Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-493/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Q Ə R A Rİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 05 noyabr 2021-ci il tarixli, 1(106)-916/2021 saylı qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 1(056)-73/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlığın məhdudlaşadırılması cəzasına məhkum edilmişdir. Məhkum Sabirabad Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmündən 30 avqust 2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Sabirabad Rayon Məhkəməsi (sədrlik edən hakim Füzuli Pənahov) 1(056)-73/2021 nömrəli 31 avqust 2021-ci il tarixli qərarı ilə şikayəti geri qaytarmışdır. 21 sentyabr 2021-ci il tarixdə məhkum Məmmədov X3 Ray on Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmündən apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə vəsatət vermişdir. Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 1(056)-73/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qərarı ilə Məhkum vəsatəti təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-916/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qərarı ilə məhkum Rafiq Məmmədovun apelyasiya şikayəti təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarı apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayə tini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, o, haqqında hökmün çıxarılmasından xəbərsiz olmuş, ona belə bir çıxarış təqdim olunmayıb. Məhkəmə hakimi müxtəlif bəhanələrlə onu yayındırmağa çalışıb ki, həmin qanunsuz hökmdən məlumatsız olsun və apelyasiya şikayəti verə bilməsin. Çünki ona qarşı sürülən ittiham açıq-aşkar sifariş xarakterli idi. Sadəcə həmin saxta ittihamı məhkəmə, prokurorluq və istintaq orqanı, ardınca da apelyasiya instansiyası məhkəməsi icra etməyə məcbur idilər. Bu da ən azından Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası hüququnun kobudcasına pozulması deməkdir. İttiham aktından açıq-aşkar görünür ki, ibtidai istintaq orqanı, eləcə də məhkəmə istinta qı saxta şahidlərin ifadələrindən, imzalanmış saxta dindirmə protokolundan istifadə etmişdir. İttiham aktında adları qeyd olunan şəxslərin heç birinin nə şahid, nədə ki zərərçəkmiş şəxs kimi prosessual hüquqları yoxdur. İbtidai istintaq,eləcə də məhkəmə orqanı onu keyfiyyətli hüquqi yardımla təmin etməmişdir. O, uzun illərdir ki, insulindən asılı olan ağır şəkər xəstəsidir. Xəstəliyin ağırlıq dərəcəsi görmə və eşitmə orqanlarında ciddi təsir etmişdir. Proses zamanı hökm elan olunsaydı məlumatı olardı. İbtidai istintaq, eləcə də saxta qanunsuz hökm çıxaran məhkəmə orqanı məhz onun bu xəstəliyindən öz işlərinin xeyrinə istifadə etməyi bacarmışlar. O, özünü təqsirli bilmir. Heç bir cinayət törətməmişdir, ona qarşı sürülən ittihamı saxta, qanunsuz və əsassız, ən başlıcası sifarişli hesab edir. Ölkədə hüquq sisteminin iflic olması, vəzifəli məmur təbəqəsinin məhkəmə hakiminə təsiri nəticəsində günahsız insanı cinayət törətməkdə ittiham etməklə ona 5 il müddətində məhkumluq həyatı yaşatmaq en azından beynəlxalq cinayət hesab edilir. Şirvan Apelyasiya Məhkəməsi tərəfindən heç bir araşdırma aparmadan ittihamçı prokurorun sözü ilə mənim qanuni şikayətini təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Ayxan Hüseynlinin çıxışını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsindəki Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2021-ci il tarix li qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin əsassız olaraq təmin olunmamasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadl ığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən Məhkum 21 sentyabr 2021-ci il tarixdə apelyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatət vermişdir. Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və Sabirabad Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarı ilə buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli müddətin bərpasından imtina barədə qərarı dəyişdirilmədən saxlan ılmışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası protokolundan görünür ki, Məhkum hökm elan edildiyi tarixdə 07 iyul 2021-ci tarixdə məhkəmə iclasında iştirak etmiş, hökm elan olunduqdan sonra hakim hökmdən kassasiya şikayəti vermə müddətini və q aydasını izah etmişdir. İş materiallarında olan hökmün surətinin verilməsinə dair qəbzdən görünür ki, Məhkum birinci instansiya məhkəməsinin hökmünün surətini 07 iyul 2021-ci il tarixdə qəbzə imza etməklə almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən hökmdən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı 07 iyul 2021-ci il tarixdən başlamış və 26 iyul 2021-ci il tarixdə başa çatmışdır. Məhkum apelyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatətində qeyd edilmişdir ki, o, hökmü 27 avqust 2021-ci il tarixdə almış, onun hökmün məzmunundan və nəticəsindən məlumatı olmamış, belə ki, o insulindən asılı olan ağır şəkərli diabet xəstəliyindən əziyyət çəkir, xəstəliyi ilə əlaqədar təz-təz komay a düşür, görmə və eşitmə qabiliyyətində ciddi problem yaşayır. Məhkəmə prosesində xəstəliyin ağırlığı səbəbindən onun barəsində çıxarılmış hökmünün nəticəsindən xəbəri olmamış və Cinayət-Prosessual Məcəlləsi barədə onun heç bir anlayışı yoxdur. Lakin hökmün 27 avqust 2021-ci il tarixdə alınması barədə məhkum tərəfindən heç bir sənəd məhkəməyə təqdim edilməmiş, cinayət işinin materiallarında da bu halı təsdiq edən heç bir sübut yoxdur. Vəsatət üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan verilmiş apelyasiya şikayətində isə Məhkum şikayətin qanunla müəyyən edilmiş müddətdə verilməməsinin səbəbini fərqli göstərərək qeyd etmişdir ki, məhkəmənin 07 iyul 2021-ci il tarixli hökmü məhkəmə iclasında ona elan edilməmişdir. Hakim ona demişdir ki, «Sən get, nəticəsi barədə özümü z sənə məlumat verəcəyik». Kassasiya şikayətini əsaslanaraq Məhkum qeyd etmişdir ki, o yaxşı bilir ki, hökmdən 20 gün ərzində apelyasiya şikayəti verilə bilər. Lakin birinci instansiya məhkəməsi məhkəmə zalında hökm ona oxunmayıb və hökm ona təqdim etməmiş, ona görə də o vaxtında şikayət verməmişdir. Beləliklə iş materiallarından görünür ki, məhkum tərəfindən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətinin buraxılması ilə əlaqədar ziddiyyətli dəlilləri irəli sürülmüş, həmin dəlillər iş materialları ( məhkəmə iclas protokolu, qəbz) ilə təkzib olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi cinayət işinin materiallarına əsaslanaraq düzgün nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən apelyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblə rə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Məhkumun apelyasiya şikayətini vaxtında verməsinə hər hansı bir maneə olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Sabirabad Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə şikayət verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyas ı yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum apelyasiya şikayəti üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təm in edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmündən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-493/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-493/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver