Məhkəmə qərarları › İş №1(102)-494/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-494/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-494/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə3 və Məhkum müdafiəçisi Şahid8 Arif oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2023-cü il tarixli qərarından zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə3, Məhkum və onun müdafiəçisi F.A.Ağayev tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2023-cü il tarixli hökmü ilə (hakimlər Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən və məruzəçi), Salmanov Rahib Vaqif oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum, 7 oktyabr 1986-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, "xxxx" MMC-nin direktroru vəzifəsində işləmiş, əvəllər Bərdə Rayon Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli hökmü ilə CM-nın 315.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törət məkdə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət və özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin hökmlə zərər çəkmiş hüquqi şəxs - Azərbaycan Respubilkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülki iddiasının qismən təmin edilməsi, 159.230,28 manat (yüz əlli doqquz min iki yüz otuz manat iyirmi səkkiz qəpik) pul vəsaitinin Məhkum tutularaq mülki iddiaçının xeyrinə ödənilməsi, habelə 22.925 manat (iyirmi iki min doqquz yüz iyirmi beş) dəyərində mal qalığının adı çəkilən Nazirliyin balansına keçirilməsi qərara alınmışdır. İşin halları: Bakı Ağır Cinayətlər Məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 179.4 və 308.2-ci maddələri ilə irəli sürülmüş ittihama istinad edərək hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd etmişdir ki, həmin ittihama görə Məhkum öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir; Belə ki, o, qardaşı Şahid4 adından 24 avqust 2012-ci tarixdə Azərbaycan Respublikasının Vergil ər Nazirliyinin 11 saylı Ərazi Vergilər idarəsi tərəfindən qeydiyyata alınmaqla ********** nömrəli Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) verilmiş, hüquqi ünvanı ünvan 3 həmin dövrdən 9 sentyabr 2014-cü il tarixədək MMC-nin direktoru vəzifəsində işləməklə və həmin tarixdə cinayətdən xəbərsiz olan qardaşı Şahid4 formal olaraq MMC-nin direktoru təyin edilməsini təmin edib 1 oktyabr 2014-cü il tarixdən direktor müavini vəzifəsini yerinə yetirib faktiki olaraq MMC-yə rəhbərliyi özü həyata keçirməklə, 24 avqust 2012-ci tarixdə təsdiq olunmuş Nizamnaməyə əsasən Cəmiyyətin adından qərarlar qəbul etmək, onu təmsil etmək, etibarnaməsiz fəaliyyət göstərmək, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, Cəmiyyətə məxsus əmlakın qorunub saxlanılması, pul vəsaitinin t əyinatı üzrə istifadə olunmasına nəzarət etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını dövlət vəsaitini vahid qəsdlə talamaq məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosialməişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədə d 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 892.645,69 manat (səkkiz yüz doxsan iki min altı yüz qırx beş manat altmış doqquz qəpik) pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilməklə və həmin protokol əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış 19 iyul 2016-cı il tarixli T.F-013/16 nömrəli işlərlə (mallar və xidmətlər) bağlı satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetir ilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq Nazirlik tərəfindən 14 mart 2017ci il tarixdə MMC-nin "xxxx" ASC-nin ünvan 4 ünvanında yerləşən Abşeron filialında olan AZ10MUGA**********00019AZM19 saylı hesabına köçürülmüş 226.943,82 manat (iki yüz iyirmi altı min doqquz yüz qırx üç manat səksən iki qəpik (ƏDV ilə birlikdə 267.793,71 manat (iki yüz altmış yeddi min yeddi yüz doxsan üç manat yetmiş bir qəpik)), 10 iyul 2017-ci il tarixdə "xxxx" ASC-nin ünvan 6 ünvanında yerləşən 4 saylı filialında olan AZ22GUNA******************** saylı hesabına köçürülmüş 38.575,60 manat (otuz səkkiz min beş yüz yetmiş beş manat altmış qəpik (ƏDV ilə birlikdə 45.519,22 manat (qırx beş min beş yü z on doqquz manat iyirmi iki qəpik)) və 29 dekabr 2017-ci il tarixdə "xxxx" ASCnin ünvan 7 ünvanında yerləşən Baş ofisində olan AZ94MUGA**********00179AZM00 saylı hesabına köçürülmüş 490.959,97 manat (dörd yüz doxsan min doqquz yüz əlli doqquz manat doxsan yeddi qəpik (ƏDV ilə birlikdə 579.332,76 manat (beş yüz yetmiş doqquz min üç yüz otuz iki manat yetmiş altı qəpik)) olmaqla, ümumilikdə 756.479,39 manat (yeddi yüz əlli altı min dörd yüz yetmiş doqquz manat otuz doqquz qəpik (ƏDV ilə birlikdə 892.645,69 manat (səkkiz yüz doxsan iki min altı yüz qırx beş manat altmış doqquz qəpik)) məbləğində pul vəsaitindən 29.950 manatını (iyirmi doqquz min doqquz yüz əlli) tikinti materiallarının alınması üçün 14 mart 2017-ci il tarixdə 214784 nömrəli məxaric orderinə imza edib "xxxx" MMC-nin "xxxx" AS C-nin Abşeron filialında olan AZ10MUGA**********00019AZM19 saylı hesabından nağd şəkildə məxaric etməklə, eləcə də, eyni məqsədlə 596.273,90 manatını (beş yüz doxsan altı min iki yüz yetmiş üç manat doxsan qəpik) ayrı-ayrı ödəniş tapşırıqları əsasında müxtəlif hüquqi şəxslərin hesabına köçürməklə, o cümlədən 15 mart 2017-ci il tarixdə həmin hesabdan 34.040 (otuz dörd min qırx) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ07AVRA******************** saylı, həmin tarixdə eyni hesabdan 121.150 (bir yüz iyirmi bir min bir yüz əlli) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ51VTBA**********4873AZN001 saylı, 10 iyul 2017-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin 4 saylı filialında olan AZ22GUNA******************** saylı hesabından 18.160 (on səkkiz min bir yüz altmış) m anat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASC-də olan AZ90BBTB******************** saylı, 5 yanvar 2018-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASCnin Baş ofisində olan AZ94MUGA**********00179AZM00 saylı hesabından 13.000 (on üç min) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASC-nin Promo filialında olan AZ85BBTB******************** saylı, həmin tarixdə eyni hesabdan 34.980 (otuz dörd min doqquz yüz səksən) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" QSC-nin Binəqədi filialında olan AZ19ACAB******************** saylı, 8 yanvar 2018-ci il tarixdə eyni hesabdan 67.259,60 manat (altmış yeddi min iki yüz əlli doqquz manat altmış qəpik) pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ82ATAZ******************** saylı, həmin tarixdə eyni hesabdan 28.202,15 manat (iyirmi səkkiz min iki yüz ik i manat on beş qəpik) pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ18PAHA40060AZNHCO190046462 saylı, 10 yanvar 2018-ci il tarixdə eyni hesabdan 15.000 (on beş min) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ31AİİB******************** saylı, həmin tarixdə eyni hesabdan 6.285,35 manat (altı min iki yüz səksən beş manat otuz beş qəpik) pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialında olan AZ98NİCB**********0001A40060 saylı, həmin tarixdə eyni hesabdan 46.306,80 manat (qırx altı min üç yüz altı manat səksən qəpik) pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialında olan AZ03NİCB**********0001A40060 saylı, 12 yanvar 2018-ci il tarixdə eyni hesabdan 28.600 (iyirmi səkkiz min altı yüz) manat pul vəsaitini "xxxx" MMCnin "xxxx" AS C-nin Mərkəzi filialında olan AZ86MUGA**********03654AZM03 saylı, 15 yanvar 2018-ci il tarixdə eyni hesabdan 30.000 (otuz min) manat pul vəsaitini "xxxx" MMCnin "xxxx" ASC-də olan AZ40AZF********************1 saylı, həmin tarixdə eyni hesabdan 49.700 (qırx doqquz min yeddi yüz) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASCdə olan AZ90BTBB******************** saylı, həmin tarixdə eyni hesabdan 19.605 (on doqquz min altı yüz beş) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" QSC-nin Xırdalan filialında olan AZ34ACAB******************** saylı, 16 yanvar 2018-ci il tarixdə eyni hesabdan 15.510 (on beş min beş yüz on) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" QSC-nin Binəqədi filialında olan AZ19ACAB******************** saylı, 18 yanvar 2018-ci il tarixdə eyni hesabdan 51.480 (əlli bir min dör d yüz səksən) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialında olan AZ52NİCB**********0001A40060 saylı, 22 yanvar 2018-ci il tarixdə eyni hesabdan 16.995 (on altı min doqquz yüz doxsan beş) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASC-nin AZ90BBTB******************** saylı hesabına köçürməklə və həmin hüquqi şəxslərdən qeyd edilən dəyərdə tikinti materialları alıb həmin tikinti materiallarının bir hissəsini müqavilə üzrə nəzərdə tutulan işlərin görülməsinə sərf edib əksər hissəsini isə özünün borclarının əvəzinə ayrı-ayrı şirkətlərə və şəxslərə verməklə, habelə 130.255,49 (bir yüz otuz min iki yüz əlli beş manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaitini MMC-nin vergi, sosial sığorta ödəmələri və bank xərcləri üzrə istifadə edib, müqavilədə nəzərdə tutula n müddətin bitməsinə baxmayaraq, Lənkəran rayonu Digah kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 16.849,41 manat, Lənkəran rayonu Nərimanabad kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 16.410,63 manat, Lənkəran rayonu Bürcəli kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 35.047,76 manat, Lənkəran rayonu Siyar kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 17.488,17 manat, Lerik rayonu Əliabad kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 80.615,05 manat, Lerik rayonu Küsəkəran kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa ça tdırılması üçün 57.415,50 manat, Lerik rayonu Noda kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 80.615,05 manat, Lerik rayonu Cangəmirən kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 19.025,32 manat, Yardımlı şəhərində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 79.744,21 manat, Masallı şəhərində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 19.168,95 manat, Masallı şəhərində inşa edilmiş digər 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 19.098,15 manat, Astara rayonu Hamuşan (Kijəvə) kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 57.415,50 manat v ə Astara rayonunda inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 16.180,97 manat dəyərində, ümumilikdə 515.074,67 manat (beş yüz on beş min yetmiş dörd manat altmış yeddi qəpik) dəyərində işləri yerinə yetirməyib, ayrılmış vəsaitin cəmi 241.404,72 manatını (iki yüz qırx bir min dörd yüz dörd manat yetmiş iki qəpiyini) müqavilə üzrə nəzərdə tutulan işlərin görülməsinə sərf edib, 14 mart 2017-ci il tarixdən 22 yanvar 2018-ci il tarixədək olan dövr ərzində həmin işlərin tamamlanması üçün zəruri olan və Nazirlik tərəfindən ayrılaraq faktiki rəhbərlik etdiyi Cəmiyyətin bank hesablarına köçürülməklə ona etibar edilmiş cəmi 515.074,67 manat (beş yüz on beş min yetmiş dörd manat altmış yeddi qəpik) pul vəsaitini bank hesabından nağd şəkildə çıxarmaqla, ayrı-ay rı hüquqi şəxslərdən aldığı tikinti materiallarını digər şəxsi məqsədləri üçün istifadə etməklə, habelə MMC-nin hazırkı müqavilə ilə bağlı olmayan öhdəliklərinin icrasına yönəltməklə öz qulluq mövqeyindən istifadə edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurub mənimsəməklə talamış, əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi - Nazirliyini əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Cinayət işinə birinci instansiya məhkəməsində ba xılması nəticəsində məhkəmə araşdırılmış sübutlara əsaslanaraq "xxxx" MMC-yə ümumilikdə ƏDV-siz 756.479,4 manat məbləğində pul vəsaitinin köçürüldüyünü, ayrı-ayrı tikinti obyektləri üzrə faktiki olaraq yerinə yetirilməyən iş həcminin 182.155.28 manat məbləğində olmasını, həmin məbləğdən Məhkum 159.230,28 manat məbləğində pul vəsaitini mənimsəməsini, 22.925 manat dəyərində tikinti materiallarının isə adı çəkilən MMC-nin anbarında saxlanılmasını müəyyən etmiş və bu hallara əsasən məhkum olunmuş şəxsin qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını külli miqdarda mənimsəməsi əməlinin 179.4 və 308.2-ci maddələrindən CM-nin 179.3.2-ci maddəsinə tövsif edilməsi, onun həmin maddə ilə təqsirli bilinməsi və cəzalandırılması barədə yuxarıda göstərilən hökmü çıxarmışdır. Hökmdən Məhkum müdafiəçisi F.A.Ağayev və zərər çəkmiş hüquqi şəxsin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Əyyubov Fərid İlham oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə) 12 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2023-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2023-cü il tarixli qərarından zərər çəkmiş hüquqi şəxsin və mülki iddiaçının - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə3, Məhkum və onun müdafiəçisi F.A.Ağayev ayrı-ayrılıqda kassasiya şikayətləri verərək aşağıdakıları xahiş etmişlər: Nümayəndə3 – həmin qərarın iş üzrə verilmiş mülki iddianın tam həcmdə təmin edilməməsinə dair hissədə ləğv edilməsini və iddianın tam (515.047, 67 manat məbləğində) təmin olunmasını; Məhkum - ədalətli qərar qəbul edilməsini; müdafiəçi F.A.Ağayev – apellyasiya instansiyası məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərarının və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2023-cü il tarixli hökmünün ləğv edilməsini və Məhkum barəsindəki cinayət işi üzrə icraata cinayət hadisəsi olmadığına görə xitam verilməsinə, mülki iddianın isə - baxılmamış saxlanılmasına dair yeni qərarın qəbul edilməsini. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində Məhkum qar şı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihama əsaslanaraq məhkəmələrin iş üzrə gəldikləri nəticələri düzgün hesab etməyən zərər çəkmiş hüquqi şəxsin və mülki iddiaçının - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə3 kassasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə çıxardığı hökmdə Astara, Lerik, Yardımlı, Masallı və Lənkəran rayonlarında olan 13 ədəd fərdi yaşayış evlərinin təmir-tikinti işlərinin başa çatdırılması üçün tələb olunan ümumi vəsaitin məbləğinin 515.074,67 manat olmasını təsdiq etsə də, sonda mülki iddianı heç bir əsaslandırma aparmadan qismən təmin etmiş, bunun əsası kimi isə mənimsənilən məbləğin 182.155.28 manat olmasını əsas götürmüşdür. Apellyasiva instansiyası məhkəməs i isə zərər çəkmiş hüquqi şəxsin həmin hökmdən verdiyi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, qəbul etdiyi qərarda isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığını qeyd edərək hökmdə yazılanları təkrarlamışdır. Odur ki, iş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallara məhkəmələr tərəfindən düzgün qiymət verilməmiş, Məhkum törətdiyi əməllər yanlış olaraq CM-nin 179.3.2-ci maddəsi ilə tövsif edilmiş və buna görə mülki iddia da əsassız olaraq qismən təmin edilmişdir. Qeyd olunanlara əsaslanaraq Nümayəndə3 onun kassasiya şikayətinin təmin olunmasını və mülki iddianın tam həcmdə təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum öz kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mə tndə Konstitusiyanın) və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə istinad edərək kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı tərəfindən saxta sübutlara əsasən ona qarşı əsassız ittiham irəli sürülmüş və o, heç bir cinayət əməli törətmədiyi halda əsassız olaraq məhkum olunmuşdur. Halbuki onun təqsirli bilinməsi üçün istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında mötəbər sübutlar əldə olunmamış, əksinə, toplanmış və araşdırılmış sübutlarla onun təqsirsiz olması təsdiq edilmiş, lakin məhkəmələr bu sübutlara düzgün qiymət verməmişlər. Qeyd olunanlara əsaslanaraq Məhkum öz müraciətində onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi F.A.Ağayev də öz kassasiya şik ayətində Konstitusiyanın, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının, CM-nin və CPM-nin bir sıra maddələrinə, iş üzrə toplanmış və araşdırılmış bir çox sübutlara və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək, habelə CM-nin 179-cu maddəsinə təfsir verib işin faktiki hallarını mübahisələndirərək həmin şikayətini onunla əsaslandırmışdır ki, Məhkum nəinki 159.230,28 manat məbləğində, ümumiyyətlə hansısa məbləğdə pul vəsaitini mənimsəməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq edilməmiş, ona qarşı irəli sürülmüş ittihamın əsasında isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış 19 iyul 2016-cı il tarixli T.F-013/16 №-li müqavilə dayanır. Həmin müqaviləyə əsasən Məhkum rəhbərlik etdi yi MMC tərəfindən 13 ədəd üçotaqlı fərdi yaşayış evlərinin, o cümlədən Masallı rayonunda 2, Lənkəran rayonunda – 4, Lerik rayonunda – 4, Yardımlıda – 1, Astarada 2 evin tikintisi işlərinin satın alınması, bunun üçün icraçıya hər bir evə görə 68665,07 manat, 13 ədəd fərdi ev üçün isə cəmisi 892645,69 manat (ƏDV daxil olmaqla) ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə görə, Məhkum bu əqddə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədiyi və ya natamam yerinə yetirdiyi halda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Mülki Məcəlləsini rəhbər tutmaqla mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilərdi, çünki həmin müqavilə məhz mülki qanunvericiliyinin tələblərinə əsasən bağlanmışdır. Buna baxmayaraq, Nazirlik hət ta yaranmış mübahisənin danışıqlar yolu ilə həll etməyə də cəhd göstərməmiş, prokurorluq orqanlarına Məhkum şikayət etməklə onun cinayət məsuliyyətinə cəlb edilməsinə, sonradan isə törətmədiyi əmələ görə məhkum olunmasına nail olmuşdur. Məhkum isə onun rəhbərlik etdiyi MMC-nin hesabına ödənilmiş pulu, ona qarşı irəli sürülmüş ittihamda göstərildiyi kimi, heç vaxt nağd şəkildə bank hesabından çıxarmamış, öz ehtiyacları üçün sərf etməmişdir. Onun tərəfindən bütün əməliyyatlar nağdsız şəkildə aparılmış, bu əməliyyatlar nəticəsində o, müxtəlif şirkət və müəssisələrdən tikinti materialları almış və həmin materialları yuxarıda göstərilən evlərin tikintisində istifadə etmişdir. İbtidai araşdırma orqanı isə heç bir mötəbər sübut əldə etmədən ona qarşı mənimsəmə cinayətini törətməsinə görə əsassız ittiham irəli sürmüş, bu zaman bağlanmış müqavilənin şərtlərinə əhəmiyyət verməmiş, məhkəmələr də mənimsənilmiş pul məbləğinin azaldılması barədə nəticəyə gəlsələr də, yenə də sübutlara düzgün qiymət verməmiş, iş üzrə Məhkum təqsirsizliyinə dəlalət edən çoxsaylı sübutları nəzərə almamış, Nazirlik tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüş pul vəsaitinin çatışmazlığı isə Müəssisənin vergi borclarının ondan asılı olmayaraq ödənilməsinə və hesabından silinməsi nəticəsində yaranmışdır. Məhkum mənimsəmə cinayətini törətməsini inkar edən müdafiəçi F.A.Ağayev öz müraciətində həmçinin qeyd etmişdir ki, belə olan halda iş üzrə verilmiş mülki iddia da əsassız olaraq təmin edilmiş, bu iddia ilə bağlı mübahisə də mülki mühakimə icraatı qaydasında həll edilməli olduğundan həmin iddia baxılmamış saxl anılmalıdır. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi F.A.Ağayev də onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışı Ali Məhkəmənin Cinayət Kollegiyasının 07 may 2024-cü il tarixli iclasına təyin olunmuş, bu haqda cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmış, lakin Məhkum öz kassasiya şikayətində onun dinlənilməsini xahiş etsə də, məhkəmə iclasına gətirilməsi barədə ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası Məhkum hüquqlarının məhkəmə iclasında vəkil F.A.Ağayev tərəfindən müdafiə olunmasını, sonuncunun və digər proses iştirakçılarının rəylərini nəzərə alaraq və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum və onun müdafiəçisi F.A.Ağayevin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, həmin şikayətlərin müəllifləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilməməsini və buna görə iş üzrə cinayət hadisəsinin baş verməsinin müəyyən edilməməsinə baxmayaraq Məhkum əsassız olaraq məhkum edilməsini iddia edərək həmin məhkəmənin qərarının və birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməli və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməli olması barədə tələblərini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində göstərilən pozuntularla əlaqələndirmişlər. Zərər çəkmiş hüquqi şəxsin və mülki iddiaçının - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə3 isə kassasiya şikayətində məhkum olunmuş şəxsin mənimsədiyi pul vəsaitinin əsassız olaraq azaldılmasını, buna görə məhkəmələrin onun əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlmələrini və bu səbəbdən iş üzrə verilmiş mülki iddia üzrə məsələni düzgün həll etmədiklərini iddia edir və mülki iddianın tam təmin ed ilməsi barədə qərarın qəbul edilməsi barədə tələbini CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirir. CPM-nin 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda, habelə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum, onun müdafiəçisi F.A.Ağayevin və zərər çəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə3 kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər k imi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbi qinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya in stansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni, apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edil miş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkə mə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə icl asında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hə r kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətə ndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə cinayətkar qəsdlərdən zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsini, o cümlədən, belə qəsdlər nəticəsində onlara vurulmuş zərərin ödənilməsi və ya aradan qaldırılması üçün cinayət təqibini həyata keçirən orqanlar və məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsas ən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şə raitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə i şinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məc əlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şə xs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsi rə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəy yən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndi rilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz ş əxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsi nə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid bir i digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslar ında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, sübutların top lanması, onların yenidən tədqiq edilməsi və qiymətləndirilməsi, habelə müstəsna olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid olan digər məsələlərin həlli deyil, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən bu məsələlərin həlli zamanı maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunub-olunmamasını, o cümlədən törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə cinayət qanunvericiliyi normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi həm ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, həm də işə məhkəmədə baxılarkən özünün əldə etdiyi sübutları tam, hərtərəfli və obyektiv araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanından fərqli olaraq adı çəkilən məhkumun 03 mart 2023-cü il tarixli hökmlə təqsirli bilindiyi əməli, yəni qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə cinayətini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də araşdırılmış sübutların Məhkum bu cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə razılaşaraq eyni zamanda onun həmin əməlinin CM-nin 179.3.2-ci maddəsi ilə tövsif edilməsini düzgün hesab etmişdir. Məhk əmə kollegiyasının da qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Həm Məhkum, həm də onun müdafiəçisi F.A.Ağayevin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir və həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin 03 mart 2023-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərarında ətraflı şərh olunmuşdur. Odur ki, məhkum olunmuş şəxsin və onun müdafiəçisinin kassasiya şikayətlərində irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və həmin qərarın ləğv edilməklə Məhkum barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsinin razılaşdığı birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Məhkəmələrin hazırki iş üzrə müəyyən etdikləri işin faktiki halları isə ondan ibarətdir ki, qardaşı Şahid4 adından 24 avqust 2012-ci tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydiyyata alınmaqla ********** nömrəli Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) verilmiş, hüquqi ünvanı ünvan 8aradıb həmin dövrdən 09 sentyabr 2014-cü il tarixədək MMC-nin direktoru vəzifəsində işləməklə və həmin tarixdə cinayətdən xəbərsiz olan qardaşı Şahid4 formal olaraq MMCnin direktoru təyin edilməsini təmin edib 01 oktyabr 2014-cü il tarixdən direktor müavini vəzifəsini yerinə yetirib faktiki olaraq MMC-yə rəhbərliyi özü həyata keçirməklə, 24 avqust 2012-ci tarixdə təsdiq olunmuş Nizamnaməyə əsasən Cəmiyyətin adından qərarlar qəbul etmək, onu təmsil etmək, etibarnaməsiz fəaliyyət göstərmək, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, Cəmiyyətə məxsus əmlakın qorunub saxlanılması, pul vəsaitinin təyinatı üzrə istifadə ol unmasına nəzarət etmək və sair vəzifələri icra edən məsul vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını - dövlət vəsaitini vahid qəsdlə talama məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işl əri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 892.645.69 (səkkiz yüz doxsan iki min altı yüz qırx beş manat altmış doqquz qəpik) manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilməklə və həmin protokol əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış 19 iyul 2016-cu il tarixli T.F-013/16 nömrəli işlərlə (mallar və xidmətlər) bağlı satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq Nazirlik tərəfindən 14 mart 2017-ci il tarixdə MMC-nin "xxxx" ASC-nin ünvan 4 ünvanında yerləş ən Abşeron filialında olan AZ10MUGA**********00019AZM19 saylı hesabına köçürülmüş 226.943,82 (iki yüz iyirmi altı miıı doqquz yüz qırx üç manat səksən iki qəpik) manat (ƏDV ilə birlikdə 267.793,71 (iki yüz altmış yeddi min yeddi yüz doxsan üç manat yetmiş bir qəpik) manat), 10 iyul 2017-ci il tarixdə "xxxx" ASC-nin ünvan 9 ünvanında yerləşən 4 saylı filialında olan AZ22GUNA******************** saylı hesabına köçürülmüş 38.575,60 (otuz səkkiz min beş yüz yetmiş beş manat altmış qəpik) manat (ƏDV ilə birlikdə 45.519,22 (qırx beş min beş yüz on doqquz manat iyirmi iki qəpik) manat) və 29 dekabr 2017-ci il tarixdə "xxxx" ASC-nin ünvan 7 ünvanında yerləşən Baş ofisində olan AZ94MUGA**********00179AZMOO saylı hesabına köçürülmüş 490.959,97 (dörd yüz doxsan min doqquz yüz əlli doqquz manat doxsan yeddi qəpik) manat (ƏDV ilə birlikdə 579.332,76 (beş yüz yetmiş doqquz min üç yüz otuz iki manat yetmiş altı qəpik) manat) olmaqla, ümumilikdə 756.479,39 (yeddi yüz əlli altı min dörd yüz yetmiş doqquz manat otuz doqquz qəpik) manat (ƏDV ilə birlikdə 892.645,69 (səkkiz yüz doxsan iki min altı yüz qırx beş manat altmış doqquz qəpik) manat) məbləğində pul vəsaitindən 29.950 (iyirmi doqquz min doqquz yüz əlli) manatını tikinti materiallarının alınması üçün 14 mart 2017-cİ il tarixdə 214784 nömrəli məxaric orderinə imza edib "xxxx"MMC-nin "xxxx" ASC-nin Abşeron filialında olan AZ10MUGA**********00019AZM19 saylı hesabından nağd şəkildə məxaric etməklə, eləcə də, eyni məqsədlə 596.273,90 (beş yüz doxsan altı min iki yüz yetmiş üç manat doxsan qəpik) manatını ayrı-ayrı ödəniş tapşırıqları əsasın da müxtəlif hüquqi şəxslərin hesabına köçürməklə, o cümlədən 15 mart 2017-ci il tarixdə həmin hesabdan 34.040 (otuz dörd min qırx) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ07AVRA******************** saylı, həmin tarixdə eyni hesabdan 121.150 (yüz iyirmi bir min yüz əlli) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASCdə olan AZ51VTBA**********4873AZN001 saylı, 10 iyul 2017-ci il tarixdə "xxxx"MMCnin "xxxx" ASC-nin 4 saylı filialında olan AZ22GUNA******************** saylı hesabından 18.160 (on səkkiz min yüz altmış) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASC-də olan AZ90BBTB******************** saylı, 05 yanvar 2018-ci il tarixdə "xxxx"MMC-nin "xxxx" ASC-nin Baş ofisində olan AZ94MUGA**********00179AZMOO saylı hesabından 13.000 (on üç min) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASC-nin Promo filialında olan AZ85BBTB******************** saylı, həmin tarixdə eyni hesabdan 34.980 (otuz dörd min doqquz yüz səksən) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" QSC-nin Binəqədi filialında olan AZİ9ACAB******************** saylı, 08 yanvar 2018-ci il tarixdə eyni hesabdan 67.259,60 (altmış yeddi min iki yüz əlli doqquz manat altmış qəpik) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ82ATAZ******************** saylı, həmin tarixdə eyni hesabdan 28.202,15 (iyirmi səkkiz min iki yüz iki manat on beş qəpik) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ 18PAHA40060AZNHCO190046462 saylı, 10 yanvar 2018-ci il tarixdə eyni hesabdan 15.000 (on beş min) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ31AİİB40060Ü19 44********** saylı, həmin tarixdə eyni hesabdan 6.285,35 (altı min iki yüz səksən beş manat otuz beş qəpik) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialında olan AZ98NİCB**********0001A40060 saylı, həmin tarixdə eyni hesabdan 46.306,80 (qır altı min üç yüz altı manat səksən qəpik) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialında olan AZ03NİCB**********0001A40060 saylı, 12 yanvar 2018-ci il tarixdə eyni hesabdan 28.600 (iyirmi səkkiz min altı yüz) manat pul vəsaitini "xxxx" MMCnİn "xxxx" ASC-nin Mərkəzi filialında olan AZ86MUGA**********03654AZM03 saylı, 15 yanvar 2018-ci il tarixdə eyni hesabdan 30.000 (otuz min) manat pul vəsaitini "xxxx" MMCnin "xxxx" ASC-də olan AZ40AZF********************1 saylı, həmin tarixdə eyni hesabdan 49.700 (qırx doqqu z min yeddi yüz) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASCdə olan AZ90BTBB******************** saylı, həmin tarixdə eyni hesabdan 19.605 (on doqquz min altı yüz beş) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" QSC-nin Xırdalan filialında olan AZ34ACAB******************** saylı, 16 yanvar 2018-ci il tarixdə eyni hesabdan 15.510 (on beş beş yüz on) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" QSC-nin Binəqədi filialında olan AZ19ACAB******************** saylı, 18 yanvar 2018-ci il tarixdə eyni hesabdan 51.480 (əlli bir min dörd yüz səksən) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialında olan AZ52NİCB**********000İ A40060 saylı, 22 yanvar 2018-ci il tarixdə eyni hesabdan 16.995 (on altı min doqquz yüz doxsan beş) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASC-ni n AZ90BBTB******************** saylı hesabına köçürməklə və həmin hüquqi şəxslərdən qeyd edilən dəyərdə tikinti materialları almaqla, habelə 130.255,49 (bir yüz otuz min iki yüz əlli beş manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaitini MMC-nin vergi, sosial sığorta ödəmələri və bank xərcləri üzrə istifadə edilməsi nəzərə alınmaqla, ayrı-ayrı rayonlarda fərdi yaşayış evlərinin tam və ya qismən tikilməsinə, o cümlədən, Masallı şəhərində 2 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikintisinə 120.691,4 manat (yüz iyirmi min altı yüz doxsan bir manat dörd qəpik), Lənkəran rayonu Nərimanabad-1 kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikintisinə 60.346,2 manat (altmış min üç yüz qırxaltı manat iki qəpik), Digah kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikintisinə 60.346,2 manat (altmı ş min üç yüz qırxaltı manat iki qəpik), Siyavar kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikintisinə 60.346,2 manat (altmış min üç yüz qırxaltı manat iki qəpik), Bürcəli kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin qismən tikintisinə 54.965.97 manat (əlli dörd min doqquz yüz altmış beş manat doxsan yeddi qəpik), Astara şəhərində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikintisinə 60.346,2 manat (altmış min üç yüz qırxaltı manat iki qəpik), Astara rayonu Kijəbə qəsəbəsində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin qismən tikintisinə 24.557,47 manat (iyirmi dörd min beş yüz əlli yeddi manat qırx yeddi qəpik), Lerik rayonu Noda kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin qismən tikintisinə 5.321,39 (beş min üç yüz iyirmi bir manat otuz doqquz qəpik), Əliabad kəndində 1 ədəd 3 otaqlı fərdi y aşayış evinin qismən tikintisinə 5.321,39 (beş min üç yüz iyirmi bir manat otuz doqquz qəpik), Küsəkəran kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin qismən tikintisinə 27.169,86 (iyirmiy yeddi min yüz altmış doqquz manat səksən altı qəpik), Cəngəmiran kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin qismən tikintisinə 51.416,32 ( əlli bir min dörd yüz on altı manat otuz iki qəpik), Yardımlı şəhərində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin qismən tikintisinə 43.494,2 manat (qırx üç min döod yüz doxsan dörd manat iki qəpik) ümumilikdə 574.324,12 manat (beş yüz yetmiş dörd min üç yüz iyirmi dörd manat on iki qəpik), eyni zamanda tikintisi başa çatmamış evlər üçün 6 dəst kombi, 56 ədəd panel radiator, 20 ədəd daxili qapı, 350 kvadratmetr istilik izolyasiyası və penoplast lövhələr, 7 dəst uıətbəx üçün mebel avadanlığı, 2,5 ton armatur, 350 kvadratmetr metal kirəmit lövhə, 20 kvadratmetr əhəngdaşı, 16 kubmetr otsep-çınqıl qarışığı, 1,5 kubmetr taxta və 5 ədəd metal giriş qapısının alınmasına 22.935 (iyirmi iki min doqquz yüz otuz beş) manat olmaqla məbləğində pul vəsaitini xərcləmiş, müqavilədə nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq, qeyd edilən fərdi yaşayış evlərindən Lənkəran rayonu Bürcəli kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində qaz təchizatı və mətbəx mebeli quraşdırılması, Astara rayonu Kijəbə qəsəbəsində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində döşəmə tavalarının tikinti işləri, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni və hasardan ibarət olan tikinti işləri, Lerik rayonu Noda kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində kürsü divarları və tumbalar, beton kəmərlər, döşəmə tavaları, Örtük konstruksiyası, xarici və daxili divarlar, arakəsmələr, qapıüstü atmalar, taxta örtük, terrasın dəmir konstruksiyası, dam örtüyü, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, terrasa yoxuş pilləkəni, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni və hasardan ibarət olan tikinti işləri, Əliabad kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində kürsü divarları və tumbalar, beton kəmərlər, döşəmə tavaları, örtük konstruksiyası, xarici və daxili divarlar, arakəsm ələr, qapıüstü atmalar, taxta örtük, terrasın dəmir konstruksiyası, dam örtüyü, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək İşləri, terrasa yoxuş pilləkəni, qapı və pəncərələr, elektrik işləri, isitmə, İsti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni, hasar və sair işlərdən ibarət olan tikinti işləri, Küsəkəran kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində döşəmə tavalar, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, terrasa yoxuş pilləkəni, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni, hasar və sair işlərdən ibarət olan tikinti işləri, Cəngəmiran kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində qaz təchizatı, mətbəx mebeli, şambo və sair işlərdən ibarət olan tikinti işləri və Yardımlı şəhərində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində döşəmə tavası, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni və hasardan ibarət olan tikinti işlərini yerinə yetirməyib 14 mart 2017-ci il tarixdən 22 yanvar 2018-ci il tarixədək olan dövr ərzində həmin işlərin tamamlanması üçün zəruri olan və Nazirlik tərəfindən ayrılaraq faktiki rəhbərlik etdiyi Cəmiyyətin bank hesabına köçürülməklə ona etibar edilmiş 159.230,28 manat (yüz əlli doqquz min iki yüz otuz manat iyirmi səkkiz qəpik) pul vəsaitini bank hesabından nağd şəkildə çıxarmaqla, ayrıayrı hüquqi şəxslərdən aldığı tikinti materiallarını digər şəxsi məqsədləri üçün istifadə etmək lə, habelə MMC-nin hazırkı müqavilə ilə bağlı olmayan öhdəliklərinin icrasına yönəltməklə öz qulluq mövqeyindən istifadə edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vahid qəsdlə külli miqdarda ziyan vurub mənimsəməklə talamışdır. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar (onların hamısı həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilməklə qiymətləndirildiyindən məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür) qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən Məhkum və onun müdafiəçisi F.A.Ağayevin kassasiya şikayətlərində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr tərəfindən yekun qərarların əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə olunmamış, iş üzrə Məhkum, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması, ekspertizaların təyin edilərək keçirilməsi, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl edilmiş və məhkəmələr nəticə etibarı ilə sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının, o cümlədən Məhk um hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, Məhkum əməli CM-nin 179.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bütün bunlarla razılaşmışdır. Məhkum və onun müdafiəçisi F.A.Ağayev öz kassasiya müraciətlərində məhkum olunmuş şəxsin hər hansı məbləğdə pul vəsaitini mənimsəməməsini iddia etsələr də, Az ərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cənub bölgəsində yerləşən rayonlarda 13 ədəd yaşayış evlərinin inşa edilməsi üçün Məhkum rəhbərlik etdiyi MMC-yə ayrılmış 892.645,69 manat məbləğində pul vəsaitinin 159.230,28 manat (yüz əlli doqquz min iki yüz otuz manat iyirmi səkkiz qəpik) məbləğində hissəsinin hara və hansı məqsədlər üçün sərf edilməsini izah edə bilməmiş, bu vəsaitin qanuni məqsədlər üçün sərf edilməsinə dair isə heç bir sübutu məhkəmələrə təqdim etməmiş, bu kimi sübutlara kassasiya müraciətlərinin müəllifləri öz şikayətlərində də əsaslanmamışlar. Halbuki, mənimsənilmiş vəsaitin məbləği hansısa qanunsuz sübutlara, yaxud ehtimallara və mülahizələrə deyil, birinci instansiya məhkəməsinin məhkəmə iclasında həm də müdafiə tərəfinin vəsatəti əs asında təyin edilərək keçirilmiş ekspertiza rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsasən müəyyən edilmişdir. Əvvəla, müdafiəçi F.A.Ağayevin də kassasiya şikayətində istinad etdiyi "xxxx" MMC-nin direktoru Şahid4 ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanmış 19 iyul 2016-cı il tarixli T.F-013/16 nömrəli işlər (mallar və xidmətlər) üzrə satınalma müqaviləsindən görünür ki, Nazirlik LOT-3 üzrə Masallı rayonu üzrə 2 ədəd, Lənkəran rayonu üzrə 4 ədəd, Yardımlı rayonu üzrə 1 ədəd, üç otaqlı fərdi yaşayış evinin tikintisi işlərinin satın alınması üçün icraçıya 1 ədəd üç otaqlı fərdi evin tikintisi üçün ƏDV daxil olmaqla 68.665,50 manat, Astara rayonu üzrə 2 ədəd fərdi yaşayış evinin tikinti işlərinin satın alınması üçün icraçıya 1 ədəd üç otaqlı fərdi yaş ayış evinin tikintisi üçün ƏDV daxil olmaqla 68.665,07 manat olmaqla 13 ədəd fərdi yaşayış evi üçün ümumilikdə 892.645,69 manat məbləğində icraçının tender təklifini qəbul etmişdir. Həmçinin həmin müqaviləyə əsasən, MMC bu müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib tikinti quraşdırma işlərini sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməyi, müqavilənin icrası ilə əlaqədar olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra imzalamağı öhdəsinə götürmüş, icraçının bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə öhdəliklərdən azad etməmiş, icraçı tərəfindən yerinə yetirilmiş işlər müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda aşkar olunan qüsurların müqavilədə göstərilən qaydada aradan qaldırılmasına təminat vermişdir. Cinayət işin in materiallarına əlavə edilmiş ödəniş tapşırığından, hesab faktura və vergi hesab fakturalarından göründüyü kimi, 14 mart 2017-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin ünvan 4 ünvanında yerləşən Abşeron filialında olan AZ10MUGA**********00019AZM19 saylı hesabına 226.943,82 manat (ƏDV ilə birlikdə 267.793,71 manat), 29 dekabr 2017-ci il tarixdə "xxxx" ASC-nin ünvan 7 ünvanında yerləşən Baş ofisində olan AZ94MUGA**********00179AZM00 saylı hesabına 490.959,97 manat (ƏDV ilə birlikdə 579.332,76 manat) və 10 iyul 2017-ci il tarixdə "xxxx" ASC-nin ünvan 6 ünvanında yerləşən 4 saylı filialında olan AZ22GUNA******************** saylı hesabına 38.575,60 manat (ƏDV ilə birlikdə 45.519,22 manat) olmaqla, ümumilikdə 756.479,39 manat (ƏDV ilə birlikdə 892.645,69 manat) məbləğində pul vəsaiti köçürülmüşdür. İşdə olan müdafiə tərəfinin vəsatəti əsasında keçirilmiş komisyon məhkəmə-tikintitexniki ekspertizasının rəyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış işlərlə (mallar və xidmətlər) bağlı 19 iyul 2016-cı il tarixli T.F- 013/16 №-li satınalma müqaviləsi üzrə "xxxx" MMC tərəfindən aparılmış tikinti-təmir işlərinin dəyəri haqqında ekspertlər aşağıdakı nəticələrə gəlmişlər: -Lənkəran rayonunun Digah kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərinin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təm ir işlərinin dəyəri 60346,2 manat (ƏDV-siz) və həmin evin layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 10280,76 (ƏDV-siz) manat müəyyən edilmişdir; -Lənkəran rayonunun Nərimanabad kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərinin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 60346,2 manat (ƏDV-siz) və həmin evin layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 9888,92 (ƏDV-siz) manat müəyyən edilmişdir; -Lənkəran rayonunun Bürcəli kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sən ədlərinin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 54965,97 manat (ƏDV-siz) və həmin evdə tamamlanma və layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 27674,49 (ƏDVsiz) manat müəyyən edilmişdir; -Lənkəran rayonunun Siyavar kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərinin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 60346,2 manat (ƏDV-siz) və həmin evin layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 11621,49 (ƏDV-siz) manat müəyyən edilmişdir; -Lerik rayonunun Əliabad k əndində inşa olunmalı 3 otaqlı fərdi yaşayış evi inşa olunmamışdır. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərinin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 5321,39 manat (ƏDV-siz) və həmin evin layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyər 68317,2 (ƏDV-siz) manat müəyyən edilmişdir; -Lerik rayonunun Noda kəndində inşa olunmalı 3 otaqlı fərdi yaşayış evi inşa olunmamışdır. Lakin aparılmış tikinti-təmir işləri, ilə smeta sənədlərinin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki,-inşa'edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 5321,39 man at (ƏDV-siz) və həmin evin layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin d əyəri 68317,2 (ƏDV-siz) manat müəyyən edilmişdir; -Lerik rayonunun Xüsəkaran kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərinin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 27169,86 manat (ƏDV-siz) və həmin evdə tamamlanma və layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 48657,2 manat müəyyən edilmişdir; -Lerik rayonunun Cangəmirən kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərinin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair apa rılmış tikinti-təmir işlərinin dəyəri 51416,32 manat (ƏDV-siz) və həmin evdə tamamlanma və layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 13742,47 (ƏDVsiz) manat müəyyən edilmişdir; -Masallı şəhərində inşa edilmiş (Şahid8) 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərinin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 60346,2 manat (ƏDV-siz) və həmin evdə tamamlanma və layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 12349.88 (ƏDVsiz) manat müəyyən edilmişdir; -Masallı şəhərində inşa edilmiş (X8) 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərinin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 60346,2 manat (ƏDV-siz) və həmin evdə tamamlanma və layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 12349.88 (ƏDVsiz) manat müəyyən edilmişdir; -Astara rayonunun Hamuşan (Kijəvə) kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərinin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 24557,47 manat (ƏDV-siz) və həmin evdə tamamlanma və layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 48657,2 (ƏDV-siz) manat müəyyə n edilmişdir; -Astara şəhərində X11 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərinin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 60346,2 manat (ƏDVsiz) və həmin evdə tamamlanma və layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 9842,99 (ƏDV-siz) manat müəyyən edilmişdir; -Yardımlı rayonunda inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərinin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 43494,52 manat (ƏD V-siz) və həmin evdə tamamlanma və layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 67579,84 (ƏDVsiz) manat müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, zərər çəkmiş hüquq şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında yuxarıda təsvir edilmiş rəylə razı olmadığını bildirərək iş üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin iştirakı ilə təkrar məhkəmə-tikinti texniki ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırmış və məhkəmə tərəfindən həmin vəsatət təmin olunaraq 20 iyun 2022-ci il tarixli qərarla iş üzrə komisyon məhkəmə-tikinti texniki və mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin ekspertizanın 03 mart 2023-cü il tarixli rəyinə görə, adları çəkilən obyektlərin həmin dövrdə mövcud olan sərbəst bazar qiyməti ilə yerinə yetirilmiş iş həcmlərinin dəyəri 574.324,12 manat (ƏDV-siz) məbləğində müəyyən edilmişdir. Həmin işlərin görülməsi üçün Azərbaycan Respublikası Əmək Sosial Müdafiəsi Nazirliyi tərəfindən "xxxx" MMC-yə ümumilikdə ƏDV-siz 756.479,4 manat məbləğində vəsaitinin köçürüldüyü nəzərə alınmaqla, ayrı-ayrı tikinti obyektləri üzrə faktiki olaraq yerinə yetirilməyən iş həcmi 182.155.28 manat (ƏDV-siz) məbləğində müəyyən edilir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizası üzrə 04 dekabr 2019-cu il tarixli 27509 saylı ekspert rəyi ilə isə müəyyən edilmişdir ki, 13 fərdi yaşayış evinin tikintisi üçün "xxxx" MMC tərəfindən alınmış tikinti materiallarının dəyəri 22.925,0 manatdır. Bu rəylərə və digər sübut əhəmiyyətli sənədlərə əsaslanaraq məhkəmələr belə qənaətə gəlmişlər ki, Məhkum ona eti bar edilmiş 756.479,4 manat məbləğində pul vəsaitindən 574.324,12 manatı ittihamda göstərilən evlərin inşa edilməsinə sərf etmiş, bunun üçün əldə etdiyi 22.925 manat dəyərində tikinti materiallarını istifadə etməyərək öz anbarında saxlamış, 159.230,28 manat pul vəsaitini isə təyinatı üzrə xərcləməyərək mənimsəmə yolu ilə talamışdır. Yuxarıda qeyd olunduğu kimi, istər Məhkum, istərsə də onun müdafiəçisi F.A.Ağayev bunun əksini təsdiq edən, yəni göstərilən məbləğdə pul vəsaitinin yuxarıda göstərilən müqaviləyə əsasən təyinatı üzrə xərclənməsini təsdiq edən sübutları məhkəmələrə təqdim etməmiş, digər tərəfdən isə mənimsəmə faktını müəyyən edən ekspertiza rəylərinin və digər mötəbər sənədlərin həqiqiliyini mübahisələndirməmişlər. Hərçənd, CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələ blərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi F.A.Ağayevin kassasiya şikayətlərinin dəlillərini qəbul edilməz sayıb həmin dəlilləri məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirir və həmin şikayətlərin təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işi üzrə icraata isə hər hansı əsasla, o cümlədən bəraətverici əsaslarla xitam verilməsini mümkün bilmir. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, hazırki iş üzrə məhkəmələrin gəldikləri nəticə araşdırılmış sütlarla yanaşı özgə əm lakının mənimsənilməsi və ya israf edilməsinə dair işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ilə də uzlaşır. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaya görə cinayət məsuliyyəti CM-nin 179.1-ci maddəsində nəzərdə tutulmuşdur. Bu əməllər külli miqdarda törədildikdə isə həmin cinayəti törətmiş şəxsin əməlləri müvafiq olaraq CM-nin 179.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun mənasına görə, şəxsin CM-nin göstərilən maddəsi ilə məsuliyyət məsələsinin həlli zamanı əvvəla özgə əmlakının ona hər hansı qaydada etibar edilməsi və bundan sonra təqsirkarın bu əmlakı bütövlükdə, yaxud onun bir hissəsini mənimsəməklə öz mülkiyyətinə (istifadəsinə, sərəncamına) keçirməsi, ya da bu əmlakı israf etməsi müəyyən edilməlidir. Bel ə mövqedən həmçinin Ali Məhkəmənin Plenumu “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərarın 21-ci bəndində Plenum dələduzluq cinayətinin mənimsəmə və ya israf etmə cinayətindən fərqləndirilməsi əsasları barədə izah verərkən məhkəmələrin diqqətinə çatdırmışdır ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təq sirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxış edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Məhkəmə kollegiyası CM-nin 179-cu maddəsinin tələbindən və mənasından çıxış edərək qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş mənimsəmə yolu ilə talama dedikdə təqsirkar tərəfindən müəyyən məqsədlə ona ina nılıb tapşırılmış özgə əmlakının qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özündə saxlanılması, qaytarılmaması, israf etmə yolu ilə talama dedikdə isə həmin əmlakın qanunsuz olaraq özgəninkiləşdirilməsi başa düşülür. İş üzrə araşdırılmış sübutlarla Məhkum yuxarıda göstərilən məbləğdə pul vəsaitini təyinatı üzrə xərcləməsi ilə yanaşı onun həmin vəsaiti sifarişçi, yəni pul vəsaitini ona etibar etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qaytarması və ya ödəməsi müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası mənimsəmə cinayətinə verilmiş təfsirdən və Ali Məhkəmənin Plenmunun izah və tövsiyələrindən çıxış edərək Məhkum törətdiyi əməlinin özgə əmlakının mənimsənilməsi kimi qiymətləndirilməsini düzgün sayır və hesab edir ki, məhkəmələr tam əsaslı olaraq mü lki iddianın da mənimsənilmiş əmlak dəyərində təmin olunmasının mümkünlüyü barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Bu mövqe ilə razılaşan kassasiya kollegiyası zərər çəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə3 kassasiya şikayətinin dəlillərinə və həmin dəlillər üzərində qurulmuş tələbə cavab olaraq ilk növbədə qeyd edir, CPM-nin 419-cu maddəsinin tələblərinə əsasən, kassasiya instansiyası məhkum olunmuş şəxsin vəziyyətinin ağırlaşdırılması, o cümlədən onun əməlinin təqsirli bilindiyi maddədən daha ağır maddəyə tövsif edilməsi, törətdiyi əməl nəticəsində vurduğu ziyanın həcminin artırılması, aşağı instansiya məhkəmələri tərəfindən ittihamdan xaric edilmiş epizodların bərpa edilməsi, habelə təmin edilmiş mü lki iddianın məbləğinin artırılması barədə qərar qəbul səlahiyyətinə malik deyil və bu kimi halları müəyyən etdikdə həmin məhkəmə apellyasiya instansiyası məhkəməsinin hökmünü və ya digər yekun qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edir. Odur ki, kassasiya şikayətlərinə məhkəmə baxışı iclasında nümayəndə Nümayəndə2nin təsvir edilənlərlə razılaşdığını da nəzərə alaraq məhkəmə kollegiyası sonuncunun kassasiya şikayətində irəli sürdüyü tələbin təmin edilməsini mümkün bilmir, Məhkum əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərinə cavab olaraq isə qeyd edir ki, məhkum olunmuş şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən məbləğdə deyil, 159.230,28 manat məbləğində pul vəsaitini mənimsəməsi iş üzrə toplanmış və araşdırılmış sübutlarla tam təsdiq edilir və apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin 03 mart 2023-cü il tarixli hökmü ilə mülki iddianın da məhz həmin məbləğdə təmin edilməsini mümkün bilərkən məhkəmələr prosessual hüquq normalarının aşağıdakı tələblərinə tam əməl etmiş, eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələri nəzərə almışlar. Kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə əlaqədar məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilm əsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. CPM-nin 89.1-ci maddəsinin tələbindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət və cinayət-prosessual qanunvericiliklərin tələblərinə və mənasına, habelə talama cinayətlərinin xüsusiyyətlərinə görə, şəxs hər hansı məbləğdə ziyan vurmaqla bu və ya digər talama, o cümlədən özgə əmlakını mənimsəmə cinayətini törətdikdə, vurulmuş ziyanı isə bu və ya digər şəkildə ödəmədikdə və ya aradan qaldırmadıqda, belə şəxs cinayət mə suliyyəti ilə yanaşı həmçinin vurduğu ziyan həcmində maddi məsuliyyətə cəlb edilə bilər və bu məsələ zərər çəkmiş şəxs tərəfindən mülki iddia verilməklə, məhkəmə tərəfindən isə həmin iddiaya baxılaraq müvafiq qərar qəbul edilməklə həll olunur. Vurulmuş maddi ziyanın ödənilməsi barədə mülki iddia ərizələrində həmin ziyandan artıq məbləğdə pul vəsaitinin təqsirkardan tutulması barədə tələb irəli sürüldükdə məhkəmə belə tələbi tam həcmdə təmin edərək sonuncunun taladığı məbləğdən artıq məbləğdə vəsaitin ondan tutulması barədə qərar qəbul etmək hüququna malik deyil. Belə nəticə eyni zamanda cinayət-prosessual qanunvericiliyinin aşağıdakı normalarından da hasil olur. Belə ki, CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsində təsbit edilmişdir mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinay ət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-nin 181.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Məhkum birinci instansiya məhkəməsinin 03 mart 2023-cü il tarixli hökmü ilə 159. 230,28 manat məbləğində pul vəsaitini mənimsəyə görə təqsirli bilinərək məhkum olunmuş, araşdırılmış sübutlara əsasən ona qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamda göstərilən mənimsənilmiş pul vəsaitinin miqdarı bu məbləğə qədər azaldılmış, buna görə onun əməli düzgün olaraq CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin tələbinə müvafiq olaraq CMnin 179.3.2-ci maddəsi ilə tövsif edilmiş, zərər çəkmiş hüquqi şəxsə - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də məhz həmin məbləğdə ziyan vurulmuşdur. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmələr digər məsələlərdə olduğu kimi, verilmiş mülki iddia üzrə də məsələni həll edərkən qanuna müvafiq olan nəticəyə gəlmiş və iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında, dig ər məsələlər də olduğu kimi, təhlil edilən məsələ üzrə də öz nəticələrini kifayət qədər əsaslandırmışlar. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş mülki iddia ərizəsində isə istintaq orqanının müəyyən etdiyi 515.074,67 manat məbləğində pul vəsaitinin Məhkum tutularaq onun xeyrinə ödənilməsi xahiş olunsa da, istər həmin ərizədə, istərsə də kassasiya şikayətində Məhkum tərəfindən törətdiyi əməl nəticəsində zərər çəkmiş hüquqi şəxsə həm də mənəvi ziyanın vurulması, hansısa məbləğdə itirilmiş gəlirin də olması göstərilməmiş və bunlarla bağlı da ziyanın ödənilməsi haqda tələb irəli sürülməmişdir. Bu baxımdan məhkəmə kollegiyası mülki iddianın Məhkum tərəfindən törədilmiş cinayət nəticəsində vurulmuş maddi ziyanın həcmində təmin edilməsini qanuni hesab edir və buna görə Nümayəndə3 kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq həmin şikayətin də təmin edilməsi üçün əsaslar görmür. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin mülki iddia üzrə tələbi qanuna müvafiq qaydada həll etmiş məhkəmələrin eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış aşağıdakı izah və tövsiyələrinii nəzərə aldıqlarını qeyd edir. Belə ki, adı çəkilən Qərarın 65-ci bəndində məhkəmələrin mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-nin 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməli tövsiyə ol unmuşdur. Həmin Qərarın 67 və 68-ci bəndlərinə görə, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda ) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından və qanunvericiliyin tələblərindən çıxış edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətlərində mübahisələndirilməsə də, məhkəmələr tərəfindən Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsi həll olunarkən CM-nin 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə də əməl edilmiş, onun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən h allar, habelə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmış və bütün bu halların məcmusuna əsasən ona qanuni və ədalətli cəza təyin edilmişdir. Bütün təsvir edilənlərdən çıxış edən məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları ilə müqayisəli şəkildə təhlil edərək və özünün və hüquqlarını müdafiə etdiyi Məhkum kassasiya şikayətlərinin təmin edilməsi, zərər çəkmiş hüquq şəxsin – mülki iddiaçının nümayəndəsi Nümayəndə3 kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçi F.A.Ağayevin, özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması, məhkum olunmuş şəxsin və onun müdafiəçisinin kassasiya şikayətlərinin isə təmin edilməməsi haqda nümayəndə Nümayəndə2 nin, kassasiya şikayətlərinin hamısının təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayətləri təmin edilməməklə Məhkum CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum, onun müdafiəçisi F.A.Ağayevin və zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə 3 kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar