Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-491/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 29,178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2024-cü il tarixli 1(101)-589/2024 nömrəli (hakimlər: Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2013-cü il tarixli 1(004)-137/2013 nömrəli hökmü ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası tə yin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 71.5-ci maddələrinə əsasən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 12 mart 2008-ci il tarixli 1(101)-384/2008 nömrəli hökmü ilə ona təyin olunmuş şərti məhkum etmə ləğv edilərək qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xxx-də qeydiyyatda olmaqla xxx-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2 və 310-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 29,178.3.2-ci maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 310cu maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən t oplamaq yolu ilə qəti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CMin 69.3-cü maddəsinə əsasən 27 may 2023-cü il tarixdən 28 may 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 7 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin 22 may 2024-cü tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi və barəsində həbs qətimkan tədbirinin seçilərək məhkəmə iclas zalından dərhal həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Zərərçəkmiş şəxs1 vurul muş maddi ziyanın əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında iddia qaldıra bilməsinin izah edilməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi ilə bağlı məsələlər həll edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin tarixli və nömrəli (hakimlər: Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət məhkəmə tərkibində) qərarı ilə Məhkum qarşı CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə aparılan (Zərərçəkmiş şəxs2 ilə bağlı epizoda münasibətdə) cinayət təqibinə xitam verilmiş, Məhkum CM-in 73-1.2-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə (Zərərçəkmiş şəxs2 ilə bağlı epizoda münasibətdə) cinayət məsuliyyətindən azad edilmiş və bu hissədə onun barəsində cinayət təqibin ə xitam verilmişdir. Hökmdən Məhkum müdafiəçisi Mədətov Asif Hökümalı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2024-cü il tarixli 1(103)-1602/2024 nömrəli (hakimlər: Əhmədov Həsən Hüseyn oğlu (sədrliyi və məruzəsi ilə), Hüseynov Zaur Nazim oğlu və Ələkbərov Əfqan Qəzənfər oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Tərtib edilmiş ittiham aktına əsasən Məhkum ibtidai is tintaq orqanı tərəfindən ittiham elan edilmişdir ondan ötrü ki, o, tanışı Şahid9 və Şahid8 ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə aralarındakı cinayətkar niyyətə uyğun olaraq rəhbəri olduğu "xxxx" MMC-də mühasib işləmiş Şahid3 uşaq tələbi mübahisəsi ilə bağlı əvvəlki məhkəmə instansiyaları tərəfindən qəbul olunmuş qərarların qanuniliyinin yoxlanılması və ləğvi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etməsi və həmin məhkəmə prosesinin sonuncunun xeyrinə tamamlanmasında köməklik göstərilməsi üçün Zərərçəkmiş şəxs1 2018-ci ilin noyabr ayında qabaqcadan əlbir olduğu Şahid8 müraciətindən sonra sonuncu, özü və Şahid9lə aralarındakı cinayə tkar niyyətə və əvvəlcədən aralarında əldə olunmuş razılaşmaya əsasən, Şahid8 özbaşına özünü vəzifəli şəxs, yəni Vəkillər Kollegiyasının üzvü olmaqla vəkil kimi Zərərçəkmiş şəxs1 təqdim edib guya qeyd edilən mülki işin müsbət həll ediləcəyinə köməklik göstərə biləcəklərini, həmin məsələni həll etmək imkanında olduqlarını Zərərçəkmiş şəxs1 yalandan bildirib özlərinə qarşı inam yaratdıqdan sonra Zərərçəkmiş şəxs1 Şahid3 müraciətinin guya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən icraata götürülüb baxılacağını, həmin məsələnin müsbət həlli üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində işləyən hakimə və yüksək vəzifəli şəxslərə Şahid3 xeyrinə edəcəkləri hərəkətə görə qrup üzvlərinin əvvəlcədən aralarındakı razılaşmalarına əsasən maddi nemət olan 60.000 (altmış min) man at məbləğində pul vəsaitinin rüşvət qismində, inam yaratmaq üçün isə 5.000 manat məbləğində pul vəsaitinin isə özləri üçün xidmət haqqı adı ilə verilməsinin zəruri olmasını 2018-ci ilin noyabr ayında qabaqcadan əlbir olduğu Şahid8 vasitəsilə cinayətdən xəbərsiz Şahid2 məxsus Sumqayıt şəhəri, 9-cu və 10-cu mikrorayonlar arasında yerləşən “x” adlı kafedə görüşləri zamanı yalandan bildirib, Zərərçəkmiş şəxs1 razılığını Şahid8 vasitəsilə almaqla onunla sövdələşib, həmin adla 26 noyabr 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Bizim Market” mağazasının qarşısında 30.000 manat, 27 noyabr 2018-ci il Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi 157 ünvanında yerləşən 3 saylı “ASAN” xidmət mərkəzinin yaxınlığında 5.000 manat olmaqla ümumilikdə 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini qa baqcadan əlbir olduğu Şahid8 vasitəsilə Zərərçəkmiş şəxs1 alıb, görüntü yaratmaq məqsədi ilə qrup üzvləri ilə aralarında əvvəlcədən əldə edilmiş ümumi razılığa uyğun olaraq, qabaqcadan əlbir olduğu Şahid9 istifadəsində olan ***-***-**-** saylı mobil telefonla Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2018-ci ilin dekabr ayında zəng edərək özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin rəhbər vəzifəli şəxsi kimi təqdim edib, Şahid3 uşaq tələbi mübahisəsi ilə bağlı yuxarı instansiya məhkəməsində müsbət qərar qəbul ediləcəyini aldatmaqla bildirib, Zərərçəkmiş şəxs1 inam yaratdıqdan sonra, yenidən cinayətkar niyyətlərini davam etdirərək qrup üzvü kimi aralarında əvvəlcədən əldə edilmiş ümumi razılığa uyğun olaraq özü şəxsən istifadəsində olan ***-***-**-** saylı mobil telefonla Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə həmin tarixdə, yəni 2018-ci ilin dekabr ayında zəng edərək özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Prezidentinin Administrasiyanın vəzifəli şəxsi kimi təqdim edib, Şahid3 uşaq tələbi mübahisəsi ilə bağlı yuxarı instansiya məhkəməsində müsbət qərar qəbul ediləcəyini bir daha Zərərçəkmiş şəxs1 aldatmaqla bildirdikdən sonra, əldə etdikləri pul vəsaitini Şahid9 və Şahid8 ilə aralarında bölərək şəxsi ehtiyaclarına xərcləyərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda zi yan vurmaqla ələ keçirib dələduzluq etmiş, Şahid9 və Şahid8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, sonradan Zərərçəkmiş şəxs1 qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, Şahid9 və Şahid8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 65.000 (altmış beş min) manat məbləğində pul vəsaitini ona vahid niy yətlə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, Məhkum təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində işlə təmin edilməsinə köməklik göstərməsi üçün 2021-ci ilin dekabr ayında cinayətdən xəbərsiz Şahid6 vasitəsilə özünə müraciətindən sonra 22 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 və sonuncunun anası Şahid5 ilə Bakı şəhərində, istintaqla müəyyən edilməyən ünvanda görüşləri zamanı özünün geniş əlaqələrə malik olmaqla, yuxarı vəzifə tutan səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olduğunu, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvət lər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə təyin edilməsini yüksək vəzifədə işləyən tanışları vasitəsilə müsbət həll etmək imkanında olduğunu yalandan bildirib, özünə qarşı inam yaratdıqdan sonra həmin məsələlərin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşərək, həmin adla Zərərçəkmiş şəxs2 atası Şahid4 tərəfindən x şəhəri, x küçəsində yerləşən “Araz” marketində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə xx.xx.2021-ci il tarixdə 4.000 manat pul vəsaitinin köçürmə yolu ilə cinayətdən xəbərsiz arvadı - X5 adına "xxxx" ASC-də olan **********419179 nömrəli bankomat kartına, 27 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən “Bazarstore” marketində quraşdırılmış “MilliÖN” ödəmə terminalı vasitəsilə 1.000 manat pul vəsaitinin köçürmə yolu ilə özünün adına "xxxx" ASC-də olan **********273137 nömrəli bankomat kartına köçürülməsindən sonra həmin pul vəsaitlərini qeyd edilən plastik kartlar vasitəsilə "xxxx" ASC-nin Bakı şəhərində yerləşən ayrı-ayrı bankomatlarından çıxarmaqla nağdlaşdırılaraq, 2022-ci ilin yanvar ayının sonlarında isə 1.000 manat pul vəsaitini Bakı şəhəri, Nizami metrostansiyasının yaxınlığında cinayətdən xəbərsiz Şahid6 vasitəsilə alıb, əldə etdiyi ümumilikdə 6.000 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 6.000 (altı min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Aşağı instansiya məhkəmə kollegiyaları yuxarıda qeyd olunmuş nəticəyə gəlmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin barəsindəki qərarı əsassız olduğundan və kifayət qədər araşdırma aparılmadan qəbul edildiyindən dəyişdirilməlidir. Belə ki, məhkəmələr barəsində cəza təyin edərkən sübutların saxtakarlığına yol vermişdir. İbtidai istintaqdan başlayaraq barəsində olan iş üzrə obyektiv və hərtərəfli araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3. 2 və 310-cu maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə və zərərçəkmiş şəxsin ondan heç bir tələbi olmamasına baxmayaraq təqsirli bilinmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2024-cü il tarixli mübahisələndirilən qərarının ləğv edilməsini və cinayət işinin obyektiv araşdırılaraq ədalətli qərar verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, özünü CM-in 310-cu maddəsi ilə təqsirli bildiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhli l şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərə kət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərt i törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məh kəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini is ə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə sax lanılması, məhkumun isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, e tibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə ed ilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə və ya əmlak hüquqlarını əldə etməyə cəhd, o cümlədən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 29,178.3.2 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən, apellyasiya məhkəməsi isə hökmü qüvvədə saxlayarkən, ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlar, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilməsinə dair ifadələri, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahid qismində dindirilmiş Şahid5, Şahid7, Şahid4, Şahid6, Şahid2, Şahid1 və Şahid3 ifadələri, “Elektron maqnit məlumat daşıyısıcı olan diskə baxış keçirilməsi haqqında” 19 mart 2021-ci il tarixli protokol, "xxxx" MMC-dən daxil olmuş CD disk elektron maqnit daşıyıcısına baxış keçirmə haqqında” 1 aprel 2022-ci il tarixli protokol, "xxxx" MMC-dən ələ keçirilərək götürülmüş CD disk elektron maqnit daşıyıcısında olan məlumatlara baxış k eçirilməsi haqqında” 14 may 2022-ci il tarixli protokol, 16 may və 31 may 2022-ci il tarixli “üzləşdirmə” protokolları, “İş materiallarında olan rabitə kanallarından götürülən məlumatlara baxış keçirilməsi haqqında” 13 iyul 2022-ci il tarixli protokol və cinayət işi üzrə toplanılmış digər sübutlar ilə Məhkum Azərbaycan Respublikası CM-in 29,178.3.2 və 310cu maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsinə və təqsirliliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, apellyasiya şikayətində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, apellyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin çıxardığı Məhkum Azərbaycan Respublikası CM-in 29,178.3.2 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görməmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məc əllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Odur ki, cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə birlikdə müqayisə edən kassasiya məhkəmə kollegiyası o qənaətə gəlir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətlərini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinə dair protokollar və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozul masına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (cinayət nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş ziyanın qismən ödənilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması) və ağırlaşdıran (əməlində cinayətlərin təhlükəli residivinin olması, CM-in 310-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi) halların olma sı, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansi yası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-491/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-491/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver