Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-496/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəz oğlu, Məhkum, Müdafiəçi – “Mərkəz” Vəkil Bürosunun vəkili Şahverdi Ağaveys Nurkişi oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsi nin xx xxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Məhkum və məhkumun müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X15, hakimlər X6 və X3 ibarət tərkibdə) xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 206. 3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 206.3.2-ci maddəsi ilə 05 il 06 ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, qəti olaraq 07 il 06 altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin, X1 və X2 də təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Q.X.Babayev, hakimlər M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2 018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 ilə, CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 il 06 aya endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Məhkum və məhkumun müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlu kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci i l tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qeyriləri ilə Türkiyə Respublikasının ərazisində cinayət əlaqəsinə girərək ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə külli miqdarda psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, həmçinin qeyd olunan külli miqdarda psixotrop maddəni Türkiyə Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə, yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasının ərazisinə keçirmişdir. Belə ki, Məhkum 2016-cı ilin dekabr ayında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə külli miqdarda psixotrop maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Resp ublikası ərazisinə keçirilməsi, satış məqsədilə qanunsuz olaraq əldə olunması, saxlanılması və daşınması barədə razılığa gəldikdən sonra xx xxxx 2017-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə gedərək qrup üzvləri ilə görüşüb külli miqdarda - təsir maddəsinin ümumi miqdarı 215,11 qram olan psixotrop maddə hesab edilən ümumi sayı 1517 ədəd MDMA həblərini istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədilə ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyaraq qaçaqmalçılıq yolu ilə Türkiyə Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirmək məqsədi ilə uşaqlar üçün nəzərdə tutulmuş oyuncaq elektrik avtomobilinin içərisində gizlətməklə xx xxxx 2017-ci il tarixdə “İstanbul-Bakı-İstanbul” marşrutu üzrə sərnişin daşınmasını həyata keçirən “xxxx” şirkətinin nümayəndəsi nə təhvil vermişdir. X2 tamah niyyəti ilə külli miqdarda, yəni, təsir maddəsinin ümumi miqdarı 2 qram təşkil edən 20 ədəd psixotrop maddə olan MDMA həblərini, X1 qəsdən tamah niyyəti ilə külli miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 5 qram təşkil edən 50 ədəd psixotrop maddə olan MDMA həblərini Məhkum bir ədədini 15 manata alacaqları ilə bağlı 2017-ci ilin mart ayında onunla razılığa gəlmişlər. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum və X1 xx xxxx 2017ci il tarixdə saat 12 radələrində ünvan 3 ünvanındakı “xxxx” otelindən çıxarkən saxlanılmış, onlar “xxxx” şirkətinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Bakı "xxxx" ərazisində olan anbarına gətirilmiş və iştirakları ilə 000750 nömrəli ka rton qutuya yerləşdirilmiş oyuncaq elektrik avtomobilinə keçirilmiş baxış zamanı avtomobilin oturacağının kürək hissəsində görünməyən yerdə gizlədilmiş qrup üzvlərinə məxsus külli miqdarda - təsir maddəsinin ümumi miqdarı 215,11 qram olan psixotrop maddə hesab edilən ümumi sayı 1517 ədəd MDMA həbləri aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayəti onunla əsaslandırmışdır ki, barəsində çıxarılmış məhkəmə qərarları qanunsuz və əsassızdır. Belə ki, ona qarşı irəli sürülmüş ittiham – tamah niyyəti ilə, külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, daşıması, saxlaması, qaçaqmalçılıq yolu ilə, Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışd ır. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarını ləğv etməklə ona bəraət verilməsini xahiş edir. Daha sonra, Məhkum müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqında Məhkum tamah niyyətilə külli miqdarda psixotrop maddələri satışı məqsədilə əldə etməsi, qaçaqmalçılığı, saxlaması və daşıması ilə bağlı ittiham öz təsdiqini tapmamışdır. Belə ki, Məhkum telefon danışıqlarında və yazışmalarında psixotrop maddələri satış məqsədilə əldə etməsi, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə gətirməsini, əldə edib saxlamasını və satmasını təsdiq edən heç bir fakt mövcud deyil. Məhkəmə istintaqında ifadə vermiş digər təqsirləndirilən şəxslər X1 və X2 Məhkumun onlara heç vaxt psixotrop maddə satmadığını göstərmişlər. İrəli sürülən ittihamda guya Məhkum xx xxxx 2017-ci il saat 12 radələrində ünvan 4 ünvanda yerləşən “İron” otelindən çıxarkən Mustafayev Şəmistan ilə birlikdə saxlanılması və onların iştirakı ilə Bakı X1 ərazisində olan anbarda 000750 saylı karton qutuya yerləşdirilmiş oyuncaq avtomobilə keçirilmiş baxış zamanı ümumi çəkisi 215,11 qram təşkil edən 1517 ədəd psixotrop maddə olan MDMA həblərinin aşkar edilib götürülməsi həqiqətə uyğun deyil. Belə ki, Məhkum və X1 “xxxx” otelindən çıxarkən deyil, həmin oteldə yatdıqları vaxt saxlanılmışlar. Bundan əlavə 000750 saylı karton qutuya yerləşdirilmiş oyuncaq avtomobilə baxış Məhkum və Mustafayev Şəmistan oteldə yatdıqları zaman, onların iştirakı olmadan keçirilmiş və guya 1517 ədəd psixotrop maddə olan MDMA həbləri aşkar olunmuşdur. Məhkum və X1 Bakı "xxxx" ərazisində olan anbara sonradan gətirilmiş və orada onlara guya aşkar edilmiş psixotrop maddə göstərilmişdir. Bu fakt şahid, Bakı Beynəlxalq Avtovağzal Kompleksində çalışan “xxxx” şirkətinin işçisi X5 məhkəmədə verdiyi ifadəsində öz təsdiqini tapmışdır. Belə ki, həmin şahid məhkəmə istintaqında birmənalı olaraq göstərmişdir ki, DTX əməkdaşları tərəfindən Bakı "xxxx" ərazisində olan anbarda 000750 saylı karton qutuya yerləşdirilmiş oyuncaq avtomobilə baxış Məhkum və X1in iştirakı olmadan keçirilmiş, Məhkum və X1 baxış keçirilib qurtardıqdan sonra həmin anbara gətirilmişlər. Buna görə də, guya psixotrop maddənin aşkar edilməsi barədə baxış protokolu və müdafiəçi Şahverdi Ağaveysin iştirakı olmadan alınmış ifad ə yolverilməz sübut kimi sübutlar siyahısından çıxarılmalıdır. Müdafiə tərəfi daha sonra kassasiya şikayətində qeyd etmişdir ki, hətta Məhkum ona aid edilən cinayətləri törətmiş olsaydı, ibtidai istintaq prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntuları olmadan aparılsaydı və Məhkum müdafiə hüququ pozulmasaydı belə o, Azərbaycan Respubliklası Cinayət Məcəlləsinin 234 234.4.1 və 234.4.3 və maddələriilə məsuliyyətdən azad edilməlidir. Belə ki, ittiham aktının 19-cu vərəqinin 4-cü abzasında göstərilmişdir ki, Məhkum cinayət işinin açılmasına və cinayətin digər iştirakçılarının ifşa olunmasına kömək etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edi r. Kassasiya məhkəmə baxışında Məhkum çıxış edərək, kassasiya şikayətində göstərdiyi halları bir daha qeyd edərək, barəsindəki apellyasiya məhkəməsinin qərarını ləğv edərək, cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Daha sonra kassasiya məhkəmə baxışında Məhkum müdafiəçisi A.N.Şahverdi kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, yuxarıda qeyd olunan halları bir daha qeyd edərək ibtidai istintaqın kobud qanun pozuntularına yol verilməklə keçirildiyini, məhkəmənin müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqindən əsassız imtina etdiyini bildirib, tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəz oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgü nlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində qəbul edilmiş məhkəmə qərarının qanunsuz və ədalətsiz olduğu, ona q arşı irəli sürülmüş ittihamda göstərilən əməlləri törətmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Daha sonra Məhkum müdafiəçisi Ş.N.Ağaveys tərəfindən verilmiş kassasiya şikayətində ibtidai istintaqın kobud pozuntulara yol verilməklə aparıldığı, işə baxan birinci instansiya və apellyasiya məhkəməsinin həmin pozuntulara əhəmiyyət vermədən şəxsin barəsində əsassız hökm və qərar qəbul etdiyi iddia edilmiş və apelyasiya məhkəməsinin qeyd olunan qərarının ləğv əsası kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 41 9-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. İlkin olaraq, məhkəmə kollegiyası hesab edir ki, kassasiya məhkəməsi törədilmiş cinayət əməlinin hüquqi tövsifinə, məhkumun təqsirlilik məsələsinə, həmçinin sübutların prosesual qanunvericilik baxımından tədqiqinə dair məhkəmələrin gəldiyi nəticələrə qiymət verməklə, bu barədə məhkumun və onun müdafiəçisinin kassasiya şikayətlərində göstərilmiş dəlillərə də qiymət vermiş olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillə rini müzakirə edərək, məhkumun və onun müdafiəçisinin müdafiə tərəfinin kassasiya şikayətlərinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayətlərinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya mə hkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası qaçaqmalçılıq yolu ilə, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma, həmçinin kimi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əl aqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə ci nayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Təqdiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş tamah niyyəti ilə, külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə etmə, daşıma, saxlama, qaçaqmalçılıq yolu ilə, Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəm iyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqib i üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmün də və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun və onun müdafiəçisinin kassasiya şikayətlərində Məhkum əməlində cinayət tərkibinin əlamətlərinin olmaması və ona bəraət verilməli olduğu iddia edilir. Belə dəlillər məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərində də qeyd edilmiş, şikayətlərə baxan apellyasiya məhkəməsi həmin dəlillərə qiymət vermiş və haqlı olaraq apellyasiya şikayətlərini əsassız hesab edərək birinci instansiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifinə dair gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Məhkum həmin cinayət əməlini törətməsi təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri v ə digər iş materialları ilə öz təsdiqini tapmışdır və Məhkum bu xüsusatlarla bağlı verdiyi ifadələr, irəli sürdüyü dəlillər inandırıcı olmayaraq onun cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə uydurduğu fikirlər hesab edilməlidir. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, şəxsə bəraət verilməsinə əsas verən hallar mövcud deyildir. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir və apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsinə dair kassasiya şikayətində məhkum edilmiş şəxs himayəsində azyaşlı uşaq olmasını və cəza təyini zamanı həmin halın nəzərə alınmamasını qeyd etsə də, iş materiallara əsasən müəyyən olunur ki, Məhkum subaydır və onun himayəsində azyaşlı uşaq olmasını təsdiq edən sübut müəyyən edilməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmaması, xəstəliyini), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış, onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı mad dəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Məhkum aid hissədə) dəyişdirilmədən saxlanılmalı, Məhkum və məhkumun müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlu tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq mə hkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və məhkumun müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı Məhkum tərəfindən və məhkumun müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-496/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-496/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver