Məhkəmə qərarları › İş №1(102)-492/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-492/2020

08.09.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-492/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuror-metodisti X2, məhkum x1 müdafiəçisi-vəkil Müdafiəçi2 və məhkum x2 müdafiəçisi-vəkil Müdafiəçi1 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkə məsinin xx xxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 və x2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından məhkum x1 müdafiəçisi Müdafiəçi2 və məhkum x2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X3, hakimlər X10 və X6) x1-1972-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta ixtisas təhsilli, ailəli, ü1 qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssi səsində cəza çəkən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. x2-xxx 1977-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, ailəli, ü1 qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 və x2 Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər ona görə ki, onlar xx xxxxx 2017-ci il tarixdə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmişlər, bu məqsədlə, x1 cinayıtkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünün göstərişi ilə həmin tarixdə külli miqdarda, iki ədəd qara kisədə olmaqla cəmi 18 ədəd bağlamada, ümumi çəkisi 18020 (18 kq 20 q) qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsini Yardımlı rayonu Alar kəndinin yaxınlığında yerləşən meşədən götürərək satış məqsədilə qanunsuz olaraq əldə etmiş, yaşadığı ü1 yerləşən evinin yaxınlığınadək saxlamı ş, daşımış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, xx xxxxx 2017-vi il tarixdə Biləsuvar rayonuna aparması üçün qeyd olunan narkotik vasitələri x2na vermiş, x2 isə, öz növbəsində həmin narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, xx xxxxx 2017-ci il tarixdə idarə etdiyi “UAZ 31414” markalı, 90-XM- dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonunun Bakı şəhəri istiqamətində yerləşən ‘‘Azercell” mobil operatorunun ötürücü qüllələrinin yanınadək gətirərək qeyd olunan əraziyədək daşımış və həmin gün saat 21:30 radələrində onunla birlikdə x3 ilə şərti alıcı qismində cəlb edilmiş Biləsuvar Gömrük idarəsinin GHQM şöbəsinin əməkdaşı x4 satmaq istəyərkən saxlanılmışlar. Hökmdən məhkum x1 müdafiəçisi Müdafiəçi2 və məhkum x2 müdafiəçisi Mü dafiəçi1 tərəfindən ayri-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8 və Novruzov X1 ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətlərini qismən təmin edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum x1 cəzası 06 il 06 aya, məhkum x2nun cəzası isə 07 ilə endirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından məhkum x1 müdafiəçisi Müdafiəçi2 və məhkum x2 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilərək məhkum x1 və x2 barəsində cinayət işi üzrə icraata xitam verilməsi bar ədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum x1 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sənədlərə, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə və iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlara düzgün hüquqi qiymət verməmişdir. Nəticə olaraq apellyasiya instansiyası məhkəməsi x1 barəsində obyektiv nəticəyə gəlməmişdir. Belə ki, təqsirləndirilən şəxs x1 dəfələrlə həm işin ibtidai istintaqı həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, hadisə baş verən günü o, qardaşı x5 və digər qohumları x6 qızının toyunda olmuşlar. Toydan çıxandan sonra qardaşı x5 demişdir ki, qohumlarını evə çatdırdıqdan sonra onu da dayanacaqdan maşınla götürüb evə apars ın. Həmin vaxtı yolda durub qardaşı x5 gözləyən zaman onlarla bir yerdə toyda olan kəndçiləri x2 sonuncuya məxsus maşınla yolun kənarında durduğunu görmüş və ona yaxınlaşmışdır. Bundan sonra onların yanına bir neçə şəxs yaxınlaşmış və özlərini gömrük əməkdaşları kimi təqdim edərək onları gömrük idarəsinə aparmışlar. Hadisə baş verən zaman o gömrük əməkdaşları tərəfindən amansızcasına döyülmüşdür. Onun həmin torbalarda nə olmasında ümumiyyətlə məlumatı olmamışdır. İş üzrə dindirilmiş digər gömrük əməkdaşları X7 və x8 işin məhkəmə araşdırması zamanı aparılmış əməliyyatla bağlı verilmiş suallara demək olar ki, cavab verə bilməmişlər. Əməliyyat aparılan zaman guya ki, bitərəf olan x9 məhkəmə istintaqı zamanı özü bildirmişdir ki, o həmin Biləsuvar Gömrük İdarəsində fəhlə kimi yüklərin boşaldı lması işi ilə məşğul olur. Bundan əlavə o məhkəmə istintaqı zamanı bildirmişdir ki, dəfələrlə bu kimi əməliyyatlarda hal şahidi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxslərin verdikləri ifadələrdən görünür ki, məhkəmə istintaqı zamanı dindirilməmiş digər hal şahidi x10 ümumiyyətlə baxış keçirilən zaman orada iştirak etməmişdir. Məhkəmə isə həmin şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmə iclas zalında elan etməklə kifayətlənmişdir. Aparılmış əməliyyatın qurama bir əməliyyat olduğunu göstərənlərdən biri də, baxış keçirilən zaman tərtib olunmuş protokolu qeyd etmək olar. Belə ki, ibtidai istintaq zamanı yekunda iş materialları ilə tanış olan zaman tərəfimdən surəti götürülmüş baxış protokolundan görmək olar ki, gömrük əməkdaşı x7 ümumiyyətlə həmin əməliyyatdan, tərtib ol unmuş baxış və götürmə protokolundan xəbəri olmamış və o həmin protokolu imza etməmişdir. İbtidai istintaq orqanı tərəfindən x1 təqsirli olması üçün toplanmış sübutları yuxarıda qeyd etdiyim səbəblərə görə mötəbər sübutlar kimi qəbul etmək olmaz. Həmin ittiham işdə qeyri obyektiv və qərəzsiz olmalarına şübhə yaradan şəxslərin ifadələri üzərində qurulmuş və hüquqlarını müdafiə etdiyim şəxsə təzyiq göstərilməklə toplanmış sübutlar əsasında irəli sürülmüşdür. Lakin həm 1-ci instansiya məhkəməsi həm də apellyasiya instansiyası məhkəməsi nədənsə x1 döyülərək təzyiq altında verdiyi ilkin ifadəsini daha səmimi və obyektiv hesab etmişdir. Hörmətli məhkəmə kollegiyası hesab edirəm ki, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə çıxarmış olduğu qərarını əsaslandıra bilməmiş, x1 təqsiri məhkəmə istintaqı zamanı öz təsdini tapmamışdır. Məhkum x1 müdafiəçisi Azadov Ağil Fikrət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci tarixli qərarı ləğv edilməli, məhkum x2 Azərbaycan Respublikası CM-in 234.4.1 -ci və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, x2 Azərbaycan Respublikası CM-in 234.4.1 -ci və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işinin istintaqı kobud qanun pozuntularına yol verilməklə yarımçıq və birtərəfli aparılmış, hüquqlarını müdafiə etdiyim şəxsin əməlində qeyd olunan cinayətin tərkib əlamətləri mövcud olmadığı halda əsassız olaraq məsuliyyətə cəlb edilmiş, ittiham istintaq orqanının fərziyyəsinə əsasən verilmiş, habelə gömrük əməkdaşlarının səlahiyyə t həddlərini aşmalarına hüquqi qiymət verilməmiş, iş üzrə səthi araşdırma aparılmaqla göstərilən pozuntularla ittihamedici hökm çıxarılmışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ləğv olunub məhkumlar barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçilərin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi mə sələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkumların müdafiəçiləri vəkil Müdafiəçi2 və vəkil Müdafiəçi1 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qərarının ləğv edilərək məhkumlar x1 və x2 barələrində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərində göstərilmişdir ki, Biləsuvar Gömrük İdarəsinin GHQMŞ-nin gömrük ərazisindən kənarda əməliyyat tədbiri keçirmək səlahiyyəti olmamışdır. Keçirilmiş əməliyyat tədbiri səlahiyyət həddinin aşılması kimi qiymətləndirilməlidir. Çünki təqsirləndirilən şəxslərdən götürülmüş narkotik vasitə-marixuana gömrük ərazisinə gətirilməmiş, gömrük sərhəddindən keçirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, külli miqdarda narkotik vasitələri yaşıl sərhəd zolağından Azərbaycan Respublikasına mütəmadi olaraq qaçaqmalçılıq yolu ilə göndərən şəxslərdən birinin “x11” adlı İran İslam Respublikası vətəndaşı olduğu Biləsuvar Gömrük İdarəsinə daxil olan əməliyyat məlumatları ilə müəyyən edilmişdir. Eyni zamanda x11nin özünün yaşıl sərhəd zolağından qaçaqmalçılıq yolu ilə keçərək külli miqdarda gətirdiyi narkotik vasitələrin satışını ölkə ərazisində onun satış ortaqları olan azərbaycan vətəndaşları vasitəsilə reallaşdırması müəyyənləşdirilmişdir. Belə halların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacib sayılaraq Biləsuvar Gömrük İdarəsinin GHQMŞ-nin əməkdaşları tərəfindən müvafiq əməliyyat axtarış tədbirləri keçirilm işdir. Azərbaycan Respublikası CPM-nin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir: 207.5.1. cinayət işi başlamaq; 207.5.2. cinayət işinin başlanmasını rədd etmək; 207.5.3. məlumatı istintaq aidiyyəti üzrə göndərmək; CPM-nin 215.9-cu maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq başlanmış cinayət işi üzrə istintaq aparan orqanın səlahiyyətinə aid olmayan cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin əlamətləri sonradan aşkar edildikdə, toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda cinayət təqibinin səmərəliliyini və istintaq müddətlərinə riayət olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı ilə istintaqın davam etdirilməsi həmin orqana həvalə edilə bilər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralovun xx xxx 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nini 84.5.22-ci və 215.9-cu maddələrinə əsasn cinayət işinin istintaqının aparılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsiin İstintaq İdarəsinə həvalə edilmişdir. Ona görə də əməliyyat-axtarış və istintaq hərkətlərinin səlahiyyəti olmayan subyektlər tərəfindən aparılması barədə kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Kassasiya şikayətlərinin dəlillərindən biri ibtidai is tintaq müddətində təqsirləndirilən şəxslərə zor tətbiq edilmsi nəticəsində etirafedici ifadələrin alınması barədədir. x1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin ünvanına əlyazma ilə yazdığı ərizədə göstərmişdir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 kq-a yaxın marixuananı gömrük əməkdüşlarına verərkən yaxalandım. Mən təqsirimi etiraf edirəm və əməlimdən peşimanam. Lakin nəzərinizə çatdırmaq istəyirəm ki, mən saxlanılarkən bir neçə gömrük işçiləri tərəfindən döyülərək qulaq nahiyəmdən, başımdan və ayaq nahiyəmdən xəsarətlər almışam. Qeyd etdiklərimi nəzərə alaraq məni ekspertizadan keçirilməyim barədə göstəriş verməyinizi xahiş edirəm. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx xxx 2017-ci il tarixli rəyindən müəyyən edilmişdir ki, x 1 hər iki budun bayır-yan səthinin qançırları aşkar edilmişdir. Eyni xəsarətlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tibbi-sanitar hissısi tərəfindən xx xxxxx 2017-ci il tarixli aktında da qeyd edilmişdir. Cinayət işinin materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair xx xxxx 2017-ci il tarixli Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini tərəfindən təsdiq edilmiş qərardan müəyyən edilmişdir ki, x1 gömrük əməkdaşları tərəfindən döyülməsi faktı öz təsdiqini tapmamış və ona görə də toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın əsaslandığı sübutlardan Biləsuvar Gömrük idarəsinin Gömrük Hüquqpozmalarına dair mübarizə şöbəsinin instruktor-kinoloqu x8 izahatında göst ərmişdir ki, x1na fiziki və ya psixi təsir göstərilməmiş, əməliyyat tədbiri vaxtı narkotik vasitələr onlar tərəfindən satılmaq istənilərkən saxlanıldıqlarını, onun qardaşı x5n hadisə yerindən avtomobilə minərək uzaqlaşdığını, ona kiminsə təzyiq göstərməsinin şahidi olmadığını, yalan danışdığını, əksinə saxlanılarkən müqavimət göstərdiyini, buna görə də məcbur olub onu yerə yıxıb zərərsizləşdirildiyini, buna görə də xəsarət ala bilmək ehtimalının olduğunu göstərmişdir. Biləsuvar Gömrük idarəsinin Gömrük Hüquqpozmalarına dair mübarizə şöbəsinin rəis müavini x12, həmin şöbənin inspektoru x4ı və şöbənin böyük inspektoru X7 eyni məzmunlu izahatlar verərək həmin şəxslərə qarşı heç bir fiziki və ya psixi təsir göstərmədiklərini, x1 əməliyyat tədbiri zamanı narkotik vasitələri satarkən saxlandığın ı, saxlanılarkən müqavimət göstərdiyi üçün xəsarət ala bilməsini göstərmişlər. eyni zamanda cinayət işinin öyrənilməsi ilə müəyyən edilmişdir ki, iş üzrə istintaq Azərbaycan Respublikası Cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə aparılması, təqsirləndirilən şəxslərin saxlandığı anda və həmçinin sonrakı bütün istintaq hərəkətlərində müdafiəçi ilə təmin edilməsi, cinayət işi üzrə qəbul edilmiş bütün qərarların qanuni və əsaslı olması müəyyən edilmiş və ləğv edilməsinə lüzum olmamışdır. Yuxarıda göstərilənlərdən müəyyən edilir ki, x1 göstərdiyi qulağından, başından və ayağıdan xəsarətlər alması barədə ifadələri məhkəmə-tibb ekspertizasının rəyi ilə təkzib olunmuşdur. Məhkəmə-tibb ekspertizasının xx xxx 2017-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, x1 hər iki budun bayır-yan səthinin qançırları xəsarətləri aşkar edilmişdir. Bu xəsarətlərin onun saxlanılarkən müqavimət göstərdiyini, buna görə də məcbur olub onu yerə yıxıb zərərsizləşdirildiyini, belə vəziyyətdə xəsarət ala bilmək ehtimalı daha ağlabatan və inandırıcıdır. x1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin ünvanına əlyazma ilə yazdığı ərizədə göstərmişdir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 kq-a yaxın marixuananı gömrük əməkdüşlarına verərkən yaxalndım. Mən təqsirimi etiraf edirəm və əməlimdən peşimanam. Beləliklə məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, x1ndan etirafedici ifadələr alınması üçün ona təzyiq edilməsi barədə dəlillər əsassız hesab edirlir. Cinayət işinin materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxslərin cinayət əməlləri oların özlərinin ibtidai istintaq müddətində şübhəli şəxs və təqsirləndirilən şəxs qimsində müdafiəçilərinin iştirakları ilə verdikləri ifadələri, üzləşdirmələr zamanı verdikləri ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, əməliyyat-axtarış və istintaq hərkətlərinin protokolları sübut edilmişdir. Təqsirləndirilən şəxslərin ibtidai istintaq müddətindəki ifadələri cinayət işinin faktiki hallarına, digər sübutlara daha uyğun olmaqla bir-birini tamamladığından məhkəmələr həmin ifadələri məhkəmə iclasında Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edib qiymətləndirmiş və iş üzrə nəticəyə gələrkən həmin ifadələrə əsaslanmışlar. Azərbaycan Respublikası CPM-nin 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı di ndirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Bu qanuna əsasən şübhəli, təqsirləndirilən şəxslərin, şahidlərin ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmədə, üzləşdirmədəki ifadələri məhkəmə iclasında tədqiq edilməlidir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsifi barədə hissədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 201 8-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmündə gəlinmiş nəticələrin əsaslandığı toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmışdır. Kassasiya şikayətlərinin dəlillərindən bir qismi də əməliyyat-axtarış tədbirlərinin etiraz edilməli olan hal şahidlərinin iştirakı ilə aparılması barədədir. Kassasiya şikayətində müdafiəçi x1 cinayət işi üzrə əməliyyat-axtarış tədbirinin keçirilməsində hal şahidi qismində iştirak etmiş x9nun birinci instansiya məhkəməsi iclasındakı ifadəsinə istinadən, onun Biləsuvar Gömrük İdarəsinin yük şöbəsində fəhlə işləməklə aylıq 420 manat məvacib aldığını göstərmişdir. Lakin, məhkəmə iclas protokolundan şahid x9 belə ifadə verməsi müəyyən edilməmişdir. Məhkəmə iclas protokoluna qe yd verilməmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, x9 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə məhkum edilmiş x13 Azərbaycan Respublikası CM-nin 234.4.1,234.4.3, 234.1, 228.4-cü maddələri ilə cinayət işində, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmiş x14 barəsindəki cinayət işində, hımin məhkəmənin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 206.3.2,234.4.1, 234.4.3-cü maddələri ilə məhkum edilmiş x15 barəsindəki cinayət işində, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 29,206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmiş x16 barəsindəki cinayət işində, həmin məhkəmənin xx.xx.2017-ci il tsrixli hök mü ilə Azərbaycan Respublikası CM-nin 206.2, 234.1 və 240.3.2ci maddələri ilə məhkum edilmiş x17 barəsindəki cinayət işində, həmin məhkəmənin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə məhkum edilmiş x18 barəsindəki cinayət işində, həmin məhkəmənin xx xxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə məhkum edilmiş x19 barəsindəki cinayət işində hal şahidi qismində mütəmadi olaraq iştirak etmiş, bununla da Azərbaycan Respublikası CPM-nin 94.1-ci və 115.2-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunm ası üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. CPM-nin 115.2-ci maddəsinə əsasən hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin bu dəlili də əsaslı hesab edilməməlidir. x9nun göstərilən üşlər üzrə hal şahidi qismində maraqlı şəxs kimi iştirakını təsdiq edən heç bir mötəbər dəlil göstərilməmişdir və həmin hökmlərin və ya məhkəmə qərarlarının bu əsasla ləğv edilməsini təsdiq edən sübutlar kassasiya şikayətinə əlavə edilməmişdir. x9nun göstərilən işlər üzrə maraqlı şəxs kimi hal şahidi qismində mütəmadi iştirakı da subyektiv mülahizə xarakterlidir. x9 kassasiya şikayətində göstərilən işlər üzrə 2015-ci, 2016-cı və 2018-ci illərin hər birində bir cinayət işində, 2017-ci ildə isə 4 cinayət işində fevral, iyul və oktyabr aylarında iştirakı göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu məlumatlar x9nun maraqlı şəxs kimi cinayət işlərinin icraatında hal şahidi kimi mütəmadi iştirakını təcdiq edən mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. x9 Biləsuvar Gömrük İdarəsinin yük şöbəsində günəmuzd fəhlə işlədiyinə görə həmin sahədə aparılan əməliyyat-axtarış tədbirlərinə tez-tez cəlb olunması onun maraqlı şəxs kimi mütəmadi hal şahidi qismində iştirakını təsdiq edən hal kimi qiynətləndirilməmlidir. Ona görə də bu barədə kassasiya şikayətinin dəlilləri əsassüızdır. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə iclasında tədqiq edilmiş məhkumların ibtidai istintaqdakı etirafedici ifadələri və digər mötəbər sübutlarla tam sübut olunmuşdur ki, onlar qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərə kiki ədəd qara kisədə olmaqla cəmi 18 ədəd bağlamada, ümumi çəkisi 18020 (18 kq 20 q) qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsini Biləsuvar rayonunun Bakı şəhəri istiqamətində yerləşən ‘‘Azercell” mobil operatorunun ötürücü qüllələrinin yanına gətirərək həmin gün saat 21:30 radələrində x3 ilə şərti alıcı qismində cəlb edilmiş Biləsuvar Gömrük idarəsinin GHQM şöbəsinin əməkdaşı x4 satmaq istəyərkən saxlanılmışlar. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada tədqiq, edib, qiymətləndirərək bir-birini tamamlayan və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edərək yekun nəticəyə gəlmişdir. Azərbaycan Re spublikası CPM-nin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi məhkumların cinayət əməllərinin hüquqi tövsifi ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələri apellyasiya şikayətləri üzrə yoxlayaraq dəyişdirilmədən saxlamışdır. Məhkumlara təyin edilmiş cəzaları isə yüngülləşdirmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, x1 və x2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 və x2 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n xx xxxx 2018-ci il tarixli qərarı məhkumların müdafiəçilərinin kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar