Məhkəmə qərarları › İş №1(102)-495/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-495/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-495/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxx 1973-cü ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan son ra CM-in) 170.2, 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə (hakim Fikrət Əliyev) Məhkum CM-nin 170.2, 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 170.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə, CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə 3 (üç) il müddətə, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 4 (dörd) il 6 (altı) a y müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxx 2018-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: H.Ə.Nəbiyev (sədrlik edən), N.R.Mövsümov və E.M.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 0,846 qram təşkil edən narkotik vasitə heroin, təsiredici maddəsini n miqdarı 0,6 qram olan 3 ədəd narkotik vasitə olan həb-metodon, və təmiz çəkisi 1,499 qram olan psixotrop maddə sayılan metamfetamini qanunsuz olaraq əldə edib saxlamış, xx.xx.2017-ci il tarixdə saat 16:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı o, Siyəzən şəhəri, F.Əlməmmədov küçəsində saxlanmış və onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol ön cibindən 1 ədəd üzəri yapışdırıcı lent ilə örtülmüş gümüşü rəngli kağız parçasından ibarət bükülünün içərisindən təmiz çəkisi 0,041 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin yaşadığı Siyəzən şəhəri, F.Əlməmmədov küçəsi, 36 nömrəli evdə axtarış aparılan zaman evin qonaq otağında yerləşən stolun üzərində 1 ədəd açıq vəziyyətdə üz ərində yazılar olan ağ rəngli kağız vərəqənin üzərindən təmiz çəkisi 0,745 qram və 1 ədəd gümüşü rəngli kağız bükülünün içərisində təmiz çəkisi 0,060 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qonaq otağının sağ küncündə yerləşən servantın içərisində 1 ədəd şəffaf rəngli sellofan parçasının içərisində təmiz çəkisi 1,499 qram metamfetamin və 1 ədəd sarı rəngli sellofan parçasının içərisində 3 ədəd təsir edici maddəsinin miqdarı 0,6 qram olan həb-metadon aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, tanışı X5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxx 2017-ci il tarixdə saat 01:30 radələrində özgə əmlakını talama məqsədi ilə Zərərçəkmiş şəxs2 Teyyub oğlunun Sumqayıt şəhəri, 13-cü mikrorayon, 43 saylı binanın qarşısında saxladığı "VAZ 210 4" markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsindən 1 ədəd 110 manat dəyərində “Mutlu” markalı akkumulyatorunu gizli yolla oğurlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 110 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən, yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi xx.xx.2000-ci il təvəllüdlü oğlu X4 pul qazanması ilə bağlı vədlər vermə vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb edərək onunla, eləcə də tanışları X6 və X5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2017-ci il tarixdə saat 01:00 radələrində özgə əmlakını talama məqsədi ilə Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri, 11-ci mikrorayon, 7 saylı binanın qarşısında saxladığı “VAZ 2106" markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığına gəlmiş, aralarında olan razılaşmaya əsasən X1 və X2 kənar şəxslərin gəlməsini xəbər verməsindən ötrü kənarda dayanmış, digər şəxs və X isə qeyd edilən avtomobilin 1 ədəd 110 manat dəyərində "VARTA" markalı akkumulyatorunu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 110 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilməsi, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi və CM-nin 93-cü maddəsinə əsasən təyin edilmiş məcburi müalicə tədbirlərinin ləğv edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, ona cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi yüngülləşd irici halları nəzərə almamışdır. Məhkumun fikrincə, onun himayəsində iki azyaşlı uşağının olması, ağır xəstə olması (QİÇS), 2-ci qrup əlil olması yüngülləşdirici hallar kimi nəzərə alınmaqla cəzası yüngülləşdirilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillə rindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrini n səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti ona təyin edilmiş cəzanın ağır olması və cəza təyini zamanı barəsində yüngülləşdirici halların nəzərə alınmaması,habelə barəsində CM-nin 93-cü maddəsinə əsasən təyin edilmiş məcburi müalicə tədbirlərinin ləğv edilməs ilə bağlıdır. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə ə laqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, təqsirini boynuna alaraq peşman olmasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətin sadə residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsəd inə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə m üvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası C M-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəli lik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edild ikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyy əsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, təqsirini boynuna alaraq peşman olmasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətin sadə residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası, kassasiya şikayətinin Məhkum barəsində CM-nin 93cü maddəsinə əsasən təyin edilmiş məcburi müalicə tədbirlərinin ləğv edilməsi ilə bağlı dəlilini əsassız hesab edir və aşağıdakıları qeyd edir: İş mate riallarından görünür ki, məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2017-ci il tarixli, 1370 saylı rəyinə görə Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrin sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 3286 saylı, xx.xx.2017ci il tarixli arayışdan görünür ki, Məhkum 1996-cı il tarixdən Dispanserdə “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Məhkum narkomaniyadan məcburi müalicə təyin olunması barədə qərar qəbul etmişdir. Beləl iklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəb ul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tuta raq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar