Məhkəmə qərarları › İş №1(102)-492/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-492/2019

02.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-492/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə, Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli hökmü ilə (hakimlər: Ağayev Zeynal Qurban oğlu (sədrlik edən), Məcidov Azad Əli Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə), xx.xx.1967-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətinə, CMnin 206.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaların qismən toplanmaq yolu ilə üzərində qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 67.1-ci maddəsinə əsasən hökmlə ona təyin olunmuş cəzanın onun əvvəlki hökmlə çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 10 (on) gün cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan m əhrumetmə cəzası saxlanılmışdır. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Həsənov İlham Məmmədcəfər oğlu (sədrlik edən), Nəbiyev Hüseyn Əmir oğlu (məruzəçi) və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə) 07 aprel 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm dəyişdirilmiş, hökmü dəyişdirilmiş, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş əməli CM-in 234.1-ci maddəsinə, CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilmiş əməli CM-nin 32, 206.2-ci maddəsinə tövsif edilmiş, ona CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, CM-in 32, 206.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzaları təyin edilmi ş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum CM-in 234.1 və 32, 206.2-ci maddələri ilə təyin edilmiş cəzalar, qismən toplanmaq yolu ilə birləşdirilmiş və ona qəti cəza - 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-in 67.1-ci maddəsinə müvafiq olaraq hazırkı qərarla Məhkum cinayətlərin məcmusu qaydasında təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası ona Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 28.06.2012-ci il tarixli hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə və CM-in 206.2-ci maddəsi ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzaları təyin edilməsinə, CM-in 66.3-cü maddəsinə müvafiq olaraq ona təyin edilmiş cəzaların, qismən toplanmaq yolu ilə birləşdirilməsinə, ona qəti cəza - 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsinə, Şirvan Apellyasiya Məhkəməsi cinayət kollegiyasının 20.11.2012-ci il tarixli qərarı ilə onun CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə, ona həmin maddə ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsinə hökmlə ona CM-in 206.2-ci maddəsi ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaq yolu ilə birləşdirilməsinə, ona qəti cəza - 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasının onun tərəfindən çəkilməmiş qalan 1 il 1 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaq yolu ilə birləşdirilmiş, onun üzərində son qəti cəza 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qala n hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2017-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Yusifov Şahin Yaşar oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu (məruzəçi), Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə) 20 dekabr 2017-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının həmin qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən yenidən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Zeynallı Fərma yıl Gülmalı oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Əhmədov Elman Məmməd ibarət tərkibdə) 23 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, hökm dəyişdirilmiş, CM-nin 234.4.1-ci maddəsinə dair müddəalar ittihamdan xaric edilmiş, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilmiş əməli CM-nin 32.5, 206.2-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən hazırki qərarla Məhkum CM-nin 234.4.3 və 32.5, 206.2-ci maddələri ilə cinayətlərin məcmusu qaydasında təyin edilmiş cəzalar, qismən toplanmaqla, ona qəti cəza 6 (altı) il 5 (beş) ay m üddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki qərarla Məhkum təyin edilmiş 6 (altı) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Şirvan Apelyasiya Məhkəməsi Cinayət kollegiyasının 20.11.2012-ci il tarixli qərarı ilə CM-nin 234.1 və 206.2- ci maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, qismən birləşdirilmiş və onun üzərində qəti cəza 6 (altı) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədan saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, müdafi əçi isə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişlər. İşin halları: Hökmə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 20 noyabr 2012-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.2 və 234.1-ci maddələrinə tövsif edilmiş və ona qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli q ərarı ilə cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən narkotik vasitələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilib qanunsuz dövriyyəsi ilə məşğul olmaq barədə İran İslam Respublikası vətəndaşı “Maqsud” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etmiş, 14 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikasının Astara şəhərində “Maqsud” adlı şəxslə görüşərək sonuncunun Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda-102,295 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq həmin şəxsdən əldə edib üstündə daşımaqla yaşa dığı Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə, 169 A ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığına gətirərək orada daşların arasında gizlədib saxlamış, 18 fevral 2015-ci il tarixdə qeyd olunan narkotik vasitəni gizlətdiyi yerdən götürüb üstündə saxlamaqla daşıyarkən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin tarixdə, saat 09.30-da Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsindəki avtobus dayanacağında saxlanılmış, baxış zamanı əynindəki qəhvəyi rəngli dəri gödəkçəsinin iç sol cibindən bir ədəd sellofan bükümdə-külli miqdarda, yəni 102,295 qram çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Kassasiya protesti v ə kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, CM-nin 234.4.1ci maddəsinin ümumi ittihamdan xaric edilməsi qərarın yalnız nəticəvi hissəsində göstərilsə də, təsviri əsaslandırıcı hissədə isə həmin ittihamın ümumi ittihamdan xaric edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Məhkəmə kollegiyası daha çox əməlin CM-nin 32.5 206.2-ci maddəsi ilə tövsif edilməsini əsaslandırmağa çalışmış, bu əsaslandırmanın fonunda CM-nin 234.4.1-ci maddəsinin ittihamdan xaric edilməsinə münasibət bildirməmişdir. Halbuki, istər ittiham aktında, istər birinci instansiya məhkəməsinin hökmündə Məhkum CM-nin 234.4.1-ci maddəsində göstərilən cinayət əməlini törətməsimi təsdiq edən kifayət qədər mötəbər sübutlar göstərilmişdir. Məhkəmə kollegiyası isə bu sübutla rı qəbul etməməsinin motivlərini göstərib əsaslandırma aparmamışdır. Bundan başqa, yekun qərar qəbul edilərkən məhkum edilmiş şəxsə münasibətdə məsuliyyəti yüngülləşdirən hallar düzgün müəyyən edilmədiyindən, eləcə də cinayətin ictimai təhlükəlilik dərəcəsi və məhkum edilmiş şəxsin şəxsiyyəti nəzərə alınmadığından məhkəmə kollegiyasının həmin qərarı əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası CM-nin 234.4.3-cü maddəsi ilə əməlin tövsifində səhvə yol vermişdir. Belə ki, məhkum X9 hazırki cinayət işi üzrə törətdiyi əməl CM-nin 234.4.3-cü maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısının, kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi barədə müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti isə təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə m ahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz, predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayəti və kassasiya protestinə mahiyyəti üzrə baxar aq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti isə təmin edilərək cinayət işi yeni apelyasiya baxışına qaytarılmalıdır. Kassasiya şikayətinin dəlilləri məhkum X9 hazırki cinayət işi üzrə törətdiyi əməlin CM-nin 234.4.3-cü maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması barədədir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkəmənin ittiham hökmü ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutla rla, yəni Məhkum ibtidai istintaq zamanı özünün tam, məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələri, şahidlər X8, X18, X10 oğlu və X5 təsdiqedici ifadələri, eksperizaların rəyləri, işdə olan protokollar, qərarlar, həmçinin istintaq hərəkətlərinə dair digər protokollarla əsaslandırılmış, Məhkum qeyd olunan cinayət əməlini törətməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və y a qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən ol an işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum gödəkcəsinin iç sol cibindən bir ədəd sellofan bükümdə-külli miqdarda, yəni 102,295 qram çəkidə narkotik vasitə heroinin aşkar olunması plenum qərarının istinad edilən izahlarında göstərilən satış məqsədinin olmasına uyğun gələn haldır. Ona görə də həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə edib daşıması barədə Müdafiəçi kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilmir. Kassasiya protestində göstərilmişdir ki, CM-nin 234.4.1-ci maddəsinin ümumi ittihamdan xaric edilməsi qərarın yalnız nəticəvi hissəsində göstərilsə də, təsviri əsaslandırıcı hissədə isə həmin ittihamın ümumi ittihamdan xaric edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci mаddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi nəzərdə tutulmuşdur. Məhkuma ittiham irəli sürülmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təşkil edib onu əldə etmiş, saxlamış və daşımışdır. Apellyasiya Məhkəməsinin qərarından görünür ki, məhkəmə məhkumun külli miqdarda narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlamasını və daşımasını qəbul etsə də, həmin hərəkətlərin qabaqcadan əlbir olan qrup şəxs halında törətməsi ittihamı ilə razılaşmamış və onu ittihamdan xaric etmişdir. Bu zaman məhkəmə gəldiyi nəticəni mötəbər sübutlarla əsaslandırmamışdır. Məhkum məhkəməyə qədər icraatda ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdən dəfələrlə İran İslam Respublikasına getmiş, burada tanış olduğu Maqsud adlı şəxsin narkotik vasitə satmasını buna görə sonuncunun **********2854 nömrəsinə z əng etmiş o, 100 qram heroini 1700 ABŞ dollarına satmasını bildirmişdir. 14 fevral 2015-ci il tarixdə saat 13:30–da Astara rayonunda Maqsudla görüşmüş və ona 1700 ABŞ dolları verib ondan bir ədəd sellofon bükümdə narkotik vasitə heroin almışdır. Narkotik vasitəni alıb qayıtdıqdan sonra onu yaşadığı evin həyətindən kənarda daşların arasında gizlətmişdir. 18 fevral 2015-ci il tarixdə səhər saatlarında evdən çıxarkən həmin narkotik vasitəni də üstündə götürmüşdür. Polis əməkdaşları onu saxlamış və narkotik vasitəni aşkar etmişlər. Cinayət işinin materiallarında olan 06 aprel 2015-ci il tarixli protokoldan görünür ki, «xxxx» MMC-dən 06.04.2015-ci il tarixli, 8133 nömrəli məktubla daxil olmuş bir ədəd disk baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Məhkum istifadə etdiyi 050 *** ** * * nömrəsi ilə **********2854 nömrəsi arasında 10.02.2015-ci il tarixdə saat 00.56-da 78 saniyə, 11.02.2015-ci il tarixdə saat 21.15-də 81 saniyə, 12.02.2015-ci il tarixdə saat 23.08-da 71 saniyə, 13.02.2015-ci il tarixdə saat 00.42-də 56 saniyə, 14.02.2015-ci il tarixdə saat 13.31-da 22 saniyə danışıq qeydə alınmışdır. Baxış zamanı həmin danışıqların Abşeron Astara rayonları ərazisində aparılması müəyyən edilmişdir. «xxxx» MMC-dən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 09 sentyabr 2015ci il tarixli məktuba əlavə olunmuş diskdə də həmin məlumatlar öz təsdiqini tapmışdır. Həmçinin Məhkum istifadə etdiyi bir ədəd «Samsung DUOS» markalı mobil telefonun yaddaşına baxış keçirilmiş, həmin mobil telefonun «kontaktlar» bölməsində «Maqsud adlı şəxsə məxsus olan **********2854 nömrəsinin olması müəyyən edilmişdir Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, Sumqayıt Apellyasiya Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul ed ilməlidir. Azərbaycan Respublikası CPM-in CPM-in 416.0.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti təmin edilsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərarı kassasiya protes tinə əsasən ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar