Məhkəmə qərarları › İş №1(102)-493/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-493/2019

09.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-493/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Vahid oğlu Əhmədovun, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı Alverdiyev Ramiz Xalıqverdioğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər – Z.Q.Ağayev (sədrlik edən və məruzəçi), A.Ə.Məcidov və S.S.Hüseynovdan ibarət tərkibdə) 20 iyul 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1965-ci il tarixdə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində anadan olmuş, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonunun, Aşağı Qaraməryəm kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvv əli 28 oktyabr 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadıb ünvan 2 ünvanda yerləşən anbarda 02 may 2015-ci il tarixdə, dəyəri 56730 manat olan 62,340 ton çəkidə və 28 may 2015-ci il tarixdə, dəyəri 33450 manat olan 36,758 ton çəkidə olmaqla ümumilikdə dəyəri 90180 manat olan 99,098 ton çəkidə 22, 25, 28 mm diametrli armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib sataraq əldə etdiyi pulları öz ehtiyaclarına xərcləyib Zərərçəkmiş şəxs 90180 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının (hakimlər H.H.Əhmədov (sədrlik edən və məruzəçi), F.A.Qasımov və İ.M.Murquzovdan ibarət tərkibdə) 05 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı Əli Əliyev tərəfindən verilmiş apellyasiya protesti, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı Alverdiyev Ramiz Xalıqverdi oğlu verdiyi kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2018-ci il tarixli qərarının məhkuma cinayət qanununun müddəalarına uyğun ədalətli cəza təyin edilməklə dəyişdirilməsini xahiş edir. Kassasiya protestinin dəl illəri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Ramiz Alverdiyev onunla əsaslandırır ki, apellyasiya məhkəmənin mövqeyi əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində yekun çıxışında dövlət ittihamçısı Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını, vurulmuş 90 min 180 manat ziyandan 10 min manat ziyanı ödəməsini nəzərə alaraq ona 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəməyə təklif etmiş, birinci instansiya məhkəməsi isə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini aradan qaldırılmasını CM-in 59-cu maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə aldığını göstərməklə ona CM-ni 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yax ın, yəni 9 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də apelyasiya protestini və apellyasiya şikayətini təmin etməyərək hökmü qüvvədə saxlamışdır. Dövlət ittihamçısının fikrincə məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs şəxsiyyətinə və törətdiyi cinayətin ağırlıq dərəcəsinə və xarakterinə uyğun olmayan həddən ağır cəza təyin edilmiş, cəzanı yülgülləşdirən hallar nəzərə alınmamışdır. Məhkəmə hökmündə Təqsirləndirilən şəxs əməlində ziyanın bir qisminin aradan qaldırılmasını cəzanı yüngülləşdirən hal olması və CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmaması qənaətinə gəlsə də, cəza təyini zamanı bu hala obyektiv qiymət vermiləyərək ona ittiham olunduğu maddənin sanksiyasının yuxarı həddinə yaxın ədalətsiz cəza təyin edi lmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı C.Mehrəliyevin protestin təmin edilməsi barədəki çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağır olmasıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini aradan qaldırılmasını cəzasınıyüngülləşdirənhal kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə aldığını qeyd etməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.3.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddindən olan 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri düzgün nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhku mlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında gös tərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir, ilk dəfədir ki, cinayət törətmişdir, törətdiyi əməldən səmimi peşmandır, zərərin bir qismini ödəmişdir, ödənilməmiş ziyanın miqdarı 80180 manat olmaqla külli miqdar hesab edilən məbləğdən (50.000 manatdan yuxarı) bir qədər çoxdur, əməlində nəinki xüsusilə təhlükəli residiv, heç adi residiv də müəyyən edilməmişdir. Belə olan halda, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu və məhkəmə tərəfindən ona maddənin sanksiyasının yuxarı həddində, xüsusilə təhlükəli residivə görə təyin edilən cəzadan da artıq müddətə cəza təyin edilməsi cinayət qanunun ədalət prinsipinə ziddir. Həmçinin, məhkəmələr tərəfindən cəza təyin edilərkən yuxarıda qeyd edilmiş cinayət qanunun normaları düzgün tətbiq edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarının tövsiyyələrinə əməl edilməmişdir. Göstərilənləri nəzərə alaraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, dövlət ittihamçısının kassasiya protestinin dəlilləri əsaslıdır, ona görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməliidr. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinin tələbinə görə məhkəmə məsuliyyəti və ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.0.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Təqsirləndirilən ş əxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilməsin. Dövlət ittihamçısı Alverdiyev Ramiz Xalıqverdi oğlunun kassasiya protesti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar