Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-492/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 1(103)-142/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında b axaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(007)258/2022 nömrəli hökmü ilə (sədrlik edən hakim: x) xxxxx 1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, x qeydiyyatda olan, x-də yaşamış X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin 21 fevral 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs X2 müdafiəçisi Səfərov Vüsal Kazım oğlu tərəfindən verilmiş apellyasiya şikayəti verilmiş Bakı Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 1(103)-142/23 hökmü ilə (hakimlər: A.F.İbrahimov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(007)-258/2022 nömrəli hökmü ləğv edilərək, X4 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. X8 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassa siya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X8 istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 5,678 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 3(007)-407/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 30 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı saxlanılması üçün 21 fevral 2022-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında yerləşən Nizami RPİ-nin müvəqqəti saxlama yerinə gətirilərək orada üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli qış gödəkçəsinin içəri sol yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,678 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi X2 yuxarıda təsvir edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsinin, daşınmasının və saxlanmasının sübuta yetirilməməsi barədə nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlarla X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-c i maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, apellyasiya instansiyası məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq müstəsna olaraq X2un özünümüdafiə xarakterli ifadəsi əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Dövlət ittihamçısı kassasiya pro testində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “k assasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2023cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, X2 narkotik vasitə hesab edilən 5,678 qram olan marixuananı qanunsuz olaraq əldə edib saxlaması və daşıması sübuta yetirilməmişdir. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən aşağıdakılardan çıxış etmişdir. Cinayət təqibi orqanı və birinci instansiya məhkəməsi X2 ona isnad edilən əməlləri törətməsinə dair ittihamı X2un ibtidai istintaqın ilkin mərhələsində verdiyi izahat və ifadəsi, sonuncunun üzərindən 5,678 qram narkotik vasitə marix uananın götürülməsinə dair “şəxsi axtarış və götürmə barədə” 21 fevral 2022-ci il tarixli protokol, həmin tədbirlər nəticəsində götürülmüş maddi sübutlar (narkotik vasitə) və tədbirlərin həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının və hal şahidlərinin ifadələri ilə, eləcə də məhkəmə ekspertizalarının rəyləri ilə əsaslandırmışlar. Lakin, X8 birinci və apellyasiya instansiya məhkəmələrində məhkəməyədək icraat zamanı “etirafedici” izahat və ifadəni polis əməkdaşlarının qanunsuz təsir və təzyiqlərinə məruz qalmasına görə verdiyini, faktiki vəziyyətindən irəli gələn prosessual hüquqlarına əməl olunmadığını, hal şahidlərinin protokolun tərtibatında iştirak etmədiklərini qeyd edib ifadəsində göstərmişdir ki, 21 fevral 2022-ci il tarixdə o, şəhid ailəsinin hüquqlarını müdafiə etmək m əqsədi ilə şəhid ailələri və digər qazilərlə birlikdə, əvvəlcə Nizami rayon polis idarəsinin rəisinin, daha sonra Nizami rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olmuş, icra Hakimiyyətinin başçısının yanından çıxdıqdan təxminən yarım saat sonra, ona 23-cü polis bölməsinin rəis müavini zəng vuraraq, Keşlə qəsəbəsində yerləşən "Qəbələ” kafesinə yeyib-içmək üçün çağırmışdır. Saat təxminən 15 radələrində o, kafeyə getmiş, rəis müavini ilə çay içdikdən sonra onu polis idarəsinə dəvət etmişlər, həmin gün də barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilərək, polis əməkdaşlarının müşayiəti ilə Nizami Rayon Məhkəməsinə gətirilmiş, məhkəmənin qərarı ilə barəsində 30 sutka inzibati həbs seçilmişdir. Şikayəti əsasında həmin qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilərək, cərimə ilə əvəz edilmişdir. Lakin onu azadlığa buraxmamışlar, müvəqqəti saxlama yerində gecə üzərində guya narkotik vasitə çıxması əsası ilə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və barəsində tutma protokolu tərtib edilmişdir. Halbuki, onun üzərinə müvəqqəti saxlama yerinin təhlükəsizlik kameralarının altında baxış keçirilmiş, saxlanma kamerasına keçirildikdən bir neçə saat sonra kameradan çıxarılmış, guya cibindən narkotik vasitə çıxdığını bildirmiş və bir neçə polisin iştirakı ilə protokol tərtib etmişlər. X2un ibtida istintaq zamanı “etiraf edici” ifadələrinin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən apellyasiya instansiyası məhkəməsi X2un məhkəməyədək vermiş olduğu ifadələrinə şübhə ilə yanaşmış və bu ifadələri ittihamı təsdi q edən sübut kimi qəbul etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində fərqli olaraq apellyasiya məhkəməsi X2in məhkəmədə vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etmişdir ki, məhkəmənin qeyd olunan yanaşması “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə bağlı verilmiş izahları ilə də üst-üstə düşür. Çünki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gə lərkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. X2 ifadəsində (məhkəmə istintaqında) göstərmiş olduğu halların həqiqəti əks etdirməsi birinci və apellyasiya məhkəməsində tədqiq edilmiş aşağıdakı sübutlarla təsdiq edilmişdir. Belə ki, öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, X2 21 fevral 2022-ci il tarixdə polis idarəsinə dəvət edilmiş, barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilməklə (saat 14:10-dan artıq polis əməkdaşlarının nəzarəti ndə olmuş) polis əməkdaşlarının müşayiəti ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə gətirilmiş (Nizami RPİ-nin 23-cü polis bölməsinin polis sahə inspektoru H.Süleymanov izahat), həmin gün saat 17:20-də məhkəmənin qərarı ilə sonuncu 30 gün müddətinə inzibati həbs edilmiş, məhkəmədən yenidən Nizami RPİ-nin MSY-nə gətirilmiş və kameraya yerləşdirilmiş, bir neçə saat sonra, yəni saat 20:10-da onun üzərində vəkilin iştirakı olmadan, videoçəkilişsiz, iki hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər Şahid5 və Şahid4 ayrı ayrılıqda vermiş olduqları ifadələrində göstərmişlər ki, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Nizami rayonu MSY saxlanılarkən onların iştirakı ilə X2un üzərinə baxış keçirilməmiş, X2un üzərindən narkotik vasitən in çıxdığını görməmişlər, onların adından tərtib olunmuş ifadələrə və baxış protokollarına polislərin təzyiqi ilə imza çəkmişlər. Bundan başqa cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X9 rayonu MSY-də daxil olarkən, həmçinin, üzərinə baxış keçirilərkən video görüntürlərin təqdim olunması üçün Nizami RPİ-nin MSY-nə, Daxili İşlər Nazirliyinin növbətçi hissələri idarəetmə Xidmətinə müraciət edilərək təhlükəsizlik kameraların görüntülərinin məhkəməyə təqdim edilməsi xahiş olunsa da, video görüntüləri təqdim etməkdən imtina edilmişdir. Sadalanmış hallar X2un həqiqətən də, 21 fevral 2022-ci il tarixdə, saat 14:10-dan polis əməkdaşlarının nəzarətində olmasını, iki dəfə (birinci dəfə barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, ikinci dəfə isə məhkəmənin inzibati xəta haqqında qərarın icra edilməsi məqsədilə) RPİ-nə və MSY-nə gətirilməsini, qeyd olunan zaman kəsiyində onun üzərində hər hansı narkotik vasitə aşkar olunmadığını təsdiq etməklə yanaşı, ittiham tərəfinin israrla iddia etdiyi 5,678 qram marixuananın sonuncudan götürülməsi faktının ciddi şübhə altına alınmasının əsası kimi çıxışır edir. Digər tərəfdən şahidlər Şahid5 və Şahid4 ibtidai istintaq mərhələsində xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində keçirilmiş “şəxsi axtarış və götürmə barədə” tədbirinə hal şahidləri qismində cəlb olunmalarına (verdikləri məlumatlar onların həqiqi vəziyyətləri ilə uzlaşmadığından) və vermiş olduqları “ifşaedici” ifadələrinə ciddi şübhələr olduğu vəziyyətdə (məhkəmədə onların iştirakı ilə X2un üzərinə baxış keçirilmədiyi b ildirmişlər), apellyasiya məhkəməsinin sonuncuların məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrini, 21 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolu, bu tədbirin gedişində əldə olunan predmeti sübut kimi qəbul etməmələri cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz. Bundan başqa iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X2un müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir (qeyd olunan hal apellyasiya məhkəməsinin yekun hökmündə təsvir edildiyindən, məhkəmə kollegiyası həmin halı yenidən təkrar etməyi lüzum görmür). Göstərilənlər dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisələndirərkən sübutların məcmusundan çıxış etmədiyini, məhkəmələrin deyil, məhz onun mövqeyinin cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələbləri ilə uzlaşmadığını göstərir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” CPM-in 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.” Sübutların qiymətləndirilməsinə dair CPM-in 145-ci maddəsində təsbit olunan qaydalara görə: “145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, möt əbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.” Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərə dair qəbul etdiyi qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. İnsan Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğu rmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlə rin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X2un verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı, əksinə apelly asiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə istintaqının gedişində tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu ilə təsdiq olunduğu vəziyyətdə məhkəmənin X2a Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verməsi, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən və digər normalarının, o cümlədən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə ona bəraət verilməsini tələb edən CPM-in 42.1.4-cü maddəsinin tələblərinə cavab verməyən nəticə kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisə ləndirilən hökmünün ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və X2 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 1(103)-142/2023 nömrəli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 1(103)-142/2023 nömrəli hökmü verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-492/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-492/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver