrəli ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin "xxxx" X2 ASC-nin qeyd edilən filialında olan AZ20NİCB**********0001A40060 nömrəli hesabına 15.000 manat köçürüb, həmin tarixdə 147,9 manat əməliyyat məsrəflərinə, 59,16 manat komissiya xərclərinə çıxılm aqla həmin tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" X2 ASC-nin 12 saylı filialından 14.790 (on dörd min yeddi yüz doxsan) manat pul vəsaitini cinayətdən xəbərsiz Nümayəndə2 vasitəsi ilə hesabdan çıxarıb əldə etməklə, 13 mart 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabından 13 mart 2020-ci il tarixli 11 nömrəli ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin "xxxx" X2 ASC-nin qeyd edilən filialında olan AZ67NİCB**********0001A40060 nömrəli hesabına 15.000 manat köçürüb, həmin tarixdə 152,86 manat əməliyyat məsrəflərinə, 59,14 manat komissiya xərclərinə çıxılmaqla həmin tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" X2 ASC-nin 12 saylı filialından 14.786 (on dörd min yeddi yüz səksən altı) manat pul vəsaitini cinayətdən xəbərsiz Nümayəndə2 vasitəsi ilə hesabdan çıxarıb əldə etməklə, 13 mart 202 0-ci il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" X2 ASC-nin 12 saylı filialında "xxxx" MMC-nin qeyd edilən hesabından şəxsən əməliyyat məsrəfi 300 (üç yüz) manat, komisiyya xərci isə 120 (bir yüz iyirmi) manat çıxılmaqla, 30.000 (otuz min) manat, 13 mart 2020-ci il tarixdə "xxxx" MMC- nin "xxxx" X2 ASC-nin eyni ünvanda yerləşən filialında AZ22NİCB**********0001A40060 nömrəli hesabından şəxsən əməliyyat məsrəfi 300 (üç yüz) manat, komisiyya xərci isə 120 (bir yüz iyirmi) manat çıxılmaqla, 30.000 (otuz min) manat, 1 aprel 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabından şəxsən əməliyyatməsrəfi 172,09 (yüz yetmiş iki manat sıfır doqquz qəpik) manat, komisiyya xərci isə 51,63 (əlli bir manat altmış üç qəpik) manat çıxılmaqla, 17.209 (on yeddi min iki yüz doqquz) manat, 1 aprel 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabından şəxsən əməliyyat məsrəfi 70,11 manat (yetmiş manat on bir qəpik), komissiyya xərci isə 21,03 manat (iyirmi bir manat üç qəpik) çıxılmaqla, 7.011 (yeddi min on bir) manat pul vəsaitini nağd şəkildə özü çıxarmaqla, 20 aprel 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabından şəxsən əməliyyat məsrəfi 153 (bir yüz əlli üç) manat, komissiyya xərci isə 45,9 manat (qırx beş manat doxsan qəpik) çıxılmaqla, 15.300 (on beş min üç yüz) manat pul vəsaitini nağd şəkildə özü çıxarmaqla, 22 may 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabından şəxsən əməliyyat məsrəfi 58 (əlli səkkiz) manat, komissiyya xərci isə 17,4 manat (on yeddi manat qırx qəpik) çıxılmaqla, 5.800 (beş min səkkiz yüz) manat pul vəsaitini nağd şəkildə özü çıxarmaqla, 16 m art 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan 08RBTA******************** hesab nömrəsinə 15,45 manat komissiya xərci çıxılıb, 10.300 manat köçürülməklə həmin tarixdə 40,3 (qırx manat otuz qəpik) manat komissiya xərci, 100,76 manat ödəmə mənbəyində tutulan vergi, 70,4 manat mənfəət vergisi, 18,1 hesaba qoyulmuş sərəncam, 0,25 sərəncama görə komissiya ödənilməklə həmin tarixdə "xxxx" ASC-nin ünvan 6 ünvanında yerləşən “Səbail” filailından 10.076 (on min yetmiş altı) manat cinayətdən xəbərsiz Nümayəndə2 vasitəsi ilə hesabdan çıxarıb əldə etməklə, 16 mart 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd olunan hesabından 16 mart 2020-ci il tarixli 13 nömrəli ödəniş tapşırığı əsasında direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ56RBTA**********094 4237057 hesab nömrəsinə 22,95 manat (iyirmi iki manat doxsan beş qəpik) komissiya xərci çıxılıb 15.300 manat köçürülməklə həmin tarixdə 70,40 manat mənfəət vergisi, 74,96 manat xidmət haqqı, 150 manat ödəmə mənbəyində tutulan vergi çıxılmaqla həmin tarixdə "xxxx" ASC-nin ünvan 8 ünvanında yerləşən “Səbail” filialından 15.000 (on beş min) manat pul vəsaitini nağd şəkildə özü çıxarmaqla, 16 mart 2020-ci il tarixdə "xxxx" MMCnin qeyd edilən hesabından 16 mart 2020-ci il tarixli 14 nömrəli ödəniş tapşırığı əsasında direktoru Nümayəndə2 olduğu "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ33RBTA******************** hesab nömrəsinə şəxsən 22,95 manat (iyirmi iki manat doxsan beş qəpik) komissiya xərci çıxılmaqla 15.300 (on beş min üç yüz) manat köçürülməklə həmin tarixdə 75 manat komissiya xərclərinə, 150 manat ödəmə mənbəyində tutulan vergi, 70,40 mənfəət vergisinə çıxılmaqla 15.000 (on beş min) manat pul vəsaitini cinayətdən xəbərsiz Nümayəndə2 vasitəsi ilə hesabdan çıxarıb əldə etməklə, 16 mart 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabından 16 mart 2020-ci il tarixli 12 nömrəli ödəniş tapşırığı əsasında direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ29RBTA******************** hesab nömrəsinə şəxsən 22,95 manat (iyirmi iki manat doxsan beş qəpik) komissiya xərci çıxılıb 15.300 (on beş min üç yüz) manat köçürülməklə həmin tarixdə 74,97 manat komissiya xərclərinə, 150 manat ödəmə mənbəyində tutulan vergi, 70,40 manat mənfəət vergisinə çıxılıb, 15.000 (on beş min) manat pul vəsaitini nağd şəkildə özü çıxarmaqla, 16 mart 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabında n 16 mart 2020-ci il tarixli 13 nömrəli ödəniş tapşırığı əsasında direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ73RBTA******************** hesab nömrəsinə şəxsən 22,95 manat (iyirmi iki manat doxsan beş qəpik) komissiya xərci çıxılmaqla 15.300 (on beş min üç yüz) manat pul vəsaiti köçürülməklə həmin tarixdə 60 manat komissiya xərclərinə, 150 manat ödəmə mənbəyində tutulan vergi, 98,40 mənfəət vergisinə çıxılıb, 15.000 (on beş min) manat nağd şəkildə özü çıxarmaqla, 16 mart 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd olunan hesabından 16 mart 2020-ci il tarixli 12 nömrəli ödəniş tapşırığı əsasında direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ29RBTA******************** hesab nömrəsinə şəxsən 22,95 manat (iyirmi iki manat doxsan beş qəpik) komissiya xərci çıxılmaqla 15.300 (on beş m in üç yüz) manat pul vəsaitini köçürüb, həmin tarixdə 75 manat komissiya xərci, 150 manat ödəmə mənbəyində tutulan vergi, 72,4 manat mənfəət vergisi çıxılmaqla həmin tarixdə "xxxx" ASC-nin ünvan 8 ünvanında yerləşən “Səbail” filialından 15.000 (on beş min) manat nağd şəkildə özü çıxarmaqla, köçürülmüş vəsait üzrə 22 may 2020ci il tarixdən 8 iyun 2020-ci il tarixədək "xxxx" MMC-nin qeyd olunan bankda olan hesabından 4.935,11 manat (dörd min doqquz yüz otuz beş manat on bir qəpik), 4 may 2020-ci il tarixdən 3 iyul 2020-ci il tarixədək "xxxx" MMC-nin qeyd olunan bankda olan hesabından 21.021,9 manat (iyirmi bir min iyirmi bir manat doxsan qəpik) pul vəsaitinin vergi xidmətlərinə və Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə köçürülməsi nəzərə alınmaqla, qeyd edilən qaydada ümumil ikdə "xxxx" MMC üzrə 109.835,97 manat və "xxxx" MMC üzrə 139.798,4 manat, ümumilikdə 249.634,37 manat məbləğində pul vəsaitinin köçürülməsi ilə ümumi köçürülmüş vəsaitin qeyd edilən əlavə xərclərə sərf edilməsi ilə 2.761,75 manatını israf edib, hesablardan çıxarılmış 219.972 manat məbləğində pul vəsaitinin isə aralarındakı cinayətkar niyyətə uyğun olaraq 51.083,86 (əlli bir min səksən üç manat səksən altı qəpik) manatını özünün təqdim etməsi ilə İlham Xəlilov Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsində “işçi həyəti” adlandırılan ərazidə yarımçıq aparılmış 4 metr hündürlükdə, üstü örtülməmiş halda bələdiyyə bazarı və iaşə kompleksinin tikintisi üzrə mal-material alınması və işlərin görülməsinə sərf etməklə, qalan 168.888,14 manat məbləğində pul vəsaitini isə Bakı şə həri ərazisində İlham Xəlilovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək mənimsəməklə, ümumilikdə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Biləcəri bələdiyyəsinə məxsus olmaqla onlara etibar edilmiş 2.761,75 manat pul vəsaitini israf etməklə, 168.888,14 manat məbləğində pul vəsaitini mənimsəməklə, cəmi 171.649,89 manat (bir yüz yetmiş bir min altı yüz qırx doqquz manat səksən doqquz qəpik) məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla talamış, həmin hərəkətləri ayrılmış pul vəsaitinin bələdiyyənin fəaliyyət məqsədlərinə uyğun sərfi, yerli səviyyədə sosial maraqların təmin olunması və vəsaitdən səmərəli istifadə edilməsi üzrə Biləcəri bələdiyyəsinin əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla İlham Xəlilovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi rəsmi sənədlərin məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-67/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli hökmü və hökmə edilmiş 12 iyun 2023-cü il tarixli düzəliş qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə bu maddə ilə cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün ləğv edilməsi, təqsirləndirilən şəxs Məhkum verilmiş ittiham üzrə onun tərəfindən vurulmuş zərərin həddinin düzgün müəyyən olunması, eləcə də sonuncu barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi, cinayət qanunu normasının düzgün tətbiq edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmiş dir.

7. Hökmdən təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib hökmün ləğv edilməsi və Məhkum bəraət verilməsini xahiş etmişlər.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1613/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, apelyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 67/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli hökmündən Azərbaycan Respublikası CMnin 70-ci maddəsinin tətbiqi barədə müddəaların xaric edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi üzrə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1613/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsi, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə Məhkum təyin edilmiş cəzanın şərti müəyyən edilməsi barədə qərar çıxarılması xahiş edilir.

11. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkə məsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbində n göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Müdafiəçi4 kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1613/2023 nömrəli, 20 sentyabr 2023cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

19. Azərbaycan Respublikası CM-nin 8-ci m addəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

22. Məhkəmə kollegiyası təsvir edilənlərə əsaslanmaqla məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə qismən razılaşsa da, aşağıda qeyd edilən səbəblərə görə mübahisələndirilən qərarın bu hissədə dəyişdirilməsini zəruri hesab edir.

23. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qüvvədə olan cinayət qanununun cəza anlayışına bir sıra yeni elementləri daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusi vurğulanmışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi ilə yanaşı islah məqsədləri də daxildir (Vint er və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

25. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hazırki kassasiya şikayət ilə mübahisələndirilən qərarın qəbul edilməsindən sonra ötən dövrdə Məhkum törətdiyi cinayət əməlinin nəticəsi olaraq zərərçəkmiş hüquqi şəxs Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə vurduğu maddi zərərin nəticələrini tam olaraq aradan qaldırmışdır.

26. Belə ki, cinayət işinin materiallarında olan sənədlərdən müəyyən edilir ki, Məhkum tərəfindən zərərçəkmiş hüquqi şəxsə vurulmuş 38625 manat məbləğində maddi ziyanın ödənilməsi məqsədi ilə 10000 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş, həmçinin apellyasiya icraatı zamanı Məhkum Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin hesabına 3 000 manat məbləğində ödəniş etmişdir.

27. Daha sonra, Məhkum verdiyi kassasiya müraciətinin araşdırması dövründə onun tərəfindən zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri Biləcəri Bələdiyyəsinə vurulmuş 38625 manat maddi ziyanın qalıq hissəsi olan 25625 manat məbləğində vəsait tam şəkildə zərərçəkmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin hesabına ödənilmişdir.

28. Bununla bağlı məhkəmə kollegiyasına təqdim edilmiş “Mpay” ödəniş sistemi vasitəsilə edilmiş ödənişlərə dair qəbzlərdən görünür ki, Əhməd Şəmiyev tərəfindən 27 fevral 2024-cü il tarixdə 5000 manat və 07 mart 2024-cü il tarixdə 20625 manat məbləğində olmaqla, ümumilikdə 25625 manat məbləğində pul vəsaiti Bakı şəhəri Biləcəri Bələdiyyəsinin hesabına köçürülmüşdür.

29. Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş 03/25 nömrəli, 07 ma rt 2024-cü il tarixli məktubda isə bildirilir ki, cinayət işi üzrə vurulmuş maddi ziyanın 20625 manat hissəsi Məhkum qardaşı Əhməd Şəmiyev tərəfindən 07 mart 2024-cü il tarixdə tam ödənilmiş, ümumi məbləğin 10000 manat hissəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitindədir, buna görə məhkum edilmiş şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur.

30. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cinayət işində yaranmış yuxarıda qeyd edilən yeni hal, yəni məhkumun zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanın tam ödəməsi və sonuncu ilə barışıq əldə etməsi, cinayət işinin digər halları və Məhkum şəxsiyyətini səciyyələndirən xüsusiyyətləri ilə birlikdə götürülməklə onun təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təyin olunmuş cəz anın eyni Məcəllənin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsinə əsas verir.

31. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Eyni Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

32. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş ha llarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).

33. Cinayət işinin yuxarıda qeyd edilən hallarının məcmusunu, eləcə də Məhkum yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ahıl yaşda olmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı tam ödəməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, həmçinin daha əvvəl təsvir edilən cəza siyasətini təzimlənməyən maddi cinayət-hüquqi normalara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum islah edilməsinə nail olunması, eləcə də Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatılması, təqsirli bilinib Azərbaycan Respublikası CMnin 179.3.2-ci maddəsi ilə təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab olunmaqla icra edilməsi ilə də mümkündür.

34. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti təmin edilməli, onun barəsində olan Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1613/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsaslanmaqla yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Kassasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1613/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası C inayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Məhkum cəzaçəkmə müəssisəsindən azad edilsin. Məhkum üzərinə sınaq müddəti ərzində üzərinə davranış nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun, bu vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1613/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar