Məhkəmə qərarları › İş №1(102)-492/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-492/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-492/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X1 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, məhkumun müdafiəçisi X4 iştirakı ilə, 16 avqust 1987-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç nəfər azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1479/2024 nömrəli, 1 iyul 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-220/2024 nömrəli, 19 aprel 2024-cü il tarixli hökmü ilə (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.S.Hüseynov) Məhkum – Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilən cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 21 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilən cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 21 noyabr 2022-ci il tarixdən hesablanması; X5 Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilən cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin şü bhəli şəxs qismində tutulduğu 7 dekabr 2022-ci il tarixdən hesablanması; Təqsirləndirilən şəxs3 Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 181.3.2-ci və 326.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə 10 (on) il müddətinə, Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il 3 (üç) ay müddətinə azadıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona təyin edilən cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli nin şübhəli şəxs qismində tutulduğu 7 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X6, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi X3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-1479/2024 nömrəli, 1 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), Z.N.Hüseynov və Ə.Q.Ələkbərov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)220/2024 nömrəli, 19 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 2022-ci ilin noyabr ayının əvvəlində ünvan 2 ünvanda yaşayan d ayısı Zərərçəkmiş şəxs1 fərdi yaşayış evi almaq üçün yaşadığı ünvanda külli miqdarda pul vəsaitini saxladığını bibisi oğlu Məhkum bildirərək həmin pul vəsaitini ələ keçirməyi təklif etmiş, Məhkum bu işi tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 görə biləcəklərini bildirdikdən sonra həmin şəxslərlə birlikdə görüşüb onlara Zərərçəkmiş şəxs1 yaşadığı ünvanı göstərmiş və Zərərçəkmiş şəxs1 və sonuncunun arvadının səhər saatlarında işə getməsi, kiçik dayısı oğlunun dərsə getməsi, böyük dayısı oğlunun isə mənzildə tək qalması barədə məlumat vermiş, 21 noyabr 2022-ci il tarixdə səhər saatlarında qrupun üzvü Təqsirləndirilən şəxs3 cinayətdə istifadə etmək üçün üzərində «Zərərçəkmiş şəxs1» sözləri yazılmış bir ədəd zərf vermiş və həmin gün saat 7 radələrində Təqsirləndirilən şəxs1 ö zünün bibisi oğlu Məhkum, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanın yaxınlığına gəlmiş, orada Təqsirləndirilən şəxs1 müşahidə apararaq dayısı Zərərçəkmiş şəxs1, sonuncunun arvadı və kiçik oğlunun yaşadıqları mənzili tərk edib getmələrini görüb, bu barədə əlbir olduqları qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məlumat verdikdən sonra, sonuncular Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə getmiş, qrup üzvlərindən Təqsirləndirilən şəxs3 mənzilin qapısını döyüb özünü mənzildə yaşayan Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 poçt əməkdaşı kimi təqdim etmiş, Zərərçəkmiş şəxs2 mənzilin giriş qapısını açdıqdan sonra ona ata sı Zərərçəkmiş şəxs1 adına bir ədəd zərf göndərildiyini yalandan deyib, üzərində «Zərərçəkmiş şəxs1» sözləri yazılmış bir ədəd zərfi ona təqdim etdikdən sonra yumruqla bir dəfə Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə vurub onun müqavimətini qıraraq qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə mənzilə qanunsuz olaraq girməklə Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə yumruqla bir neçə dəfə vurub ona ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən sağ maksillar (üst çənə) sümüyün zyqomatic arch.da (almacıqda) yerdəyişən qapalı sınığı, sol periorbital (göz ətrafı) nahiyədə dərialtı hematoma, sol göz orbitası nahiyəsində qançır və üzərində sıyrıq, sol qaşüstü nahiyədə əzilmiş yara, sol göz orbitası və gözaltı nahiyədə şişkinl i qançır və üzərində sol qaşaltı nahiyədə əzilmiş səthi dəri yarası və bu fonda sol göz almasının ağlı qişasında qansızma, üst dodaq, sağ dirsək oynağı, sağ said, sağ ayaq pəncəsi nahiyələrində sıyrıqlar, üst və alt dodaq nahiyələrinin selikli qişalarında qansızmalar, sağ almacıq – yanaq, hər iki bazu və sağ said nahiyələrində qançırlardan ibarət xəsarətlər yetirib sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə və iki ədəd bıçaqdan silah qismində istifadə etməklə onun həyatı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib, mənzilin yataq otağında saxlanc yeri olan paltar dolabından Zərərçəkmiş şəxs1 məxsus külli miqdar hesab edilən 85.000 AZN ekvivalentində olan 50.000 ABŞ dolları, 1.900 AZN pul vəsaitini, qiyməti 5.000 AZN, italyan qızılından olan bir cüt sırğa üzük dəstini, qiyməti 3601,0 AZN, ümumi çəkisi 32,74 qram, 750 əyarlı qızıldan olan bir ədəd boyunbağı qolbaq dəstini, qiyməti 402,0 AZN, çəkisi 4,73 qram, 583 əyarlı qızıldan olan bir ədəd kulonlu boyunbağını, qiyməti 431,0 AZN, çəkisi 5,07 qram, 583 əyarlı qızıldan olan, üzərində ağ şəffaf qaşları olan bir ədəd üzüyü, yataq otağında olan tumbadan 340 AZN ekvivalentində olan 200 ABŞ dolları, qiyməti 150 AZN olan bir ədəd mirvari boyunbağını, qiyməti 30 AZN olan, «Tissot» markalı kişi qol saatını, Zərərçəkmiş şəxs2 məxsus qiyməti 15 AZN olan bir ədəd “kəpənək” tipli bıçağı və mənzilin dəhlizində asılqandan asılmış şalvarın cibindən Zərərçəkmiş şəxs2 məxsus qiyməti 20 AZN və içərisində Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsi, qiyməti 10 AZN olan bir ədəd “birbank” kartı, 3 AZN v ə 11,9 AZN ekvivalentində olan 7 ABŞ dolları pul vəsaiti olan pul kisəsini ələ keçirdikdən sonra birlikdə hadisə yerindən uzaqlaşıb ələ keçirdikləri əmlakı aralarında bölərək quldurluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyul 2024-cü il nömrəli qərarının ləğv edilərək, onun əməlinin Azərbaycan Respubilkası CM-nin 181.3.2-ci maddəsindən Azərbaycan Respubilkası CM-nin 307.3-cü maddəsinə tövsif edilməsi və ya cinayət işinin yeni apellyasiya baxışına qaytarılması xahiş olunur. Məhkum kassasiya şikayətində göstərmişdir ki, o, özünü Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilmir, onun cinayətdən ümumiyyətlə xəbəri olmamış, həmin maddə ilə bağlı araşdırma saxta sübutlara əsa slanmışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı məhkumun müdafiəçisi E.Mahmudovun və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti onun tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya prot esti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyul 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyul 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar