Məhkəmə qərarları › İş №1(102)-495/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-495/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-495/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məh kum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin (sədrlik edən hakim: X3) 22 iyun 2022-ci il tarixli hökmü ilə xx.xx.1982-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olub Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, 8-ci korpusda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhk um edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmış, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə) 27 sentyabr 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 1(012)-282/2022 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 24 yanvar 2022-ci il tar ixdə saat 23 radələrində bacısı oğlu Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi Nəsrəddin Tusi küçəsində yerləşən evin qarşısında, küçədə idarə etdiyi «Kia Cerato» markalı **-HK-*** nömrə nişanlı avtomobilini saxlayıb ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik göstərərək onun arxasınca gələn Zərərçəkmiş şəxs idarə etdiyi «Toyota Pirus» markalı **-MM-*** qeydiyyat nişanlı avtomobili onun yanında dayandığını görüb özünü göstərmək üçün sonuncudan avtomobildən düşməyi tələb etmiş, Zərərçəkmiş şəxs avtomobildən düşmədikdə, o, sayılmaması səbəbini bəhanə edib heç bir əsaslı səbəb olmadan, ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub, bilərəkdən özünü i ctimai qaydalara qarşı qoyaraq, gücünü nümayiş etdirməklə, ictimai yerdə gecə vaxtı üzərində olan İJ-43 markalı, 2 lüləli, 16 çaplı ******* nömrəli yivsiz ov tüfəngindən bir dəfə havaya, sonra isə Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək sonuncunun sağ çiyin nahiyəsi istiqamətində atəş açaraq boyunun arxa səthinin, sağ çiyin qurşağı nahiyəsinin və döş qəfəsinin yuxarı arxa səthinin odlu silah-qırma yaraları kimi dərəcəsinə görə sağamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, ibtidai istintaq Məhkum əməlinə düzgün hüquqi qiymət verməmişdir. İstintaq materiallarında buraxılmış bir sıra kobud pozuntular ist ər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya instasniyası məhkəməsinin diqqətindən yayınmış və məhkəmə yekun aktında qeyd edəcəyi bir sıra xüsusatlara qiymət verməmiş, bu isə o deməkdir ki, məhkəmənin gəldiyi nəticə işin bütün faktiki hallan ilə açıq-aşkar uyğunsuzluq təşkil edir, həmçinin qanunvericiliyin tələblərinə, cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, ağırlığına, məhkumun şəxsiyyətinə və onun ailə vəziyyətinə hüquqi qiymət verilməyərək, ədalətsiz, qanunsuz hökm qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-415/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilməli, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilərək, həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Həm ibtidai istintaq, h əm də məhkəmə istintaqı zamanı dindirilmiş şahid, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ifadələrindən açıq-aşkar görünür ki, 24 yanvar 2022-ci il tarixdə saat 23 radələrində hadisə baş vermiş, ətrafda kənar şəslər olmamış, mübahisə qisa vaxt ərzsində davam etmiş, ictimai qayda pozulmamış, cəmiyyətə acıqca hörmətsizlik edilməmişdir. Məhkəmə tərəfindən onun hərəkətlərinə düzgün hüquqi qiymət verilməmişdir; belə ki, mübahisə zərərçəkmiş şəxsin yaşadığı evin qarşısında, gecə vaxtı saat 23 radələrində və ailə münaqişəsi zəminində baş verdiyindən onun hərəkəti xuliqanlıq kimi qiymətləndirilməməlidir. Cinayət işinin materiallarından da göründüyü kimi hadisə yaşayış məskənindən kənarda fermanın yaxınlığında baş vermiş, qısa müddət ərzində davam etmiş və kənarda başqa şəxslər olmamış, ictimai qayda pozulmamış və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməmişdir. İbtidai istintaq orqanı Məhkum həbs etmək məqsədilə onun əməlini CM-nin 221.3-cü maddəsinə tövsif etmişdir. Lakin Məhkum törətdiyi əməlin hansı əlamətlərə əsasən məhz xuliqanlıq cinayət əməli kimi qiymətləndirilməsi, hökmdə əsaslandırılmamışdır. Məhkəmə Məhkum xuliqanlıqda təqsirli bilərkən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin nədən ibarət olduğunu açıqlamamış, təqsirkarın hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək onun əməlini CM-in 221.3-cü maddəsi ilə tövsif etmişdir. Bundan əlavə məhkəmə qərarında cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, ağırlığına, məhkumun şəxsiyyətinə və onun ailə vəziyyətinə hüquqi qiymət verilməmiş, təqsirləndiriən şəxsin ailəni dolandıracaq tək əmək qabiliyyətli şəxs olması, himayəsində 3, 6 və 7 yaşlarında az yaşlı övladlarının olması, əməlində ağırlaşdırıcı halların olmamasını nəzərə almadan daha ağır həddə cəza təyin etmişdir. Müdafiə tərəfi olaraq, hesab edir ki, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkib əlamətləri olamdığından, onun əməli şəxsiyyət əleyhinə olan cinayətər qrupuna aiddir və onun əməli baş vermiş nəticəyə görə yəni CM-nin 128-ci maddəsinə tövsif edilməli və zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad edilməlidir. Müdafiəçi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)415/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək, Məhkum əməli ndə Azərbaycan Respublikası Cinayət Məcəlləsin 221.3-cü maddəsinin tərkib əlamətləri olmaması əsası ilə bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətini təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə m ahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qa nunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun CM-in 221.3-cü maddəsi ilə təqsirlilik məsələsi mübahisələndirilir və törətdiyi cinayət əməlinin CM-in 128-ci maddəsinə tövsif edilməsi xahiş olunur. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələblə ri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2022-ci il tarixli qərarınin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunma ması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr məhkumun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 182 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, boyunun arxa səthinin, sağ çiyin qurşağı nahiyəsinin və döş qəfəsinin yuxarı arx a səthinin odlu silah-qırma yaraları odlu silahdan açılan atəşin nəticəsində qırmaların təsirindən törənmişlər, yetirilmə müddəti xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər başqa şəxs tərəifndən odlu silahdan açılmış atəşin nəticəsində qırmaların təsirindən əmələ gələ bilərdi. Məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 84/2022-MtBŞ rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qan qruppu təqdim olunmuş şəxsyiyət vəsiqəsinin kserosurətinə əsasən -Zərərçəkmiş şəxs qara rəngli köynəyi, bej rəngli sviteri və ağ rəngli maykası üzərində insan qanı ləkələri aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 siste mi üzrə tədqiq olunduqda 0(İ) qrupunu əsas xarakterizə edən H antigeni və alfa, beta aqqlyutininləri alındı. Beləliklə, bu qan 0(İ) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilmiş yeddi ədəd qırmaq üzərində müayinə zamanı qan aşkar olunmadı. Məhkəmə ballistik ekspertizasının 05 mart 2022-ci il tarixli 3/175 nömrəli rəyi ilə müəyəyn edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, «MP-43E-1C» modeli, patronluğunun uzunluğu 70 mm olan, «1045207» №-li, daxili çaxmaqlı, qoşalüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzə rdə tutulmuş, 16 kalibrli patronların atəşlə ayrılmış hissələridir gilizlərdir. Həmin gilizlərdən bir ədədi, təqdim edilmiş 16 kalibrli, «MP-43E-1C» modeli, «1045207» №-li tüfəngin sol lüləsindən, digəri isə sağ lüləsindən atılmışdır. Məhkəmə tibbi- kriminalistik ekspertizasının 05 mart 2022-ci il tarixli 62-2022/İTKŞ nömrəli rəyi ilə müəyəyn edilmişdir ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək və sviterin hər birinin arxa səthinin sol yarısının yuxarı hissəsində, sol çiyinliyi üzərində aşkar edilmiş dəlib-keçən zədə odlu silah zədələnməsinin giriş dəliyidir, odlu silahdan, o cümlədən ov tüfəngindən, atəşin əlavə faktorlarının (his, barıt və metal hissəcikləri) təsir etdiyi məsafədən açılmış bir atəş nəticəsində əmələ gəlmişdir. ekspertizaya təqdim edilmiş və Zərə rçəkmiş şəxs məxsus köynək və sviterin arxa səthinin sol yarısının yuxarı hissəsində, sol çiyinliyi üzərində aşkar edilmiş zədəni törədən predmetin texniki xüsusiyyətləri barədə demək olar ki, bu zədəni yetirmiş odlu silahın, o cümlədən ov tüfənginin patronu qurğuşun tərkibli mərmilərlə (qırmalarla) doldurulmuşdur və bu zədənin tədqiqata təqdim olunmuş qırmaların təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək, mayka və sviterin üzərində kəsilmə-deşilmə izləri aşkar olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakı nın məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan cinayət əməlini nəzərdə tutur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci tarixli qərarında qeyd edilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbi q etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxu d vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ic timai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Kassasiya şikayətində Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, üzərində olan İJ-43 markalı, 2 lüləli, 16 çaplı ******* nömrəli yivsiz ov tüfəngini tətbiq et məklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməməsi göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkum xuliqanlıq etməməsi, ictimai qaydanın kobud surətdə pozulmaması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməməsi ilə bağlı ifadəsində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğu nu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən göründüyü kimi, Məhkum hadisə günü ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik göstərərək onun arxasınca gələn Zərərçəkmiş şəxs idarə etdiyi «Toyota Pirus» markalı **-MM-*** qeydiyyat nişanlı avtomobili onun yanında dayandığ ını görüb özünü göstərmək üçün sonuncudan avtomobildən düşməyi tələb etmiş, Zərərçəkmiş şəxs avtomobildən düşmədikdə, o, sayılmaması səbəbini bəhanə edib heç bir əsaslı səbəb olmadan, ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyaraq, gücünü nümayiş etdirməklə, ictimai yerdə gecə vaxtı üzərində olan İJ-43 markalı, 2 lüləli, 16 çaplı ******* nömrəli yivsiz ov tüfəngindən bir dəfə havaya, sonra isə Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək ona dərəcəsinə görə sağamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib qərəzli xuliqanlıq etməsi öz təsdiqini tapmış və aşağı instansiya məhkəm ələrinin bu barədə gəldiyi nəticə əsaslıdır. Beləliklə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs, şahid ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun po zuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Müdafiəçinin kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin dəlillər apellyasiya şikayətinə baxılmas ı zamanı apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsi və ya onun əməlinin CM-in 128-ci maddəsinə tövsif edilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən dəlillərdir. Kassasiya məhkəmə kollegiyası məhkum edilm iş şəxsə təyin edilmiş cəzanın ağır olması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının CM-nin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması və işin digər halları nəzərə alınmış və ona Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əsasən qanuna uyğun cəza təyin edilmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Məhkum himayəsində 3 azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası aşağı instansiyası məhkəmələrinin məhkum edilmiş şəxsə cəza təyini ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin məhkuma təyin olunmuş cəzanın ağır olması barədə dəlilləri əsassızdır və yuxarıda şərh olunanlara əsasən məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddi ədalətli, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəll əsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyət ini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrumetmə cəz asının həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikay ətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayı t Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar