Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-496/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (sədrlik edən), Cavid Hüseynov və Eldar İsmayılovdan ibarət tərkibdə) 30 noyabr 2017-ci il tarixli hökmü ilə xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 17 iyun 2017-ci il tarixdən hesab lanmışdır. Hökmlə həmçinin X3 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o və X3 razılığa gəlməklə, qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlamaq, əldə etmə, satmaq barədə, birlikdə istintaqa məlum olmayan şəxsdən əldə etdikləri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli kütlədən ibarət külli miqdarda 510,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid külli miqdarda 87,331 qram çəkidə ağ rəngli maddə h alında sintetik kannabinoidlərə aid JWH210 adlı narkotik vasitəni, həmçinin narkotik vasitələrin hazırlanmasında istifadə etmək üçün on beş ədəd plastik qablarda olan həlledici maddəni, təmiz çəkisi 1.347,142 qram olan açıq yaşıl rəngli bitki mənşəli kütləni, iki ədəd elektron tərəzini və bir ədəd mis ləyəni üstündə saxlamaqla hər ikisinin kirayə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə daşımış, bundan sonra birlikdə kirayə yaşadıqları həmin mənzildə 0,9 qram çəkidə sintetik kannabinoidlərə aid JWH-210 adlı narkotik vasitəni, dörd ədəd plastik qablardakı həlledici maddəni, 1.347,142 qram çəkidə bitki mənşəli kütləni mis ləyəndə qarışdıraraq tərkibində 0,9 qram çəkidə sintetik kannabinoidlərə aid JWH-210 adlı narkotik vasitə olan 1.348,042 qram çə kidə açıq yaşıl rəngli bitki mənşəli kütləni hazırlayıb 12 bükümdə qablaşdıraraq 11 bükümünü həmin ünvanda, bir bükümü isə Təqsirləndirilən şəxs öz üstündə saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən "xxxx" yaxınlığına daşımışdır. Hər iki şəxsin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 17 iyun 2017-ci il tarixdə saat 15.00-da Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən "xxxx" yaxınlığında saxlanılaraq üstünə baxış keçirilərkən sonuncunun əynindəki mavi rəngli şalvarının sağ yan cibindən çıxarıb polis əməkdaşlarına təqdim etdiyi bir ədəd şəffaf sellofan bükü mdə tərkibində sintetik kannabinoidlərə aid JWH-210 adlı narkotik vasitə olan 13,042 qram çəkidə açıq yaşıl rəngli bitki mənşəli kütlə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 iyun 2017-ci il tarixdə saat 16.10-da X4 və Təqsirləndirilən şəxs dəvəti, icazəsi və iştirakı ilə onların kirayə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə baxış keçirilərkən mənzilin qonaq otağındakı divanın altından tərkibində sintetik kannabinoidlərə aid JWH210 adlı narkotik vasitənin izləri üzərində olan bir ədəd gümüşü rəngli ləyənin içərisindəki bir ədəd qara rəngli polietilen torbada külli miqdarda 510 qram çəkidə narkotik vasitə qurudulmuş marixuan a, tərkibində sintetik kannabinoidlərə aid JWH-210 adlı narkotik vasitə olan bir ədəd qara rəngli sellofan torbada 835,0 qram və 10 ədəd qara rəngli sellofan bükümlərdə 500,0 qram çəkidə açıq yaşıl rəngli bitki mənşəli kütlə, ayrıca olaraq narkotik vasitələrin hazırlanmasında istifadə etdikləri bir ədəd qara rəngli sellofan bükülüdə külli miqdarda 86,431 qram çəkidə sintetik kannabinoidlərə aid olan JWH-210 adlı narkotik vasitə, on ədəd üzərində «Mors» sözləri və bir ədəd üzərində «Oje Sil» sözləri yazılmış ağ rəngli plastmas qablarda həlledici maddələr, bir ədəd “BP-N Series” və bir ədəd “Beste” markalı elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əflatun Qasımov (sədrlik edən və məruzəçi), Əmir Bayramov və Namiq Məmmədovd an ibarət tərkibdə) 16 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2018-ci il tarixli qərarı ləğv edilsin və ona bəraət verilməsi barədə qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs onunla əsaslandırır ki, ona qarşı sürülmüş ittiham əsassız və saxtadır. O, qeyd olunun cinayətdə iştirak etməmişdir. Məhkəmə koll egiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Cövdət Mehrəliyevin çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda gös tərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin başlıca dəlili onun ittiham olunduğu maddələr üzrə təqsirinin sübuta yetirilməməsi səbəbindən və günahsız olduğundan barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsin də aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı etiraf etməsə də, onun qeyd edilmiş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası mə hkəməsi Təqsirləndirilən şəxs əməllərini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri məhkum Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməllərinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəs inə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2018-ci il tarixli qərarının məhkum Təqsirləndirilən şəxs dair hissədə dəyişdirilmədən saxlanılmasını qanuni o lmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2018-cı il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs dair hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-496/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-496/2019
16.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver