Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-494/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2024-cü il tari xli 1(103)-393/2024 nömrəli hökmündən Dövlət ittihamçısı2 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cavid Hüseynov (sədrlik edən və məruzəçi), Eldar İsmayılov və Samir Əliyev) 13 may 2022-ci il tarixli, 1(101)-667/2022 nömrəli hökmü ilə, 16 iyul 1988-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış Əliyev Anar Tahir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234. 4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin ittiham hökmünə əsasən Əliyev Anar Tahir oğlu təqsirli bilinmişdir ona görə ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, Göyçay Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, Göyçay Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərarına əsasən təyin e dilmiş cəzanın 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə, 25 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə, məhkumluğunun ödənilməməsinə və götürülməməsinə baxmayaraq, müəyyənləşdirilməmiş vaxtda və müəyyənləşdirilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,738 qram təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini, ümumi təmiz çəkisi 3,396 qram təşkil edən kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini və təmiz çəkisi 3,361 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsini əldə edərək üzərində saxlamaqla daşımışdır. 08 iyul 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməli yyat-axtarış tədbirləri nəticəsində Əliyev X4 rayonunun Hövsan qəsəbəsində, İ.Əhlimanov küçəsində saxlanılaraq, saat 12:30-da ünvan 1 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına aparılmış, xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 05 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,520 qram, 0,141 qram, 0,196 qram, 0,836 qram, 1,045 qram, ümumi təmiz çəkisi 2,738 qram təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, 02 ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,690 qram və 1,706 qram, ümumi təmiz çəkisi 3,396 qram təşkil edən kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi və əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutu sunda təmiz çəkisi 3,361 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Əliyev Anar Tahir oğlu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Kamran Əkbərov) 02 avqust 2022-ci il tarixli 1(103)-1365/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli, 1(101)-667/2022 nömrəli hökmü dəyişdirilmiş, hökmündən cinayətlərin residivinə dair müddəalar xaric edilmiş, məhkum A.T.Əliyevə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il 9 (doqquz) ay azad lıqdan məhrum etmə cəzasına endirilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi) Şahin Yusifov və Ələsgər Novruzovdan ibarət tərkibdə) 31 oktyabr 2023-cü il tarixli, 1(102)-2262/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2022-ci il tarixli, 1(103)-1365/2022 nömrəli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. X7 Tahir oğlunun kassasiya şikayəti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və İbrahim İbrahimli) 29 iyul 2024-cü il tarixli 1(1 03)-393/2024 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli, 1(101)-667/2022 saylı hökmü ləğv edilmiş, Əliyev Anar Tahir oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. X7 Tahir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı2 Ağakərim oğlu kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2024-cü il tarixli 1(103)-393/2024 nömrəli hökmünün ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 Ağakərim oğlu kassasiya protestini onunla əsaslandırmışdır ki, bər aət hökmünün çıxarılmasına səbəb yuxarıda qeyd olunan Ali Məhkəmənin 31 oktyabr 2023-cü il tarixli qərarı olmuşdur. Ali Məhkəmənin qərarında Əliyev Anar Tahir oğlunun təqsirliyi sübuta yetirilməməsi qeyd edilməklə, cinayət işində olan bir sıra nöqsan və ziddiyyətlər göstərilmiş və onların aradan qaldırılması tövsiyə edilmişdir. Ali Məhkəmənin qərarında istinad olunan halların araşdırılması üçün apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı qismən istintaqla aparılmışdır. Bir sıra formal təkrar dindirilmələri ilə yanaşı (iş üzrə ittihamın şahidləri nəzərdə tutulur) məhkəmə Suraxanı rayon DYPŞ-nin keçmiş baş inspektoru vəzifəsində işləmiş Şahid4 da dindirmişdir. Şahid4 ifadəsində göstərmişdir ki, Anar Əliyevin YPX avtopatrula əyləşməsinin qarşısını almamaqla yanaşı avtomobildə söhbətl ər apardıqdan sonra sonuncunun sənədlərini qaytarmaqla onun inzibati məsuliyyətdən kənarda qalmasına şərait yaratdığına görə DİN-də xidməti yoxlama aparılmış və yol verilmiş pozuntulara görə tutduğu vəzifədən azad edilmişdir. Anar Əliyevin YPX avtopatrula əyləşərkən və onunla danışıqlar apararkən, Anar Əliyevin həmin danışıqları qeydə aldığını bildikdən sonra həmin danışıqların olduğu diski ondan almaq üçün onunla görüşmüş və görüşməzdən əvvəl onların görüşəcəklərini digər polis əməkdaşları da bilmiş və Anar Əliyevlə söhbətlər apardıqdan sonra 08 iyul 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-ın əməkdaşları Əliyev Anar Tahir oğluna yaxınlaşaraq onu Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına aparmışlar və sonradan eşitmişdir ki, Əliyev Anar Tahir oğlunun ü zərinə baxış keçirilərkən üzərindən narkotik vasitə aşkar edilmiş, lakin onun həmin polis əməkdaşlarının gəlməsindən heç bir məlumatı olmamış və Anar Əliyevin Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına aparılmasında üzərində şəxsi axtarış aparılmasında iştirak etməmişdir. Bununla yanaşı, Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, iş materiallarında Əliyev Anar Tahir oğlunun polis tərəfindən fiziki təsirinə məruz qalmasına dair şübhələr mövcuddur və həmin epizod üzrə də müvafiq araşdırma aparılmasının zəruriliyini göstərilmişdir. Apellyasiya icraatı zamanı bu istiqamətdə hər hansı bir araşdırma aparılmamış, bu halın inkar və ya təsdiq edilməsinə dair hər hansı bir istintaq hərəkəti icra edilməmiş, sadəcə həmin faktla bağlı Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma materialı ö yrənilmişdir. Təhlil aparılarkən müəyyən edilmişdir ki, araşdırma zamanı Əliyev Anar Tahir oğlunun barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmiş, lakin hər-hansı bir xəsarət (və ya onun izi) aşkar edilməmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi rayon prokurorluğunda qəbul edilmiş qərarı öz qərarında vurğulasa da, ona heç bir qiymət vermədən, Əliyev Anar Tahir oğluna polis tərəfindən fiziki təsirini baş vermiş fakt kimi qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi öz 25 vərəqədən ibarət olan qərarında təxminən bir 10 vərəqədə başqa bir iş üzrə başqa bir təqsirləndirilən şəxsin təqsirsiz olmasına dair qəbul edilmiş qərarının mətnini (və həmin iş üzrə proses iştirakçılarının ifadələrini), daha sonra isə təxminən 10 vərəqədə Konstitusiya və s. qanunlarını sadalamaqla Əl iyev Anar Tahir oğluna bəraət verilməsi qənaətinə gəlmişdir. Hazırki kassasiya protesti hazırlanarkən apellyasiya instansiyası məhkəməsi Baş Prokurorluğa CPM-nin 518-ci maddəsinə əsasən qəbul edilmiş “hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı şübhələrin və anlaşılmazlıqların həll edilməsi”nə dair qərar təqdim etmişdir. Qeyd olunan qərarda yuxarıda göstərdiyi başqa bir iş üzrə başqa bir şəxs haqqında qeyd edilmiş həmin 10 vərəqənin etibarsız sayılması göstərilmişdir. Aydındır. Bundan sonra, məntiqlə, həmin 10 vərəqədə səhvən qeyd edilmiş dəlillərin yerinə başqa, yəni bu işlə əlaqəli olan dəlillər gözlənilir. Lakin, bu qərar da standartlara uyğun olmadı. Heç bir yeni hal və ya ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlara əks dəlil qeyd edilməmiş, mövcud olan süb utlara isə heç qiymət belə verilməmişdir. Belə olan halda sual yaranır: hansı şübhələrdən və ya anlaşılmazlıqlardan söhbət gedir? Düzəliş” qərarında qeyd olunanlar xaric edildikdə, hökmdə yalnız işin xronoloji şəkildə sadalanmış əvvəlki məhkəmələrin gəldiyi nəticə və qərarlara dair məlumatlar qalır onlar isə yalnız ittihamın əsaslığını təsdiq edir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi (lakin hökmdə yazılmamış) qənaətinə görə, Əliyev Anar Tahir oğlunun ifadəsi tam şəkildə öz təsdiqini tapmışdır. Halbuki, Anar Əliyevin YPX avtopatrulun əməkdaşı Şahid4 hərəkətlərinə dair verdiyi ifadəsi əhəmiyyət kəsb etmir. Yəni, YPX əməkdaşı Şahid4 hərəkətləri Anar Əliyevin barəsində Suraxanı RPİnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyatı şübhə altına qoymur və onların bir-biri ilə əlaqələndir ilməsi absurddur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2024-cü il tarixli hökmündə Anar Əliyevin ona elan edilmiş ittihamda təqsirini təsdiq edən sübutları şübhə altına qoyan heç bir dəlil gətirilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxla yır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Cinayət işinin materiallarından görünür ki, 08 iyul 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasında Əliyev Anar Tahir oğlunun şəxsi axtarışı aparılmış, axtarış zamanı onun üzərində 2,738 qram narkotik vasitə heroin və 3,396 qram psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Həmin faktla əlaqədar Əliyev Anar Tahir oğlunun barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış ona həmin maddə ilə ittiham irəli sürülmüş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. İstintaq orqanı Əliyev Anar Tahir oğlunun elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun ifadəsi, onun üzərində şəxsi axtarışın keçirilməsi barədə 08 iyul 2021-ci il tarixli protokolu, şəxsi axtarışda iştirak etmiş polis əməkdaşların şahid ifadələrini, məhkəmə-kimyəvi ekspertizasının rəyini və maddi sübutlar olan narkotik vasitə və psixotrop maddəni təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Əliyev Anar Tahir oğlunun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsiri müəyyən edilmiş və onun barəsində ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi qismən məhkəmə istintaqı aparmaqla sübutları təkrarən araşdırıb belə nəticəyə gəlmişdir ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutlar təşkil etmiş və A.T.Əliyevin elan edilmiş ittihamda təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Dövlət ittihamçısı apellyasiya məhkəməsinin bəraət hökmü ilə razılaşmayaraq kassasiya protesti vermişdir. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, istintaq orqanı sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxd ur, Anar Əliyevin elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirməmiş və çıxardığı nəticə əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin t örədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları təhlil edərək belə nəticəyə gəlir ki, həmin sübutlarla təqsirləndirilən şəxs Əliyev Anar Tahir oğlunun narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni bu maddələri hər hansı konkret şəxsdən alması və ya hər hansı konkret şəxsə satması halları müəyyən edilməmişdir. Cinayət işi materiallarında onun barəsində hər han sı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair də heç bir məlumat yoxdur. Əliyev Anar Tahir oğluna qarşı irəli sürülmüş ittiham yalnız onun üzərində narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi faktına əsaslanır. Təqsirləndirilən şəxs Əliyev Anar Tahir oğlu barəsində birinci instansiya məhkəməsinin çıxardığı ittiham hökmü də yalnız polis əməkdaşları tərəfindən onun üzərində aparılmış şəxsi axtarış zamanı narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi faktına əsaslanmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarda qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsini təsdiq edən sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərli yi və düzgünlüyünü şübhə altına alıbalmadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Apellyasiya instansiya məhkəməsi isə nəticəyə gəlmişdir ki, Əliyev Anar Tahir oğlunun üzərində narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi mötəbər sübutlarla təsdiq olunmur, işin halları isə narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi faktının şübhə altına almasına əsas verir. Təqsirləndirilən şəxs Əliyev Anar Tahir oğlu cinayət işi üzrə həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı mərhələsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında verdiyi ifadədə A.T.Əliyev göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddə əldə etməmiş və üzə rində saxlamamışdır. O, qeyd etmişdir ki, 06 iyul 2021-ci il tarixində Suraxanı RPİ-nin Dövlət Yol Polisi əməkdaşı Şahid4 ondan rüşvət alması hadisəsini mobil telefon vasitəsilə videoqeyd etmiş və bu barədə şikayət vermişdir. Şikayətdən sonra, 08 iyul 2021-ci il tarixdə o, Şahid4la görüşdüyü zaman sonuncu rüşvət kimi aldığı pulu geri qaytarmış, lakin həmin görüş zamanı Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və 31-ci Polis Bölməsinə aparılmışdır. Polis bölməsində ona fiziki təzyiq göstərilmiş, mobil telefonu zorla əlindən alınaraq videoyazı silinmiş, daha sonra isə onun qarşısına narkotik vasitə və psixotrop maddələr qoyularaq onların ona məxsus olduğunu etiraf etməsi tələb olunmuşdur. O, bu tələbdən imtina etdiyinə görə döyüldüyünü və polisin təzyiqi nəticəsində videoya narkot ik vasitələrin ona məxsus olduğunu deməyə məcbur edildiyini, həmçinin protokolu bu şərtlər altında imzaladığını bildirmişdir. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə nəticəyə gəlir ki, Əliyev Anar Tahir oğlunun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını təşkil edən sübutlar həm ziddiyyətlidir, həm qanun tələblərinin pozulması ilə əldə edilmiş, həm də iş üzrə müəyyən edilmiş hallar həmin sübutların mötəbərliyinə kifayət qədər şübhə doğurur. Belə ki, yuxarıda qeyd edildiyi kimi ittihamın əsası Əliyev Anar Tahir oğlunun üzərində narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi faktı təşkil edir. Cinayət işinin materiallarından görünü r ki, cinayət məsuliyyətinə səbəb olan narkotik vasitə və psixotrop maddə təhqiqatçı tərəfindən A.T.Əliyevin üzərində şəxsi axtarış aparılması zamanı aşkar edilmiş və götürülmüşdür. Həmin fakt cinayət işində olan A.T.Əliyevin üzərində şəxsi axtarış və götürmə haqqında aparılması barədə 08 iyul 2021-ci il tarixli protokolla təsdiq olunur. Məhkəmə kollegiyası Əliyev Anar Tahir oğluna qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən “Şəxsi axtarış və götürmə haqqında” 24 fevral 2022-ci il tarixli protokolun mötəbərliyini və mümkünlüyünü müzakirə edərək aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CPM-in 92.3.1-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 86.2.3-ci maddəs inə əsasən təhqiqatçı şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etməlidir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Həmçinin CPM-in 90.7.2-ci maddəsinə əsasən şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 92.6-cı maddəsinə əsasən cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. Cinayət işinin materiallarından görünür ki, tutularkən A.T.Əliyev ona dövlət hesa bına müdafiəçinin təyin edilməsini xahiş etmiş və təhqiqatçının qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi qismində təyin edilmişdir. İşə əlavə edilmiş sənədlərdən həmçinin görünür ki, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 müdafiəçi qismində işə buraxılmış və şübhəli şəxs Anar Əliyevə təqdim edilmişdir. Şübhəli şəxs Anar Əliyevin hüquq və vəzifələri müdafiəçi P.Ə.Əliyevanın iştirakı ilə izah edilmiş və müdafiəçinin iştirakı ilə Anar Əliyev təhqiqatçı tərəfindən 08 iyul 2021-ci il tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” protokolda da qeyd edilmişdir ki, A.T.Əliyev müdafiəçi X1 iştirakı ilə tutulmuşdur. Bundan sonra təhqiqatçı şübhəli şəxs A.T.Əliyevin üzərində axtarış və götürmə aparılması barə də qərarı qəbul etmiş, həmin qərarla müdafiəçini tanış etmiş və şübhəli şəxs A.T.Əliyevə “onun üzərində axtarış və götürmə protokolda vəkilinin videoçəkilişdə iştirak etməməsinə etirazının olmadığı” barədə kompüter vasitəsi ilə çap edilmiş ərizə imza etdirərək, həmin tarixdə saat 13:30-da, yəni şübhəli şəxsə onun xahişi ilə müdafiəçinin təqdim edilməsindən 20 dəqiqədən sonra şübhəli şəxs üzərində şəxsi axtarışı müdafiəçinin iştirakı olmadan keçirmişdir. Axtarış aparıldıqdan sonra təhqiqatçı müdafiəçinin iştirakı ilə A.T.Əliyevdən izahatı almışdır. Məhz bu şəxsi axtarış zamanı şübhəli şəxsin üzərində onun ittihamının əsasını təşkil edən narkotik vasitə və psixotrop maddə aşkar edilmiş və götürülmüşdür. Məhkəmə kollegiyası nəzərə alır ki, Anar Əliyev müdafiəçidən imtina etməmiş, axtarış vaxt ı vəkil X3 onun müdafiəçisi olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin hallarını və cinayət-prosessual qanunun normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, şübhəli şəxsin iştirakı ilə gün ərzində ardıcıl olaraq axtarışdan əvvəl və axtarışdan sonra keçirilmiş prosessual hərəkətlərdə müdafiəçinin iştirak etməsi, lakin iştirakı zəruri olduğu halda şübhəli şəxsin axtarışının müdafiəçinin iştirakı olmadan aparılması həm qanunun tələblərinin kobud şəkildə pozulması, həm də həmin prosessual hərəkətin obyektivliyini və etibarlılığını şübhə altına alan hal kimi qiymətləndirilməlidir. Göründüyü kimi Anar Əliyevin üzərində axtarış aparıldığı zaman müdafiəçinin iştirakı məcburi olmuş, lakin təhqiqatçı tərəfindən qanunun normalarının tələblərinə zidd olaraq şübhəli şəxsin üzərində şəxsi axtarışı müdafiəçinin iştirakı olmadan, yəni müdafiə hüququnun pozulması ilə keçirilmişdir. Azərbaycan Respublikası 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İşdən görünür ki, A.T.Əliyev ibtidai istintaq mərhələsində ona təqdim edilmiş prosessual sənədləri imza etməkdən (tutma və şəxsi axtarış və götürmə protokolları istisna olunmaqla), eyni zamanda izahat və ifadə verməkdən imtina edərək yalnız 09 iyul və 10 iyul 2021-ci tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən bir sualla cavab verərək israrla ondan aşkar edilmiş narkotik və psixotrop maddələrin ona aid olmadığını göstərmişdir. X6 Tahir oğlunun barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə 10 iyul 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılarkən sonuncu iştirak etdiyi qapalı məhkəmə iclasında eyni ilə özünü təqsirli bilməyərək əvvəllər polis əməkdaşı ilə aralarında mübahisəsi olduğundan ona böhtan atıldığını, həmçinin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasını bildirmişdir. Polis əməkdaşlarının Şahid1, Şahid2 və R.Şahid3 şahid ifadələrinə gəldikdə qeyd edilməlidir ki, həmin şahidlərin ifadələri Anar Əliyev tərəfindən cinayətin t örədilməsi barədə hallarla bağlı deyil, həmin ifadələrdə yalnız Anar Əliyevin saxlanılarkən polis şöbəsinə gətirilməsi və onun üzərində yuxarıda qeyd edilən prosessual pozuntularla şəxsi axtarışın gedişi təsvir edilmişdir. Qeyd edilməlidir ki, hər üç şahid məhkəmə iclasında israrla A.T.Əliyevin üzərində axtarışının müdafiəçinin iştirakı ilə aparılması, A.T.Əliyevin onların iş yoldaşı barədə şikayət etməsindən xəbərinin olmadığını və A.T.Əliyevin Şahid4la görüş zamanı tutulmamasını göstərmişlər. Halbuki, Şahid4 apellyasiya məhkəməsində verdiyi ifadəsi və işin digər materialları ilə Anar Əliyevin ifadəsində göstərilən hallar, yəni onun Şahid4 tərəfindən rüşvət alınması barədə şikayət etməsi, bu səhnəni mobil telefona yazması, 08 iyul 2021-ci il tarixdə Şahid4la görüşməsi və həmin vaxt poli s əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsi təsdiq olunmuşdur. Həmçinin işin materiallarından görünür ki, Şahid1 və digər şahidlər həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında verdikləri ifadələrində A.T.Əliyevin tutulması zamanı və onun polis bölməsinə gətirilməsi prosesində ona qarşı hər hansı bir fiziki zor tətbiq edilmədiyini bildirmişlər. Eyni zamanda, A.T.Əliyevin tutulması və polis idarəsinə gətirilməsi ilə bağlı tərtib edilmiş müvafiq raportlarda da fiziki zorakılıq halları barədə heç bir qeyd yer almamışdır. Bununla belə, cinayət işinin materiallarına əlavə olunmuş Suraxanı rayon prokurorluğunun müstəntiqinin 25 sentyabr 2021-ci il tarixli qərarından aydın olur ki, polis əməkdaşların A.T.Əliyevə qarşı zorakı hərəkətləri törətməsi məlumatla əlaqədar a parılmış araşdırma zamanı Şahid1 izahatında A.T.Əliyevin saxlanılaraq avtomobilə əyləşdirilməsi və RPİ-yə gətirilməsi zamanı müqavimət göstərdiyini, nəticədə başının avtomobilə dəyərək xəsarət ala biləcəyini qeyd etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Anar Əliyevin ifadəsində əks olunmuş və digər sübutlarla təsdiqini tapmış yuxarıda qeyd olunan hallar, onu saxlayan polis əməkdaşlarının ifadələri ilə ziddiyyət təşkil etməklə yanaşı, eyni zamanda A.T.Əliyev barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinin qanuniliyinə və obyektivliyinə şübhələr yaradır. Məhkəmə kollegiyası işin hallarını və qanunun yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, Əliyev Anar Tahir o ğluna qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən şəxsi axtarış protokolu şübhə doğurur və mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası polis əməkdaşlarının şahid ifadələrinin mötəbər olmamasına dair düzgün nəticəyə gəlmişdir. İstintaq orqanı tərəfindən təqdim edilmiş digər sübut – məhkəmə kimyəvi ekspertizasının rəyi ekspert tədqiqatına təqdim edilmiş narkotik vasitənin növü və miqdarını müəyyən edir və məhkum tərəfindən həmin narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanması digər sübutlarla təsdiq olunduğu halda onun təqsirinin müəyyən edilməsində mötəbər sübut kimi çıxış edə bilər. Məhkəməyədək icraat zaman Anar Əliyevin yaşadığı mənzildə 28 iyul 2021-ci tarixdə aparılmış axtarış nəticədə, habelə “Azerfon” və "xxxx" MMC-dən götürülmüş A.T.Əliyevin istifadəsində olmuş mobil telefon danışıqları barədə məlumatlar sonuncunun narkotik vasitələrin dövriyyəsində iştirakını təsdiq edən heç bir əşya, predmet, sms mətnləri və danışıqlar aşkar edilməmişdir. Beləliklə, hazırkı işdə ibtidai araşdırma orqanı tərəfində əldə edilmiş və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar Anar Əliyevə istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Müəyyən olunmuş bu ziddiyyət ittihamın sübuta yetirilməsində kifayət qədər əsaslı şübhələr yaratmaqla həmin şübhələrin aradan qaldırılması üçün hər hansı bir digər sübut məhkəmə tərəfindən müəyyə n edilməmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxs Əliyev Anar Tahir oğlu barəsində birinci instansiya məhkəməsinin ittiham hökmü yalnız polis əməkdaşları tərəfindən Əliyev Anar Tahir oğlunun şəxsi axtarışı nəticəsində üzərində narkotik vasitə və psixotrop maddənin tapılmasına əsasən çıxarılmış, lakin işin bu halı mötəbər, mümkün və şübhə doğurmayan sübutlarla təsdiq olunmur. İşdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi Əliyev Anar Tahir oğluna Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Azərbaycan Respubl ikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. B u Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tə ləblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası işin hallarını və qanunun yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, Əliyev Anar Tahir oğluna qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən şəxsi axtarış protokolu və şahid ifadələri şübhə doğurur və mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilm əsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Əliyev Anar Tahir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları cinayət-prosessual qanunvericiliyin tələblərinə və Avropa Məhkəməsinin presidentlərinə uyğun qiymətləndirmiş, Əliyev Anar Tahir oğlunun təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandır mışdır. Apellyasiya məhkəməsinin hökmünə digər cinayət işi üzrə böyük həcmdə məlumatların daxil olması və sonradan hökmün icrası qaydasında qərarla həmin anlaşılmazlığı aradan qaldırılması barədə kassasiya protestinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin Əliyev Anar Tahir oğluna bəraət verilməsinə dair hökmü öz mahiyyəti üzrə düzgün çıxarılmış və yalnız həmin dəlilə əsasən ləğv edilə bilməz. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Əliyev Anar Tahir oğlu barəsindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezump siyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2024-cü il tarixli 1(103)-393/2024 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılması nı qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Əliyev Anar Tahir oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2024-cü il tarixli 1(103)-393/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-494/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-494/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver