Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-496/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbay can Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2, 310 və 322.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi barədə həmin apellyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə (hakimlər Rəşid Hüseynov (sədrlik edən və məruzəçi), Əli Süleymanov və Xəqani Səmədovdan ibarət tərkibdə) Məhkum, xx xxxx 1984-cü il tarixdə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasın ın vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, məhkumluğu götürülməmiş, Füzuli rayonunun kəndində qeydiyyatda olan, ödənilməmiş və Böyük Bəhmənli CM-nin 178.3.2, 310 və 322.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 178.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətə, CM-nin 310-cu maddəsi ilə 2 (iki) il müddətə, CM-in 322.1-ci maddəsi ilə 3 (üç) ay müddətə, CMnin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 67.1-ci maddəsinə əsasən is ə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası yeni hökmlə təyin olunan cəzaya tam birləşdirilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə və 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzalarına məhkum edilmişdir. Həmin hökmlə X106, X123, X143, X13 oğlu və X144 da CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək müvafiq müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, X106, X123, X143, X13 oğlu və X144 şəxslər məhkum edilmişlər ona görə ki, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə Məhkum, X106, X123 və X143 qabaqcadah razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, Məhkum özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib, 2012-ci ildə Zaqatala və Balakən rayonlarının ərazisində baş vermiş zəlzələ ilə əlaqədar özləri və qohumlarına məxsus zərər dəymiş yaşayış evlərinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin komissiyası tərəfindən qeydə alınıb bərpa-gücləndirməyə ehtiyaclı və ya qəzalı olmasına dair rəylər veriləcəyi, buna görə onlara müvafiq olaraq maddi yardım ayrılacağı və ya yeni evlər tikdirəcəyini yalandan vəd edib aldatmaqla, Məhkum, X17 və X18 birlikdə 20122014-cü illər ərzində Zaqatala və Balakən rayonlarının ərazisində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə, o cümlədən Zaqatala rayon sakinləri X2 10000 manat, X34 5000 manat, X29 6000 manat, X4 7000 manat, X24 9000 manat, X63 7000 manat, X47 7000 manat, ömərova X19 qızından 6000 manat, X107 7000 manat, X108 13000 manat, X48 6000 manat, X64 7000 manat, X109 7000 manat, X87 4000 manat, X49 7000 manat, X25 7000 manat, X65 5500 manat, X136 2500 manat, X50 6000 manat, X35 7000 manat, X36 8000 manat, X1 9000 manat, X51 7000 manat, X133 7000 manat, X66 7000 manat, X145 7000 manat, X52 5000 manat, X26 7000 manat, X146 2500 manat, X11 6500 manat, X88 7000 manat, X27 7000 manat, X67 5000 manat, X8 8000 manat, X37 6500 manat, X53 7000 manat, X110 6000 manat, X89,14000 manat, X147 7000 manat, X68 7000 manat, X20ndan 5000 manat və X69 7000 manat olmaqla, cəmi 288.500 (iki yüz səksən səkkiz min beş yüz) mana t pullarını alıb vahid qəsdlə külli miqdarda ziyan vurub zərər çəkmiş şəxslərin əmlakını ələ keçirərək, müvafiq qaydada öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə dələduzluq etmişlər, Məhkum isə həm də vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Daha sonra Məhkum, X21 və X18 qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında eyni üsulla vətəndaşları aldadıb birlikdə 20122014-cü illər ərzində Zaqatala və Balakən rayonlarının ərazisində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə, o cümlədən Zaqatala rayon sakini X111 5500 manat, Balakən rayon sakinləri X38 5000 manat, X9 5000 manat, X70 2200 manat, X189 3000 manat, X128 5000 manat, X71 5000 manat, X112 4000 manat, X39 4000 manat, X113 4000 manat, X90 2000 manat, X129 2000 manat, X12 2000 manat, X91 2000 manat, X5 3000 manat, X92 3000 manat, X93 4000 manat, X13 4000 manat, X72 4000 manat, X14 2000 manat, X40 2000 manat, X54 5000 manat, X94 6000 manat, X41 6000 manat, X130 6000 manat, X73 6000 manat, X6 6000 manat, X74 6000 manat, X75 5000 manat, X7 3000 manat, X42 5000 manat, X148 5000 manat, X95 2000 manat, X149 2000 manat olmaqla, cəmi 135.700 (yüz otuz beş min yeddi yüz) manat pullarını alıb vahid qəsdlə külli miqdarda ziyan vurub zərər çəkmiş şəxslərin əmlakını ələ keçirərək, müvafiq qaydada öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə dələduzluq etmişlər. Həmçinin Məhkum və X22 qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, eyni adla və üsulla vətəndaşları aldadıb, 2012-2014-cü illər ərzində birlikdə Zaqatala və Balakən rayonlarının ərazisində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə, o cümlədən Zaqatala rayon sakinləri X15 10.500 manat, X16 10.000 manat, X43 10.000 manat, X55 4000 manat, X96 3000 manat, X131 1000 manat, X150 2000 manat, X28 5000 manat, X114 5000 manat, X17 5000 manat, X76 3000 manat, X77 7000 manat, X78 3000 manat, X10 5000 manat, X3 2500 manat və X115 2000 manat olmaqla, cəmi 78.000 (yetmiş səkkiz min) manat pullarını alıb vahid qəsdlə külli miqdarda ziyan vurub zərər çəkmiş şəxslərin əmlakını ələ keçirərək, müvafiq qaydada öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə dələduzluq etmişlər, Məhkum isə həm də vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə fiziki və hü quqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Eyni zamanda, həmin adla və üsulla vətəndaşları aldadıb, Məhkum 2012-2014-cü illər ərzində həmçinin şəxsən Zaqatala və Balakən rayonlarının ərazisində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə, o cümlədən Zaqatala rayon sakinləri X44 7200 manat, X132 11.800 manat, X171 6000 manat, X151 4000 manat, X23ndan 5000 manat, X45 5000 manat, X97 5000 manat, X152 4500 manat, X18 4000 manat, X19 5500 manat, X56 4500 manat, X57 3000 manat, X20 2000 manat, X21 12.000 manat və X46 11.000 manat olmaqla, cəmi 90.500 (doxsan min beş yüz) manat, ümumilikdə isə 592.700 (beş yüz doxsan iki min yeddi yüz) manat pullarını alıb vahid qəsdlə külli miqdarda ziyan vurub zərər çəkmiş şəxslərin əmla kını ələ keçirərək, cinayət əlaqəsinə girdiyi şəxslərlə - X106, X123 və X143 ilə müvafiq qaydada öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, şəxsən aldığı pulları isə özünə götürərək dələduzluq etmiş və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan əlavə Məhkum 2012-ci ilin ortalarında tanış olduğu Zaqatala rayon sakini X116 borc kimi verdiyi 3000 manat pulunun qaytarılması barədə qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Mülki və Mülki Prosessual Məcəllələri ilə müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq, özbaşına şəkildə xx xxxxxxxx 2014-cü il tarixdə əvvəllər bi rlikdə yaşadıqları Zaqatala şəhəri A.Qardaşov küçəsində yerləşən 8 nömrəli mənzildə sonuncunun 3000 manat pulunun olduğunu öyrəndikdən sonra, mənzilin açarını ələ keçirərək X58 verib oradan pul vəsaitini götürməyi tapşırmış və X28nin həmin mənzildən götürdüyüX24ya məxsus 3000 manat pulu ondan alaraq şəxsi ehtiyaclarına xərcləməklə zərər çəkmiş şəxsə mühüm zərər vurmuşdur. X13 oğlu və X144 vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə fiziki və hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş, eyni zamanda aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakının külli miqdarda ziyan vurub ələ keçirilməklə dəlduzluq cinayətinin törədilməsində köməkçi kimi iştirak etmişlər. X25 və X26 tanışları Məhkum, sonuncunun tanış ları X106, X123 və X143 tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin vahid qəsdlə külli miqdarda əmlakının ələ keçirilməsinə köməklik göstərərək, həmin şəxslərin 2012-ci ildə Zaqatala və Balakən rayonlarının ərazisində baş vermiş zəlzələ ilə əlaqədar özləri və qohumlarına məxsus zərər dəymiş yaşayış evlərinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin komissiyası tərəfindən qeydə alınıb bərpa-gücləndirməyə ehtiyaclı və ya qəzalı olmasına dair rəylər veriləcəyi, buna görə onlara müvafiq olaraq maddi yardım ayrılacağı və ya yeni evlər tikdiriləcəyini yalandan vəd edib aldatmaları və 2012-2014-cü illər ərzində Zaqatala və Balakən rayonlarının ərazisində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə, o cümlədən Zaqatala və Balakən rayon sakinləri X2 10.000 manat, X34 5000 manat, X29 6000 manat, X4 7000 manat, X24 9000 manat, X63 7000 manat, X47 7000 manat, X19 qızından 6000 manat, X107 7000 manat, X108 13.000 manat, X48 6000 manat, X64 7000 manat, X109 7000 manat, X87 4000 manat, X49 7000 manat, X25 7000 manat, X65 5500 manat, X136 2500 manat, X50 6000 manat, X35 7000 manat, X36 8000 manat, X1 9000 manat, X51 7000 manat, X133 7000 manat, X79 7000 manat, X145 7000 manat, X52 5000 manat, X26 7000 manat, X146 2500 manat, X11 6500 manat, X80 7000 manat, X27 7000 manat, X67 5000 manat, X8 8000 manat, X37 6500 manat, X53 7000 manat, X110 6000 manat, X89 14000 manat, X147 7000 manat, X68 7000 manat, X20ndan 5000 manat və X69 7000 manat, X111 5500 manat, Balakən rayon sakinləri X38 5000 manat, X9 5000 manat, X70 2200 manat, X189 3000 manat, X128 5000 mana t, X71 5000 manat, X112 4000 manat, X27ndan 4000 manat, X113 4000 manat, X90 2000 manat, X129 2000 manat, X12 2000 manat, X91 2000 manat, X5 3000 manat, X92 3000 manat, X93 4000 manat, X13 4000 manat, X72 4000 manat, X14 2000 manat, X40 2000 manat, X54 5000 manat, X94 6000 manat, X41 6000 manat, X130 6000 manat, X73 6000 manat, X6 6000 manat, X81 6000 manat, X75 5000 manat, X7 3000 manat, X42 5000 manat, X148 5000 manat, X95 2000 manat, X149 2000 manat, X15 10.500 manat, X16 10.000 manat, X43 10.000 manat, X55 4000 manat, X98 3000 manat, X131 1000 manat, X150 2000 manat, X28 5000 manat, X114 5000 manat, X17 5000 manat, X76 3000 manat, X77 7000 manat, X78 3000 manat, X10 5000 manat, X3 2500 manat və X115 2000 manat olmaqla, cəmi 502.200 (beş yüz iki min iki yüz) manat, eləcə də Məhkum tərəf indən həmin adla və üsulla vətəndaşların aldadılıb, 2012-2014-cü illər ərzində Zaqatala və Balakən rayonlarının ərazisində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə, o cümlədən Zaqataia rayon sakinləri X44 7200 manat, X132 11.800 manat, X171 6000 manat, X151 4000 manat, X23ndan 5000 manat, X45 5000 manat, X97 5000 manat, X152 4500 manat, X18 4000 manat, X19 5500 manat, X56 4500 manat, X57 3000 manat, X22 2000 manat, X21 12.000 manat və X46 11.000 manat olmaqla, cəmi 90.500 (doxsan min beş yüz) manat, ümumilikdə isə 592.700 (beş yüz doxsan iki min yeddi yüz) manat pullarını alıb vahid qəsdlə külli miqdarda ziyan vurmaqla zərər çəkmiş şəxslərin əmlakını ələ keçirərək dələduzluq etmələri ilə bağlı, vətəndaşların Məhkum, X17, X18 və X21ya olan inamını artırmaq, verdikləri vədlərin həqiqi olmas ı görüntüsü yaratmaq və əvvəl pul vermiş şəxslərin evlərinə müvafiq qaydada baxış keçirməklə, digər şəxslərin dəıbu məqsədlə pul verməsinə rəvac verməkdən ötrü, özbaşına özlərini vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən zəlzələ bölgəsində yaradılmış komissiyanın üzvü kimi təqdim edərək,evlərə baxış keçirmiş, ölçmə işləri aparmış, fotoşəkillər çəkmiş və bununla bağlı onların vətəndaşlara verdiyi yalan vədləri təsdiq edib maneələri aradan qaldıraraq, köməkçi kimidələduzluq cinayətinin törədilməsində iştirak etmişlər və vəzifəli şəxsin səlahiyyətiərini mənimsəməklə fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişlər. Hökmdən zərər çəkmiş şəxslər X209, X153, X172, X59, X117, X82, X173, X190, X273, X134, X99, X37, X226, X174, X154, X30, X175, X31, X210, X209, X155, X176, X308 oğlu, X191, X177, X83, X135, X84, X85, X118, məhkum X60 müdafiəçisi X178, məhkumlar X123 və Məhkum, məhkum X144 və onun müdafiəçisi X211, məhkum X13 oğlunun müdafiəçisi X227 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, həmçinin dövlət ittihamçısı X179 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X32 (sədrlik edən və məruzəçi), X212 və X23 ibarət tərkibdə) xx xxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarından dövlət ittihamçısı X2 9 tərəfindən kassasiya protesti, habelə zərərçəkmiş şəxslər X156, X33, X157, X173, X228, X180, X172, X181, X61, X118, X31, X308 oğlu, X154, X82, X83, X190, X134, X30 tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2017-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, zərər çəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı məhkumlar X119, X13 oğluna və X120 aid hissələrdə ləğv edilmiş, həmin hissələrdə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilmişdir. Bu dəfə işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə) xx xxxxxx 2017-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxslərin apellyasiya şikayətləri və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü məhkumlar X13 oğluna və X120 münasibətdə dəyişdirilmiş və onların barəsində CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, X13 oğlu CM-nin 66.3cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla X13 oğlu qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, X144 CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm X100 CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilərək həmin hissədə cinayət işinin icraatına CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilmiş, məhkum X144 və onun müdafiəçisi X211, məhkum X13 oğlunun müdafiəçisi X229 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə məhkum X142 Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini və onun barəsində CM-nin 70-ci maddəsini tətbiq edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda məhkum apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardan Məhkum kassasiya şikayəti verərək onun ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və vəsatətin dəlilləri: Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmələr onun barəsindəki cinayət işinə baxarkən bütün sübutları tam, hərtərəfli araşdırmamış və nəticədə ona ağır cəza təyin edilmişdir. Məhkum bildirir ki, zərərçəkm iş şəxslərə dəymiş ziyan tam ödənilmiş və bu əsasla hesab edir ki, onun haqqında CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkum kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətini və bu vəsatətin təmin edilməməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, “hepatit C” xəstəliyindən əzab çəkdiyinə görə uzun müddət müalicədə olmuş və bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmışdır. Kassasiya şikayətində göstərdiyi hallara əsaslanaraq Məhkum onun Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin təmin edilməsini və xx xxxxxx 2017-ci il tarixli qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında məhkum və zərər çəkmiş şəxslər qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkum məhkəmə iclasında iştirak etmək istəməsinə dair müraciətlə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslər isə məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə adları çəkilən şəxslərin iştirakları olmadan ba xılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cin ayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsas ən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticəl ənməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdi m edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. CPM-nin xx xxxx 2020-ci il tarixədək qüvvədə olmuş 410.1.4-cü maddəsində təsbit edilmişdir ki, məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayətivə ya kassasiya protesti verilə bilərdi. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməs i haqqında” Azərbaycan Respublikasının xx xxxx 2020-ci i tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-nin 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəalarına” müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarıl mış yekun qərarlarına münasibətdə tətbiq olunur. Qanunvericiliyin şərh olunan həm köhmə, həm də yeni normalarına və xx xxxx 2020-ci il tarixli Qanunun “Keçid müddəalarına” əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum- ona qərarın verildiyi tarixdən, müdafiəçisi isə - həmin qərarın çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından kassasiya şikayəti verə bilərdilər. Cinayət işinin materiallarına əsasən, Məhkum xx xxxxxx 2017-ci il tarixli qərardan qanunvericilikdə nəzərdə tutulmuş müddətdə kassasiya şikayəti vermiş, lakin sonradan məhkum kassasiya şikayətini geri götürdüyünə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə həm in şikayət geri qaytarılmışdır. Bununla məhkəmə belə nəticəyə gəlir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarın surəti Məhkum cəza çəkdiyi çəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən qanunda nəzərdə tutulmuş müddətdə təqdim edilmişdir. Beləliklə Məhkum qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək imkanında olsa da bu müddətdə məhkəməyə təkrar müraciət etmək hüququndan bir dəfə istifadə etmiş, lakin kassasiya şikayətini geri götürdüyüyünə görə həmin şikayətə mahiyyəti üzrə baxılmamış, sonradan isə təkrarən kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş həmin müddəti buraxmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da bu müddətin bərpa edilməsi üçün aşağıda göstərilən əsasları müəyyən etməyərək özünün xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə məhkumun vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası bu qərarı qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPMnin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında ka ssasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Məhkum barəsindəki cinayət işinin materialarından görünür ki, məhkuma məhkəmə aktlarının qanunda nəzərdə tutulmuş müddətlərdə verilməsinə baxmayaraq, o, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından həmin qərarın qəbul edildiyi gündən 02 (iki) il 08 (səkkiz) ay 15 (on beş) gün sonra, yəni CPM-nin 410.1.4-cü maddəsində nəzərdə tutulmuş 18 (on səkkiz) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin buraxılmasını isə məhkumun özünün müəyyən etdiyi səbəblərlə - müxtəlif xəstəliklərdən əzab çəkməsi və hüquqi savadsızlığı ilə izah etmişdir. Bununla b elə, Məhkum kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətdə və bundan sonra hər hansı xəstəlikdən əzab çəkməsini və bununla əlaqədar müalicədə olmasını təsdiq edən sənədləri öz vəsatətinə əlavə etməmişdir. Halbuki, CPM-nin 411.2-ci maddəsinin tələbinə görə, kassasiya şikayəti verən şəxs məhkəməyə müddətin bərpası barədə vəsatət verərkən qeyd olunan maddədə göstərilən əsaslarla kassasiya şikayəti vermək imkanından məhrum olmasını təsdiq edən sübutları göstərməklə həmin sübutları vəsatətinə əlavə etməlidir. İş materiallarında, o cümlədən məhkumun vəsatətində onun barəsində hökm çıxarıldıqdan və apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hə r hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməsinə səbəb olmuş məhkumun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkumun xx xxxxxx 2017-ci il qərardan kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum xx xxxxxxx 2020-ci il tarixli qərardan verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı C.R.İsgəndərovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, hazırki iş üzrə Məhkum barəsindəki cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi barədə həmin apellyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır, bu qərardan Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə - təmin edilməməlidir. Şərh edilənlərə ə sasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA Kassasiya şikayətləri təmin edilməsin. A L D İ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310 və 322.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi barədə həmin apellyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-496/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-496/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver