Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-493/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və X6 oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas X5, məhkum x1, məhkumun müdafiəçisi-vəkil Müdafiəçi, tərcüməçi x2 iştirakları ilə, Astara Rayon Məhkəməsinin xx xxxxxxxx 20 19-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə bəraət almış x1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündən x1 müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim:Z.V.İbrahimov) x1–1993-cü il tarixdə İran İslam Respublikasının Həmədan şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ü1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə aidiyyəti olmadığına görə və onun təqsirliliyi həmin maddələr üzrə sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 xx xxxxxx 2018-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində istintaqla müəyyən edilməmiş mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 1,728 qram həşiş qətranı narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bir ədəd şəffaf sellofan bükümdə qablaşdıraraq saxlamış, daşımış və “Scania” markalı, xxxxxx qeydiyyat nişanlı sərnişin avtobusunda sərnişin qismində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən avtobusun salonunda 3 nömrəli sərnişin oturacağının alt-arxa hissəsində yerləşdirmişdir. xx xxxxxx 2018-ci il tarixdə, saat 10 radə lərində Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara “Gömrük” postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: E.Ə.Camalov (sədrlik edən və məruzəçi), E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət tərkibdə) xx xxxxxx 2019cu il tarixli hökmü ilə apelyasiya protesti təmin olunmuş, Astara Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ləğv edilmiş, x1 CM-nin 206.2 və 234.1-ci maddələri ilə təsirli bilinərək, CM-nin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətə və CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CMnin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə x1ya CMnin 234.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il azadllqdan məhrum etmə cəzasını CMnin 206.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) müddətə azadlıqdan məhrumetmə cəzası ilə əhatə etmək yolu ilə x1ya qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, x1 xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək həbsdə saxlanılıdığı müddət, yəni 9 (doqquz) ay 21 (iyirmi bir gün) təyin olunmuş qəti cəzadan cıxılaraq x1 üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. CM-nin 52.1-ci maddəsinə əsasən x1ya Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilmiş, həmin əlavə cəza CM-nin 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaya birləşdirilmiş və x1 əsas cəzanı çəkdikdən sonra icra edilməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündən x1 müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: x1 müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək bildirmişdir ki, nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqı dövründə məhkuma elan olunmuş ittiham öz əksini tapmamış və bu barədə hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yox, ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürmüşdür. Halbuk i təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr bütün sübutların məcmusu üzrə öz təsdiqini tapmamışdır. Göstərilənləri nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi şəxsə əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasi ya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Müdafiəçi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi şəxsə əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarında göstərilmişdir ki, x1 birinci instansiya məhkəməsində verdiyi ifadəsinin özünün milliyyətcə fars olması, bildiyi dilin fars dili olması və azərbaycan dilini bilməməsi, ona əvvəlcə bilmədiyi dildə yəni, azərbaycan dilində kompüter vasitəsilə çap olunmuş sənədlərə imza etdirilməsi sonradan isə oxumağa imkan verilmədən fars dilinə tərcümə edilmiş sənədlərə imza etdirilməsi, ibtidai istintaqda təzyiq və təqib altında işin mahiyyəti üzrə ifadələr verməsi və ona görə də məhkəmə iclasında verdiyi ifdələrinin əsas götürülməsi barədə dəlillərini aşağıda qeyd olunanlara görə əsassız və özünü müdafiə xarakterli dəlillər kimi qəbul edir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qərar qəbul edərkən nəticəyə gəlmişdir ki, ibtidai istintaq başlandığı andan x1 tərcüməçi və müdafiəçi ilə təmin olunmuş, bütün prosessual sənədlər onun özü, tərcüməçi və müdafiəçi tərəfindən imzalanmış, təqsirləndirilən şəxs x1 qeyd olunan bütün ifadələrini tərcüməçi və müdafiəçinin iştirakları ilə vermiş, istintaq zamanı ona hər h ansı təzyiqin olması barədə aidiyyəti orqanlara heç bir şikayət və müraciət olunmamış belə təzyiqlərin olmasına dair nə xx xxxxxx 2018-ci il tarixdə Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilməsi zamanı, nə müdafiəçinin iştirakı ilə ekspertiza rəyləri və cinayət işinin materialları ilə tanış olma vaxtı, nə də xx xxxxx 2019-cu il tarixdə məhkəmə hazırlıq iclasında onun tərəfindən hər hansı müraciət və vəsatət verilməmişdir. xx xxxxxx 2018-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən də x1 cinayət əməlini etiraf etmişdir. İş materiallarından həm də müəyyən olunur ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışında təqsirləndirilən x1 ibtidai araşdırma zamanı alınmış ilkin izahat və sonrakı i fadələrində Azərbaycan Respublikasına gələrkən narkotik vasitə axtarıb tapması və 1,688 qram olan narkotik vasitə-həşiş qətranı əldə etməsi ilə bağlı göstərdiyi xüsusatların həmin şəkildə ətraflı şərh etməsini əsaslı izah edə bilməyib, gömrük əməkdaşlarının təzyiqi altında yazdığını bildirsə də ona qarşı konkret olaraq hansı gömrük əməkdaşının nə vaxt, harada, hansı formada təzyiq göstərməsi və həmin təzyiqin nədə ifadə olunmasına dair hər hansı konkret məlumata istinad edə bilməmiş yalnız ümumi ifadələrlə ona təzyiq göstərildiyini bildirmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən x1 şübhəli şəxs qismində xx xxxxxx 2018-ci il tarixli və CM-nin 206.2 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs kimi xx xxxxxx 2018-ci il tarixli ifadələrini iş ü zrə obyektiv həqiqiəti əks etdirən səmimi ifadələr kimi qəbul etmişdir. Azərbaycan Respublikası CPM-nin 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Bu qanunun mənasına görə həm ibtidai istintaq, həm də məhkəmə iclasında şübhəli, təqsirləndirilən şəxs və şahidlər tərəfindən verilmiş ifadələr qanunda nəzərdə tutulmuş sübut növlərinə aiddir. Onlar məhkəmə iclasında tədqiq edilib əsaslılığı və həqiqiliyi digər sübutlarla uyğunluğu ilə təsdiq edildikdə mötəbər sübut kimi qəbul edilməlidir. Buna nail olmaq üçün həmin sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsində nəzərdə tutulmuş qaydada tədqiq edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında öz müdafiəsi üçün əvvəlki ifadəsindən fərqli ifadə verməsi onun hüququdur. Lakin, bu onun əvvəlki ibtidai istintaqdakı ifadəsini təkzib edən sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə nəticəyə gələrkən x1 ibtidai istintaqdakı və məhkəmə iclasındakı ifadələrini həmin qanuna müvafiq tədqiq etmişdir. Ona görə də cinayət işi üzrə Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı hesab edilməklə, kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, x1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. x1 məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-493/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-493/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver