Məhkəmə qərarları › İş №1(102)-494/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-494/2020

25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-494/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova – Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum və onun müdafiəçisi, Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Qulamov Ağazahid Şirzad oğlunun iştirakları ilə xx xxxxxxx 1965-ci ildə Qubadlı rayonu, Yuxarı Mollu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əm əklə məşğul olan, ünvan qeydiyyatda olan və ünvan 1 müvəqqəti məskunlaşmış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından mülki iddiaçı Qubadlı Rayon Vergilər Şöbəsinin rəisi, Məhkum və onun müdafiəçisi, Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Qulamov Ağazahid Şirzad oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakim V.Y.Ruvinov) Məhkum CM-in 213.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətində dövlət orqanlarında və yerli özünüidarə orqanları nda rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin verilmiş mülki iddia qismən təmin edilərək 17.148,78 manat məbləğində pulun Məhkum tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən mülki iddiaçı Qubadlı Rayon Vergilər Şöbəsinin rəisi və Məhkum tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: F.G.Zeynallı (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayev) apellyasiya şikayətləri təmin edilməmiş, Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərə findən Məhkum ona görə təqsirli bilinmişdir ki, o, Qubadlı rayon Vergilər şöbəsində vergi ödəyicisi kimi qeydiyyata alınmaqla, Sumqayıt şəhəri, 41-ci məhəllə, Sülh küçəsində yerləşən icarəyə götürdüyü polietilen sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən, 2014-cü il ərzində əldə etdiyi gəliri 96.040,66 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 80.033,88 manat, vergiyə cəlb olunan gəliri 16.006,78 manat, büdcəyə ödənilməli gəlir vergisi 3201,36 manat olduğu halda, qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi həmin il üzrə gəlir vergisi bəyannaməsində əldə etdiyi gəlirlərini 234.486,02 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərini 234.286,14 manat, vergiyə cəlb olunan gəliri 199,88 manat, büdcəyə ödənilməli gəlir vergisini 39,98 manat göstərib ödəməklə, 3161,38 m anat; 2015-ci il ərzində əldə etdiyi gəliri 450.385,91 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 375.321,59 manat, vergiyə cəlb olunan gəliri 75.064,32 manat, büdcəyə ödənilməli gəliri vergisi 15.012,86 manat olduğu halda, qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi həmin il üzrə gəlir vergisi bəyannaməsində əldə etdiyi gəlirlərini 284.644,79 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərini 284.542,70 manat, vergiyə cəlb olunan gəliri 102,09 manat, büdcəyə ödənilməli gəlir vergisini 20,42 manat göstərib ödəməklə, 14.992,44 manat, cəmi, 18.153,82 manat gəlir vergisi; 2014-cü ilin noyabr ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulmalı dövriyyə 43.000,74 manat, ƏDV 7740,13 manat, əvəzləşdirilən əməliyyatlar üzrə dövriyyə 164.670,16 manat, əvəzləşdirilməli ƏDV 29.640,63 manat, büdcədən istənilməli ƏDV 21.900,53 manat olduğu halda, həmin ay üzrə fərdi sahibkarın vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulmalı dövriyyə 164.699,9 manat, ƏDV 29.645,98 manat, əvəzləşdirilməli ƏDV 29640,7 manat, büdcəyə ödənilməli ƏDV 5,28 manat göstərib ödəyərək, 21.905,81 manat ƏDV artıq; həmin ilin dekabr ayı üzrə ƏDV tutulmalı dövriyyə 53.039,93 manat, ƏDV-si 9547,19 manat, əvəzləşdirilməli ƏDV 4213,08 manat, büdcəyə ödənilməli ƏDV 5334,11 manat olduğu halda, fərdi sahibkarın vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulmalı dövriyyə 69.786,1 manat, ƏDV-si 12.561,5 manat, əvəzləşdirilməli ƏDV 4213,08 manat, büdcəyə ödənilməli ƏDV 8348,42 manat göstərib ödəyərək, 3014,31 manat ƏDV artıq; 2015-ci ilin yanvar ayı üzrə ƏDV tutulmalı dövriyyə 40165,4 manat, ƏDV-si 7 229,8 manat, əvəzləşdirilməli ƏDV 8280,0 manat, büdcədən istənilməli ƏDV 1050,23 manat olduğu halda, fərdi sahibkarın vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulmalı dövriyyə 48.835,0 manat, ƏDV-si 8790,3 manat, əvəzləşdirilməli ƏDV 8280,0 manat, büdcəyə ödənilməli ƏDV 510,3 manat göstərib ödəyərək, 1560,53 manat ƏDV artıq; həmin ilin fevral ayı üzrə ƏDV tutulmalı dövriyyə 35466,5 manat, ƏDV-si 6384,0 manat, əvəzləşdirilməli ƏDV 3007,0 manat, büdcəyə ödənilməli ƏDV 3376,97 manat olduğu halda, fərdi sahibkarın vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulmalı dövriyyə 39.718,5 manat, ƏDV-si 7149,3 manat, əvəzləşdirilməli ƏDV 7056,0 manat, büdcəyə ödənilməli ƏDV 93,34 manat göstərib ödəyərək, 3283,63 manat ƏDV az; mart ayı üzrə ƏDV tutulmalı dövriyyə 37.882,9 manat, ƏDV-si 6818,9 manat, əvəzləşdirilməli ƏDV olmadığı, büdcəyə ödənilməli ƏDV 6818,92 manat olduğu halda, fərdi sahibkarın vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulmalı dövriyyə 13.056,4 manat, ƏDV-si 2350,2 manat, əvəzləşdirilməli ƏDV 1908,0 manat; büdcəyə ödənilməli ƏDV 442,14 manat göstərib ödəyərək, 6376,78 manat ƏDV a aprel ayı üzrə ƏDV tutulmalı dövriyyə 51.567,2 manat, ƏDV-9282,1 manat, əvəzləşdirilməli ƏDV 2162,2 manat, büdcəyə ödənilməli ƏDV 7119.9 manat olduğu halda, fərdi sahibkarın vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulmalı dövriyyə 23.866,8 manat, ƏDV-si 4296,0 manat, əvəzləşdirilməli ƏDV 4140,0 manat, büdcəyə ödənilməli ƏDV 156,02 manat göstərib ödəyərək, 6963,88 manat ƏDV az; may ayı üzrə ƏDV tutulmalı dövriyyə 52.085,5 manat, ƏDV-si 9375,4 manat, əvəzləşdirilməli ƏDV olmadığı, büdcəyə ödənilməli ƏDV 9375,39 manat olduğu halda, fərdi sahibkarın vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulmalı dövriyyə manat, ƏDV-si 165,9 manat, əvəzləşdirilməli ƏDV olmadığı, büdcəyə ödənilməli ƏDV 165,89 manat göstərib ödəyərək, 9209,5 manat ƏDV az; iyun ayı üzrə ƏDV tutulmalı dövriyyə 37.574,1 manat, ƏDV-si 6763,3 manat, əvəzləşdirilməli ƏDV 7811,5 manat, büdcədən istənilməli ƏDV 1048,16 manat olduğu halda, fərdi sahibkarın vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulmalı dövriyyə 25.606,7 manat, ƏDV-si 4609,2 manat, əvəzləşdirilməli ƏDV 12.203,5 manat, büdcəyə ödənilməli ƏDV 7594,28 manat göstərib ödəyərək, 6546,12 manat ƏDV az; iyul ayı üzrə ƏDV tutulmalı dövriyyə 50.530,7 manat, ƏDV-si 9095,5 manat, əvəzləşdiril məli ƏDV 2558,2 manat, büdcəyə ödənilməli ƏDV 6537,33 manat olduğu halda, fərdi sahibkarın vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulmalı dövriyyə manat, ƏDV-si 23.279,9 manat, əvəzləşdirilməli ƏDV 23167,8 manat, büdcəyə ödənilməli ƏDV 112,06 manat göstərib ödəyərək, 6425,27 manat ƏDV az; avqust ayı üzrə ƏDV tutulmalı dövriyyə 46.902,8 manat, ƏDV-si 8442,5 manat, əvəzləşdirilməli ƏDV olmadığı, büdcəyə ödənilməli ƏDV 8442,5 manat olduğu halda, fərdi sahibkarın vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulmalı dövriyyə 1007,3 manat, ƏDV-si 181,3 manat, əvəzləşdirilməli ƏDV olmadığı, büdcəyə ödənilməli ƏDV 181,31 manat göstərib ödəyərək, 8261,19 manat ƏDV az; sentyabr ayı üzrə ƏDV tutulmalı dövriyyə 54.676,8 manat, ƏDV-si 9841,82 manat, əvəzləşdirilməli ƏDV olmadığı, büdcəyə ödənilməli ƏDV 9841,82 manat olduğu halda, fərdi sahibkarın vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulmalı dövriyyəsinin olmadığını göstərərək, 9841,82 manat ƏDV az; oktyabr ayı üzrə ƏDV tutulmalı dövriyyə 43.534,1 manat, ƏDV-si 7836,1 manat, əvəzləşdirilməli ƏDV 254,9 manat, büdcəyə ödənilməli ƏDV 7581,24 manat olduğu halda, fərdi sahibkarın vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulmalı dövriyyə 2300,0 manat, ƏDV-si 414,0 manat, əvəzləşdirilməli ƏDV 216,0 manat, büdcəyə ödənilməli ƏDV 198,0 manat göstərib ödəyərək, 7383,24 manat ƏDV az hesablamaqla, cəmi 37.810,78 manat ƏDV; 2015-ci ilin 4-cü rübü ərzində icarəyə götürdüyü sexə görə ödənilən 233,0 manat icarə haqqından 14% dərəcə ilə 32,62 manat ödəmə mənbəyində tutulan vergini hesablayıb ödəməli o lduğu halda, həmin rüb üzrə bəyannamə təqdim etməyərək, 32,62 manat ödəmə mənbəyində tutulan vergi, ümumilikdə, 55.997,22 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-nin 213.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Mülki iddiaçı, Qubadlı Rayon Vergilər Şöbəsi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və mülki iddianın tam təmin olunaraq 49.992,72 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum 55.997,22 manat vergi borcu olduğu halda, əsassız olaraq vergi borcunun 20.153,28 manat olması nəticəsinə gəlmiş və 3004,50 manat ödənilməsi nəzərə alınmaqla,17.148,78 manat məbləğində pulun təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsinə hökm verilmişdir. Belə ki, ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2017-ci il tarixli 3236 nömrəli rəyində Məhkum 55.997,22 manat vergi borcu olduğu göstərilmişdir. Lakin məhkəmələr tərəfindən keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2019-cu il tarixli və xx xxx 2019-cu il tarixli rəylər sübut kimi qəbul edilərək Məhkum vergi borcunun 20.153,28 manat olması nəticəsinə gəlmişlər. Mülki iddiaçı həmçinin hesab edir ki, məhkəmə mühasibat ekspertizasının predmeti olmadığı halda, ekspert öz səlahiyyətlərini aşaraq Vergilər Məcəl ləsinin 175.1 və 159.7-ci maddələrini təhlil etmiş və hüquqi rəy vermişdir. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum haqqında olan cinayət işinin xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, Məhkum şəriki olmuş X3 onların işlətdiyi sexi faktiki olaraq idarə etmiş, onu aldadaraq vergi öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə onun adına vergi borcları yaranmışdır. Şikayətdə qeyd olunur ki, Məhkum cinayət işi Ali Məhkəmədə baxılana kimi mülki iddianın ödənilməmiş 17.148,78 manat hissəsini də ödəyib qəbzləri təqdim edəcəkdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları il ə əlaqəli şəkildə araşdırıb, məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə Məhkum, müdafiəçi A.Qulamovun, məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi dövlət ittihamçı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən mülki iddiaçının kassasiya şikayəti təmin edilməməli, məhkum və müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası m əhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallar a əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində mülki iddiaçı verilmiş mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində isə Məhkum haqqında olan cinayət işinin xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki iddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillər, onun apellyasiya şikayətinin dəlillərinin təkrarıdır və apellyasiya məhkəməsinin qərarında həmin dəlillərə əsaslandırılmış cavablar verilmişdir. Mülki iddiaçının kassasiya şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşdə olan məhkəmə-mühasibat ekspertizasının xx.xx.2017-ci il tarixli, 3236 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyindən cəlb olunmuş mütəxəssis tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş poletilen boruların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktik enerji sərfıyyatı əsasında poetilen boruların istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Lakin qeyd edilir ki, hazırki ekspertiza zamanı xx.xx.2016-cı il tarixli mütəxəssis rəyinin nə dərəcədə əsaslı olub-olmadığı istintaq orqanı tərəfindən qəbul edildiyi təqdirdə xx.xx.2014cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə sahibkar Məhkum tərəfindən 18153,82 manat gəlir vergisinin, 37810,78 manat məbləğində əlavə dəyər vergisinin və 32,62 manat məbləğində ödəmə mənbəyində tutulan verginin, ümumilikdə isə 55.997,22 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkumun müdafiəçisinin vəsatətinə əsasən məhkəmə-mühasibat ekspertizası, mülki iddiaçının nümayəndəsinin vəsatətlərinə əsasən isə təkrar məhkəməmühasibat ekspertizası və komisyon məhkəmə-mühasibat ekspertizası keçirilməsi barədə qərar qəbul etmiş və aşağıdakı ekspert rəyləri alınmışdır: Məhkəmə-mühasibat ekspertizasının xx.xx.2017-ci il tarixli, 19263 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, fərdi sahibkar Məhkum tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə ümumilikdə 20.153,28 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilir, o cümlədən ÖMV üzrə 32,62 manat, ƏDV üzrə 1966, 84 manat, gəlir vergisi üzrə 18.153,82 manat. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən, bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Məhkəmə-mühasibat ekspertizasının xx.xx.2019-cu il tarixli, 7688/7872 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin tələblərinə əsasən vergi ödəyicisi Məhkum dəyərini nağd qaydada ödədiyindən, əvəzləşdirmək hüququnu itirdiyi 32.897,70 manat məbləğində mallara Vergi Məcəlləsinin 159.7-ci maddəsi tətbiq edilməli idi. Yəni fərdi sahibkar Məhkum tərəfindən əvəzləşdirmək hüququnu itirdiyi 32.897,70 manat məbləğində mallar (VM-nin 159.7-ci maddəsinin tələblərinə əsasən) vergi tutulan əməliyyat hesab edilmir. Həmçinin fərdi sahibkar Məhkum tərəfindən əvəzləşdirmək hüququ itirilmiş mallar (VM-nin 159.7-ci maddəsinin tələblərinə əsasən) vergi tutulan əməliyyat hesab edilmir. Vergi Məcəlləsinin 159.7-ci maddəsinin tələbləri nəzərə alınmalı olduğundan fərdi sahibkar Məhkum keçirilmiş yoxlamanın nəticəsi olaraq tərtib edilmiş xx.xx.2016-cı il tarixli, **********988778 saylı “Səyyar vergi yoxlaması aktının hesablanmalarla bağlı nəticələrinin düzgünlüyü müəyyən olunmur. Məhkəmə-mühasibat ekspertizasının xx.xx.2019-cu il tarixli, 8742/8302 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, fərdi sahibkar Məhkum tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə ümumilikdə 20.153,28 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilir, o cümlədən ÖMV üzrə 32,62 manat, ƏDV üzrə 19 66, 84 manat, gəlir vergisi üzrə 18.153,82 manat. Beləliklə, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təyin edilmiş üç məhkəmə-mühasibat ekspertiza rəyindən görünür ki, fərdi sahibkar Məhkum tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə ümumilikdə 20.153, 28 manat məbləğində vergilərin dövlət büdcəsinə (ÖMV üzrə 32,62 manat, ƏDV üzrə 1966,84 manat, gəlir vergisi üzrə 18.153,82 manat) az hesablanması müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə isə aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işində toplanmış sübutlardan görünür ki, Məhkum elan edilmiş ittihamla bağlı bütün sübutlar işə baxan məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbə yinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında Məhkum əməli Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə düzgün tövsif edilməklə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum şəriki olmuş X3 onların işlətdiyi sexi faktiki olaraq idarə etməsi, onu aldadaraq vergi öhdəliklərini yerinə yetirməməsi, ona görə də təqsirləndirilən şəxs Məhkum heç bir vergi borcunun olmamasına dair dəlilləri iş materialları ilə təkzib olunur. Mülki iddiaçının kassasiya şikayətinin təhlili zamanı Məhkum tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə ümumilikdə 20.153, 28 manat məbləğində vergilərin dövlət büdcəsinə (ÖMV üzrə 32,62 manat, ƏDV üzrə 1966,84 manat, gə lir vergisi üzrə 18.153,82 manat) az hesablanması müəyyən edilməsi ilə əlaqədar sübutlar şərh olunduğundan məhkəmə kollegiyası həmin sübutların təkrar şərhini zəruri hesab etmir. CM-nin 213.1-ci maddəsi “Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu ilə CM-nin 213-cü maddəsinin “Qeyd” hissəsində dəyişiklik edilmiş və CM-nin 213.1-ci maddəsində nəzərdə tutulan “xeyli miqdarda” dedikdə, “əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ” başa düşülür. Göründüyü kimi, CM-nə dəyişikliyə görə Məhkum əməli (yəni onun 20.153, 28 m anat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayınması) hazırda cinayət hesab edilmir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Məhkum cinayət işi Ali Məhkəmədə baxılan müddətdə mülki iddianın ödənilməmiş 17.148,78 manat hissəsini də ödəmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qal dıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli qərarının 3-cü bəndində məhkəmələrin diqqəti ona cəlb edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, yəni fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini ardan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktlar istisna olmaqla, mülki qanunvericilik mü ddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən “əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir”. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.3-ci maddəsini rəhbər tutaraq Qərara alır: Mülki iddiaçının kassasiya şikayəti təmin edilməsin. Məhkum və onun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı və onunla bağlı Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ləğv edilsin. Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum barəsində Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar