Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-495/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – “Prestij” Vəkil Bürosunun vəkili Piriyev Asif Yusif oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirl i bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarından Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət məhkəmə tərkibində) 28 iyun 2024-cü il tarixli 1(101)-1606/2024 nömrəli hökmü ilə xx.xx.1996-cı ildə ildə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, xxx-də qeydiyyatda olmaqla həmin kənddə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş c inayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edlməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 30 avqust 2023-cü il tarixdən 5 mart 2024-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 5 (beş) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından dərhal həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəl inin 28 iyun 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Piriyev Asif Yusif oğlu və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Rəhimov Elmar Eldar oğlu (sədrliyi və məruzəsilə), Əyyubov Fərid İlham oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət məhkəmə tərkibində) 14 avqust 2024-cü il tarixli 1(103)-1836/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarından Zərərçəkmiş şəxs3 tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 özünü işgüzar şəxs kimi təqdim edib sonuncuya “İphone 14 pro max” markalı mobil telefonlar alıb ona verdikdən sonra baha qiymətə sataraq gəlir əldə edəcəklərinə inandırıb etibarından sui istifadə etməklə aldadaraq bu adla Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 May metrostansiyası yaxınlığındakı telefon mağazasından aldığı hər biri 2700 manat olmaqla ümumilikdə 10800 m anat dəyərində 4 (dörd) ədəd “İphone 14 pro max” markalı mobil telefonları 25 aprel 2023-cü il tarixdə ünvan 1 ünvanının qarşısında sonuncudan götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 10800 (on min səkkiz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 özünü işgüzar şəxs kimi təqdim edib sonuncuya “İphone 14 pro max 1TB” markalı mobil telefonlar alıb ona verdikdən sonra baha qiymətə sataraq gəlir əldə edəcəklərinə inandırıb etibarından sui-istifadə etməklə aldadaraq bu adla Zərərçəkmiş şəxs2 tanışı Şahid4 vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 May metrostansiyası yax ınlığındakı telefon mağazasından alaraq 1 may 2023-cü il tarixdə onun göstərişinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə Azadlıq prospektinin kəsişməsində məlum olmayan tanışına təqdim etdiyi hər biri 3500 manat olmaqla ümumilikdə 35000 manat dəyərində “İphone 14 pro max 1TB” markalı mobil telefonları həmin şəxsdən götürüb ələ keçirməklə verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 35000 (otuz beş min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 özünü işgüzar şəxs kimi təqdim edib sonuncuya ilkin olaraq 50000 manat pul verdiyi təqdirdə “İphone” markalı mobil telefonlar alıb baha qiymətə satar aq 20000 manat və sonradan 56000 manat pul verdiyi təqdirdə 35000 manat gəlir əldə edəcəklərinə inandırıb etibarından sui-istifadə etməklə aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 29 may 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında 50000 manat, 10 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Zefir Mall” ticarət mərkəzində 56000 manat pulunu alaraq ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 106000 (bir yüz altı min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 özünü işgüzar şəxs kimi təqd im edib sonuncuya 18000 manat dəyərində “İphone 14 pro max” markalı mobil telefonlar alıb ona verəcəyi təqdirdə həmin telefonları baha qiymətə satıb əlavə 4000 manat gəlir əldə edəcəklərinə inandırıb etibarından sui-istifadə etməklə aldadaraq bu adla Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 May metrostansiyası yaxınlığındakı telefon mağazasından aldığı hər biri 2571 manat 50 qəpik olmaqla ümumilikdə 18000 manat 50 qəpik dəyərində “İphone 14 pro max” markalı mobil telefonları 14 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “x” hotelin qarşısında sonuncudan götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 ümumilikdə 18000 (on səkkiz min) manat 50 (əlli) qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etm işdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 sonuncuya məxsus “İphone 12 mini” markalı mobil telefonu 1500 manata satacağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 26 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “x” hoteldə Zərərçəkmiş şəxs5 1250 (bir min iki yüz əlli) manat dəyərində “İphone 12 mini” markalı mobil telefonu götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs6 sonuncuya məxsus “İphone 14 Midnigt” markalı mobil telefonu 3900 manata satacağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 5 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində onun göstərişi ilə həmin yerə gəlmiş məlum olmayan tanışına verdiyi 2731 (iki min yeddi yüz otuz bir) manat 50 (əlli) qəpik dəyərində “İphone 14 pro Midnight” markalı mobil telefonu məlum olmayan vaxtda və yerdə həmin şəxsdən götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs6 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 sonuncuya məxsus “İphone 13 pro max” markalı mobil telefonu telefon alış-satışı ilə məşğul olan tanışları vasitəsilə 1650 manata sata biləcəyinə inandırıb etibarından sui-istifadə etməklə aldadaraq bu adla 6 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 May metrostansiyasının qarşısında onun göstərişi ilə həmin yerə gəlmiş məlum olmayan tanışına verdiyi 1650 (bir min altı yüz əlli) manat dəyərində “İphone 13 pro max” markalı mobil telefonu məlum olmayan vaxtda və yerdə həmin şəxsdən götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 15 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 tanışına 1150 manat pul ödədiyi təqdirdə həmin şəxsdən əlavə pul götürərək əvvəlcədən ələ keçirdiyi “İphone 14 pro Midnight” mar kalı mobil telefonun satışından əldə etdiyi 3900 manat pulu da qaytaracağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 15 avqust 2023cü il tarixdə, saat 19:31-də ünvan 2 ünvanında yerləşən “Araz” supermarketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə onun adına olan 4098-5844-6501-9915 nömrəli bank kartının hesabına göndərdiyi 1150 manat pulu və tanışından guya pul götürmək üçün əlavə 650 manat da ödəməli olduğunu bildirməklə həmin gün saat 21:31də Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 145 ünvanında yerləşən “Bravo” supermarketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə onun qeyd olunan bank kartının hesabına göndərdiyi 650 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs6 ümumilikdə 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Apellyasiya məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya şikəyətinin dəlillərində Bakı Ağır Cinayətlər Məhkəməsidə keçirilən məhkəmə prosesində də tam, hərtərəfli, obyektiv araşdırma aparılmadığı və nəticədə zərərçəkmiş şəxsə nisbətdə qanunsuz, əsassız, ədalətsiz hökm çıxarılması göstərilmişdir. Məhkum törətdiyi cinayət əməlinin ağırlaşdırıcı hallarını, onun əməlini təkrar-təkrar törə dərək bir çox zərərçəkmiş şəxsə vurduğu külli miqdarda ziyanı və təkrarlayaraq etibardan sui-istifadə edərək cinayət törətməsini və dəymiş ziyandan ödəniş etməməsini nəzərə almayaraq, ona verilmiş çox yüngül cəzanı qüvvədə saxlamışdır. Məhkəmə Məhkum cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin ancaq yüngülləşdirici hallarını nəzərə almış və onun vurduğu 106000 (yüz altı min) manat maddi ziyandan heç bir ödəniş etməyə-etməyə ona həddindən artıq yüngül cəza təyin etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyaisya Məhkəməsinin 14 avqust 2024-cü il tarixli qərarının dəyişdirib Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq, ona daha ağır cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş e dir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Piriyev Asif Yusif oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyy əti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs tə rəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiəçinin kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir. "Məhkəmələr tərəfindən cinayət cə zalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfində n yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyy ət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquq i xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, zərərçəkmiş şəxsin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.”. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəzanın təyin edilməsi nəticəsində nail olunacağını zərərçəkmiş şəxs kassasiya şikayətində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab ed ir ki, zərərçəkmiş şəxs kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Belə ki, CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə ki, iş materiallarında olan “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Məhkum X1 2 ilə nikahda olmaqla himayəsində 2016-cı il təvəllüdlü x və 2018-ci il təvəllüdlü x adlı iki azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs6 8 may 2024-cü il tarixdə məhkəmə baxışı üzrə məhkəmə iclasında təqdim etdiyi ərizəsində göstərmişdir ki, Məhkumlə aralarında olan münasibətlər mülki hüquq münasibətləri olmuş, ona qarşı dələduzluq etməmiş, ondan hər hansı şikayət və tələbi yoxdur. Onun zərərçəkmiş şəxs kimi statusuna xitam verilməsini xahiş edir. Həmçinin, Zərərçəkmiş şəxs5 10 may 2024-cü il tarixdə məhkəmə baxışı üzrə məhkəmə iclasında təqdim etdiyi ərizəsində göstərmişdir ki, Məhkum hər hansı şikayət və tələbi yoxdur. O cümlədən, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifa dələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərmişdir ki, ona ümumilikdə 35000 manat məbləğində maddi ziyan dəymiş, Məhkum həmin puldan 4000 manatını ona geri ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 29 dekabr 2023-cü il tarixli cavabından görünür ki, Məhkum əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6lə barışı q əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi (Zərərçəkmiş şəxs2 münasibətdə 4000 manatın ödənilməsi), habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 onlara vurulmuş ziyanın ödənilməsini tələb etməmələrinə dair müraciətlərinin olması, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmaması və 28 yaşında olmaqla cavan olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza tə yin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haq lıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-495/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-495/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver