Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-493/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun, bəraət almış şəxs Nazim Hacıyevin və sonuncunun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Rauf Daşdəmirov) xx.xx.2023-cü il tarixli 1(004)-161/2023 nömrəli hökmü ilə 29 noyabr 1984-cü ildə Ermənistan Respublikası, Noyemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan X2 Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: İttihama əsasən X3 təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 21 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Yasamal rayonu «Şamaxinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi- 1,633 qram olan qəhvəyi ağ rəngli, kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, 21 oktyabr 2022-ci il tarixdə saat 16:05-də Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi1,633 qram olan qəhvəyi ağ rəngli, kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) xx.xx.2023-cü il tarixli, 1(103)-1512/2023 nömrəli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il 1(004)-161/2023 nömrəli hökmü nəticə hissəsində dəyişdirilmiş, X1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə dair müddəa hökmdən xaric edilmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, Nazim Hacıyevin 9595/2022 nömrəli tibbi kitabçasına əsasən o, 24 oktyabr 2022-ci il tarixdə müəssisəyə daxil olarkən onun ilkin tibbi müayinəsi zamanı sol saidin ön və arxa səthinin sıyrılmış yaraları, sağ körpücük nahiyəsində üzəri qartmaqlı yarası xəsarətlərin olduğu qeyd olunmuşdur. N.Hacıyev həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Göründüyü kimi şəxsin zorakılığa məruz qalmasının sübut edilməsində tibbi sənədlərə əsasən müəyyən edilən xəsarətlərin müstəsna əhəmiyyəti vardır. Odur ki, həmin xəsarət lərin sadəcə mövcudluğu kifayət deyil, xəsarətlərin hansı şəraitdə və nə zaman alınması mütləq şəkildə müəyyən edilməldir. Tibbi sənədlərdən görünür ki, şəxsin üzərində iki xəsarət aşkar edilmişdir: 1) sol saidın ön və arxa səthinin sıyrılmış yaraları; 2) sağ körpücük nahiyəsində üzəri qartmaqlı yarası Keçirilmiş tibbi ekspertiza xəsarətlərin yaranma vaxtına münasibətdə qəti qərara gələ bilməmişdir. Belə ki, rəydə qeyd olunmuşdur ki, həmin xəsarətlərin xarakteri qeyd olunmadığından onların törənmə müddətini dəqiq təyin etmək mümkün deyil. Bundan əlavə rəyə əsasən həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi də inkar olunmur. Belə olduğu halda həmin xəsarətlərin şəxsin polis tərəfindən saxlanılmasından əvvəl yaranması, həmçinin özü tərəfindən yetirilməsi də istisna deyil. Məhkəmə is ə həmin xəsarətlərin daha əvvəl yarana bilməsinin mümkünlüyünü araşdırmamış, əsassız olaraq həmin xəsarətlərin şəxsin polis tərəfindən saxlanılmasından sonra yaranması qənaətinə gəlmişdir. Bundan başqa həmin xəsarətlərin lokafizasiyasından görünür ki, onlar təqsirləndirilən şəxsin yuxarı ətraflarında yerləşir, müdafiə tərəfinin iddiasına əsasən həmin xəsarətlər polis əməkdaşları tərəfindən yetirilmişdirsə belə, yalnız yuxarı ətrafına yetirilməsi də diqqətçəkəndir. Belə ki, X1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı səhəri, Nərimanov rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(005)-310/2023 saylı hökmündən görünür ki, Nazim Hacıyev ifadəsində 18 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Nərimanov rayonu, Xan Şuşinski 60 ünvanında olan zam an tanışı ilə birlikdə oğurluq etmək məqsədilə "xxxx" ASC-nə məxsus obyektin divarında olan nəfəslikdən içəri daxil olmuşdur. O, oğurladığı dəmir borunu tanışına vermək istədikdə qəfildən bir qadın qışqırdığı üçün tanışı qaçmış, o, isə içəridə qalaraq gözləmiş, bir neçə dəqiqədən sonra polis əməkdaşları gələrək onu oradan çıxarmışlar. Göründüyü kimi Nazim Hacıyevin bədəni üzərindəki xəsarətlərin məhz yuxarı ətrafında yerləşməsi onun həmin xəsarətləri nəfəsliyə daxil olarkən aldığını bir daha sübut edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin üzərində aşkar olunmuş xəsarətlərin onun polis idarəsinə gətirilməzdən əvvəl almış olduğu halda bununla bağlı müvafiq aktın tərtib olunmamasına dair mövqe sərgiləyərkən nəzərə almamışdır ki, həmin vaxt hava soyuq olmaqla insanlar uzunqol geyim g eyindiklərindən (bu şəxsi axtarış və götürmənin aparılmasına dair video çəkilişdən də görünür) habelə şəxsi müavinə istintaq hərəkəti aparılmadığından onun bədəni üzərində olan xəsarətləri isə vizual baxmaqla görmək mümkün olmadığı üçün bu barədə hər hansı aktı tərtib edilməmiş, habelə mövcud cinayət prosessual Qanunvericiliyi təhqiqat və ya istintaq orqanının üzərinə belə bir akt tərtib etmək vəzifəsi qoymamışdır. Məhkəmə-tibb ekspertizasının xəsarətlərin 21 oktyabr 2022-ci il tarixdə alınmasına dair ehtimali rəyinin əsaslı olmaması nəinki ekspert rəyinin tədqiq edilməsi zamanı, həmçinin də müvafiq rəyi vermiş ekspertin dindirilməsi zamanı da meydana çıxmışdır. Belə ki, ekspertiza rəyinə əsasən şəxsin üzərində həm sıyrıq, həm də qartmaqlı yara olduğu müəyyən edilmişdir. Tibbi nöqteyi nəzə rdən qartmaqlı yara sıyrıq xəsarətinin sonrakı mərhələsində yaranır. Hər bir sıyrıq bir müddətdən sonra üzəri qartmaqlı yaraya çevrilir. Qartmaq özü qurumuş qan olmaqla sıyrılmış nahiyədə formalaşır. Belə olduğu halda eyni zamanda müşahidə edilən həm qartmaqlı yaranın, həm də sıyrıq xəsarətinin eyni vaxtda yaranmasına dair nəticə əsaslı ola bilməz. Halbuki xəsarətlərin yetirilmə vaxtının müəyyən edilməsi iş üzrə həyati əhəmiyyət kəsb etməklə verilmiş ittihamın müqəddəratını həll etmiş olur. Məhkəmə iclasında dindirilmiş rəy vermiş ekspert müxtəlif inkişaf mərhələsində olan xəsarətlərin (sıyrıq və qartmaqlı yaranın) eyni vaxtda yarana bilməsinə dair nəticəsini əsaslandıra, bununla əlaqədar verilmiş suallara cavab verə bilməmiş, bununla da ekspert rəyinin xəsarətlərin yetirilmə vaxtına dair nəticəsinin əsassız olması müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal rayon prokurorluğunun 05 yanvar 2023-cü il tarixli qərarından görünür ki, toplanmış izahatlarla, materiala əlavə edilmiş sənədlərlə və məhkəmə-tibbi ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Nazim Hacıyev 21 oktyabr 2022ci il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb şöbəyə gətirilərkən və ya şöbədə olarkən ona qarşı hər hansı fiziki və psixi təsirlər olunmamış, üzərinə keçirilmiş şəxsi axtarış zamanı psixotrop maddə aşkar edilmiş, N.Hacıyev həmin narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadə vermişdir. Onun şikayət etməkdə məqsədi ağır cinayət məsuliyyətindən yayınmaq, onu həbs etmiş polis əməkdaşlarından qisas almaq olmuşdur. Bundan əlavə Nazim Hacıyev ibtidai istintaq zamanı törə tdiyi cinayət əməlini etiraf etsə də məhkəmə iclasında həmin ifadəni polis tərəfindən edilən zorakılığın təsiri altında verdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəni hökmdə əks etdirməmiş, həmin ifadəni təhlil etməyərək, ifadəsini dəyişməsinin səbəblərini aydınlaşdırmadan nəticəyə gəlmişdir. Halbuki, Nazim Hacıyevin cinayət əməlini törətməsini təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Nazim Hacıyevin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi və videoçəkilişdəki danışıqları bir-birini tamamlamış, eləcə də şahidlərin ifadələri, iş üzrə alınmış məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə X1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışd ır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan şahid ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş digər sübutlarla, məhkəmə-kimyəvi ekspertizasının rəyi və digər sübutlarla əlaqəli şəkildə yoxlamamış və bir-biri ilə müqayisə etməmiş, təqsirləndirilən şəxs Ramin İbrahimovun ifadəsinə digər sübutlara nisbətdə çox üstünlük vermişdir ki, bununla da iş üzrə əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti v ə ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində X2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Kassasiya protestində qeyd edilmişdir ki, cinayət işi üzrə sübutlarla X1 təqsiri tam sübuta yetirilir, məhkəmə sübutlara düzgün qiymət verməmiş, əsassız olaraq təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəyə, məhkəmə-tibbi ekspertizasının rəyinə istinadən yanlış nəticəyə gəlmişdir. Kassator hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünü yolverilməz sübutlarla əsaslandırmışlar. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin mat eriallarından görünür ki, X1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamış, onun barəsində əməliyyat-axtarış tədbirləri keçirməmiş, onun psixotrop maddənin hər hansı bir konkret şəxsdən alması və ya həmin psixotrop maddənin hər hansı bir konkret şəxsə satması halları müəyyən edilməmişdir. X2 qarşı irəli sürülmüş ittiham yalnız maddi sübuta, yəni onun üzərində psixotrop maddənin aşkar edilməsi faktına əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarda qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə psixotrop maddənin aşkar edilməsini təsdiq edən sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilibverilmədiyini araşdırılmalıdır. İstintaq orqanı X1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun ifadəsini, onun üzərində şəxsi axtarış keçirilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli protokolu, N.Hacıyevin tutulmasında və onun şəxsi axtarışda iştirak etmiş şəxslər Şahid2 və Şahid1 şahid ifadələrini, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərini təqdim etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri sübutları araşdırıb belə nəticəyə gəlmişlər ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Həmçinin məhkəmələr müvafiq olaraq hökm və qərarda qeyd etmişlər ki, X1 təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı sübutların əldə edilməsi zamanı səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmələrin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, X2 elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı z əruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalı dır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi ittihamın sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, X1 Azərbaycan R espublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X3 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 21 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə piyada hərəkət edən zaman 2 nəfər polis əməkdaşı ona yахınlаşıb özlərini Yаsаmаl RPİnin 29-cu PŞ-nin əməkdаşlаrı kimi təqdim etmişlər. Bundan sonra həmin polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, lakin həmin vaxt onun üzərində şəxsiyyət vəsiqəsi olmamışdır. Bundan sonra polis əməkdaşları onun şəxsiyyəti barədə məlumatları dəqiqləşdirmək məqsədi ilə onu Yasamal RPİ-nin 29-ci PŞ-ya dəvət etmişlər, o isə polis əməkdaşının tələbinə tabe olaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamışdır. Polis şöbəsində olan zaman polis əməkdaşları ona bir büküm psixotrop maddə olan metafetamin verib, ondan həmin psixotrop maddəni cibinə qoyub çəkiliş zamanı cibindən çıxarıb özünə məxsus olduğunu və guya “Şamaxinka” adlanan ərazidən 20 manata aldığı bildirməsini tələb etmişlər. O, polis əməkdaşının bu təklifinə cavab olaraq bildirmişdir ki, onların bu tələbini yerinə yetirmək istəmir. Bundan sonra 2 nəfər polis əməkdaşı onu yumruq və təpiklərlə vurmağa başlamışlar. Qısa zaman sonra o, polis əməkdaşlarının ona yetird ikləri xəsarətlər nəticəsində olan ağrılara dözə bilmədiyi üçün onların tələbi ilə razılaşıb, polis əməkdaşları tərəfindən ona təqdim olunmuş narkotik vasitəni cibinə qoymuşdur. Daha sonra onu şöbənin digər otağına aparmışlar və orada polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin var, həmin psixotro p maddəni o, “Şamaxinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 20 manat müqabilində almışdır. Polis əməkdaşları onun təqdim etdiyi psixotrop maddəni zərfə qoyub qablaşdırmışlar. O isə polis əməkdaşları tərəfindən döyüldüyü və bir daha döyülməkdən qorxduğu üçün həmin zərfi və protokolu imzalamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, 05 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ona təqdim edilməmişdir. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını təşkil edən sübutlar həm ziddiyyətlidir, həm də iş üzrə müəyyən edilmiş hallar həmin sübutların möt əbərliyinə kifayət qədər şübhə doğurur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, N.V.Hacıyevin təqsirliliyinə dair heç bir başqa sübutlar olmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq X2 bəraət vermişdir. Belə ki, cinayət işinə əlavə edilmiş axtarış və götürmə haqqında 21 oktyabr 2022-ci il tarixli protokoldan, N.V.Hacıyevin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə 22 və 23 oktyabr 2022-ci il tarixli protokollardan görünür ki, N.V.Hacıyev 21 oktyabr 2022-ci il tarixdə tutulmuş, həmin gün polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış keçirilmiş və o, üzərində olan metafetamini könüllü olaraq təqdim etmişdir. 22 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində, 23 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində polisdə dindirilərkən N.V.Hacıyev şəxsi axtarış protokolunda göstərilən halları təsdiq etmiş və psixotrop maddənin ona məxsus olmasını bildirmişdir. Lakin cinayət işində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin eyni, yəni 23 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, N.V.Hacıyev məhkəmə iclasında göstərmişdir ki, özünü təqsirli bilmir, üzərində heç bir narkotik vasitə olmamış, üzərinə zorla qoyulmuşdur. Bundan başqa cinayət işinin materiallarından görünür ki, N.V.Hacıyevin üzərində tutulduğu yerdə axtarış aparılmamış, şəxsi axtarış polis şöbəsində onun tutulmasından 1 saat 30 dəqiqədən sonra aparılmışdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı İstintaq Təcridxanasına daxil olanda N.V.Hacıyevin bədəni üzərində 21 oktyabr 2022-ci il tarixə törənməsi inkar edilməyən bədən xəsarətləri aşkar edilmişdir. Hə m, məhkəmə iclasında, həm Yasamal rayon prokurorluğunda aparılmış araşdırma zamanı, həm ekspertiza aparılan vaxt N.V.Hacıyev həmin xəsarətlərin ona polis əməkdaşları tərəfindən yetirilməsini bildirmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən işin hallarını nəzərə alaraq nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs X1 ibtidai аrаşdırmа dövründə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifаdələri ilə məhkəmədə verdiyi ifadəsi аrаsındа ziddiyyətə düzgün hüquqi qiymət vermiş və əsaslı olaraq nəticəyə gəlmişdir ki, оnun ibtidai istintаqdа verdiyi ifаdə mötəbər sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələ r olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirlən dirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göründüyü kimi, məhkəmələr hazırki cinayət işi üzrə toplanılmış sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin müddəalarına tam riayət edilməklə yoxlamış və qiymətləndirmişdir. Sübutların yoxlanılması və qiymətləndirilməsi ilə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələri onların hökm və qərarların kassasiya qaydasında ləğv edilməsinə səbəb ola biləcək prosessual qanunvericilikdə nəzərdə tutulmuş pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası qanunun yuxarıda göstərilən normaları və cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri hazırki iş üzrə ittihamın əsasını təşkil edən X1 ibtidai istintaq zamanı verdiyi ifadə, onun üzərində şəxsi axtarış keçirilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli protokolu və şahidlər Şahid2 və Şahid1 ifadələrini qiymətləndirərək əsaslı olaraq nəticəyə gəlmişlər ki, həmin sübutların mötəbərliyi şübhə doğurur. İşdən göründüyü kimi birinci instansiyası məhkəməsi X2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələblərinə görə təqsirlədirilən şəxsin cinayətin törədilməsində tə qsiri məhkəmə iclasında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, X1 üzərində tutulduğu yerdə axtarış keçirilməməsi, pоlisin tаm nəzаrətinə keçərək onun tutulmаsı vaxtında rəsmiləşdirilməməsi, N.V.Hacıyevin polis orqanında cinayəti etiraf edən tarixdə məhkəmədə cinayətin onun tərəfindən törədilməməsi və etirafedici ifadələri polisin təzyiqi altında verilməsini göstərməsi, N.V.Hacıyevin bədənində törənməsi tutma və axtarış keçirən vaxta uyğun gələn bədən xəsarətlərinin olması və onun həmin xəsarətlərin polis əməkdaşları tərəfindən cinayətin etiraf edilməsi ilə əlaqədar ona təzyiq göstərilməsi nəticəsində əmələ gəlməsi barədə ifadəni verməsi ümumiyyətlə psixotrop maddənin N.V.Hacıyevin üzərind ə aşkar edilməsi barədə şəxsi axtarış və götürmə haqqında protokolun və polis əməkdaşlarının ifadələrinin mötəbərliyinə əsaslı şübhə doğurur. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onu n təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təq ibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X1 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X3 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfini n üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə raz ılaşmayaraq, protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-493/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-493/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver